Son xəbərlər

6 rəhbər şəxs işdən çıxarıldı – Korrupsiya“Ötən il 10 məktəb rəhbəri, direktor və direktor müavinlərinin müqavilələrinə xitam verilib, işdən kənarlaşdırılıb”.
Bu barədə təhsil naziri Ceyhun Bayramov 2019-cu ilin yekunları və 2020-ci ilin hədəflərinə həsr edilmiş mətbuat konfransında deyib.
Nazir bildirib ki, ötən il korrupsiya faktlarına görə 6 rayon təhsil şöbəsinin rəhbərinin müqavilələrinə xitam verilib.
Həmçinin, müqavilələrinin müddəti son çatan 80 nəfər məktəb rəhbəri davamlı olaraq aşağı nəticələr göstərdiyi və məktəbi idarəetmədə bir sıra pozuntulara yol verdikləri üçün növbəti dəfə müqavilələrinin uzadılmaması barədə qərar qəbul edilib.
“Əfsuslar olsun ki, bu istiqamətdə hələ də pozuntular olan hallarla rastlaşırıq. Belə olan təqdirdə bu il də belə hallar olacaqsa, Təhsil Nazirliyi tərəfindən sərt formada ciddi reaksiya veriləcək”, – deyə nazir qeyd edib. /BakuPost/
Çindəki tələbələrimiz niyə ölkəyə gətirilmir? – NazirHazırda Çin Xalq Respublikasında ümumilikdə 500-ə qədər azərbaycanlı tələbə təhsil alır. Onlardan 62-si dövlət xətti ilə gedib. Virusun yayıldığı şəhərdə isə 7 tələbəmiz var.

Bu sözləri jurnalistlərə açıqlamasında Təhsil naziri Ceyhun Bayramov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

C.Bayramov qeyd edib ki, epidemiyanın yayıldığı şəhərdəki tələbələrimizlə Azərbaycanın Çindəki səfirliyi əlaqə yaradıb:

“Bilirsiniz ki, epidemiyanın yayıldığı əraziyə giriş-çıxışla bağlı məhdudiyyət qoyulub. Hazırda orada 7 azərbaycanlı tələbə var. Səfirlik onların hər biri ilə əlaqə yaradıb.

Bizdə olan məlumata əsasən, 50-dən çox ölkə Çində olan tələbələrinin oradan çıxarılması üçün müraciət edib. Bununla bağlı Çinin Xarici İşlər Nazirliyi tədbir keçirəcək. Orada Çində təhsil alan tələbələrlə bağlı da məsələyə aydınlıq gətiriləcək. Biz də onların verəcəyi qərarı gözləyirik. Bu məsələ açıqlanandan sonra həmin şəxslərin çıxarıması ilə bağlı addım atıla bilər. Biz bu məsələni diqqətdə saxlamışıq”.

C.Bayramov bildirib ki, Azərbaycanda yaşayan çinli tələbələrlə bağlı heç bir problem qeydə alınmayıb. /Axar.az/

2020-ci ildə Bakının bir sıra məktəblərində şagirdlər üçün avtobuslar ayrılacaq.

Turkustan.info xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov 2019-cu ilin yekunlarına dair mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, bu istiqamətdə Bakı Nəqliyyat Agentliyi ilə danışıqlara və sıx əməkdaşlığa başlanılıb.

“Birgə səylərimiz nəticəsində 2020-ci ilin yeni tədris ilinə qədər Bakının bir sıra ərazilərində şagird sayı çox olan məktəblər üçün avtobus sisteminin təşkili gözlənilir.

Təbii ki, bütün məktəbləri birinci mərhələdə əhatə etməyəcəyik. Lakin layihənin gedişindən asılı olaraq iş davam etdiriləcək”.  /Oxu.Az/

Mənzillərin səyyar dövlət qeydiyyatına alınması yanvarın 27-31 tarixlərində Bakının Nizami və Xətai rayonlarında təşkil ediləcək.

 Əmlak Məsələləri Dövlət Komitəsindən Yeniavaz.com-a verilən məlumata görə, həftə ərzində “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası istismarına icazə verilmiş çoxmərtəbəli binalar üzrə 1032 mənzili əhatə edəcək. Nizami rayonunda səyyar qeydiyyat 27 yanvarda B.Nuriyev küçəsi, 2383-2387-ci məhəllə, 28 yanvarda E.Süleymanov küçəsi, 2383-cü məhəllə ünvanlarında keçiriləcək. Xətai rayonu üzrə mənzillərin mobil qeydiyyatı 29 yanvarda “Ağ Şəhər”, 1-ci Yaşıl Ada küçəsi, 7, yanvarın 30-da General Şıxlinski küçəsi, 42a, 31 yanvarda isə Ə.Quliyev küçəsi, 1131-ci məhəllə ünvanlarında aparılacaq. Xidmətdən istifadə üçün mənzil sahibləri mobil qeydiyyat ofisinə yaxınlaşaraq şəxsiyyət vəsiqəsi, protokoldan çıxarış və maliyyə arayışı kimi ilkin sənədləri təqdim etməlidir.



Bu gün 123 saylı Kəlbəcər seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizəd olan Məmmədov Aqil Sadıq oğlu təbliğat kampaniyası çərçivəsində növbəti görüşünü kəlbəcərli məcburi köçkünlərin sıx məskunlaşdığı Gəncə şəhəri 1500 ailəlik məcburi köçkün qəsəbəsində keçirib.

Ardını oxu...

Bir neçə gündür dünya ictimaiyyətini təşvişə salan koronavirusla bağlı qonşu Rusiya və Türkiyə hava limanlarında xüsusi yoxlamalar həyata keçirilir. Hətta Rusiyada 3 nəfər koronavirus şübhəsi ilə müayinələrə cəlb edilib.
 
Bir müddət öncə Azərbaycanda Respublikasının Səhiyyə Nazirliyi də virusla bağlı insanlara müraciət etmişdi.
 
Azərbaycanın baş infeksionisti Cəlal İsayev “Report”a açıqlamasında koronovirusun əlamətləri və qorunma üsullarından danışıb.
 
O bildirib ki, koronavirusun əlamətləri qrip, respirator virus infeksiyalarını xatırladır:
 
“Çindən yayılan virus adətən ağciyərləri zədələyir və ağciyər çatışmazlığına səbəb olur. Beləliklə də insan tələf olur. Əgər virus ağız boşluğundan daxil olarsa, mədə-bağırsaq pozğunluqları yarada bilər.
 
C.İsayev bu virusdan qorunmaq üçün xəstə insanlardan uzaq olmağı məsləhət görür:
 
“Maska taxmaq, kəskin respirator xəstəliklərdən əziyyət çəkən insanlarla yaxın təmasda olmamaq, əlləri mütəmadi yumaq, öskürərkən və asqırarkən ağızlarını birdəfəlik istifadə üçün dəsmalla bağlamaq lazımdır. Bundan başqa, meyvələri yeməzdən əvvəl mütləq yumaq vacibdir”.
 
Xatırladaq ki, Çinin Vuhan şəhərində ortaya çıxan koronavirusa yoluxanların sayı 830-u ötüb, ölənlərin sayı isə 26-ya çatıb.

Paytaxtda Bakı Nəqliyyat Agentliyinin cəriməsindən yayınmaq istəyən bəzi sürücülər maraqlı üsula əl atıblar. 

Turkustan.info xəbər verir ki, avtomobili yol kənarında park edən sürücülər qeydiyyat nişanını gizlətmək üçün yük qapısını açıq qoyurlar.

Bakının 28 may küçəsi, 23 N-li məktəbin qarşısında çəkilən fotolarda da bu öz əksini tapıb. Sürücülərin əl atdığı üsul ətrafdakıların marağına səbəb olub.

Qeyd edək ki, fotolar tanınmış fotoqraf Elçin Murada məxsusdur.

Bakıda sürücülər cərimədən yayınmağın yeni üsulunu tapdılar -  Şok fotolar
Bakıda sürücülər cərimədən yayınmağın yeni üsulunu tapdılar -  Şok fotolar
Bu ərazidə su olmayacaq

Bu gün Abşeron rayonunun Xırdalan şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə "Ölkə.Az"a “Azərsu” ASC-dən bildirilib. 

Məlumata görə, buna səbəb şəhərdə yeni yaradılmış içməli su təchizatı infrastrukturunun şəbəkəyə qoşulmasıdır. 

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.

Kirayə mənzillərin satışındakı problemə aydınlıq gətirildiAzərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (Fond) bildirir ki, 22 yanvar 2020-ci il il tarixində satmaq öhdəliyi ilə kirayə mexanizmi üzrə müraciətlərin qəbulu ilə bağlı “Elektron ipoteka və kredit zəmanət” sistemində yaranmış texniki problemlərlə bağlı bir sıra kütləvi informasiya vasitələrində “elektron sistemin çökməsi” başlığı altında yayılan məlumatlar həqiqəti əks etdirmir.

Fondun mətbuat xidmətindən "Ölkə.Az"a verilən məlumata görə, əhaliyə xidmət səviyyəsinin yüksəldilməsi, ipoteka kreditlərinə çıxış imkanlarının genişləndirilməsi, müraciətlərin qəbulu və qiymətləndirilməsi prosesində növbəliliyin və şəffaflığın təmin edilməsi, qarşılıqlı təmas və sui-istifadə hallarının qarşısının alınması, sənəd dövriyyəsinin optimallaşdırılması və minimuma endirilməsi, xidmət prosesinin sürətləndirilməsi məqsədilə müvafiq elekton sistem 2013-cü ildən etibarən tətbiq olunur.

Qeyd olunub ki, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaradılması və Fondun Nizamnaməsinə uyğun olaraq Fondun qarşısına yeni vəzifələrin qoyulması ilə əlaqədar olaraq yeni “Elektron ipoteka və kredit zəmanət” sistemi (Elektron sistem) yaradılıb və 19 iyun 2019-cu il tarixindən əhalinin və Fondun müvəkkil təşkilatlarının (banklar, sığortaçılar və qiymətləndircilər) istifadəsinə verilib.

"Elektron sistem müasir texnoloji platforma və bulud texnologiyaları üzərində qurulub və hazırda Fondun müxtəlif fəaliyyət istiqamətləri üzrə kifayət qədər geniş və mürəkkəb funksionallığa malik əməliyyatların avtomatlaşmasını təmin edən unikal bir sistemdir.

Belə ki, elektron sistem müraciət edən şəxslərin şəxsiyyətini təsdiq edən sənəd, nikah və ailə tərkibi, iş yerini və gəlirlərinə, sosial sığorta ödənişlərinə, vergi öhdəliklərinə, kredit tarixçəsinə və ipoteka qoyulan daşınmaz əmlaka dair məlumatların elektron qaydada əldə edilməsi üçün “Elektron hökumət” portalına inteqrasiya olunub və müvafiq dövlət qurumlarının informasiya sistemlərindən (Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, “Azərbaycan Kredit Bürosu” MMC, Dövlət Vergi Xidməti, Əmlak Məsələləri Dövlət Xidməti və digər) və ehtiyatlarından tələb olunan məlumatların bu sistemə ötürülməsi imkanı təmin edilib. Nəticədə, Fondun təqdim etdiyi xidmətlər üzrə ölkə vətəndaşları tərəfindən kağız daşıyıcılarında təqdim edilən sənədlərin sayının minimal həddə çatdırılması və xidmət səviyyəsinin yüksəldilməsi təmin edilib.

Elektron sistem təkcə əhalinin müraciətlərinin qəbulunu və qiymətləndirilməsini deyil, ümumilikdə Fond ilə müvəkkil təşkilatlar (banklar, sığorta şirkətləri və qiymətləndiricilər) arasında aparılan maliyyə əməliyyatlarının və rəsmi yazışmaların avtomatlaşdırılmasını da təmin edir.

Bununla yanaşı, Fondun vəsaiti hesabına verilən ipoteka kreditləri üzrə annuitet, sığorta və ipoteka kreditlərinə verilmiş zəmanət haqlarının ödənişlərinin real rejimdə aparılması üçün Elektron sistem Hökumət Ödəniş Portalı və “ASAN ödəniş” sistemlərinə də inteqrasiya olunub.

Məlum olduğu kimi, 22 yanvar 2020-ci il tarixində satmaq öhdəliyi ilə kirayə mexanizmi üzrə müraciətlərin kütləviliyi sistemin işində donma və ləngimələrə gətirib çıxarıb və əksər vətəndaşların müraciətlərin göndərilməsində çətinlikləri müşahidə olunub. Qeyd etmək istəyirik ki, müraciətlərin qəbulu zamanı yaranmış texniki problem bütövlükdə sistemin fəaliyyəti ilə deyil, yalnız vətəndaşların istifadəsinə verilmiş yeni modulla əlaqədar olub.

Bununla əlaqədar vətəndaşların müraciətləri üzrə ədalətli növbəliliyin və bərabər imkanların təmin edilməsi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılıb və heç bir müraciət qeydə alınmayıb. Bildiririk ki, hazırda “Elektron ipoteka və kredit zəmanət” sisteminin ipoteka kreditləri ilə bağlı hissəsi tam işlək vəziyyətdədir və Fond ilə müvəkkil təşkilatlar arasında əməliyyatların real rejimdə davam etdirilməsini tam təmin edir.

Yekun olaraq, vətəndaşlarımızdan və kütləvi informasiya vasitələrindən baş vermiş texniki problemlə bağlı məsələyə anlayışla yanaşılmasını xahiş edir və bildiririk ki, ən qısa müddət ərzində satmaq öhdəliyi ilə kirayə mexanizmi ilə bağlı müraciətlərin qəbulu prosesinə başlanılacaq".