Son xəbərlər


Moskva prospekti (“Şamaxinka” adlanan ərazidə) yeni tikilən yerüstü piyada keçidinin dayaqlarının yerləşdiyi yerdə aparılacaq təmir işləri ilə əlaqədar olaraq, Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişməsindən A.Məhərrəmov küçəsinin kəsişməsinə qədər olan hissədə avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, bu səbəbdən, həmin hissədə fəaliyyət göstərən marşrutların hərəkət sxemi aşağıda göstərilən qaydada təşkil edilib.
Həmin maşrut xəttləri bunlardır:
Marşrut № 18 və 65
20 Yanvar m.st – 9-cu mikrorayon istiqamətində : Moskva pr. – Mir Cəlal küçəsi, daha sonra öz xətti üzrə
Marşrut № 135
BDM Uni. – “Memar Əcəmi” m.st istiqamətində: Moskva pr. – R.Cəfərov küç. – 3 mikrorayon dairəsi, daha sonra öz xətti üzrə
Marşrut № 170
Binəqədi qəs. – “Memar Əcəmi” m.st istiqamətində: Moskva pr. – Mir Cəlal küç. – Asif Məhərrəmov küç. – 20 Yanvar küç., daha sonra öz xətti üzrə
“Memar Əcəmi” m.st – Binəqədi qəs. istiqamətində: 20 Yanvar küç. – Asif Məhərrəmov küç. – M.Cəlal küç. – Bakı-Sumqayıt şos., daha sonra öz xətti üzrə
Marşrut № 193
4-cü mikrorayon – Lökbatan NMM istiqamətində: 20 Yanvar küç. – Asif Məhərrəmov küç. – S.C.Pişəvari küç. – M.Həsənov küç, daha sonra öz xətti üzrə
Lökbatan NMM – 4-cü mikrorayon istiqamətində: R.Cəfərov küç. – Asif Məhərrəmov küç. 20 Yanvar küç., daha sonra öz xətti üzrə

Ekspert sosial müavinətlər və təqaüdləri də artırmağı təklif edib.

“İndeksləşdirmə yalnız əmək pensiyalarına deyil, aylıq əsasda ödənilən bütün növ sosial müavinətlərə və təqaüdlərə də şamil olunsun”.  Bu təklifi iqtisadçı, ekspert Qubad İbadoğlu səsləndirib.

Onun sözlərinə görə, “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası prezidentinin sərəncamına görə, bütün növ əmək pensiyalarının sığorta hissəsi 2019-cu il üzrə orta aylıq nominal əməkhaqqının artım tempinə uyğun olaraq 16,6 faiz, fərdi hesabların sığorta hissəsində qeydə alınmış pensiya kapitalı istehlak qiymətləri indeksinin ötən ilki səviyyəsinə müvafiq surətdə 2,6 faiz artımla indeksləşdirilib. Beləliklə, hazırda pensiya alanların böyük əskəriyyətinin pensiya məbləği bu il yanvarın ayının 1-dən 16,6 faiz artacaq, bu ilə qədər 200 manat pensiya alanlar 233,2 manat, 250 manat pensya alanlar 291,5 manat, 300 manat pensiya alanlar 349,8 manat, 350 manat pensiya alanlar 408,1 manat, 400 manat pensiya alanlar isə 466,4 manat alacaqlar.

“Bununla yanaşı, pensiya almayan, lakin fərdi hesabında sığorta ödənişləri hesabına yığım edənlərin ötən il yığılmış pensiya kapitalı da 2,6 faiz artımla indeksləşdiriləcək.
Bunu təqdir etməklə yanaşı, təklif edirəm ki, indeksləşdirmə yalnız əmək pensiyalarına deyil, aylıq əsasda ödənilən bütün növ sosial müavinətlərə və təqaüdlərə də şamil olunsun”.

Ekspert hesab edir ki, buna büdcədən kənar mənbələr hesabına formalaşmış maliyyə vəsaitləri də imkan verir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin son açıqlamasına görə, ötən il qeyri-rəsmi məşğulluğun leqallaşması sayəsində iqtisadiyyat üzrə əmək haqqı fondunda 42 faiz və ya 3 milyard manat artım olub. “Mövcud qanunvericiliyə görə, bu artımdan ən çox pay götürən Sosial Müdafiə Fondu olduğundan sosial müavinətlərin və təqaüdlərin də orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi mümkündür. Odur ki, nə qədər gec deyil, müvafiq qanunvericilikdə dəyişiklik edib, sosial müavinətlər və təqaüdlərin də indeksləşdirilməsi aparılmalıdır”.  /istipress.com/

Azərbaycanda şənbə gününə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 8-də səhər və axşam havanın əsasən yağıntılı olacağı gözlənilir.

Gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi axşam güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 8-11, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 752 mm civə sütunundan 757 mm civə sütünuna yüksələcək, nisbi rütubət gecə və gündüz 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacağı, qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 3-8, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacaq.

Bu şəxslər dövlət işinə imtahansız qəbul ediləcək

"Dövlət qulluğuna qəbul qaydalarına dəyişiklik ediləcək, "Yüksəliş” müsabiqəsinin qalibləri dövlət qulluğuna imtahansız qəbul olunacaqlar".

Bunu müsabiqə ilə bağlı yaradılan İşçi qrupun rəhbəri Fərhad Hacıyev deyib.

O bildirib ki, “Yüksəliş” müsabiqəsinin hər bir qalibinə ayrılacaq 20 min manat qrantın 10 min manatı mütləq müsabiqə bitəndən sonra 1 il ərzində təhsilə xərclənməlidir.

F.Hacıyev deyib ki, müsabiqənin qalibləri kadrların ehtiyat bankına daxil ediləcək: "Həmin şəxslərin uzun müddət ehtiyatda qalacağına inanmıram. Çünki bu gün ölkədə aparılan ciddi kadr islahatlarını nəzərə alsaq, yəqin ki, onlar qısa müddətdə müvafiq işlə təmin olunacaqlar. Hətta bəzi qurumlar var ki, nəinki qaliblər, finala çıxacaq namizədlərlə belə işləmək istədiklərini ifadə ediblər".

O qeyd edib ki, müsabiqənin qaliblərindən sonradan dövlət qulluğuna qəbul üçün imtahan tələb olunmayacaq: "Biz bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ilə də danışmışıq. Yəqin ki, bununla əlaqədar dövlət qulluğuna qəbul qaydalarında dəyişiklik də ediləcək”.

Çindən Bakıya gələn 6 nəfər karantində saxlanılırAzərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

"Ölkə.Az"a daxil olan məlumatda görə, hazırda Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində 6 nəfər qalır. Xəstəxanada olanların səhhətində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri davam edir.

Bildirilib ki, karantində saxlanılan şəxslər Çinin koronavirus qeydə alınmayan şəhərlərində olublar: "Onların xəstə şəxslərlə kontaktı olmayıb. Azərbaycana tranzit aviareyslərlə İstanbul, Dubay və Moskva şəhərlərindən gəliblər. Xəstəlik alovlanan ərazidən gələnlər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılanılır. Həmin tibb müəssəsindən verilən məlumata görə, onların da səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar".

Sərnişinlər İstanbuldan Bakıya necə çatdırılacaq?

Sabiha Gökçen aeroportunda baş vermiş insident səbəbindən bağlanması ilə əlaqədar “Buta Airways”in J2-9103 nömrəli reysinin sərnişinləri İstanbul hava limanına çatdırılacaq.

Bu barədə “Buta Airways” məlumat yayıb.

Qeyd edilir ki, Sabiha Gökçen aeroportundan Bakıya uçmalı olan sərnişinlər İstanbulun yeni hava limanına avtobuslar vasitəsilə çatdırılacaqlar.

İctimai nəqliyyatda telefonla ödəniş mümkün ola bilərSon illər bir çox dövlətlərdə yeni texnologiyalar ictimai nəqliyyatda da tətbiq edilməyə başlayıb. Belarusun bir neçə şəhərində artıq ictimai nəqliyyat bütünlüklə QR kod sisteminə keçirilib. Şəhərlərdə ictimai nəqliyyatda gediş haqqı elektron pul kisəsi vasitəsi ilə ödənilir. Nəticədə isə üstünüzdə plastik kart gəzdirmək məcburiyyətində qalmırsınız. Avropa ərazisində müxtəlif şəhərlərə səyahət edəndə onlayn əldə etdiyiniz bileti çap etdirməyə ehtiyac qalmır. Gedəcəyiniz avtobusa yaxınlaşırsız, əlində xüsusi aparat olan biri Sizə yaxınlaşır və telefonda onlayn və "pdf" formada olan QR kodunuzu skan edərək oxuyur və bununla da sizin gedişiniz təsdiq edilir.

"Ölkə.Az" bildirir ki, bu gün yayımlanan məlumata görə isə artıq İstanbulda da QR kodla ictimai nəqliyyat vasitələrindən istifadə mümkün olacaq. Bununla da istanbul sakinləri QR-kod skaneri olan smartfonları ilə avtobusa minəcək və  "İstanbul kart"ı əvəz edəcək sistem ilə rahat ödəmə həyata keçirə biləcək.  Yeni sistem  "Yükləyin, quraşdırın, oxudun, keçin" şüarı ilə təqdim ediləcək.

Mütəxəssislər də hesab edir ki, bu sistem insanların vaxt və büdcəsinə qənaət etmiş olacaq. Əksər vaxt istifadəçilər plastik  kartları daşımaqda unutqanlıq edə və yaxud kart balansını artırmağı yaddan çıxara bilir.  Bütün bunlar isə insanların əhvalına mənfi təsir edir, həm də onların vaxtına qənaət etmir.  Həmçinin belə tətbiqlər onların ictimai nəqliyyata ödədikləri vəsaitlərin təhlükəsizliyini qorumaq baxımından da faydalıdır.
Görəsən, ölkəmizdə də ictimai nəqliyyatda bu texnologiyadan istifadə  mümkün ola bilərmi?

Bakı Nəqliyyat Agentliyinin Mətbuat (BNA)  xidmətinin rəhbəri Mayis Ağayev bu sistemin Azərbaycanda da  tətbiqi barədə açıqlama verib. Onun sözlərinə görə, son bir ayda BakıKarta inteqrasiya olunan avtobusların hamısında quraşdırılan kart oxuma aparatları bu sistemi dəstəkləyir.
BNA rəsmisi sistemin tətbiqinə gəlincə isə bildirib ki, bizdə də  bu sistemə keçid istisna deyil. ted.az

Kredit “canavarı” geri qayıdır – Başımızın üzərində yenə qara buludlar sıxlaşır

kreditləri ilə bağlı məhdudiyyət tətbiq ediləcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

O bildirib ki, dövlət başçısı da ölkədə biznes kreditlərinin stimullaşdırılmasına dair tapşırıq verib: "Amma bunu Mərkəzi Bankın banklara göstəriş verməsi ilə etmək olmaz. Banklar kommersiya müəssisəsidir və biz onlara göstəriş verə bilmərik. Bunun üçün makroiqtisadi və struktur stimulları tələb olunur. Mən növbəti dəfə istehlak kreditlərinin artmasından narahatlığımı bildirirəm. Yəqin tənzimləmə məsələsində dəyişiklik edəcəyik ki, həm əhalinin borc yükü azaldılsın, həm də bankların riskləri daha yaxşı tənzimlənsin".

Qeyd edək ki, Mərkəzi Bankın 2020-ci il və ortamüddətli dövr üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir ki, Azərbaycanda 2019-cu ilin əvvəlindən kredit qoyuluşları 16.1% artıb. Bu da əsasən ev təsərrüfatlarına kreditlərin 21% artmasından irəli gəlib. Kredit portfelində ev təsərrüfatlarına kreditlərin payı 50.4%-ə çatıb.

Qəpik-quruşunuzu da, milyonunuzu da itirə bilərsiniz – Bank kartı təhlükəsi yaşanır

Ekspertlər istehlak kreditlərinə məhdudiyyət qoyulması məsələsinə münasibət bildiriblər.

Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Emin Qəribli Sputnik Azərbaycan-a açıqlamasında, bunu aktual məsələ adlandırıb: "Məhz istehlaka yönələn kreditlər çoxluq təşkil edir və bu da ölkənin maliyyə-kredit vəziyyətini, valyutanın dayanıqlığını pozur. Məişətdə istifadə etdiyimiz məhsulların əksəriyyəti idxal edilmiş məhsullardır və bu da ölkədən valyutanın çıxarılmasına yol açır. Digər tərəfdən, müəyyən maliyyə resursları birbaşa istehsala yönəlmək əvəzinə istehlak kreditlərinə yönəlir. İstehlak kreditlərinin qarşısını almaq üçün müəyyən məhdudiyyətin qoyulmasına ehtiyac yaranıb. Mərkəzi Bank uçot dərəcəsini aşağı salmaqda davam edir. Bu isə yenidən istehlak kreditlərinin artmasına gətirib çıxarda bilər".

"Birincisi, qanunvericilikdə istehlak kreditlərinin qarşısını almaq üçün məhdudiyyət qoyulmalıdır. İkincisi, burada bir sıra institutlar (vençur kreditləşmə və s.) yaradılmalıdır, yəni istehlaka deyil, birbaşa istehsala, iqtisadiyyata yönəldiləcək kreditlərin işə salınmasına ehtiyac var. Bu sahədə alətlər kifayət qədər genişdir. Müxtəlif ölkələrdə müxtəlif alətlərdən istifadə olunur. Məsələn, istehlak kreditlərinin faizləri artırıla bilər və s. Hansı tədbir daha səmərəli olsa, onu həyata keçirəcəklər", – deyə ekspert bildirib.
Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov da Sputnik Azərbaycan-a deyib ki, burada banklara müəyyən limit qoyulmalı və istehlak krediti daha riskli kredit sayılmalıdır: "Amma burada əsas banklar və bank olmayan kredit təşkilatları deyil. Burada əsas olaraq nisyə alqı-satqı ilə bağlı müxtəlif ticarət şəbəkələrinə qadağa qoyulmalıdır. İnsanların çoxunun borc yükünün artması bank kreditləri vasitəsilə deyil. İnsanlar mağazalardan telefon, televizor, mebel və s. nisyə alırlar. Həmin ticarət şəbəkələri bunu öz hesabına etmir, onlar öz növbəsində banklardan kredit götürürlər".

"Burada ilk baxışdan belə təəssürat yaranır ki, bankın verdiyi kredit istehlak krediti deyil, biznes kreditidir. Bank ticarət şəbəkəsinə kredit verdiyini deyir. Amma ticarət şəbəkəsi öz növbəsində əhaliyə nisyə mal satmaqla faktiki onlara kredit vermiş hesab olunur. Ticarət şəbəkələrindən nisyə mal götürən insanlar borcunu qaytara bilməyəndə, həmin ticarət şəbəkələri də banka borcunu qaytara bilməyəcək. Məsələyə fundamental yanaşmaq lazımdır. Mərkəzi Bank məhdudiyyət qoya bilməz, bu, qanunla olmalıdır", – deyə ekspert əlavə edib.

Onu da qeyd edək ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib ki, biznes kreditlərinin ucuzlaşması hiss olunur, lakin bu kreditləri stimullaşdırmaq lazımdır: "Real sektora biznes kreditlərinin verilməsi ilə bağlı yaxın günlərdə İqtisadiyyat Nazirliyi ilə birgə geniş müzakirə aparılacaq. Hüquqi şəxslərə və biznesə verilən kreditlərdə faiz dərəcələrinin aşağı düşməsi dinamikası müşahidə edilir. Düşünürük ki, müəyyən tənzimlənmə çərçivəsi ilə biznes kreditləşməsini stimullaşdırmaq lazımdır. Banklar kommersiya subyektləridir və biz onlara göstəriş verə bilmərik ki, faiz dərəcələrini aşağı salsınlar. Müəyyən stimullar yaratmalıyıq".