Badamdardakı sürüşmənin SON VƏZİYYƏTİEkologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin saat 12:00-a olan məlumatına əsasən, Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmənin dinamikasında aktivlik qalmaqdadır.

Nazirliyin Mətbuat Xidmətindən "Ölkə.Az"a bildirilib ki, müşahidələr davam etdirilir.

"Bu gün səhər saatlarında baş verən sürüşmənin səbəbləri araşdırılır", - nazirlikdən əlavə olunub.

İcra başçısı hadisə yerində

Bu gün Badamdar qəsəbəsində baş verən sürüşmə yerinə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov gəlib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov bildirib ki, hadisə nəticəsində eni 80, uzunluğu 100 metr olan torpaq kütləsi sürüşüb: “Hazırda monitorinqlər davam etdirilir, ölçmə işləri aparılır. Sürüşmə aktivdir, gərginlik var”.

O qeyd edib ki, torpaq kütləsi yolu tam bağlayıb: “Sürüşmə restoran divarlarının dibinə kimi gəlib. Burada yaşayış evləri yoxdur. Yamacın aşağısında yerləşən evlərə isə hələ ki, təhlükə yoxdur”. 

Əziz Qaralov əlavə edib ki, bu sürüşmə yeni deyil: “Bir il öncə baş verən sürüşmə sahəsinin üzərindəki torpaq kütləsi yenidən sürüşərək yolu qapayıb”.

Murad Əhməd

Pərvin Zeynal

 








 

Azərbaycanda “Kistik fibroz” xəstəliyindən əziyyət çəkən uşaqların anaları Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti Mehriban Əliyevaya müraciət ünvanlayıblar.

Müraciətdə deyilir:

Hörmətli, Mehriban xanım !

Biz sizdən çıxılmaz vəziyyətdə qalan Azərbaycan xanımı kimi, bir ana kimi kömək gözləyirik.

Bildiririk ki, bizim övladlarımız genetik xəstəlik olan “kistik fibroz” xəstəliyindən əziyyət çəkir. Bu xəstəlik daimi həkim nəzarətində olmalı və davamlı müəyyən dərman pereparatlarını qəbul etməli olan bir xəstəlikdir. Xəstəliyin əsas dərmanı “pulmazyme”dir ki, bu dərman Azərbaycanda satılmır və xaricdə davamlı almağa maddi imkanımız kifayət etmir. Belə ki, bu dərmanın aylıq ( 30 ədədi) Türkiyədən almaq üçün 865 AZN pul tələb olunur, həmçinin gətirtmək xərcləri də əlavə. Bu dərman olmadan isə xəstələrin həyatı ciddi təhlükəyə girir. Ondan başqa isə bahalı antibyotiklər, daimi fizyoterapeft nəzarətində olmaq hamısı pul tələb edən uzun müddətli çətin proseslərdir.

Ventolin nebules, Kreon 10.000 ve 25.000 (xəstələrin ehtiyaclarına görə dəyişir) ursofalk ( ursoactive) Dekas plus softgels ,liquid ( xəstələrin yaşlarına görə dəyisir ) naxl 0,9% hipotonik ,nebulazer cihazi və s.

Dərmanlar baha olduğu üçün bütün dünya ölkələrində bu xəstəliyin dərmanları xəstə ölkə vətəndaşlarına aylıq həkim təyinatı əsasında pulsuz verilir. Bizdə isə belə bir imkan yoxdur.

Övladlarımızın dərmanlarını almaq üçün baş vurduğumuz heç bir sığorta şirkəti genetik xəstəlik olduğu üçün müraciətimizi qəbul etmir.
Bu səbəblə sizdən Azərbaycan xanımı kimi, bir ana kimi xahiş edirik yanvar ayından ölkə vətəndaşlarının tibbi sığortasında bizim övladlarımızın dərmanlarının aylıq dövlət hesabına alınmasına köməkdarlıq edəsiniz.

Övladlarımızın yaşamağı üçün sizdən başqa çarəmiz yoxdur.

Müraciətimizə baxılması üçün göstəriş verəcəyinizi ümüd edərək əvvəlcədən öz minnətdarlığımızı bildiririk.

Hörmətlə :

1) Əsədzadə Günay. AA N AA1110095 

2) Dayanova Xəyalə. Seriya AZE-19137798 

3) Hümbətova Aynur Ələmmədovna. AZE-16874533 

4) Cəbrayılova Yenigül Loğman qızı. AZE-13917058  

5) Məmmədova Vəfa Ramiz qızı. AZE-0240413

6) Mursudova Esmer Zakir qizi AZE-17529048

7)  Bayramova Səadət İdris q.ızı. AZE-05513059   

8) Ceferova Royale.Faiq qizi. AZE-15275661

9) Muradli Turkan Teyyub qizi. AZE-16496976

10) Camalova Südabə Abdulla qızı. AZE-17429022 

11) Səadət Abdullayeva. AZE-5513059

Əlaqə nömrəsi: +994 55 308 05 47 

Sayğaclarda limit nə zaman tam sıfırlanacaq?Azərbaycanda mexaniki qaz sayğaclarının sıfırlanması işinin yanvarın 10-na kimi yekunlaşdırılması planlaşdırılır.

"Ölkə.Az" xəzərxəbər.az-a istinadən xəbər verir ki, bu barədə ''Azəriqaz''İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov bildirib. Eyni zamanda ''Azəristilik'' ASC-nin bu quruma olan borcu da dövlət tərəfindən tam ödənilib.

Ölkədəmexaniki qaz sayğaclarının sıfırılanması prosesi həyata keçilir. Beləki Azəriqaz istehsalat birliyinin əməkdaşları tərəfindən evlərdə sayğacaları baxış keçirilir və göstəricilər sıfırlanır. Artıq qurum tərəfindən bu işin yekunlaşacağı tarix də açıqlanıb.

Qurum rəsmisinin sözlərinə görə bu il göstərici hansı gündə sıfırlanacaqsa gələn il də həmin günə əsasən hesablanacaq. Yəni vətəndaşlar 365 gün ərzində onlara verilən limitdən istifadə edə biləcək.

''Azəriqaz'' İB-nin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov eyni zamanda ''Azəristilik'' ASC nin olan borcununda dövlət tərəfindən sıfırlandığını bildirib.

Qeyd edək ki, 32 milyon 700 min manatlıq borc 2018-ci ilin noyabr 1-dən 2019 cu il dekabrın 15 -dək olan dövrü əhatə edir.

Məzahir Pənahovdan deputatlığa namizədlərə tövsiyə"Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün namizədlər imza vərəqələrini vaxtında dairə seçki komissiyalarına təqdim etməlidirlər".

"Ölkə.Az" trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, namizədliyin qeydə alınması üçün sənədlərin dairə seçki komissiyalarına təqdim edilməsi müddətinin bitməsinə az vaxt qalıb

“Biz arzu edirik ki, bütün namizədlər imza vərəqələrini vaxtında dairə seçki komissiyalarına geri qaytarsınlar. Artıq sənədlərin təqdim edilməsi üçün iki gün vaxt qalıb. Yanvarın 10-u saat 18:00-da imza vərəqələrinin dairə seçki komissiyalarına geri qaytarılması vaxtı bitir. Bundan sonra isə yanvarın 17-dək dairə seçki komissiyaları təqdim edilmiş sənədlərə baxıb namizədliyin qeydə alınması ilə bağlı müvafiq qərarlar qəbul edəcək”.

Qeyd edək ki, növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2381 namizəd müraciət edib. Onlardan 2149 nəfəri imza vərəqələrini artıq götürüb. 1041 nəfəri imza vərəqələrini dolduraraq geri qaytarıb və onlardan 617 nəfər qeydə alınıb.

Pensiya almaq istəyənlərə ŞAD XƏBƏRPrezident İlham Əliyevin 16 dekabr 2019-cu il tarixdə təsdiqlədiyi yeni qanunlar əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət etməklə, eyni zamanda, sosial təminat sisteminin təkmilləşdirilməsində növbəti addımdır. Bu qanunlarla yaşa görə əmək pensiyası və yaşa görə müavinət hüququ verən yaşlar arasında uyğunsuzluq aradan qaldırılıb, hər iki sosial təminat növü üzrə hüquq yaranan yaş hədləri eyniləşdirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Ölkə.Az"a verilən məlumata görə, bu ilin əvvəlinədək qadınlar (yaşa görə pensiya hüququ olmadıqda) yaşa görə müavinət hüququnü 62 yaşda, kişilər (yaşa görə pensiya hüququ olmadıqda) isə 67 yaşda qazanırdısa, bu ilin əvvəlindən bu yaş həddi pensiya hüququ yaranan yaş həddi ilə eyniləşdirilir.

Beləliklə, 2020-ci il yanvarın 1-dən qüvvəyə minən yeni qanunla hazırda yaş həddi 61 il 6 ay olan qadınlar və yaş həddi 64 il 6 ay olan kişilər (yaşa görə pensiya hüquqları olmadıqda), bu ayın 1-dən yaşa görə müavinət hüququ qazanıblar.

Yaşa görə müavinətin təyinatı ötən il elektronlaşdırılıb və həmin şəxslərə bu müavinət elektron qaydada təyin olunur. Onlara yaşa görə müavinət təyin edilməsi üçün hər hansı quruma müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac yoxdur. Vətəndaşa elektron təyinat və müavinətin hansı bankdan alınması barədə bildiriş SMS vasitəsilə göndəriləcək. SMS göndərilməsi üçün adına nömrə yoxdursa, vətəndaş məlumatı nazirliyin 142-Çağrı Mərkəzindən və ya nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsindən əldə edir. Bundan sonra yalnız şəxsiyyət vəsiqəsini təqdim etməklə müvafiq bankdan kartı alır.

Bununla yanaşı, yeni qanunvericiliyə görə, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların yaşa görə müavinət hüququ qazanmaq üçün yaş həddi hər uşağa görə 1 il azaldılır. Misal üçün, beş uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadının yaşı hazırda 56 yaş yarımdırsa və pensiya hüququ yoxdursa, o zaman ona yaşa görə müavinət təyin edilir. Uşaqların sayı 6 olduqda bu yaş göstəricisi 55 yaş yarım, 7 olduqda 54 yaş yarım və s. yaş həddinə enir. Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların da yaşa görə müavinət hüququ qazanmaq üçün yaş həddi 5 il azaldılır.

Eləcə də ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin yaş həddi 5 il azaldılmaqla yaşa görə müavinət hüququ yaranıb.

İşdən çıxarılan rəis şəhərdə şəxsi radar qoyubmuşATV-nin keçmiş əməkdaşı İlkin Əhmədov Bakı Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərovun işdən çıxarılmasının səbəbləri barədə maraqlı məlumat paylaşıb.

"Ölkə.Az" Yenisabah-a istinadən xəbər verir ki, İlkin Əhmədov əvvəlcə 2011-ci ildə Nuşirəvan Səfərovun ATV rəhbərliyinə zəngindən sonra işdən çıxarıldığını xatırladıb. 

“Dünən işdən çıxarılan Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərov 2011-ci ildə ATV-nin o vaxt prezidenti olan Tağı İbrahimova zəng edib demişdi ki, İlkin məni aylıq 3000 manat tasa qoymaq istəyib, mən də verməmişəm, başlayıb tənqid etməyə. Mənim də Eldar Mahmudov kimi vaxtlarım olub e! Bütün məmurları tasa qoymuşdum! 

Təbii ki, işdən çıxarıldım. Axı o boyda idarə rəisi, polkovnik yalan deyə bilməz!”, -deyə İlkin Əhmədov bildirib.

O, daha sonra Nuşirəvan Səfərovun işdən çıxarılmasının səbəblərinə toxunaraq bildirib: “İndi onun işdən çıxarılmasının əsl səbəbi barədə!!! Məndə olan məlumata görə, Səfərovun qeydiyyatda olmayan 10-dan artıq radarın quraşdırılmasında əli olub və nazir də ona görə işdən çıxarıb. Baş Dövlət Yol Polisi İdarəsinin alay komandiri Balakişi Əhmədovun buna dəxli var, ya yox, yalan deyərəm. Hələlik bu qədər”.

İlkin Əhmədov hazırda “Access Bank” QSC-nin mətbuat ximdətinin rəhbəri vəzifəsində çalışır.

Bu il Gəncə, Şəmkir və Samux şəhərlərinin, eləcə də ətrafdakı yaşayış məntəqələrinin içməli su problemi tam həll ediləcək.

Turkustan.info xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirib.

“Həmin bölgələrin içməli su təminatının yaxşılaşdırılması məqsədi ilə Şəmkirçay su anbarının imkanlarından istifadə etməklə yeni texnologiyaya əsaslanan məhsuldarlığı 140 000 m3/gün (1 620 litr/san) olan sutəmizləyici qurğunun inşası yekunlaşıb. Hazırda qurğudan Gəncə və Şəmkirə suyun verilməsi təmin edilir. Bu mənbədən Gəncə şəhərinə 27,5 km, Şəmkir şəhərinə isə 16,5 km uzunluğunda magistral su kəmərləri inşa edilib. Bu qurğu Gəncənin 85 faizini su ilə təmin edəcək. Eyni zamanda Gəncəyə 27 km uzunluqda magistral su kəmərinin tikintisi də başa çatıb. Gəncənin Göygöl və Qızılqaya adlı iki mənbəyi var. Gəncənin su təminatının 15 faizi isə bu mənbə hesabına veriləcək. 19 ədəd subartezian quyusunun fəaliyyəti dayandırılıb. İlin sonuna qədər 30-dan çox subartizan quyuları da ləğv ediləcək. Növbəti mərhələdə digərlərinin də ləğvi nəzərdə tutulur. Belə ki, şəhərdə subartezian 100-dən çox quyuları var” – deyə o, qeyd edib./Report.az/

Nuşirəvan Səfərovun yerinə yeni rəis təyin edildiBakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsinə təyinat olub.

"Ölkə.Az" report-a istinadla xəbər verir ki, bu vəzifəyə polis polkovniki Rəşid Piriyev təyin edilib.

Bu təyinata qədər R.Piriyev Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsində çalışırdı. Ondan əvvəl isə Beyləqan Rayon Polis Şöbəsinin rəisi olub.

Xatırladaq ki, ötən gün Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin rəisi, polis polkovniki Nuşirəvan Səfərov vəzifəsindən azad olunub.

ABŞ Hind okeanındakı Dieqo Qarsia adasına 6 ədəd B-52 nüvə bombardmançı təyyarəsi göndərmək niyyətindədir.

Bu məlumatı CNN televiziyası yayıb. Təyyarələrin adaya İranla yaranan gərginlik fonunda göndəriləcəyi vurğulanıb.

Adaya yerləşdiriləcək təyyarələrin İrana müdaxilə etmək üçün hazır vəziyyətdə olacağı qeyd edilib.

Televiziya Dieqo Qarsia adasının İrana 4 min kilometr məsafədə yerləşdiyini bildirib. Bununla Vaşinqtonun öz təyyarələrini İranın “Şahab” və “Sumar” kimi raketlərindən qorumağa çalışdığı vurğulanıb.(axar.az)