Bu il yanvarın 1-dən ölkədə daşınmaz əmlakın icbarı sığortalanmasına başlanılıb. Vətəndaşlara sığorta haqqının ödənilmədiyi təqdirdə cərimələnəcəkləri ilə bağlı bildirişlər göndərilir. Sığorta üzrə ekspert Xəyal Məmmədxanlı əhalini narahat edən suallarla bağlı Teleqraf.com-a müsahibə verib. 

– Xəyal bəy, əhalinin icbari daşınmaz əmlak sığortasına laqeydliyi nədən qaynaqlanır?

– Birinci səbəb odur ki, insanlar “əşşi, heç nə olmaz” düşüncəsi ilə hərəkət edirlər. İkincisi, insanlar sığorta növləri haqqında məlumatsızdırlar. Hansıların məcburi, hansıların könüllü olduğunu bilmirlər. Üçüncü səbəb isə, sığorta şirkətlərinə inamın azlığıdır. Pulu ödəyib, qarşılığını əldə edə bilməyəcəklərini düşündükləri üçün, sığortadan yayınmağa çalışırlar.

– Bu düşüncələrin aradan qaldırılması üçün sığortanın faydaları haqqında əhaliyə məlumat verilirmi?

– Təbii, müəyən ə məlumatlar verilir. Sığorta şirkətləri insanlarla iş aparırlar, amma bu, arzuolunan səviyyədə deyil. Qanundan müəyyən xəbərdarlıqları çıxarıb, qapıya asmaq maarifləndirmək demək deyil. Əhaliyə qanunun əhəmiyyəti barədə məlumat vermək lazımdır. Hazırda sığorta şirkətlərinin pul yığmağa, evlərə xəbərdarlıq göndərməyə başı qarışıb. Pul yığmazdan əvvəl vətəndaşlara başa salmaq lazımdır ki, sığorta cərimə üçün deyil. Sığorta fövqəladə hallar zamanı yaranan ziyanı ödəyir.

– Sığorta haqqı nəyə əsasən hesablanır? Evin dəyəri nəzərə alınırmı?

– İcbari sığortada evin dəyərinin əhəmiyyəti yoxdur. Orada fiks rəqəmlər müəyyən olunub. Bakı şəhəri üzrə 25 min manat sığorta məbləği müəyyən edilib. Bu təminatın müqabilində illik 50 manat sığorta haqqı ödənilir.

Abşeron, Gəncə, Sumqayıt üçün bu məbləğ 20 min manatdır, illik 40 manat sığorta haqqı ödənilir.

Digər şəhər və rayonlarda 15 min manat sığorta məbləği müəyyən olunub, illik 30 manat sığorta haqqı ödənilir.

– Bəs sığorta haqqının toplanılmasına necə nəzarət olunacaq? Cərimələr hansı qaydalar əsasında yığılacaq?

– Bunun toplanmasında problem yoxdur. Şirkətlər qapıları döyürlər, vətəndaşlardan sığortalanmaq istəyənlər müqavilə imzalayaraq, sığorta haqqını ödəyirlər. Cərimələrin toplanması və yazılması üçün hələ ki xüsusi mexanizm yoxdur. Bu gün cərimələrlə insanlara hədə-qorxu gəlmək sığorta şirkətlərinin funksiyasına aid deyil. O səbəbdən də, vətəndaşları bununla bağlı qorxutmağa dəyməz.

– Vətəndaşlar onlara göndərilən bildirişlərlə bağlı narahatdırlar. Bu bildirişləri kim göndərir?

– Bildirişləri göndərən sığorta şirkətləridir. Əgər qanundan çıxarış edib, insanlara məlumat göndərirlərsə, burada qeyri-qanuni heç nə yoxdur. Amma vətəndaşları cərimələrlə qorxudurlarsa, bu, qanundan kənardır.

– Hansı hallarda sığorta dəymiş ziyanın xərclərini qarşılamır?

– Vətəndaşın qəsdən öz əmlakına ziyan vurması, sığortalanmış əmlaka təmir, emal nəticəsində zərərin dəyməsi, oğurluq, qrunt sularının səviyyəsinin dəyişməsi, şaxta vurma, aşınma, yeyilmə, tədricən xarab olma, boruların və rezervuarların təmiri, köçürülməsi və ya tutumunun artırılması nəticəsində suyun axması zamanı əmlaka dəymiş ziyana görə sığorta xərci ödənilmir.

Eyni zamanda, evdəki əşyalar sığorta təminatına daxil deyil, yalnız evin özü sığortalanır.

– Hansı daşınmaz əmlaklar sığortaya cəlb olunmur?

– Sökülməsi barədə dövlət və yerli özünüidarəetmə orqanlarının qərar verdiyi daşınmaz əmlak, tikintisi başa çatmayan, qəzalı vəziyyətdə olan daşınmaz əmlaklar qanunsuz tikililər sığortaya cəlb olunmurlar.

– Qanunsuz tikililəri qeyd etdiniz. Sizcə, icbari sığorta bu tikililərin qarşısını almağa kömək ola bilər?

– Hazırda qanunsuz tikililərin inşası dayandırılıb. Əvvəlki kimi acınacaqlı vəziyyət yoxdur. Ümumilikdə isə Bakı və Abşeron ərazisində qanunsuz tikililərin sayı yarım milyondan çoxdur. Onların sığortaya cəlb ediləməsi üçün sənədləşdirilməsi lazımdır.

– İcbari tibbi sığortadan işsizlər, təqaüdçülər, imtiyazlı şəxslər azaddılar. İcbari əmlak sığortasında bu qaydalar keçərlidirmi?

– Burada elə bir hal yoxdur. Heç kim sığorta haqqı ödəməkdən azad deyil. Yalnız aztəminatlı ailələr, ünvanlı sosial yardım alanlar müvafiq qurumlara müraciət etdikdə, dövlət hesabına sığorta haqları ödənilə bilər. Mülkiyyətində və ya faktiki sahibliyində əmlak olan hər kəs öz əmlakını sığortalamalıdır.

– Daşınmaz əmlakın sığortalanması üçün hansı sənədlər lazımdır?

– Ev kimin adınadırsa şəxsiyyət vəsiqəsi və əmlaka dair mülkiyyət hüququnu təsdiq edən sənədləri sığorta şirkətlərinə təqdim etməklə daşınmaz əmlakı sığortalamaq olar.

“Banklara 2 milyard manat resurs verilib və yenə də kreditləşmədə istehlak kreditləri üstünlük təşkil edir. Bu da çox təhlükəli tendensiya ola bilər. Ona görə biz elə etməliyik ki, bank sektoru daha çox real sektoru dəstəkləsin.

Ona görə biznes kreditlərinin verilməsində baxın, hansı mexanizm olmalıdır ki, banklar da bunda maraqlı olsunlar. Həm də ki, Mərkəzi Bank da buna nəzarət etsin. Yoxsa, biz bunu başlı-başına buraxa bilmərik”.

Turkustan.info xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı deyib.

“Əlbəttə, bəzi banklar üçün istehlak kreditləri daha da asandır, daha əlverişlidir. Ancaq ölkə iqtisadiyyatı üçün biznes kreditləri üstünlük təşkil edir. Ona görə İqtisadiyyat Nazirliyi ilə birlikdə bu məsələləri müzakirə edin. İndi İqtisadiyyat Nazirliyinin, Sahibkarlara Kömək Fondunun xətti ilə təqribən 170 milyon manat güzəştli kreditlər nəzərdə tutulur.

Uçot dərəcəsi düşdükdə artıq özəl banklar tərəfindən verilən kreditlərin də faiz dərəcəsi güzəştli kreditlərin səviyyəsinə yaxınlaşacaqdır. Ona görə burada uzlaşma olmalıdır. Bank sektoru böyük bir alətdir, yəni iqtisadiyyatın real sektoruna dəstək verməlidir. Bank sektorundan heç bir sürpriz olmamalıdır.

Bu il onların fəaliyyətinə, kreditlərin verilməsinə çox güclü nəzarət olmalıdır. O cümlədən şübhəli kreditlərin verilməsi ilə bağlı mexanizm olmalıdır ki, biz artıq hadisə baş verəndən sonra yox, bəri başdan bunun qarşısını ala bilək. Bank sektorunun məsuliyyəti də artıbdır, çünki biz bütün əmanətlərin sığortalanmasını davam etdirmişik. Bu da dünya miqyasında nadir hadisələrdən biridir.

Biz bunu bir neçə il bundan əvvəl ona görə etdik ki, etimadı artıraq. Hazırda bank sektoruna etimad hesab edirəm ki, yüksək səviyyədədir. Manatın məzənnəsi 3 ildən çoxdur ki, sabitdir, iqtisadiyyat möhkəmlənir, tədiyə balansının saldosu 6 milyard dollardır. Yəni, heç bir təhlükə yoxdur. Ona görə əmanətlərin dövlət tərəfindən tam sığortalanması çox böyük addımdır və bu, bank sektorunun məsuliyyətini artırır.

Nəzarət elə olmalıdır ki, sürpriz olmasın və Mərkəzi Banka verilmiş yeni səlahiyyətlər hesab edirəm ki, bu məsələnin həllinə köməklik göstərə bilər”, deyə dövlət başçısı bildirib.   /Yeni Sabah/

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov vəzifəsindən çıxarılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

V.Əsədov Qafqazinfo-ya açıqlamasında bildirib ki, bu informasiyanı sosial şəbəkələrdə yayılan yazılar əsasında jurnalistlərdən eşidib:

“Bu məlumatlarla tanış olanda kimin dost olduğunu, kimin məni istəmədiyini hiss elədim. Əgər mənim işdən çıxmağımı, doğrudan da, kimsə istəyirsə, mən istəmərəm onların qəlbi qırılsın, onlar narahat olsun.

Günü bu gün raport yazıb işdən gedərəm. Təki bu informasiyanın yayımlanmasında maraqlı olan şəxslər narahat olmasın. Amma kimsə mənim qalmağımı, xidmət aparmağımı istəyirsə, onlara deyirəm ki, narahat olmasınlar. Mən funksional vəzifəmi qanunda göstərilən tələblər üzrə yerinə yetirirəm. Söz yox ki, rəhbərliyin verdiyi əmr müzakirə olunmur. Nə vaxt təqaüdə çıxmağımı əmr etsələr, onda da getməliyəm və gedəcəyəm.

Heç kim daimi deyil, əvəzedilməz insan yoxdur. Sadəcə bilmək istəyirəm ki, mənim işdən getməyimi bu səviyyədə işıqlandırmaq nə deməkdir? Mən elə dünən işdən çıxarıldığım barədə məlumat yayılan tribunada hava şəraiti və yol polislərinə verilən yeni forma ilə bağlı məlumatlar verdim. Mənim işdən çıxdığımı yayan şəxslər bu açıqlamaları oxumadılar?”

Qeyd edək ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bütün şəxsi heyəti sərəncama götürülüb. Hazırda köhnə əməkdaşlar vəzifələrini icra edirlər. Lakin yeni şəxsi heyət təsdiqlənəndə kimlərin vəzifədə qalıb, kimlərin çıxarıldığı bəlli olacaq.

Evimizə çörəklə gələn mədə-bağırsaq xəstəlikləriSüfrəmizin vazkeçilməzi olan çörək bir çox ailənin gündəlik aldığı qida məhsullarndan biridir. Hər kəs çalışır ki, təzə, isti və yumuşaq çörək əldə eləsin. Bu məqsədlə piştaxtata olan məhsulların demək olar ki, hamısını yoxladıqdan sonra birini seçir. Bu prosesdə gün ərzində onlarla alıcı iştirak edir. Elə müsahibimiz kimi.

"Ölkə.Az"ın məlumatına görə, mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.

Alıcı: “Müştəri istədiyi çörəyi seçib alır. Çörəyi yaxşı qablaşdırsalar buna ehtiyac qalmaz. Bəzi çörəklər var qablaşdırıb göndərirlər, onda yaxşı olur”.

Alıcılar məhsulu alarkən yoxlamaq məcburiyyətinə olduğunu bildirir. Çünki bəzən satışda köhnə, quru hətta kiflənmiş məhsullarda olur. Satıcılar bildirir ki, onlar bu prosesə müdaxilə etmir. Yalnız piştaxtanı səliqəli, təmiz saxlamağa çalışırlar.

Satıcı: “Müştəri baxmalıdır, seçib götürməlidir. Hər kəs istəyir ki, evinə təzə çörək aparsın. Ona görə biz müdaxilə etmirik. Müştərini kobudlamaq olmur, acığına gəlir”.

Qaydalara əsasən çörək satılan yerlə alıcı arasında məsafə olmalıdır, çünki digər qida məhsullarından fərqli olaraq çörəyi mikroblardan qorumaq mümkün deyil. Həmçinin nə alıcı, nə də satıcı çörəyə əllə toxuna bilməz. Bu tibbi baxımdan da olduqca təhlükəlidir.

Əlniyaz Ramazanov – Həkim: “Çöldə gəzən, hərəkət edən insanın əllərində min cür mikrob var. Onlar da yoluxucu mikroblardır. Mədə-bağırsaq xəstəliklərinin törədiciləri olur. Ona görə ehtiyatlı olmaq lazımdır”.

Müşahidəmizə əsasən deyə bilərik ki, istər böyük istər kiçik marketlərin əksəriyyyətində çörək növlərinin əksəriyyəti açıq şəkildə piştaxtalara düzülüb. Həmçinin məhsul daşınarkən işçilər açıq əl ilə prosesi həyyata keçirir.

Sakinlər Cavid Osmanova “od püskürürlər”-ŞOK İTTİHAMLAR-VİDEO

Bugünlərdə Ağdaş rayonu, Yuxarı Ləki kənd sakinləri, o cümlədən Həmidova Kəklik Həmid qızı, Məmmədova Lətafət Hamlet qızı, Orucova Esmira Muxtar qızı və digərləri, illər uzunu üz-üzə qaldıqları sosial problemlərlə bağlı Nyus.Az saytının redaksiyasına şikayət məktubu ünvanlayıblar. Sakinlərin ünvanladıqları şikayət ərizəsinin mahiyyəti ilə tanış olduqda o da bəlli oldu ki, 18 iyun 2016-cı il tarixdə 90 saylı Ağdaş Seçki Dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən təkrar seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülən və deputat olan Osmanov Cavid Həmid oğlunun fəaliyyəti, sanki fəaliyyətsizlikdən başqa bir şey olmayıb. Çünki çoxsaylı sakinlərin iddialarına görə, onlar ötən illər ərzində bir dəfə də olsun belə Cavid Osmanovun sifətini görə bilməyiblər. Bu da onu söyləməyə əsas verir ki, adı çəkilən bu şəxs Milli Məclisdə olduğu müddət ərzində təmsil olunduğu dairədə yaşayan sakinlərin çoxsaylı sosial problemləri ilə maraqlanmadığından, hal-hazırda onlar sabiq millət vəkilinə “od püskürməyə” qərar veriblər. Əslində, millət vəkili olan hər kəs təmsil olunduğu ərazinin problemləri ilə yaxından maraqlanmalı, sakinləri narahat edən bu və digər məsələlərə aydınlıq gətirməyə çalışmalı, bir sözlə üzrərinə düşən vəzifə borcünü yerinə yetirməlidir. Məsələnin düşündürücü tərəfi odur ki, Cavid Osmanov indiyə kimi belə bir məsuliyyəti hiss etmədiyindən, bu gün sakinlər ona qarşı aqressiv münasibət bəsləməyə qərar veriblər.

Sakinlər iddia edirlər ki, “Hər kəs bu şəxsin təkrar bizi Milli Məclisdə təmsil etməsini istəmirik. Çünki, o, ötən illər ərzində əksər deputatlar kimi özünə məxsus problemlərin həlli ilə məşğul olub ki, bizi yaddan çıxara bildi. Yenə də Cavid Osmanov 90 saylı Ağdaş Seçki Dairəsində namizəd olaraq qeydə alınıb. Biz sakinlər ona səsvermək niyyətində deyilik. Çünki, bu şəxsin deputat olmasını heç birimiz istəmirik. Ötən seçkidə bizə “yağlı vədlər” verildi, elə ki, səsvermə başa çatdı, o halda hər birimiz unudulduq. İllərdir bizim mavi qaz çəkilişi ilə bağlı problemimiz var, bir kimsəni tapa bilmirik ki, dərdimizi ona deyək. Mavi qaz boru xətləri yaşadığımız evlərin həndəvərindən keçir, amma biz ondan istifadə edə bilmirik. Bizə bildirirlər ki, “evinizə mavi qaz çəkilişi üçün lahiyə planı lazımdır”. Başa düşə bilmirik ki, neçə il də bu kənddə yaşamalıyıq ki, yaşadığımız evə mavi qaz çəkilməsi üçün bizə şəhadətnamə versinlər. Kəndarası yollarımız bərbad haldadır, yağmurlu günlərdə küçələrdən keçmək olmur. Kənddəki elektrik trasformatorumuza diqqətlə fikir verin, sanki “nuh əyyam”dan qalıb. Həndəvərində heç bir təhlükəsizlik tədbirləri görülməyib. Bu da daha çox azyaşlıların həyatı üçün təhlükə deməkdir. Budur kəndimizin dərdi, çoxsaylı problemlərinin varlığı. Biz ötən illər ərzində Cavid Osmanovu görə bilmədik ki, heç olmazsa belə bir dərdimizi ona deyə bilək. Sanki, o, bizdən “qaçaq düşdü”. İndi seçkilər yaxınlaşır, deyəsən o, yenə də bizi aldatmağa çalışacaq. Yox, artıq biz də ayılmışıq və “ağı qaradan” seçməyi bacarırıq”.

Mövzunu diqqətdə saxlayacağıq.








 

Bakıda 1 kvadratı 25 minə torpaq satılırPaytaxtın bəzi küçələrində torpaq sahələri kvadratmetrlə satılır. Bu zərurətin yaranmasının bir səbəbi son zamanlar tikintiyə nəzarət tədbirlərinin gücləndirilməsidirsə,digər səbəbi boş sahələrin sürətlə azalmasıdı.

Torpaq sahələrinin ölçüləri az olduğundan yaşayış kompleksi üçün olan normalara cavab vermir. Tələblərə əsasən yaşayış binalarında vətəndaş üçün parkinq, istirahət zonası,uşaqlar üçün əyləncə yerləri təşkil edilməlidi. Bu tələblər qarşılanmadığından xüsusiilə də mərkəzi ərazilərdə kiçik torpaq sahələrindən kommersiya xarakterli iaşə obyektləri üçün istifadə edilir.

Bakının bəzi ərazilərində artıq torpaqlar sotla deyil, kvadratmetrlə satılır.

Son bir neçə aydır ki,təlabatın artması ,o cümlədən bakının memarlıq üslubunqorunması üçün qoyulan tələblər torpaq bazarına da təsirsiz ötüşməyib.Bəzi ərazilərdə 4-5 kvadrat metrlik boş sahəyə təklifedilən pullaasanlıqla1 mənzil almaqmümkündür.

Əmlak məsələləri üzrə ekspertlər bildirir ki,kiçik torpaq sahələrində tikilən qarajsız və vətəndaşların rahatlığını təmin etməyən binaların tikintisinə artıq icazə verilmir. Nəzarət tədbirlərinin gücləndirilməsində əsas məqsədvətəndaşın rahatlığını təmin etməkdir.Bununla da boş ərazilərdə daha çox kiçik kommersiya obyektlərinin inşası həyata keçirilir.

Ekspertin sözlərinə görə,son illərin tendensiyası onu göstərir ki,artıq mərkəzi ərazilərdə yaşayış obyektləri yerinə iaşə obyektlərinə sərmayə qoyuluşuna maraq artmaqdadır. (Xəzər TV)

Qarabağ müharibəsi veteranı İsgəndər Bəhman oğlu Qasımov mətbuata “Beynəlxalq Sığorta Şirkəti” ASC ilə bağlı mətbuata müraciət ünvanlayıb.

Veteranın təqdim etdiyi sənədlərdən məlum olur ki,  “Beynəlxalq Lizinq” QSC (keçmiş adı: “Join Lizinq Kompani” QSC) ilə Qasımov  arasında imzalanmış 24.12.2013-cü il tarixli 580/64/2013 saylı Daxili Maliyyə Lizinqi müqaviləsinə əsasən iddiaçıya (lizinqalana) bir ədəd 10 S 941 dövlət qeydiyyat nişanlı, HMK 140 W3 markalı ekskavator-yükləyici verilmişdir. Müqavilə şərtlərinə uyğun olaraq iddiaçı ödəniş cədvəlində qeyd edilən növbəliliklə hər ay mütəmadi olaraq lizinq haqqını (həmin ödənişə sığorta haqqı da daxildir) ödəməyə davam edir. 05.07.2-16-cı il tarixdə Bakı şəhəri, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsində yerləşən avtodayanacaqda baş vermiş yanma nəticəsində lizin obyekti yanaraq sıradan çıxır və  istimara yararsız hala düşür.  Faktla əlaqədar “Yanğın haqqında akt” tərtib edilərək baş vermiş hadisənin təfərrüatları qeyd edilməklə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və iddiaçının imzası ilə təsdiq edilir. Lizinq obyektinin bərpasına çəkilməli xərcin dəyəri “Aqrointer” müəssisəsi tərəfindən 18.07.2016-cı il tarixdə verilmiş 140 W3-nun təmiri ilə bağlı təklifə əsasən 62103.07 manat təşkil edib. Həmin müəssisə tərəfindən təmiri nəzərdə tutulan ehtiyat hissələrinin ABŞ dollar ilə gətirilməsi səbəbiylə həmin təklifdəki qiymətlərin AZN-USD məzənnəsindəki cari fərqə görə dəyişdirilə biləcəyi qeyd edilir. Təmirlə bağlı təklifdə yanma nəticəsində ekskavatorun idarəetmə sütunu (sükan), komplekt, komplekt kabin (kabin bağlantı elementləri, qapı, şüşələr və sair daxil olmaqla), kabin elektrik təsisatı (kabellər), monitor və sair idarəetmə avadanlıqları, operator oturacağı sıradan çıxmış və təmirinə çəkiləsi xərc 52317.7 manat təşkil etmişdir. Əlavə olaraq 7 günlük usta təmiri xərcləri (hidromekdən), ustaların otel və yemək xərcləri, təyyarə bileti (2nəfərlik), gediş-dönüş cəmi 9786 manat təşkil etdiyi müəyyənləşdirilib.

Lizinq müqaviləsinin predmetini təşkil edən bir ədəd HMK 140 W3 markalı ekskavator “Beynəlxalq Sığorta Şirkəti” ASC tərəfindən MTRC SAQ 47865 nömrəli, 29.12.2013-cü il tarixli sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitələrinin sığortası sinfi üzrə sığortalanıb. 05 iyul 2016-cı il tarixli “Büynəlxalq Lizinq” QSC-nin Beynəlxaq Sığorta Şirkətinin İddialar departamentinin direktoru F.İsmayılova ünvanladığı 358 nömrəli məktubla lizinqalana verilmiş HMK 140 W3 markalı ekskavator yükləyicinin yanması səbəbiylə sığorta ödənişinin texnikanın təmirinə yönəldilməsi, 26 iyul 2016-cı il tarixli məktubla isə lizinq müqaviləsi üzrə Qasımov İsgəndər Bəhman oğlunun 22970 manat borcu olduğunu və sığorta ödənişindən həmin məbləğin lizinqverənin hesabına, yerdə qalan məbləğin iddiaçının, yəni lizinqalanın hesabına ödənilməsi bildirilib. Beynəlxalq Sığorta Şirkətinin İdarə Heyətinin sədri tərəfindən 07.09.2016-cı il tarixli, 324 saylı “Beynəlxalq Lizinq” QSC-yə ünvanlanmış məktubla sığorta ödənişi edilməsindən imtina edilib.

İsgəndər Qasımovun təqdim etdiyi sənədlərdən məlum olur ki, imtina məktubunda sığorta şəhadətnaməsinin “Sığorta təminatı” adlanan bölməsində ümumi sığorta haqqının cəmi 4.121 manat olduğu və ümumi sığorta haqqının, 6 hissəyə bölünərək müəyyən edilmiş tarixlərdə ödəniləcəyinin nəzərdə tutulduğu, ümumi sığorta haqqının ilk hissəsinin (686 manat) lizinqverən təfindən razılaşdırılan müddətdə, ikinci hissənin (686 manat) 18 gün gecikməklə ödənildiyi və sonra ödənişin dayandırıldığı qeyd edilib. Hadisənin baş verdiyi tarixdən sonra Ümumi sığorta haqqının qalan hissəsinin, yəni həm gecikdirilmiş 3,4 və 5-ci hissələri (2061 manat), həm də hələlik vaxtı çatmamış altıncı hissə (686 manat), ümumilikdə 2749 manat nağd qaydada ödənilib. Sığorta ödənişi barədə müraciətə cavab olaraq, Mülki Məcəllənin 935.1.9-cu maddəsinə istinad edilərək Ümumi sığorta haqqının 29.12.2014-cü il, 29.06.2015-ci il və 29.12.2015-ci il tarixlərində ödənilməsi 3, 4 və 5-ci hissələri barəsində müraciət edilən yanğın hadisəsi baş verənədək ödənilmədiyindən, həmin hadisə üzrə sığorta ödənişi edilməsindən imtina edilmişdir.

İddiaçı İsgəndər Bəhman oğlu Qasımov cavabdehlər “Beynəlxalq Lizinq” QSC və “Beynəlxalq Sığorta Şirkəti” ASC-yə qarşı cavabdehlər “Beynəlxalq Lizinq” QSC və “Beynəlxalq Sığorta Şirkəti” ASC-dən 62103,7 manat sığorta ödənişinin və hər gecikdirilmiş 148 gün üçün 0.1 faiz həcmində hesablanmış 9191 manat məbləğində dəbbə pulunun iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (yəni birinci instansiya məhkəməsi) müraciət edilib.

Birinci instansiya məhkəməsinin 15 mart 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh “Beynəlxalq Sığorta Şirkəti” ASC-dən 75 min manat sığorta ödənişi, 44475 manat məbləğində dəbbə pulu və 30 manat ödənilmişdövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilib.

Məhkəmənin qeyd olunan qətnaməsindən narazı qalan cavabdeh “Beynəlxalq Sığorta Şirkəti” ASC Apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 15 mart 2018-ci il tarixli qətnaməsi iddianın qismən təmin edilməsi hissəsinin də ləğv edilməsi, iddianın rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

Bakı Apellyasiya Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının (Apellyasiya instansiya məhkəməsi) 09.08.2018-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin 15 mart 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir.

Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin, cavabdehin nümayəndəsi və vəkilin izahat və çıxışlarını dinləyərək, işin hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edib ki, apelyasiya instansiya məhkəməsinin 09 avqust 2018-ci il tarixli qətnaməsi qüvvədə saxlanılsın.

Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının iddiaçı İsgəndər Bəhram oğlu Qasımov cavabdehlər “Beynəlxalq lizinq”QSC-yə və “Beynəlxalq Sığorta Şirkəti” ASC-yə qarşı iş üzrə qərarına əsasən cavabdeh “Beynəlxalq Sığorta Şirkəti” ASC –nin kassasiya şikayəti təmin edilməyib.
Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 09.08.2018-ci il tarixli 2 (103)-399/2018 saylı qətnaməsi dəyişiklik edilmədən qüvvədə saxlanılıb.
İsgəndər Qasımovun sözlərinə görə, sözügedən məsələnin bu həddə çatmasının əsas səbəbkarı “Beynəlxalq Sığorta Şirkəti” ASC-nin İdarə heyətinin sədr müavini Vasif Əhmədovdur:

“Vasif  Əhmədovla dəfələrlə bu barədə söhbətimiz olub. Bildirmişəm ki, haqlı olduğum halda məni dağa-daşa salmayın. Birinci məhkəmə instansiyasından əvvəl də demişdim ki, mən haqlıyam. İndi bütün məhkəmələr mənim haqlı olduğum barədə qərar çıxardığı halda, bir ildən artıqdır ki, hüquqlarım Vasif  Əhmədov tərəfindən pozulur. Bu adam əvvəlcə mənə dəymiş 120 min manat müqabilində 70 min təklif etdi, indi isə ümumiyyətlə məsuliyyətdən boyun qaçırır. Yadınızdadırsa “EuroHome” yananda əskəriyyət sahibkarları qınadı ki, niyə mallarını sığorta etdirməyiblər. Ona görə ki, hansı məbləğdə sığorta etdirməyindən asılı olmayaraq, axırda belə çətinliklə üzləşməli olursan.

Bütün aidiyyatı qurumların rəhbər şəxslərindən xahiş edirəm ki, bu özbaşınalığa son qoyulması üçün qanunun imkan verdiyi formada müdaxilə etsinlər”.

DYP-də yoxlama bitdi - Bütün müavinlər, şöbə və bölmə rəisləri... -SENSASİON QƏRAR

Bakı Dövlət Yol Polisi idarəsində aparılan yoxlamalar başa çatıb.

Bu haqda Qaynarinfo-ya özəl mənbələrdən məlumat daxil olub.

Məlumatda deyilir ki, yoxlamaların nəticəsi olaraq, bu gün Bakı DYP-nin rəhbərliyi sərəncama göndərilib. Buraya müavinlər, şöbə və bölmə rəisləri, İdarənin zabit heyəti daxildir.

Qeyd edək ki, üç gün əvvəl Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki Nüşrəvan Səfərov da vəzifəsindən azad edilmişdi.
Bu gün bələdiyyə seçkilərinin nəticələrinə yekun vurulacaq

Bu gün Azərbaycanda keçirilmiş sonuncu bələdiyyə seçkiləri ilə bağlı səsvermənin nəticələrinə yekun vurulacaq.

Bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçiriləcək.
Qeyd edək ki, Seçki Məcəlləsinin 108.2 və 239-cu maddələrinə əsasən, səsvermə günündən başlayaraq ən geci 20 gün müddətində, yəni, yanvarın 12-dək MSK tərəfindən seçkilərin yekunları yoxlanılmalı və təsdiq edilməlidir.

Xatırladaq ki, Azərbaycanda bələdiyyə seçkiləri 2019-cu ilin dekabrın 23-də keçirilib. Seçkilərdə 13 siyasi partiya iştirak edib, 41 462 namizəd qeydiyyata alınıb. Səs vermək hüququna malik 4 972 356 seçicinin adı seçici siyahısına daxil edilib. Seçki məntəqələrində seçici fəallığı 32.72% faiz olub. Belə ki, səsvermə hüququna malik 4 972 356 seçicidən 1 627 064 nəfəri səs verib.
DYP sürücülərə müraciət etdi — BU YOLVERİLMƏZDİR

Baş Dövlət Yol Polisi İdarəsi texniki cəhətdən nasaz olan nəqliyyat vasitələrinin sürücülərinə müraciət edib.
Müraciətdə avtomobil yollarında bəzi şəxslər tərəfindən yüklərin daşınmasında texniki cəhətdən nasaz və istismara yararsız nəqliyyat vasitələrindən istifadə edildiyi qeyd edilib: "Bir sıra hallarda isə yük daşıyan nəqliyyat vasitələrində nasazlıq yarandığı zaman yol kənarlarında və ya yolların hərəkət hissəsində saxlanılır. Bu cür hallar hərəkətin digər iştirakçılarının həyat və sağlamlığına ciddi təhlükə yaratmaqla, ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər. Xatırladırıq ki, yüklərin daşınması zamanı təhlükəsizlik tədbirlərinə riayət olunmalı, texniki standartlara uyğun gəlməyən, o cümlədən tormoz sistemi, sükan idarə mexanizmi, xarici işıq cihazları, qabaq şüşənin şüşə silgəcləri, şüşəyuyanları, təkərləri, şinləri, mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitələrinin istismarı yol verilməzdir.
Belə faktlar aşkar olunaraq müvafiq tədbirlərin görülməsi istiqamətində DYP əməkdaşları tərəfindən tədbirlər davam etdirilir”.