Azərbaycan Respublikasının prokurorluq orqanlarında kadr korpusunun komplektləşdirilməsi istiqamətində işlər həyata keçirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə, Qabil Səfərova Mingəçevir şəhərinin, Fəxrəddin Pənahova Sabirabad, Kamran Əhmədova Xocavənd, Elnur Rüstəmova isə Füzuli rayonunun prokuroru vəzifələrinin icrası həvalə edilib.
Bundan başqa, Baş prokurorun imzaladığı digər əmrlərlə Sahib İsmayılov Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin Statistika şöbəsinin rəisi - idarə rəisinin müavini, Rəsul Həsənov isə Gəncə şəhər prokurorunun müavini vəzifələrinə təyin ediliblər.
Kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə formalaşdırılması istiqamətində islahatlar davam etdirilir.
Qərara əsasən, “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normaları” təsdiq edilib.
Müəyyən edilib ki:
– koronavirus (COVID-19) pandemiyası dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrinə müştəri qəbulu qüvvədə olan norma və qaydalardan iki dəfə az olmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır;
– qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında bir metrdən, masalararası məsafələr isə iki metrdən az olmamalıdır;
– hər bir ictimai iaşə müəssisəsinin qarşısındakı lövhədə həmin müəssisənin qida qəbulu yerlərinin (zallar, otaqlar və s.) ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları göstərilməlidir.
Qida Təhlükəsizliyi Agentliyi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və yerli icra hakimiyyəti orqanları bu Qərardan irəli gələn məsələləri həll etməlidirlər.
Oxu.az bildirir ki, Tibb ocağında yaradılan şəraitlə tanışlıqdan sonra dövlət başçısı Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibə verib.
Dövlət başçısının müsahibəsini təqdim edirik:
AZƏRTAC xəbər verir ki, tibb ocağında yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibə verib.
Trend məlumatına görə, bu, mənzil şəraitinə və əlavə yaradıcılıq otağına ehtiyacı olan ədib üçün ən böyük töhfədir.
Prezident İlham Əliyevin göstərişi əsasında 122 saylı sərəncamla Əmir Pəhləvana 4 otaqlı mənzilin sənədləri təqdim olunub.
Xatırladaq ki, Əmir Pəhləvan 70 kitabın, 15 filmin, 2 teatr tamaşasının müəllifidir. Dünyanın bir çox nüfuzlu mükafatlarının sahibidir. 40 kitabı Avropada, Amerikada, Almaniyada, Avstryada və başqa xarıcı dövlətlərdə nəşr olunub.
Əmir Pəhləvan bildirib ki, dünyada COVİD-19 virusunun yayılması səbəbindən yaşanan gərginlik, narahatlıq və karantin rejimində doğma Azərbaycanımda cənab Prezident İlham Əliyevin mənə bu cür qiymət verməsi gözlənilməz oldu. Azərbaycan xalqının xoş güzəranı namınə keçirilən islahatların uğurla davam etdiyi bir dönəmdə mənə və ailəmə edilən bu diqqət və qayğını yüksək dəyərləndirirəm, çoxsaylı oxucularım və tamaşaçılarım adından cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm. Azərbaycan mədəniyyətinə və ədəbiyyatına etdiyim xidmətlərin müqabilində verilən bu sərəncam məni yeni həyat sevgisi ilə yeni ruhda, yeni enerjidə yazıb yaratmağıma sövq edir. Bu qiymətsiz hədiyyə Azərbaycan ədəbiyyatına və mədəniyyətinə mütamadi olaraq göstərilən diqqət və qayğının növbəti tərkib hissəsidir.
Unikal.org məlumatına görə, icra başçısının göstərişi ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətlərinin əməkdaşları Bakı Şəhər İcra Hakimiyyətinin binasındadırlar.
Artıq 50 nəfər əməkdaşdan koronavirus testi götürülüb.
“Karantin dövrünün bu kritik durumunda ən əlçatan variantlardan istifadə etmək lazımdır. Türkiyədən 10-12 virusoloq və epidemoloq dəvət etmək, onları prosesin idarə olunmasına cəlb etmək lazımdır. Hər gün də bir-ikisini televiziyaya çıxarıb vəziyyəti təhlil etməsinə imkan yaratmaq məqsədəuyğun olardı”.
Belə bir təkliflə millət vəkili Fazil Mustafa çıxış edib.
“Belə bir təkliflə bundan öncə də çıxış etmişəm. Pandemiya ilə bağlı vəziyyətin mütəxəssislər tərəfindən yönəldilməsinə inam yaratmaq olduqca vacibdir. Bizdə aydın olur ki, bu sahədə nəinki dünya standartlarına, heç yerli standartalar uyğun gələn mütəxəssis problemi var. Köhnə rus məktəbindən qalanlar da ya dünyasını dəyişiblər, ya da hədsiz yaşlaşıblar. Tibb Universitetinin də tədris metodikası dünya standartlarından çox uzaq olduğuna görə möcüzə gözləməyə heç dəyməz. Avropa və ABŞ-da bu sahələr üzrə tələbə də oxutdurmadığımız göz qabağındadır. Təcili ingiliscəsi və bu sahəyə uyğun tibb təhsili olan şəxsləri Çinə və Avropa ölkələrini 2 aylığına təcrübə mübadiləsinə göndərməliyik. Xarici dil bilgisi zəif olanları Türkiyəyə göndərmək olar. Proses uzandığı təqdirdə yeni təcrübəyə yiyələnmiş yerli mütəxəssislərin meydanda olması faydalı ola bilər”- deputat vurğulayıb.
F.Mustafa inanmayanları da qınamağa lüzum görmür: “İnanmayanları qınamaq lazım deyil. COVİD-19 elmlə bağlı məsələdir, bizdə elmə, alimə inanmaq nə zaman olub ki? Yas yerində bir mollanın söylədiyi cəfəngiyyatın dalınca gedənlər, yaxud da bir dedi-qodunu həqiqət kimi həzm edənlər həmişə çoxluqda olub. Bir çoxlarına desələr ki, COVİD-19-u cinlər göndərib, bu artıq domino masası arxasında, yas yerlərində ciddi müzakirə mövzusuna, geniş diskussiyalara çevrilə bilər. Ona görə də inanmaq istəyənləri, məsuliyyətli insanları düşünərək bu addımları atmaq vacibdir. Bu insanlar mütəxəssis rəyinə olduqca həssasdırlar, söylənilənləri düşüncə süzgəcindən hökmən keçirəcəklər, davranışları ilə başqalarını da şübhələndirməyə başlayacaqlar ki, bəs filankəs ağıllı adamdır, belə davranırsa, demək ki, təhlükə həqiqətən mövcuddur”.
Baş prokuror Kamran Əliyev bununla bağlı müvafiq əmrlər imzalayıb.
K. Əliyevin əmri ilə Pirallahı rayon prokurorunun vəzifəsinin icrası Zaur Axundzadəyə həvalə olunub.
Digər əmrlərə görə, Mobil Şəfiyev və Mürvət Həsənov Bakı şəhər prokurorunun müavinləri, Şəbnəm İbrahimova və Famil Axundov isə Bakı şəhər prokurorunun köməkçiləri təyin olunublar.
Bundan savayı, Sabirabad rayon prokuroru Pərvin Quliyev tutduğu vəzifədən azad edilərək Bakı şəhər prokurorluğunda Daxili işlər orqanlarına nəzarət şöbəsinin rəisi təyin edilib.
Rövşən Əliyev Bakı şəhər prokurorluğunda Daxili Araşdırmalar İdarəsinin rəisi, Günay Eyyubova isə Baş Prokurorluğun Hüquqi Təminat İdarəsinin rəis müavini vəzifələrinə gətiriliblər.
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” Sazişin təsdiq edilməsi barədə Qanunu imzalayıb.
Qanuna əsasən, "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında" 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilib.
Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.
İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliyə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə ediləcək.
Həmin əməllərin inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 400 yüz manat məbləğində, hüquqi şəxslər 800 manat məbləğində cərimələnəcək.
Bundan əlavə, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələrin məbləği artırılıb.
Belə ki, qanuna əsasən, fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 3 min manatdan 4 min manatadək məbləğdə cərimə ediləcək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 1 ayadək müddətə inzibati həbs tətbiq olunacaq, hüquqi şəxslər 4 min manatdan 10 min manatadək məbləğdə cərimə ediləcək.