Azərbaycan XİN başçısı rusiyalı həmsədri və Anjey Kaspşik ilə cəbhədəki vəziyyəti müzakirə etdi13 iyul 2020-ci ildə Xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun Rusiya Federasiyasından olan həmsədri İqor Popov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə telefon söhbətləri baş tutub.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qarşı tərəfi Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısının alınması və bölgədəki cari vəziyyət barədə məlumatlandıran nazir Elmar Məmmədyarov ciddi narazılığını bildirərək, Ermənistanın bu yeni təxribatını təcavüz aktı kimi qiymətləndirib.

E.Məmmədyarov Ermənistanın məqsədyönlü şəkildə həyata keçirdiyi bu təxribatın üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək və Ermənistan cəmiyyətinin daxili problemlərdən fikrini yayındırmaq məqsədi güddüyünü qarşı tərəfin diqqətinə çatdırıb.

İlham Əliyev: “Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməyiblər”

“Dünən günorta saatlarında Ermənistan Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribat törədib. Birinci dəfə deyil ki, dövlət sərhədində Ermənistan tərəfindən hərbi təxribatlar törədilir”.
Bunu Prezident İlham Əliyev iyulun 13-də Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, son bir neçə ay ərzində bu hərbi təxribatlar nəticəsində bizim hərbçilərimiz, eyni zamanda, mülki şəxslər həlak olub:
“Dünən günorta saatlarında onların növbəti təxribatı nəticəsində bir neçə hərbçimiz həlak olub. Qəflətən bizim hərbi postumuza artilleriya atəşi açılıb və bu çirkin əməl nəticəsində hərbçilərimiz həlak olub və yaralanıb. Allah şəhidlərimizə rəhmət etsin, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm.

Deyə bilərəm ki, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınıb, adekvat cavab verilib. Hərbçilərimizin qisası alınıb. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməyiblər”.

İyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

Dövlət başçısı iclasda çıxış edib.

Sonra Təhlükəsizlik Şurasının iclası qapalı rejimdə davam edib.

Təhlükəsizlik Şurasının iclası ilə bağlı əlavə məlumat bir qədər sonra veriləcək. (modern.az)

Düşünürəm ki, Tovuzda baş verənlər daha çox hərbi məsələ ilə bağlıdır. Bildiyim qədər cəbhənin Tovuz-Qazax istiqamətində Azərbaycan ordusu ən yüksək mövqelərə sahibdir. O cümlədən, Azərbaycan ordusu Gürcüstandan Ermənistana keçən qaz kəmərini vurmaq imkanlarına malikdir. Ermənilər daima bizi hədələyirdi ki, müharibə başlasa Azərbaycanın kəmərlərini vuracaqlar. İndi bunun cavabı var. Sözsüz ki, bu, erməniləri narahat edir. Yəni çətin vəziyyətə düşüblər.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Rasim Musabəyov Tovuz istiqamətində Ermənistan və Azərbaycan ordusu arasında baş verən silahlı qarşıdurmanı şərh edərkən deyib.

Onun fikrincə, dünən baş verən qarşıdurmanı daha çox hərbçilər şərh edə bilər: “Belə iddialar səsləndirilir ki, ermənilərin bu yolla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını fəallaşdırmq niyyətləri var və sair. Ola da bilsin, ermənilər bu addımla öz xalqına nümayiş etdirməyə çalışırlar ki, baxın, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bizə kömək etmədi. Bunun üçün belə avantüraya gedə bilərlər. Axı, Ermənistanın hazırkı hakimiyyəti Qərbə yaxındır, əhali isə ruspərəstdir. Bu ehtimal da istisna deyil”.

Deputat əlavə edib ki, Tovuz cəbhəsində baş verənlərin Emənistan daxili siyasətinə hansısa formada təsirləri olacaq, amma bunun üçün bir qədər gözləmək, məlumatlarla tanış olmaq lazımdır: “Məsələn, Ermənistanda elə avantürist dairələr var ki, onlar hesab edirlər mövcud vəziyyəti saxlayıb gözləmək lazımdır, Azərbaycan nə vaxt geri düşdü, bu an istəyimizi həyata keçirərik. Başqa düşüncə budur ki, artıq bizdə güc qalmayıb, gözləməklə zəifləyirik, elə müharibə olduğu halda uğurlar əldə edilə bilər. Yəni sonsuz dəhşətdənsə, dəhşətli son daha yaxşıdır.

Onlar hesab edirlər ki, müharibə başlasa, uğur əldə edə bilərlər. Amma uduzsalar, bəzi ərazilərdən çıxmalı olsalar belə müharibəni dayandıra, sülhməramlı qüvvələri prosesə cəlb edə bilərlər. Yəni Ermənistanda belə avantürist düşüncələr var. Əlbəttə, biz helə fikirləri yoxlamalıyıq”.

Bir qədər səbr edib daha geniş informasiya ilə tanış olmağı vacib sayan Rasim Musabəyov bildirib ki, Azərbaycan ordusu qüdrətlidir və onun qarşısında Ermənistan ordusunun duruş gətirməsi ağlabatan deyil.

DİN-in xidmət rəisi yüksək vəzifəyə təyin edildi

Daxili işlər orqanlarında daha bir kadr təyinatı olub.

Bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Daxili İşlər Nazirliyinin (DİN) Komendant Xidmətinin rəisi, polis polkovniki Eldəniz Məmmədov vəzifəsindən azad edilərək Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini təyin olunub.

Qeyd edək ki, Daxili İşlər naziri V.Eyvazovun müvafiq əmri ilə DİN-in Baş Təşkilat-İnspeksiya İdarəsinin rəis müavini, polis polkovniki Elman Qasımov vəzifəsindən azad olunaraq nazirliyin Daxili Təhqiqatlar İdarəsinin rəisi təyin edilib.

Vilayət Eyvazovdan generalın yerinə təyinat

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Daxili İşlər Nazirliyi (DİN) Baş Təşkilat-İnspeksiya İdarəsinin rəis müavini, polis polkovniki Elman Qasımov vəzifəsindən azad olunaraq DİN-in Daxili Təhqiqatlar İdarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, ötən həftə Daxili İşlər naziri V.Eyvazovun müvafiq əmri ilə Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyev vəzifəsindən azad olunub. Əmrə əsasən, S.Mirzəyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Ermənistan tərəfinin təxribatı Azərbaycan Ordusunun gücünü bir daha nümayiş etdirdiErmənistanın beynəlxalq hüquq normalarını kobud və nümayişkaranə şəkildə pozması bu ölkənin daxili və xarici siyasətində baş verən böhrandan xəbər verir. Belə ki, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq, artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından üç nəfər şəhid olub, dörd nəfər isə yaralanıb.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.

Polkovnik bildirib ki, Azərbaycan Ordusunun Aprel döyüşlərində əldə etdiyi şanlı qələbə, eləcə də Naxçıvan əməliyyatı düşmən tərəfini qorxuya saxlamaqla bərabər, daxildə baş verən hərcmərcliyin artmasına və xarici siyasətdə məğlubiyyətə gətirib çıxarıb.

Tovuz istiqamətində düşmənin mövqe ələ keçirmək istəməsi və məlum məğlubiyyəti pandemiya dövründə dövlətin ağırlaşan iqtisadi vəziyyətini diqqət mərkəzindən yayındırmağa çalışmaqdan başqa bir əhəmiyyət kəsb etmir. Erməni tərəfinin bugünkü təxribatı və məğlubiyyəti bir daha Azərbaycan Ordusunun gücünü, Azərbaycan əsgərinin əzm və rəşadətini nümayiş etdirdi.

C.Xəlilov qeyd edib ki, Tovuz rayonu istiqamətində baş vermiş hadisə ermənilərin məkrli siyasətini təzahür etdirir. Təcavüzkar siyasətini özlərinin təhlükəsizlik strategiyasında əks etdirən Ermənistan münaqişənin nəticələrini aradan qaldırmaq, işğalçı qüvvələrini Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən çıxarmaq əvəzinə, yeni mövqelər ələ keçirmək, gərginliyi artırmaq məqsədinə xidmət etdiyini açıq şəkildə göstərir.

“Həmçinin Ermənistan bu kimi təxribatçı əməlləri ilə xarici siyasətdə münaqişəyə digər dövlətləri cəlb etməklə məğlub ordusunun qoruya bilmədiyi ərazisində və işğal altında olan torpaqlarımızda “dayaq” yaratmağa çalışır. Ermənistan tərəfinin verdiyi sərsəm və heç bir reallığı əks etdirməyən məlumatlar da beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışmaqdan başqa bir şey deyil.

Aprel döyüşlərində, Naxçıvan əməliyyatında və bugünkü Tovuz istiqamətində gedən döyüşlərdə olduğu kimi, torpaqlarımızın azad edilməsi uğrunda gedəcək son döyüşdə də qələbə bizim olacaq. Bugünkü döyüşdəki məğlubiyyətini düşmən əvvəlcədən anlayırdı və bu təxribat onların məkrli siyasətinin tərkib hissələrindən biridir”, - deyə polkovnik vurğulayıb.

“Azərbaycanın yanındayıq”

"Erməni silahlı qüvvələrinin Azərbaycanın Tovuz bölgəsində gerçəkləşdirdiyi hücumu şiddətlə qınayırıq. Həyatını itirən azərbaycanlı şəhidlər üçün dost və qardaş Azərbaycan xalqına və hökumətinə başsağlığı verir, yaralılara şəfa diləyirik".

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.

Bəynatda bildirilib ki, Ermənistanın təcavüzkar milliyyətçilik anlayışının yeni təzahürü olan bu hərəkətinə Azərbaycan tərəfindən layiqli cavab verilməsi təcavüzün cavabsız qalmadığının göstəricisidir:

“Ermənistanın beynəlxalq ictimaiyyətin diqqətini illərlə qanunsuz işğal etdiyi Azərbaycan torpağı olan Dağlıq Qarabağ və ətraf ərazisindən başqa yerlərə çəkmək və bu münaqişənin siyasi dialoq yolu ilə həllinə mane olmaq cəhdlər nəticəsiz qalmaqdadır. Erməni tərəfi bu cür təhlükəli taktikalardan əl çəkməli, məntiq və hüquq yolunu seçməlidir.

Avantürizmi qəbul etməklə Ermənistan bir daha zəifliyini ortaya qoyur və bölgəmizdə sülhə, sabitliyə ən böyük maneə yaradır. Ümid edirik ki, Ermənistanın daha bir təcavüzkar hərəkətini ört-basdır etmək cəhdləri beynəlxalq ictimaiyyət tərəfindən heç bir şəkildə qəbul edilməyəcək. Türkiyə bütün imkanları ilə ərazi bütövlüyünü qorumaq mübarizəsində Azərbaycanın yanında dayanmaqda davam edəcək".

 

“Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirtməsi cəhdlərinin qarşısı qətiyyətlə alınıb və hər hansı ərazi itkisinə yol verilməyib”.

Bunu Ermənistan kütləvi informasiya vasitələrində (KİV) guya düşmən ölkənin hərbi bölmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirtməsi ilə bağlı yayılan məlumatla bağlı APA-nın sorğusunu cavablandıran Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.
V. Dərgahlı deyib ki, əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov vəzifəsindən azad edilib.

 Unikal.org-a açıqlama verən Arif Qasımov prezidentin onunla bağlı verdiyi qərarın düzgün olduğunu deyib:

"Cənab prezidentin verdiyi qərar bizim tacımız, qəbulumuzdur. Səhvim oldu, cənab prezident də məni vəzifəmdən azad etdi".