“Konqresin qərarı ermənilərin yolunu bağladı, azərbaycanlıların yolunu açdı”

ABŞ Konqresinin Azərbaycan ərazilərinin Ermənistan tərəfdən tanınması barədə qərarı imkan verir ki, bundan sonra Dağlıq Qarabağ azərbaycanlıları münaqişədən əziyyət çəkmiş köçkünlər kimi tanınsınlar və onlara yardım edilsin.
Bunu ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu deyib.

Onun sözlərinə görə, ABŞ Konqresinin Qaydalar Komitəsində Ermənistanın Azərbaycan ərazilərinin işğal faktını bir daha təsdiq edərək, 296 saylı düzəlişi qəbul edilib. Düzəlişdə deyilir ki, ABŞ-ın Dövlət Katibi Müdafiə Naziri ilə birlikdə Ukraynanın, Gürcüstanın, Moldovanın və Azərbaycanın xarici qüvvələr tərəfindən 1991-ci ildən bəri qeyri-qanuni işğal olunmuş ərazilərində həlak olmuş və məcburi köçkün düşmüş insanların sayı barədə Konqresin müvafiq komitəsinə hesabat verməlidir.
O qeyd edib ki, qəbul olunmuş sənəd birmənalı olaraq, Azərbaycanın xeyrinədir: “Birincisi, ABŞ son 2 ildə Ermənistana, xüsusən də Dağlıq Qarabağ ermənilərinə olan yardımları minimumlaşdırıb, Azərbaycana hərbi yardımlar edir. Qəbul olunmuş qərar imkan verir ki, bundan sonra Dağlıq Qarabağ azərbaycanlıları münaqişədən əziyyət çəkmiş köçkünlər kimi tanınsınlar və onlara da ABŞ qanunvericiliyinə uyğun yardım edilsin. Bir sözlə ABŞ Dağlıq Qarabağ ermənilərinə yardımı dayandırıb, Dağlıq Qarabağ azərbaycanlılarına yardım etmək üçün hüquqi baza formalaşdırır. Buna sevinmək lazımdır. Bu o deməkdir ki, ermənilərin yolu kəsildi, bizim yolumuz açıldı”.

Prezident İlham Əliyev Milli Mətbuat Günü münasibəti ilə paylaşım edib
Prezident İlham Əliyevin “Facebook” səhifəsində 22 iyul - Milli Mətbuat Günü münasibəti ilə paylaşım edib.

Paylaşımda deyilir:

“Əsası “Əkinçi” ilə qoyulan, maarifçilik, müasirlik və müstəqillik ideyalarının daşıyıcısı olan Azərbaycan mətbuatı hər zaman ölkəmizin həyatında mühüm rol oynayıb”.

Qeyd edək ki, bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 145 il ötür.

Fotoğraf açıklaması yok.

Bu şəxslər avtomobillə təmin ediləcək

Azərbaycan Prezidenti İlham Əliyev ölkənin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı il 20 Yanvar hadisələri ilə əlaqədar, habelə Çernobıl AES-də qəza nəticələrinin aradan qaldırması ilə əlaqədar əlilliyi olan şəxslərin, İkinci Dünya müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillə təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı il 20 Yanvar hadisələri ilə əlaqədar, habelə Çernobıl AES-də qəza nəticələrinin aradan qaldırılması ilə əlaqədar əlilliyi olan şəxslərin, İkinci Dünya müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin tibbi göstərişlər üzrə avtomobillə təminatının yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2 878 020 (iki milyon səkkiz yüz yetmiş səkkiz min iyirmi) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

“Azərbaycanın Müdafiə Nazirliyi cəbhəyə köklənib, bəzi adamlar isə bilərəkdən və ya bilməzlikdən şayiə yaymaqdan əl çəkmirlər. Çox təəsüflənirəm ki, son günlərdə “keçi can hayında, qəssab piy axtarır”.
Bu sözləri hit.az-a ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov son günlər ölkənin ordu rəhbərliyi haqda səslənən ittihamlara, aparılan qara piar kampaniyasına münasibət bildirərkən deyib.

Ü.Cəfərovun sözlərinə görə, heç bir fakta söykənməyən belələri guya ordu rəhbərliyində hansısa inamsızlıq, xəyanət olduğunu cəmiyyətə çatdırmağa çalışırlar: “Özlərindən olmayan məlumatları yazırlar:

"Bu adamları anlaya bilmirəm, heyrətə gəlirəm. Bu şəxslər bir tərəfdən cəbhədən xoş xəbərlər gözləyir, bir yandan da şayiə yaymaqla nəyəsə nail olmaq istəyirlər. Halbuki yazılanların əksəriyyəti illərdir təkrarlanır və məntiqi yoxdur”.

Ekspert hesab edir ki, indi ordu rəhbərliyi haqda yalan və neqativ yazmağın yeri deyil:

“Bütün qoşun qüvvələrimiz prosesə cəlb olunmasa da, ordumuz Qərb bölgəsinə köklənib. Belə şəraitdə müdafiə naziri və Baş Qərargah rəisi iş-gücünü atıb ittihamlara cavab verəsi deyil ki?!”

Ü.Cəfərov o ittihamları səsləndirənlərin yazdıqlarını oxuyub gülür:
“Yazırlar ki, guya Nəcməddin Sadıqovun Ermənistanda general qardaşı xidmət edir. Amma bilmirlər ki, Nəcməddin Sadıqovun bir qardaşı olub, o da rəhmətə gedib. Yəni, ayıbdır, bir məlumatı dəqiqləşdirməmiş insanı ağır şəkildə ittiham etmək olmaz. Gah deyirik ki, Ermənistanda bir azərbaycanlı yoxdur, gah da deyirik ki, qardaşı orada xidmət edir”.

Ehtiyatda olan polkovnik-leytenant hesab edir ki, şəhid general Polad Həşimovun vurulması ilə də bağlı yalan məlumatlar yayılır:

Ölkənin sıravi əsgəri də, generalı da torpaqlar üçün döyüşür, üzərinə düşən vəzifədən imtina etmir.

Ümumiyyətlə, mən son günlərdə sosial şəbəkədə yazılanlardan dəhşətə gəldim, bəzi adamlar özlərini çox pis apardılar, utancverici idi.

Mən hadisələrin ilk günündən bəyanat verdim ki, orduya mane olmayın, qoyun işini görsün. Amma bəziləri dayanmadılar, danışdıqlarının isə məntiqi belə yox idi”.

Ü.Cəfərovun fikrincə, prezidentin könüllü orduya yazılmaq çağırışını bir çoxları səhv anladılar: “Ölkə başçısı demək istədi ki, gedin yazılın, demədi ki, şitini çıxarın, şəkil çəkdirib yayın.
Belə çıxır ki, ordumuz zəifləyib, bunlar silaha sarılıblar. İndi 90-cı illər deyil, o vaxt ordu tam formalaşmamışdı. İndi nizami ordumuz, silahımız var, hələ bütün qoşunlar prosesə cəlb olunmayıb.

Bu gün də ermənilərin iki PUA-sını məhv etmişik. Bunu kim edib? Bizim ordumuz edib də, amma bəzi adamlar hələ də ordu rəhbərliyinə qarşı əssasız ittihamlar səsləndirməyə davam edirlər”.

XİN: Tovuz istiqamətindəki təxribatlar Ermənistan tərəfindən törədilmiş terror aktıdır

“Beynəlxalq təşkilatlar Azərbaycanı birmənalı şəkildə dəstəklədilər. Ermənistanın yeni təxribat əməlləri, yeni ərazilər əldə etmək cəhdi beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə pislənildi”.
Bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidmət İdarəsinin rəisi Leyla Abdullayeva deyib.

O bildirib ki, iyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətindəki hadisələr Ermənistan tərəfindən törədilmiş hərbi təxribat, terror aktı, gücdən istifadə etmək cəhdidir: “Ermənistan tərəfindən başladılan bu hərbi təxribatla bağlı beynəlxalq ictimaiyyət də narahatlıq keçirdi. Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, GUAM və digər beynəlxalq təşkilatlar Ermənistanın bu təxribatını qəti şəkildə pisləyən bəyanatlarla çıxış etdilər. Onlar Ermənistanın Azərbaycanın mülki əhalisini atəşə tutmasını qəti şəkildə pislədilər”.

Prezidentin köməkçisi Ermənistanın Tovuz təxribatlarının səbəbini açıqladı

“Ermənistanın Tovuzdakı təxribatlarının bir neçə səbəbi var. Bundan əvvəl Ermənistan işğalçı və irticaçı doktrina qəbul etmişdi. Burada yeni ərazilərə iddialar var idi”.
"Ölkə.Az"ın oxu.az-a istinadən xəbərinə görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribatlarla bağlı keçirilən mətbuat konfransında bildirib.

H.Hacıyev əlavə edib ki, Ermənistan tərəfinin Azərbaycan Ordusuna məxsus UAZ avtomobilinin guya Ermənistan tərəfinə keçməsi barədə iddiaları gülüş doğurur.

“Bu, təsadüfi atəşkəs pozulması halları deyildi. Məqsəd diqqəti Dağlıq Qarabağ münaqişəsindən yayındırmaq və Ermənistanın daxil olduğu hərbi-siyasi təşkilatları münaqişəyə cəlb etmək idi.

Ermənistanın digər məqsədi yeni ərazilər işğal etmək və ərazidəki Azərbaycana məxsus yüksəkliklərin ələ keçirilməsi idi. Ermənistanın hərbi-siyasi avantürası iflasa uğradı”.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycan Ordusu Ermənistana layiqli zərbələr endirdi və Azərbaycanın sərhəd toxunulmazlığı və mülki əhalisinin təhlükəsizliyi təmin edildi.

“Ermənistanın beynəlxalq ictimaiyyəti aldatmaq cəhdləri də fiasko ilə nəticələndi. Çətin vəziyyətə düşən Ermənistan və erməni lobbisi Kim Kardaşyanın yardımına müraciət etdilər”, -deyə o əlavə edib.

H.Hacıyev söyləyib ki, Ermənistan silahlı qüvvələri qəsdən, məqsədyönlü şəkildə mülki əhalini də hədəfə aldı:

“Təəssüflər olsun ki, Tovuz hadisələrində bir nəfər mülki sakin həlak oldu”.

Ermənistana silah haradan keçib?

Ermənistana Serbiyadan Gürcüstan ərazisi ilə hərbi sursat daşınması ilə bağlı xəbərlər dezinformasiyadır.
Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda bildirilib.

Bəyanatda qeyd olunub ki, Gürcüstan və Azərbaycanı strateji tərəfdaş ölkələrdir və hər iki ölkənin xalqları arasında uzunmüddətli dostluq əlaqələri mövcuddur və dezinformasiya yayan media orqanları iki ölkə arasındakı əlaqələrə kölgə salmağa çalışır.
“Bir daha vurğulayırıq ki, Gürcüstan və Azərbaycan dərin və inkişaf edən strateji tərəfdaşlıq əlaqələrinə malikdir və xalqlarımız arasında uzunmüddətli dostluq əlaqələri var. Hər iki ölkə regionda mühüm rol oynayır və biz bir çox birgə regional, qlobal əhəmiyyətli layihələri həyata keçiririk. Bu, qərəzli informasiyadır və iki strateji tərəfdaş ölkə arasındakı münasibətlərə süni şəkildə problem yaratmağa yönəlib”, – deyə Gürcüstan XİN-in bəyanatında bildirilib.

Xatırladaq ki, bir sıra kütləvi informasiya vasitələrində Serbiyadan Ermənistana xeyli sayda müxtəlif çaplı minaatanların çatdırılmasına dair məlumatlar yayılıb.

Minaatanların Gürcüstan üzərindən Ermənistana keçirildiyi qeyd olunub.

Baş nazir bu Dövlət Komitəsinin vəzifələrindən birini ləğv etdi

Baş nazir Əli Əsədov “Büdcə təşkilatlarında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, təbii qaz və su) istehlakına görə limitlərin müəyyən edilməsi və tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 164 nömrəli Qərarında dəyişiklik edib.
Bununla bağlı Nazirlər Kabinetinin saytında məlumat yerləşdirilib.
Bildirilib ki, dəyişikliyə əsasən, qərarın yeddinci hissəsi ləğv edilib.

Qeyd edək ki, həmin qərarın yeddinci hissəsində Dövlət Statistika Komitəsinə büdcə təşkilatları ilə birlikdə kommunal xidmətlərdən istifadə barədə (miqdar və pul ifadəsində) rüblük və illik hesabat aparılmasını təmin etmək tapşırılmışdı.

Vilayət Eyvazovdan bütün rəhbər heyəti işdən çıxarılan şöbəyə yeni TƏYİNAT

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi olub.
Oxu.az məlumatına görə, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Kəpəz Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Arif Hüseynov vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə O, Ağstafa Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, V.Eyvazovun əmri ilə Ağstafa RPŞ-nin bütün rəhbər heyəti iyunun 11-də işdən çıxarılmışdı.Milli Məclisin inzibati binasının qarşısında gənc oğlan özünü doğrayıb.
BAKU.WS-in əldə etdiyi görüntüdə vətəndaşın özünə bıçaqla xəsarət yetirməsi əks olunub.

Onun bu əməlini hansı səbəbdən etdiyi hələlik məlum deyil.

Hüquq-mühafizə orqanlarından BAKU.WS-ə verilən məlumata görə, faktla bağlı araşdırma aparılır.

Yaxın saatlarda hadisə ilə bağlı ətraflı məlumat veriləcək.

İlham Əliyev ona “Şöhrət” ordeni verdi

Prezident İlham Əliyev fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Təyyar Cəfərovla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən Təyyar Cümşüd oğlu Cəfərov Azərbaycanda elmin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.