Son xəbərlər

“Müğənnilər mahnıların sözlərinə görə həbs oluna bilər? – Hüquqşünas açıqladı – VİDEOLAR















Son günlər yeni bəstələnən mahnıların sözləri və musiqisi tez-tez müzakirə olunur. Musiqilərin bayağı və ya hind, fars ritmləri üzərində olması tənqid edilir. Gənclər arasında geniş yayılan və sevilən musiqili meyxanaların sözlərinin isə insanlara pis vərdişlər aşılaması gündəmdən düşmür Son olaraq, “Kazbek” mahnısı narkotik vasitələri təbliğ etdiyi üçün rezonans doğurub.

Səsləndirilən tənqidi fikirlərdən sonra mahnının ifaçısı “Vüqar Səda” ləqəbli meyxanaçı Vüqar Abdullayev Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində aparılmış şəxsi axtarış zamanı “Belamurkanal” papirosuna doldurulub və istifadə edilməsi üçün hazırlanmış marixuana aşkar edilib.

V.Abdullayev İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsini pozmaqda ittiham edilib.



Bu gün isə Sumqayıt Şəhər Məhkəməsində Abdullayevin işinə baxılıb. Məhkəmə V.Abdullayevin 30 sutka müddətində inzibati qaydada həbs edilməsinə qərar verib.

Oxşar hadisə ötən ilin sonlarında Türkiyədə baş verib. “Mary Jane” adlı mahnının ifaçısı Burry Soprano narkotik maddələri təbliğ etməkdə ittiham olunaraq, həbs edilib. Çünki jarqon dilində “Mary Jane” narkotik maddələrə deyilir.



Uzun illər müğənnilər əsasən siyasi motivli mahnılara görə təzyiqlərə məruz qalıblar. Bəs, qanunvericilik nə deyir? Mahnı sözünə görə şair, müğənni həbs oluna bilərmi?

“Müğənnilər mahnıların sözlərinə görə həbs oluna bilər? – Hüquqşünas açıqladı – VİDEOLAR


Musavat.com mövzu ilə bağlı hüquqşünas Əlövsət Allahverdiyevin fikirlərini öyrənib. Hüquqşünas bildirib ki, insanlar qanunvericilikdə əməlinə görə məsuliyyət daşıyır: “Musiqiyə, sözə görə insanları məsuliyyətə cəlb etmirlər. Son günlər isə tənqid olunan mahnıda narkotikanın təbliğindən söhbət gedir. Bir tərəfdən biz orta məktəblərdə, ali təhsil müəssisələrində narkomaniyaya qarşı mübarizəni gücləndirir, maarifləndirmə işləri aparır, gənclərin narkotikdən uzaq olmasını təbliğ edirik. Digər tərəfdən isə narkotiki təbliğ edən mahnılar yayılır, narkotik vasitələr təbliğ olunur. Narkotikanın təbliği cəmiyyəti uçuruma aparır. Mahnıların sözləri, musiqisi qanunla qadağanı olunmayan fəaliyyəti əks etdirə bilər, burada hər hansı hüquqi məsuliyyətin yaranmasından söhbət gedə bilməz. Lakin həmin şəxslər həbs olunmasa da, onlara xəbərdarlıq edilə, fəaliyyətləri ilə bağlı tədbirlər görülə bilər. Əsasən, mahnı terrora, ayrı-seçkiliyə çağırış edərsə, bu zaman həmin mahnıları oxuyan şəxslər məsuliyyətə cəlb oluna bilər. Əxlaqa uyğun olmayan sözlərdən istifadə edən ifaçılar həbs olunmasa da, onlara xəbərdarlıq edilməlidir. “Kazbek” mahnısını oxuyan mahnının sözlərinə görə deyil, üzərindən narkotik maddə tapıldığı üçün saxlanılıb”.

Hüquqşünas əlavə edib ki, insanların əxlaqını pozan, onlara zərərli vərdişlər aşılayan mahnılar çoxalarsa, qanunvericilikdə bununla bağlı addımlar atılmalıdır: “Düşünürəm ki, bu cür mahnılar geniş vüsət alarsa, insanlara mənfi təsir edərsə, ənənələrimizə, mentaitetimizə əks olan addımlar atılarsa, bunun qarşısını almaq üçün hüquqi addımlar atıla bilər. Amma o addımlar hüquqi dəyərlərə zidd olmamıldır. Çünki biz beynəlxalq hüquq normalarını qəbul etmişik. Atdığımız addımlar bu normaları pozmamalıdır”.


Millət vəkili Qənirə Paşayeva qəhrəman şəhidimiz Əbdülməcid Axundov haqqında çəkilmiş “Mən səninləyəm, Ana Vətən” adlı bədii-sənədli filmin təqdimatında çıxış edib, televiziyalara, məktəblərə, hərbi hissələrə, iş adamlarına, təşkilatlara çağırış edib. Millət vəkili Qənirə Paşayeva çıxışında Aprel zəfərinin ölkəmiz üçün böyük önəmindən, düşmənə böyük zərbə olmasından danışaraq belə qəhrəman oğulları böyüdən sizin kimi ata-anaların qarşısında baş əyirik deyib. Q.Paşayeva vurğulamışdır ki, Əbdülməcid Axundovun ömür yolu bugünkü gənclərə əsl örnəkdir. Nə qədər ki, Azərbaycan xalqı var, belə oğulların əziz xatirəsi heç vaxt unudulmayacaqdır. Millət vəkili Q.Paşayeva televiziyalara çağırış edərək qəhrəman şəhidlərimiz haqqında hazırlanan bu cür filmlərin televiziyalarda tez-tez nümayişinə çağırıb. Torpaqlarımızın 20 faizi hələ də düşmən işğalı altındadır və gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi üçün Əbdülməcid Axundov kimi qəhrəmanların həyat yolundan gənclərimiz örnək almalıdır, böyüyən gənclərimizin bu qəhrəmanlarımızı tanıması üçün ziyalılarımız, müəllimlərmiz, hər birimiz fəal olmalıyıq deyib, qəhrəman şəhidlərimiz haqqında çəkilən bu cür filmlərin orta məktəblərdə uşaqlarımıza, böyüyən gəncliyimizə nümayiş olunmasının vacibliyini qeyd edib. Şəhidimizlə bərabər onun ailəsi qarşısında da baş əyirik deyən millət vəkili Q.Paşayeva dövlətimiz və xalqımız hər zaman yanınızdadır deyib. Ali Baş Komandanımız, cənab Prezident İ. Əliyevin Aprel zəfəri ilə bağlı fikirlərinə xüsusi diqqət ayıran millət vəkili Q.Paşayeva böyüyən gənclərimizin qəhrəman şəhidlərimizi daha yaxından tanıması və örnək alması üçün işlərin daha da artacağına inandığını deyib. Millət vəkili Q.Paşayeva çıxışında bildirib ki, biz hamımız, o cümlədən şəhid ailələrimiz Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əmindirlər. Q. Paşayeva “o gün uzaqda deyil, inşallah torpaqlarımızı işğaldan azad edəcəyik və şəhidlərimizin də ruhu şad olacaq,”- deyərək bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. Aprel şəhidlərimizin ailələri ilə görüşündə ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın şəhid ailələrimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır çağırışı etmişdi deyən millət vəkili Q.Paşayeva hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz deyib. Qənirə Paşayeva qəhrəman şəhidlərimizin qarşısında baş əyirəm deyərək gəncləri Əbdülməcid Axundov kimi qəhrəmanlardan Vətən sevgisi örnəyini almağa çağırıb və tədbir təşkilatçılarına öz təşəkkürünü bildirib. Millət vəkili Q.Paşayeva bizim üçün müstəqil Azərbaycandan dəyərli heç bir şey ola bilməz deyərək ölkəmizin daha da inkişafı istiqamətində gənclərin üzərinə düşən vəzifələr barədə də geniş fikirlərini söyləyib. Tədbir çərçivəsində millət vəkili Q.Paşayeva aprel şəhidlərinin ailələri ilə görüşüb, hər zaman yanınızdayıq deyib. 
Millət vəkili Q.Paşayevanın tədbirdə çıxış videosunun linkini izləyə bilərsiniz.

https://www.youtube.com/watch?v=Jb3JK9dX4I0

Elariz ABŞ vətəndaşı oldu















Müğənni Elariz Məmmədoğlu ABŞ vətəndaşlığı alıb.

Bu barədə müğənni özü “Instagram” səhifəsində məlumat verib.

O bildirib ki, artıq ABŞ vətəndaşıdır.

Qeyd edək ki, Elariz bir müddət əvvəl “Greencard” udub.
Aybəniz Haşımova 3 çılpaq qız videosu barədə: ‘Mələkxanım deyib ki…’














Aybəniz Haşımova xalq artisti Mələkxanım Əyyubovanın qardaşı oğullarının onun adına ləkə yaxıb sənətini hörmətdən salmasından danışıb.

Xalq artisti sosial şəbəkə hesabında həmkarına dəstək çıxıb və qeyd edib ki, qardaşı oğlunun 3 çılpaq qızı video çəkməsində xalq artistinin heç bir günahı yoxdur və bu məsələdə onu ittiham etmək doğru deyil:

“Əziz bacım demisən ki, rüsvay oldun… Səni heç kim rüsvay edə bilməz! Sən heç kimə cavabdehlik daşımırsan, bacım. Xahiş edirəm ki, sənin adını bu iyrənc məsələdə hallandırmasınlar. Sən incəsənətimizin qeyrətli xanım sənətkarısan! Sən yaxşı bilirsən ki, xalqımız səni necə sevir?!”

Xatırladaq ki, Mələkxanım Əyyubova sosial şəbəkədə yayılan görüntülərlə bağlı verdiyi açıqlamada qardaş və bacılarından deyil, amma onların övladlarından imtina etdiyini açıqlamışdı.
Bürclər – 3 mart














Qoç – hadisələrin dinamikasını müşahidə edin, günün tempindən geri qalmayın. Görüşlər, informasiyalar sizi laqeyd qoymayacaq.

Plan və ideyaların heç də hamısı yaxın ətrafınızdakı insanlar tərəfindən rəğbətlə qarşılanmır. Sinirli, qıcıqlı olmayın. Birlikdə çalışdığınız insana təzyiq göstərməyin.

Bu, kəskin narazılığa və ya münaqişəyə səbəb ola bilər.

Hadisələrin axarına müdaxilə etməyin.

Uğur sizi fəaliyyət göstərdiyiniz və ya gözləntilərinizin olduğu sahədə yox, fərqli müstəvidə olacaq.

Buğa – günü sakit şəraitdə keçirməyə can atın. Təzyiqlər artarsa, hadisələrin axarı güclənərsə, təkbaşına çalışmağa üstünlük verin.

Passiv olmayın. Maraqlarınızın tam təminatına və planın yerinə yetirilməsinə ciddi diqqət verin.

Ailə üzvləri, qohumlar və tanışlarla münasibətlərdə səmimi, qayğıkeş, həssas olun.

Təmaslarda təkid etməyin, iddialı və ambisioz olmayın. Problemi müzakirə və razılıqla çözün.

Axşam saatlarında alış-veriş məsləhət deyil. Əks təqdirdə aldığınız əşyanın keyfiyyəti və vacibliyi az sonra sizdə dərin şübhələr yaradacaq.

Əkizlər – aktiv olun. Əsaslı, maraqlı və perspektivli işləri ön plana çəkin. Orqanizmin energetik tonusunun bərpasına fikir verin.

Mənafelərinizin tapdanmasına imkan verməyin. Maaş və ya vəzifəyə görə təhqirlərə dözməyə dəyməz.

Ünsiyyətdə məntiqli, sayıq olun. Yaxın ətrafınızla təmaslarda problemlərə kəskin münasibət bildirməyin.

Tənqidə dözümlü olun. Diplomatik davranın, həssaslıq nümayiş etdirin.

Axşam saatlarına yaxın əhvalınız dəyişə bilər.

İstirahət edin, vaxtınızı xoş mühitdə keçirin.

Xərçəng – səhər saatlarından etibarən ətalətli olmayın, hadisələrin arxasınca getməyin. Olaylar sizdən yan keçməsin.

İşdə qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün planlı davranın.

Günün ortasında planlarınıza ailə problemləri qarışa bilər. Baş verənlərə həddən artıq emosional reaksiya verməyin. Yaxın ətrafınızda gərgin situsiya yaratmayın. Sərt durumlarda güzəştə gedin. Mübahisələri alovlandırmayın, vəd verməyin.

Axşam saatlarında bir qədər istirahət edin. Məişət və cari problemlər barədə bədbin düşünməyin.

Şir – gərgin, təlaşlı, əndişəli gündür. Diqqəti bir işdə cəmləmək çətindir. Mühüm məsələlərdən biri sizi fəal iştirakınız və müdaxiləniz olmadan həllini tapacaq.

Həddən artıq aktiv olsanız əldə edilmiş nəticə qeyri-konstruktiv olacaq. Təkidli və sərt olsanız, ciddi qarşıdurma yarana bilər.

Ailə, evlə bağlı işlər, problemlər ön plana çıxacaq. Bəzi işlərin sürətli, təcili həllə ehtiyacı var.

Səhhətinizə fikir verin, özünüzü ifrat dərəcə yormayın. Qəfil zəiflik hiss etsəniz, istirahət edin.

Qız – yaxın bildiyiniz insan və dəyər verdiyiniz şəxslə münasibətlərdə gərginlik yaratmamaq üçün həddən ziyadə tələbkar olmayın. Yersiz səmimiyyətə varmayın. Dəvət aldığınız yerə gedin, yeni tanışlıqlarda sayıq davranın.

Alış-verişdə simiclik etməyin.

Romantik gözləntilər, yaradıcılıq istəyi, təşəbbüs istisna deyil. Bütün bunlar sizdə macəra istəyi yarada bilər.

Hisslər və emosiyalar bu gün özünüzü dəyərləndirməyə yönəlmiş sözlərə yönələcək. Sevdiyiniz insanla zarafat etməyin. Yerinə yetirmək fikrində olmadığınız vədlər verməyin.

İşlərdə sürətli nəticəyə üstünlük verin.

Həssas, məntiqli, soyuqqanlı olun.

Tərəzi – maraqlarınız və perspektivləriniz əməkdaşlıqla bağlıdır. Yaxın ətrafınızdakı insanlar sizin problemlərinizlə dərindən maraqlanmırlar. Özünüzü aldatmayın, qətiyyətli olun, yalanlara uymayın. Cari problemlərin həlli geniş perspektivdə uğur vəd edə bilər.

Ünsiyyətdəki energetikanın yüksək səviyyəsi yeni perspektivlər vəd edir.

Sabahkı günə uğurla başlamaq üçün axşam saatlarında yetərincə istirahət edin.

Əqrəb – gərginlik, təmaslardakı aqressivlik artır. Yarımçıq qalmış işləri bitirin, bir yerdə oturmayın. Yaxın ətrafınızdakı insanla aktiv təmaslarda olun.

Maraqlandığınız məsələ ilə bağlı fikrinizi dəyişə biləcək xəbər, informasiya ala bilərsiniz.

Sərfəli və gərəkli işlərlə məşğul olun.

Günün ikinci yarısında fiziki işlə məşğul olun. Axına qarşı getməyin, yaxınlarınızla münaqişə etməyin.

Yaşamınıza, gördüyünüz işə kənar müdaxilələrə imkan verməyin. Təzyiqə boyun əyməyin.

Mübahisəli məsələləri tədricən həll etmək olar.

Oxatan – səhər saatlarından etibarən aktiv olun. İmkan və resurslarınızdan yararlanın. Yaradıcılıq imkanlarından faydalanın. Özünüzü rahat hiss etdiyiniz əlaqələr və etimad etdiyiniz insanlarla təmaslarla kifayətlənin.

Günün ikinci yarısında ailəyə diqqət ayırın.

Ailə üzvləri sizdən etibarlılıq və stabillik hissləri almalıdır.

Gün ərzində əhvalınız dəfələrlə dəyişə bilər. Əsəblərinizi qoruyun, boşuna sinirlənməyin. Sizi maraqlandıran nəsnənin axtarışları ilə ciddi məşğul olun.

Ehtimallarınızı təsdiqləyən, irəliləyişinizə səbəb ola biləcək məqamlarla məşğul olun.

Oğlaq – dəqiqlik və konkretlik tələb edən işlərdə aktivlik nümayiş etdirin. Günün hadisələrinin məğzini, münasibətlərin əsaslarını təxminləməyə can atın.

Alınan informasiya, qəfil görüşlər və ya tərəfdaşlarla söhbətlər mühüm məsələyə münasibətinizi dəyişə bilər. Planların fərqli məcraya yönəlməsi istisna deyil.

Ailə məsələləri, ev işləri ciddi diqqətinizi tələb edir.

Yaşam arealında qayda və nizam yaratmaq tələb olunur. Sistemləşdirmənin istənilən forması faydalıdır. Mənəvi sakitlik, hisslərin rəvanlığı daxili stabillik vəd edir.

Qarşılıqlı anlaşmanın çətinliklə əldə olunması paradoksal olsa da, sizi sakitləşdirəcək.

Münaqişələr və ya mübahisələr olacaq. Amma istəyiniz daha güclü olmalıdır.

Dolça – əsas diqqəti gərəkli məlumatın aranmasına, ondan sərfəli istifadə olunmasına yönəldin. Əlaqələr, təmaslar və qarşılıqlı sərfəli tərəfdaşlıq çox vacibdir.

Yaxınlarınız və ya qohumlarınızdan birinin həyatındakı hadisə sizə ciddi təsir edə bilər.

Hadisələrin axarına süni təkan vermədən çalışın.

Sizdən yardım istəyən insana dəstək olun.

İşlərin hamısına olmasa da, bir qisminə nəzarət edin. Aktiv olun, təşəbbüs göstərin, yeni işlərə başlayın.

Tərəfdaş və ya iş yoldaşlarınızın sizin hərəkətlərinizə reaksiyalarına ciddi fikir verin.

Valideynlərlə təmaslar üçün vaxt tapın.

Balıqlar – qəfil təəssüratlar və hadisələrdəki kəskin dönüşlər zamanıdır. Ciddi, genişmiqyaslı işə başlamağa təşəbbüs etməyin. Yaşamın indiki dövrdə təklif etdikləri ilə kifayətlənməyə dəyər.

Problemləri çözün, səhvlərin fəsadlarını aradan qaldırın. Tənbəl olmayın, aktiv çalışın. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün gərəkli vasitələrdən istifadə edin.

Alış-verişi təxirə salın.

Şəxsi münasibətlərdə pozitiv irəliləyişlər ola bilər. Səmimi etiraflar və həqiqət axtarışı üçün əlverişli gün deyil. Hadisələrin spontan axarından öz xeyrinizə yararlanmağa çalışın. (milli.az)
“İlhamənin sağlığında qorxurdular, indi Floranı kraliça ediblər” – Tolik















Prodüser Tarix Əliyev (Tolik) xalq artisti Flora Kərimova ilə müğənni müğənni Afət Fərmanqızı qalmaqalından danışıb.

Tolik “Hər şey daxil” verilişində F.Kərimovanı müdafiə edənləri qınayıb:

“İlhamənin vaxtında Floraya kraliça deyə bilməyənlər, indi onu kraliça ediblər. Afəti izləməyin, gedin Flora Kərimovanı izləyin, edin İnstaqramında 1 milyon izləyici.

İllərlə efirə çıxmadı, amma xalq onun mahnılarını dinlədi. Ona görə də bu gün elə çıxışlar etmək lazım deyil.

3 aydır Flora xanımla Afət arasında dava gedir. Heç kim onu dəstəkləmirdi. Brilliant Dadaşova çıxıb Flora Kərimovanı dəstəkləyəndən sonra hamı başladı paylaşım etməyə. Ondan əvvəl edərdiniz bunu”.

///axşam.az
"Səni axtarıram"da ekspertlər arasında GƏRGİNLİK















"Xəzər" televiziyasında Xoşqədəm Hidayətqızının aparıcılığı ilə yayımlanan "Səni axtarıram" verilişinin dünənki buraxılışında gərgin anlar yaşanıb. Gürcüstan vətəndaşı olan Çinarə adlı azərbaycanlı qız atasını onun erkən nikaha məcbur etdiyinə görə bu ölkənin aidiyyatı qurumlarına müraciət edib. Nəticədə 17 yaşlı qızın atası qızının təhsil almaq hüququnu pozaraq erkən nikaha məcbur etdiyi üçün 1 il müddətinə azadlıqdan məhrum edilib. Sözügedən məsələnin müzakirəsi zamanı ekspert Rəşid Mahmudovun "övladını erkən nikaha məcbur edən ata və ana həbs edilməlidir" deməsi digər qonaqların narazılığına səbəb olub. Əməkdar artist Rəhman Rəhmanov və vəkil Şəfiqə Nağıyeva Mahmudovun fikrinin yanlış olduğunu bildiriblər. Bundan sonra isə ekspertlər arasında söz atışması başlayıb və gərginlik yaranıb.
“Mənə ailəsi ilə yaşayıb kənarda mənlə gəzmək istəyən kişi lazım deyil" — Mətanət Əsədova














Prodüser Tarix Əliyevin "Tolik ilə səmimi"adlı "Youtube" layihəsinin bu dəfəki qonağı müğənni Mətanət Əsədova olub.
Veriliş boyu Mətanət cəsarətli açıqlamaları ilə yadda qalıb.

"Özümü ailə üçün lazım olan qadın kimi görürəm. Mən gündəlik qadın deyiləm. Ailəsi ilə yaşayıb, kənarda mənimlə istədiyini etmək heç bir kişinin başı üçün deyil. Mənə ailəli insan lazım deyil. Onlar vaxt tapıb evlərinə gedə bilmirlər. "

Bundan başqa muğam ifaçısı aldığı hədiyyələrdən də danışıb: 

"30 ildir sənətdəyəm, 9-a qədər maşın hədiyyə olunub. Sonuncu avtomobili də bir ailə bağışlamışdı, bu yaxınlarda problemim oldu deyə, satdım”.
Məşhur İfaçı Mətanət Əsədova bəzi şou müğənnilərinə atmaca atmağıda unutmayıb:
"Mən yanında anasını gəzdirib, başqa şey edən müğənnilərdən deyiləm. Həmişə qardaşlarım, anam məni belə sıxıb. Mən yalnız şadlıq evinə, gözəllik salonuna gedirəm. Heç Bakıda çox yeri tanımıram". 

Müğənni xanım bir müddət əvvəl ailə qurması barədə yayılan şailərədə münasibət bildirib: 

"Mən də istəyirəm alınsın. Bir dəfə ailə qurmaq istəyirəm. Yaxşı olsun ki, mən də ailə qurum. Alınmırsa, nə edim. Görünüşümə baxıb deyirlər, bu nədir... Amma illərdir tənhayam. Xoşbəxt qadın deyiləm. Ailəm, övladımın atası yanımda olanda xoşbəxt olacam".
 Azərbaycanın Devid Kopperfildi: “Fikirləri oxuyur, əşyaları hərəkətə gətirirəm” – Video














Məşhur azərbaycanlı aktyor Ruslan Sabirli bu günlərdə özünün mentalist olduğunu bəyan etməklə hər kəsi şoka salıb. O, uzun illər bu faktı hamıdan gizlədib. İndi isə qərara gəlib ki, bunu açıqlasın. Sabirli Sputnik Azərbaycan-a müsahibəsində öz qeyri-adi qabiliyyətləri barədə danışıb.

– Ruslan, siz özünüzdə mentalist qabiliyyətlərin olduğunu nə zaman aşkarlamısız?

– Bu, hələ məktəb illərindən başlayıb. Uşaqlıqda kikboksinq və karate ilə məşğul olmuşam. Bir dəfə məşqçimizin yanına onun sehrbaz dostu gəlmişdi. O, bizə kartlarla sehr göstərdi. Bu, mənə maraqlı gəldi. Ondan soruşdum ki, bütün bunları necə edir? Xahiş etdim ki, mənə də bunu izah etsin. O da dedi ki, “bunun üçün öz üzərində işləməlisən”. Mən həmin gün evə gələn kimi bu sehrin sirrini axtarmağa başladım. Bu zaman özümü və digər qeyri-adi qabiliyyətlərimi kəşf etdim.

– Sizin nəsildə belə bacarıqları olan adamlar var?

– Bildiyim qədər heç kəs yoxdur. Mən ailənin yeganə uşağıyam. Valideynlərim üçün mənim bu qabiliyyətlərim şok idi.

– Niyə indiyədək bu bacarıqlarınızı hamıdan gizlətmisiz və niyə məhz indi bu barədə açıqlamaq qərarına gəlmisiz?

– Məktəbdə oxuyanda tez-tez bu bacarıqlarımı sinif yoldaşlarıma, sonra isə kurs yoldaşlarıma nümayiş etdirirdim. Tədricən bütün bunlardan yorulmağa başladım. Hər dəfə qonaq gedəndə hamı xahiş edirdi ki, onlara hansısa nömrə göstərim və onları əyləndirim. Mənimsə bunu etməkdən xoşum gəlmirdi. Çünki bu zaman böyük güc sərf edirdim. Ona görə də mən bütün bu qabiliyyətlərimi dərinlikdə gizlətmək və açıqlamamaq qərarına gəldim. Buna səbəb həm də aktyorluq karyerama başlamağım oldu və burada kifayət qədər uğur qazandım.

Bu günlərdə öz kurs yoldaşlarımla görüşdüm. Onların hər biri məndən o qabiliyyətlərimin nə yerdə qaldığı barədə soruşdu. Mənə yenidən bu işlə məşğul olmağı məsləhət bildilər. Oturdum, düşündüm və qərara gəldim ki, tamaşaçılara mənimlə bağlı bu faktı bilmək maraqlı gələcək.

– Sizin qabiliyyətləriniz nədən ibarətdir?

– Mentalizm – incəsənətin bir növü, publikaya psixoloji eksperimentlərin nümayiş etdirilməsi, telepatiya, öncəgörmə, psixokinez və digər bu kimi qabiliyyətlərin toplusudur. Mentalizmlə məşğul olan insanların heç də hamısında bu qabiliyyətlər yoxdur. Misal üçün mən fikirləri oxuya və əşyaları hərəkətə gətirə bilirəm. Bütün bunları sözlə izah etmək çətindir.

– Bu qabiliyyətləriniz həyatda sizə kömək edir?

– Mən heç vaxt bu qabiliyyətlərdən öz məqsədlərim üçün istifadə etməmişəm. Həyatda həmişə sadəcə doğru yolu seçməyə çalışmışam.

– Sizə verilən bu vergi sağlamlığınıza ziyan vurur?

– Yox, amma enerjimin çoxunu alır. Mən çox yoruluram. Hətta dünya şöhrətli mentalistlər belə, efirdə cəmi 30 dəqiqə çıxış edirlər və bütün bu zaman ərzində iki, ya da üş nömrə göstərirlər. Onlar bundan daha çoxunu göstərə bilmirlər, çünki bu zaman çoxlu enerji itirirlər.

– Siz məşhur amerikalı illüziyaçı və sehrbaz Devid Kopperfild kimi şou təşkil etməyi planlaşdırırsız?

– Uşaqlıqda Kopperfildin bütün şoularına baxmışam və həmişə onun kimi olmağı arzulamışam. O qədər də təminatlı ailədə doğulmadığım üçün xaricə getmək və çox şey öyrənərək bacarıqlarımı inkişaf etdirmək imkanım olmayıb. Müəllimə həmişə ehtiyac var.

– Bəs adamlar sizin bacarıqlarınız barədə yeniliyi necə qarşıladılar?

– Çoxları elə bilir ki, mənim ekstrasenslik qabiliyyətlərim var. Hətta elələri olub ki, məndən öz gələcəkləri barədə soruşublar. Onlara izah etməli olmuşam ki, mentalist ekstrasens deyil. Mən adamların keçmişini və gələcəyini görmürəm.

– Xaricdə bu sənətlə çox adam məşğul olur. Bəs Azərbaycanda niyə bu ixtisasa tələbat yoxdur?

– Xaricdə bütün bunlar əyləncə kimi qəbul olunur. İnsanlar bu cür şoulara gedib baxır və ondan zövq alırlar. Bizdə isə insanları yalnız onların gələcəyi maraqlandırır. Gələcəkdə bir neçə çarx çəkərək onları “YouTube”da öz kanalımda təqdim etmək fikrim var. Bu çarxlarda məşhur şəxslər iştirak edəcəklər.

– Bəs aktyorluq nə olacaq?
– Mən son illərdə Gürcüstanda yaşamışam. Orada bizneslə məşğul olmuşam və ona görə də aktyor yaradıcılığıma bir qədər fasilə vermişəm. Hazırda Bakıya qayıtmışam. Mənə dərhal azərbaycanlı rejissorlardan üç təklif gəlib, amma imtina etməli olmuşam. Çünki bugünkü seriallarımızın və filmlərin keyfiyyəti məni qane etmir. Mən yalnız keyfiyyət səviyyəsi artanda filmlərə çəkiləcəyəm. İndi öz imicimi korlamaq istəmirəm. İnanıram ki, zamanla hər şey yaxşılığa doğru dəyişəcək.
Meyxana müzakirələrinə sənət adamlarından SƏRT SÖZLƏR: Bu əxlaqsızlıqdır!















Tanınmış meyxanaçı Aydın Xırdalanlının ölümündən sonra gənc yazar Kəramət Böyükçölün meyxana və meyxanaçılarla bağlı dediyi sərt fikirlər müzakirələrə səbəb olub.

Publika.az xəbər verir ki, sosial şəbəkələrdə bir qrup insan meyxana sənətinin əhəmiyyəti və rolunu vurğulayıb, digər qrup isə onu “küçə sənəti” adlandıraraq narkomaniyanı təbliğ etdiyini irəli sürüb. Mövzu ilə əlaqədar olaraq tanınmış sənət adamlarının fikirlərini öyrənmişik.

Tanınmış kinorejissor və ssenarist Şeyx Əbdül hesab edir ki, meyxana qədim söz sənətidir və onu “küçə sənəti” adlandırmaq əxlaqsızlıqdır:



“Bir neçə il əvvəl ATV kanalında “Söz” yarışması adlı veriliş həyata keçirmişdik. Bu mövzu akademiyada tədqiqat səviyyəsinə qədər gedib çıxdı. Meyxananı “küçə sənəti” adlandırıb narkomaniyanı təbliğ etdiyini demək əxlaqsızlıqdır. Bu fikri irəli sürən çox böyük səhv edir. Bu baxır ki, meyxananı hansı kontekstdə və hansı regionda istifadə edirlər. İkincisi, meyxananın əsası qədim dərviş-şaman avazlarından götürülüb, bu, təxminən beş min il əvvələ təsadüf edir. Meyxana folklor sənəti, xalqın bədahətən dediyi mahnılar, şərqilər, avazlar, oxşamalar, bayatılar, təriflər və müraciətlərdir. Dərin kökləri olan meyxananı bu günə qədər yüksək səviyyədə təbliğ edən ustadlarımız var. Onun əsasında bəhri-təvil deyilən janr dayanır. Əgər bu gün kimlərsə hansısa meyxanələrdə “üç badam, bir qoz” deyərək, çırtma vurub meyxana ifa edirsə, bunun qədim folklor mədəniyyətinə heç bir aidiyyəti yoxdur. Eynilə Nəsiminin “Məndə sığar iki cahan, mən bu cahana sığımazam” adlı bəşəri qəzəlini “Məndə sığar ikən cahan” deyib hindsayağı tərzdə oxuduqları kimi.

Meyxana çox möhtəşəm və heç bir dünya xalqlarında analoqu olmayan çox qədim folklor sənətidir. Xalqın düşünən beyinləri bədahətən söz deyərək ona ritm qoşublar və nəticədə meyxana sənəti yaranıb. Yeddi muğamatın bir kökündə və bir avazında da meyxana oxunur. İndi kimlərsə meyxanələrdə ifa edirsə, bu boyda mədəniyyəti eybəcər təbliğə qurban vermək olmaz axı. Meyxana dərin kökləri, yüksək poeziya və ritmlə vəhdəti olan folklor sənətimizdir. Onun gözəlliyi, orijinallığı və qeyri-adiliyi təklif olunmuş şəraitdə qafiyə açılması, daha sonra qafiyə ölçülərinə uyğun şeir deyilməsi və şeirin qafiyəsinə uyğun muğamatın yeddi bəndinin birində o avazı ifa etməkdədir. Bu, əslində aktyoru teatrıdır. Hansısa uşaq-muşağın nə qələt və nə “yenilik” etdiyini başa düşə bilmirəm. Meyxananın arxasında Əliağa Vahid kimi kimi şairlər dayanır. Hətta orta əsrlərdə Nizami Gəncəvinin əsərlərində bədihə sənətinə rast gəlinir. Qədim dövrlərdə şamanlar və dərvişlər qapı-qapı gəzib şebeh və tamaşalar göstəriblər. Hansı mənəvi haqla çıxış edərək meyxananı pis tərəfə yozurlar? Onların qərəzi və məqsədi nədir? Burda pis nə var ki? Hansısa içki məclisində narkotik maddə istifadə edən bir kimsə meyxana deyib deyə bu sənəti aşağılamaq olmaz. Niyə ancaq pis tərəflərini götürürlər? Əgər onların həqiqətən də qərəzi yoxdursa, qədim mədəniyyətimizə elm, savad, intellekt və tədqiqat mədəniyyəti ilə yanaşırsa, o halda iddialarının mahiyyətini ortaya qoysunlar. Hansı xalqda var ki, qafiyə açılan kimi ona parta-partla şeir deyə bilsin? Meyxananı pis tərəfə yozan, o cür təbliğ edən adamlar özləri o yolun yolçusudur. Gedib öz işləri məşğul olsunlar. Əgər maariflənmək istəyirlərsə, zəhmət çəkib xalqın folklorunı, tarixini və mədəniyyətini araşdırsınlar, soy-kökləri ilə tanış olsunlar”.

Şair Baba Vəziroğlu isə bu məsələdə televiziya kanallarını ittiham edib:



“Demokratiya dövründə yaşayırıq, kim istəyir meyxana oxuyur, kimisi rep deyir, kimisi də muğam ifa edir. Hər kəs öz istədiyi sənətlə məşğul ola bilər. Bu, onların hüququdur. Məni narahat edən məsələ televiziyaların yürütdüyü siyasətlə bağlıdır. Hər kəsin oxumaq azadlığı olduğu kimi televiziyanın da saf-çürük etmək prinsipi olmalıdır. Hər şeyi sənət adı ilə efirə çıxartmaq olmaz. Odur ki, meyxanaçıları yox, televiziyaları qınayıram. Telekanallar heç bir çərçivə və ölçü olmadan küçə sənətini və ya mağar toyu estetikasını efirə çıxarır.

Meyxana əlbəttə ki, söz sənətidir. Çünki bu insanlar sözlə məşğuldur, onların materialı sözdür, meyxana söz oyunudur. Hər daşla əlləşən insan bənna olduğu kimi, sözlə əlləşib-vuruşan, sözlə özünə çörək qazanan və karyera quran adama incəsənət nümayəndəsi demək olar. Amma burada sənətkarlığın hansı səviyyədə olması və sözdən nə düzəltməsi də böyük əhəmiyyət kəsb edir. Bənna var ki, daşdan saray ucaldır, bənna da var ki, eyni daşdan heç divar hörə bilmir. Bu mənada meyxanaçının sözdən nə yaratdığı, nəyə xidmət etdiyi, kimə nə fayda verdiyi və ya insanları maarifləndirdiyi əsasdır. Bu da artıq tamamilə başqa söhbətdir. Söz var ki, faşizmə xidmət edər, söz də var ki, sülhə səsləyər. Odur ki, KİV seçim etməyi bacarmalıdır, nəyi efirə buraxmaq olar, nəyi yox. Meyxanaçıların deyişməsi qəbulediləndir, o müstəvidə normaldır, lakin eyni mənzərini və mağar toyu estetikasını efirə daşımaq başqa bir məsələdir. Meyxanaçıları qınamıram, günah onu təqdim edən, palatka məclislərinin arxasınca düşən və onun səviyyəsinə enən televiziya kanalları və saytlardadır”.

Mövzu ilə bağlı tanınmış meyxana ustadı Namiq Məna isə qeyd edib ki, meyxana Azərbaycanın bəstəkar və kino yaradıcılığında da öz əksini tapıb:



“Orta məktəb ədəbiyyatında da görkəmli aşıqların deyişmələrinə rast gəlirik. Daha qədimlərə nəzər salsaq, Mir Möhsün Nəvvabın yaradıcılığı ilə tanış olanda görürük ki, o vaxtlar məclisi-şüəralarda şairlər bədahətən şeirlər söyləyib. Bakıda və Abşeronda şairlər yaradıcı müzakirələr və təhlilər aparıblar. Meyxana dünyada analoqu olmayan bir janrdır və bizdə daha təkminləşmiş formadadır. Rep kimi buna oxşar janrlar olsa da, amma bədihə janrında bədahətən demək tələb olunur. Meyxana əruz vəzninə və aşıq ədəbiyyatına yaxındır. Aşıq janrında qoşamalardır, bizdə isə bədihələrdir.

Meyxana şərab evi mənasındadır, odur ki, bu sənəti meyxana adlandırmaq onu mahiyyət etibarilə aşağılayırıq. Bu janr heç bir küçə folkloru deyil, şifahi xalq ədəbiyyatının bir qoludur. Sadəcə sovet dövründə milli-mənəvi dəyərlərimizə dəyən zərbələr bu janrdan da yan keçməyib. Çünki o vaxt bədihə deyənlər sosial və siyasi yönümlü mövzulara toxunurdu. Manaf Süleymanovun “Eştdiklərim, gördüklərim və oxuduqlarım” kitabında bədihə haqqında onun araşdırmaları öz əksini tapıb. Eyni zamanda “Onu bağışlamaq olarmı?” və “Bizim Cəbiş müəllim” kimi retro filmlərimizdə də bədihə janrına yer verilib. Həsən Seyidbəyli çəkdiyi “Bizim Cəbiş müəllim” filmində müharibə vaxtı Əliağa Vahidin bədihələrindən və qəzəllərindən əsgərləri ruhlandırmaq üçün çox gözəl istifadə edib. Meyxana ustası Ağasəlim Çildağ isə bu sənətin inkişafında göstərdiyi xidmətlərə görə vaxtı ilə “Şöhrət ordeni” ilə təltif olunub.

Bir sıra bəstəkarlar və yaradıcı sənətkarlar əsərlərindəki səhnələri daha baxımlı və təsirli etməkdən ötrü bədihə janrından istifadə edib. Dahi Üzeyir Hacıbəylinin “Koroğlu” operasında meyxana kupletləri təqdim olunub. Dünya şöhrətli bəstəkar, SSRİ Xalq artisti Fikrət Əmirovun (1922-1984) “Sevil” operasında “Əbduləli bəylə Məmmədəli bəyin dueti”ndə də bədihə frazaları verilib.

Sözsüz ki, xalqın tələbi və təkidi ilə ulu öndərimizin hakimiyyətə qayıdışından sonra bədihə janrına böyük diqqət ayrılmışdı. Bu janrın Novruz şənliklərində xüsusi yeri var. Ağasəlim Çıldağ vaxtı ilə Heydər Əliyevin qarşısında bədihə demişdi. Şəxsən mən də dəfələrlə prezident qarşısında çıxış etmişəm. Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən beynəlxalq muğam müsabiqəsinin yekun konsert proqramını bədihə deyərək aparmışam. Bu konsertlərdə aparıcı kimi sazın müşayiəti ilə şeirlərimi səsləndirmişəm. 2009-cu ildə ABŞ səfiri və ABŞ dövlət katibi Kandoliza Raysın dəvəti ilə 1 ay ABŞ-da mədəniyyətimizin və bədihə janrının təbliğatı ilə çıxışlar etmişəm.

Bədihə janrı haqqında dərin bilikləri olmayan adamların fikirlərini əhəmiyyətli hesab etmirəm. Bu baxımdan qeyri-peşəkar birinin cəmiyyətdə çaşqınlıq yaratmağa çalışmasının əleyhinəyəm. Kimsə bədihə haqqında fikir söyləyirsə və onu küçə sənəti adlandırırsa, tutarlı arqumentlər gətirməlidir və fikrini əsaslandırmalıdır.

Nizami Gəncəvinin “Xəmsə”sində və “Kəlilə və Dinmə” kitabında bədihələrə rast gəlirik. Bədahət şeir janrının heç bir küçə folkloruna aidiyyatı yoxdur. Əgər kimsə etiraz edirsə, onu debata çağırıram və istənilən vaxt debata hazıram. Unutmaq lazım deyil ki, dövlətimiz tərəfindən mədəniyyətimizə və bədihə janrına yetəri qədər dəstək var. Əgər Azərbaycan Yazıçılar Birliyi mənə etimat göstərib Regional Bölmə sədri təyin edirsə, demək ki, bədihə sənətini yüksək qiymətləndirirlər. Odur ki, bu sənətin üstünə bu qədər getmək olmaz.

Hər bir peşənin özünün “xəstəliyi” var. Məsələn, müəllimlər, xanəndələr, müğənnilər və bizim sənətin nümayəndələri tədbirlərdə çox danışmaqdan və çox oxumaqdan boğazında faringit yaranır. Bu janrın nümayəndələrinin 99 faizində rast gəlinən digər bir peşə “xəstəliyi” isə nevrotik əlamətlərdir. Gecələr yuxusuz qalmaq və rejimsiz yaşamaq birbaşa insanın psixikasına təsir göstərir. Biz ömrümüzü şam kimi əridib el şənliklərində çıxış edərək neçə-neçə insanların ürəyini açırıqsa, burda hansı küçə sənətindən söhbət gedə bilər. Düzdür, bu janrın elə daşıyıcıları var ki, onlar sadəcə el şənlikləri və yaxud da içki məclisləri üçün yararlıdır. Amma elə nümayəndələri var ki, həm öz əxlaqi keyfiyyətləri, həm də sənətkarlığı ilə nümunə olmağa çalışır. Tövsiyə kimi onu deyə bilərəm ki, bədihə janrının daşıyıcıları efirə dəvət ediləndə daha məsuliyyətlə yanaşmalıdır. İrad bildirənlərə sözüm odur ki, janrın inkişafı üçün öz təkliflərini irəli sürsün, ucuz reklamlara qaçmasın. Bədihə janrı xalq arasında çox sevilir, odur ki, digər sənət adamları bu sənət haqqında fikir bildirirsə, istər-istəməz gündəmə gələcək”.

Söz ustadının “Sənətkara onun həyat tərzinə görə qiymət verməliyikmi” sualına cavabı isə belə olub:

“İnsanın özündən asılıdır, adam var ki, zəif xarakterindən dolayı mühitə düşəndə pis vərdişləri mənimsəyir. Elə adam da var ki, düşdüyü mühiti özü ram edir və əlinə alır. Lakin bizim janrının nümayəndələrinin əksəriyyəti zəngin mütaliəsi olan ali təhsilli insanlardır”.

“Elektronik sevdalar”, “Mustafa”, “Polis qorxusuyla öpüşmək”, “Doqquz hekayə”, “Fələk qırmancı” kitablarının müəllifi və tanınmış jurnalist Qan Turalı Cəfərov qeyd edib ki, meyxana incəsənət deyil:



“Meyxana incəsənət deyil. Qara Qarayev də sənətkardır, Ağamirzə də? İsa Hüseynov nədir bəs? İncəsənət nədirsə o, çox bəllidir. Deyirlər, folklordur. Folklor guya incəsənətdir ki? Bir adam göstərin ki, Kafkanın “Çevrilmə”sini oxuyub, sonra Ağasəlim Çıldağın meyxanasından həzz alır. Nazim Hikməti sevir, Lamartinə pərəstiş edir, sonra Namiqin rəvayətindən ləzzət aparır. Kiminsə qüruruna ağır gələr, amma yenə deyirəm: “Pərəstiş etdikləriniz boydasınız”. Kiminiz Selinceri sevin, kiminiz Mehman Əhmədlini. Özünüz bilərsiz, Allahınız bilər. Amma biz incəsənətin nə olduğun bilirik. Dediyim kimi, sonra ətraflı yazaram. Hələlik bu qədər…”