Son xəbərlər

Vahid Mustafayevə AĞIR İTKİ















Məşhur tele-jurnalist, ANS Şirkətlər Qrupunun rəhbəri Vahid Mustafayevə ağır itki üz verib.

“Ölkə.Az” xəbər verir ki, Vahid Mustafayevin atası Fuad Mustafayev dünyasını dəyişib.

Bu barədə Vahid Mustafayevin yaxınları sosial şəbəkədə məlumat paylaşıblar.
Allah rəhmət etsin!
Rüfət Axundovdan qalmaqallı hadisədən sonra ilk AÇIQLAMA














Bu sözləri News24.az-a açıqlamasında “Space” Televiziyasında “Hər səhər” verilişində baş vermiş xoşagəlməz məlum hadisənin iştirakçısı müğənni Rüfət Axundov deyib.

Həmçinin oxu: Rəşad İlyasov niyə cəzasız qalıb? – Müəmma

“Rəşada heç bir iradım yoxdur, qüsuru gərək insan özü özündə tapsın” deyən R.Axundov, bu məsələdə özünü günahkar bilir:

“Hər kəs özü səhvini başa düşməli və cavabdeh olmalıdır. Günahsız olduğumu görən insanların münasibəti, fikri mənə yetərlidir. Kor-kor, gör-gör, qoy, dəfələrlə o videoya baxsınlar və kimin günahkar olduğunu düzgün şəkildə ortaya çıxarsınlar”.

Vurğulayaq ki, Rüfət Axundov işdən çıxarılması və bütün televizyalarda qadağa qoyulması xəbərini də təsdiqləyib.
Bürclər – 9 aprel














Qoç – Gələn məlumatlar, alınan informasiyalar yoxdur. Prosesə süni təkan verərək hadisələri səbəbsiz şəkildə sürətləndirməyin heç bir mənası yoxdur. Maraqlı təsir bağışlasa da, əlavə iş və ya öhdəlik aramayın. Əsas işi çətinlik çəkmədən görə bilərsiniz.

Günün ikinci yarısında yaşlıların və yaşca sizdən kiçiklərin qayğısına qalın. Yeni işə başlamağa hazır olun. Hazırlıq prosesinə xüsusi diqqət ayırın. Danışıqlar aparın. Maraqlarınızı bölüşən insanları arayın.

Axşam saatlarında qəfil hadisə baş verə bilər. Sizinçün önəmli istiqamətdəki proseslər aktivləşəcək.

Suallara cavab alacaqsınız.

Buğa – Təmaslar, görüşlər və alınan xəbərlərin sayı artacaq. Müzakirələr aparmaq olar. Amma şəraitin sürətlə dəyişən nüanslarını, tərəfdaşlarla şəriklərin niyyətlərini və istəklərini nəzərə alın. Tələskənliyə yol verməyin. Yaxın ətrafınızdakı insanlara təzyiq göstərməyin.

Günün ikinci yarısı yarımçıq işlərin başa vurulması üçün çox əlverişli zamandır. Ümumi problemləri həll edin. Aktual məsələni həll etmək üçün birgə fəaliyyət əfzəldir.

Ləngiyən layihəni sürətləndirin. Yaxşı sonuclara nail olun.

Əkizlər – Günün ilk yarısında praktik, praqmat olun. Yaxşı tanımadığınız, bələd olmadığınız insanlara maliyyə yardımı ilə bağlı vədlər verməyin. Pulla bağlı öhdəlikləri unutmayın. Yaşama ifrat nikbin baxmayın. Şirnikləndirici təkliflərə aldanmayın.

Sonradan təəssüflənməmək üçün fəaliyyətin optimal istiqamətini seçin.

Günün ikinci yarısı ailə üzvlərindən birinin problemini həll etmək üçün yaxşı zamandır. Qohumlarınıza qayğı ilə yanaşın. Yaradıcılıq sizi sevindirəcək. Axşam saatlarında normal istirahət etməyə çalışın.

Xərçəng – Günün ilk yarısında müxtəlif olayların mozaikasında çaş-baş qalmayın. Şəraitə uyğun olaraq planları sürətlə dəyişməyə hazır olun. Uğur qazanmağınıza yalnız ətrafınızda yaşanan hadisələrə həddən artıq emosional münasibət mane ola bilər.

Günün ikinci yarısında tərəfdaşlarla şəriklərin davranış motivlərini araşdırmağa çalışmayın. Öz işinizlə məşğul olun. Yeni tanışlıqlar və sərfəli görüş şansı var.

Qətiyyətli olun, amma çalışdığınız insanın emosiyalarını da nəzərə alın. Axşam saatlarında fərdi perspektivlərinizi dəyərləndirin. Bir qədər eqoizmdə ziyan yoxdur.

Şir – Əla gündür. İşlərinizlə məşğul olmaqla yanaşı, planlarınızı təkmilləşdirməyi unutmayın. Enerji səviyyəniz yüksələcək. Çox işlər görə bilərsiniz. Məqsədə çatmaq üçün şəriklər və tərəfdaşlarla danışıqlar aparın, qüvvə və biliklərinizi tətbiq etmək məqsədilə yeni sahələr arayın.

Günün ikinci yarısında tərəfdaşlarınızla çalışaraq məqsədə çata bilərsiniz. Onlar maraqlarınızı qoruyacaqlar.

Axşam saatlarında evdə oturmayın. Əylənin, istirahət edin. Alış-verişə yollana bilərsiniz.

Qız – Mövqeləriniz aktiv, yaşam prinsipləriniz dəyişməz olmalıdır. Yeniliklər pis deyil. Fərqli, maraqlı fəaliyyət istiqamətni seçə bilərsiniz. Problemlərin həllində yaradıcı, orijinal metodları seçin.

Günün ikinci yarısında ev işlərinə vaxt ayırmağı unutmayın. İslahatlar edin, yaşam arealını bir qədər fərqli formaya salın.

Axşam saatlarında yaxın ünsiyyət, aktiv istirahət və yaradıcılıqla məşğul olmaq mümkündür. Şəxsi münasibətlərdə heç bir problem yoxdur.

Tərəzi – Yaxın ətrafınızdakı insanların istəklərini anlamağa çalışın. Bu, o qədər də çətin deyil. Kollektivdə mühüm xəbər eşidəcəksiniz. Yaxın günlərlə bağlı maddi perspektivlərinizi müəyyənləşdirin. Stavka etdiyiniz işləri konkretləşdirin.

Günün ikinci yarısında şəxsi münasibətlərdə əhəmiyyətli yeniliklər istisna deyil. Hələlik hər şey ilkin razılaşmalar səviyyəsində olsa da, olayların az sonra alacağı formanı təxminləyin.

Hadisələrin məcrasının ümumi istiqamətini anlayın. Gərəksiz insanlar və mənasız söhbətlərdən uzaq olun. Ümumi maraqlar və ya istəklərinizin olduğu insanlarla danışın.

Axşam saatlarında alış-verişə yollanmaq olar.

Əqrəb – Şərait gərginləşir. Aldığınız informasiyalara diqqət yetirin. Yazışmada diqqətli olun. Perspektivdə mövqelərinizi möhkəmləndirəcək bəzi detalların aşkarlandığı zamandır. Ünsiyyətdə qarşı tərəfə təzyiq göstərməyin. Güzəştə meylli olun.

Günün ikinci yarısında qarşı tərəflə danışıqlarda məntiqsiz təsir bağışlamayın. Zahiri görünüşünüzə fikir verin.

Axşam saatlarını status baxımından sizə tən insanla keçirin. Yeni hisslər, ideyalar və təəssüratlar olacaq. Ailə üzvlərini sevindirməyə çalışın.

Oxatan – Hadisələr sürətlənir. Tənbəl və süst olmayın. Görüləsi işlərin sayı da artır. Heç nəyi təxirə salmayın, proseslərin adi iştirakçısına dönməyin.

Effektini dərhal görə biləcəyiniz işlər indi xüsusilə aktualdır. Ev işlərindən yaxa qurtarmağa can atmayın.

Ağır fiziki iş istisna deyil.

Günün ikinci yarısında konkret sonuca köklənin. Yaxın ətrafınızdakı insanların sizinlə bağlı ifrat gözləntiləri var. Sözlərinizə və hərəkətlərinizə tərəfdaşların verdikləri reaksiyaları diqqətsiz qoymayın.

Neqativ hisslərin əsiri olmayın, impulsiv addımlar atmayın. Mübahisələrə qatılmayın.

Axşam saatları xoş hisslər vəd edir.

Oğlaq – İşləri ertələməyin. Önəmli məsələlərin həllini təxirə salmayın. Problemləri çözmək üçün qarşı tərəflə danışıqlar aparmaq, razılaşmalara nail olmaq gərəkdir. Tərəfdaşlarla münasibətlərinizin ciddi təftişə ehtiyacı var.

Günün ikinci yarısında formalaşan gərginliyi qulaqardına vurmayın. Diqqətli olun, tənqidlərdən inciməyin. Ətrafınızdakı insanları tərifləyin, kollektivdə xoş ab-hava yaratmağa çalışın. Çox işləməkdən qorxmayın.

Şəxsi münasibətlərdə ciddi dəyişiklikləri tələsdirməyin.

Dolça – Bol emosiyalar və təəssüratlar vəd edən zamandır. Sosial baxımdan aktiv olmaq gərəkdir. İnformasiya axtarışına daha çox vaxt ayırın. Ünsiyyət çevrənizi məhdudlaşdırmayın. Dəvət aldığınız görüşə qatılın, danışıqlar aparın.

Günün ikinci yarısında əyləncə və istirahət istəklərinə aludə olmayın. Yaxın ətrafınızdakı insanlarda sizinlə bağlı xoş təəssürat yaranmalıdır.

Axşam saatları romantik təmaslar üçün əlverişlidir. Dəyər verdiyiniz insanı sevindirin.

Balıqlar – Diqqətiniz bütünlüklə konkret işlərə yönəlməlidir. Bəzi sahələrdə sürətlənmək gərəkdir. Sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğulsunuzsa, yeni layihəyə başlayın.

Günün ikinci yarısında sizə əməkdaşlıq, tərəfdaşlıq təklif edən insanla aktiv təmasları unutmayın. Yeni ideyalar və təkliflər yaxın gələcəkdə uğur vəd edir. Çaşqınlığa qapılmayın. Ən önəmli saydığınız işi seçərək onunla məşğul olun.

Danışıqlar aparın, şəxsi münasibətlərdəki problemləri həll edin.

Axşam saatlarında gözləntilər, yaxınlarınızın xahişləri istisna deyil. (Milli.Az)
Konsertinə 20 gün qalsa da, bileti satılmır















Əməkdar artist Elza Seyidcahan 28 aprel tarixində solo konsert verəcək.

“Sənə bənzər” adlı musiqili gecə Heydər Əliyev Sarayında baş tutacaq. Konsert Elza Seyidcahanın 25 illik səhnə fəaliyyətinə həsr olunub.

Maraqlıdır ki, tədbirin baş tutmasına 20 gün qalsa da, biletlərin satışı ürəkaçan deyil. Bunu “iticket.az” portalı vasitəsilə görmək mümkündür.

Belə ki, 1800 nəfərlik konsert zalının bir neçə sektorunda biletlər satılıb, qalan yerlər isə boş qalıb.

“Qafqazinfo”Konsertinə 20 gün qalsa da, bileti satılmır
Rüfət Axundovun efirə çıxması qadağan olundu – RƏSMİ















Bu gündən müğənni Rüfət Axundova efir qadağası tətbiq ediləcək.

Xəbər verdiyimiz kimi, Rüfət Axondova bütün teleməkanda qadağa qoyulub. Minval.info-nun məlumatına görə, artıq bu qərar rəsmiləşib.

Belə ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) müğənniyə efir qadağasının tətbiq edilməsi ilə bağlı telekanallara şifahi xəbərdarlıq edəcək. MTRŞ-nın apardığı monitorinq nəticəsində məlum olub ki, müğənni Rəşad İlyasov efirdə R. Axundovla birgə mahnı ifa etməsinə baxmayaraq, ədəbsiz ifadələr işlətməyib.

Qeyd edək ki, aprelin 5-də “Space” TV-nin “Hər səhər” verilişində müğənni Rüfət Axundov mahnı ifa edərkən efirdə ədəbsiz ifadələr işlədib.

MTRŞ buna görə “Space” TV-ni cərimələyib. Telekanalın İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 5-8 min manat cərimə olunması ilə bağlı kanal rəhbərliyinin iştirakı ilə protokol tərtib olunub, qərar qəbul edilib, iş məhkəməyə göndərilib.
Moskva Dövlət Xarici Dillər Universitetinin azərbaycanlı müəllimi – Uğur hekayəsi















Moskva Dövlət Xarici Dillər Universitetinin azərbaycanlı müəllimi

Sevindirici haldır ki, xarici ölkələrdə məskunlaşan soydaşlarımızın əksəriyyəti vətəndən uzaqda yaşasalar da milli kimliyini unutmurlar. Necə deyərlər, gedəndə Azərbaycan sevgisini də ürəklərində aparırlar. Bu sevgi onları bir an belə tərk etmir. Haqqında söhbət açdığım Mehriban Abdullayeva Tərtər rayonunda dünyaya gəlib. Orta təhsilini orada başa vurub. 1983-cü ildə indiki Bakı Slavyan Universitetinin ibtidai təhsilin pedaqogikası və metodikası fakultəsini qırmızı diplomla bitirib. Üç il Tərtər rayonunda 5 nömrəli məktəbdə ibtidai siniflərə rus dilindən dərs deyib. 1986-cı ildən Moskvada yaşayır…

…Bir oğlu var, adı Tərlandır. 27 yaşlı bu gənc Moskva Dövlət Texniki Universitetin uçot-iqtisad fakultəsini bitirib. Hazırda Finlandiyanın Rusiyadakı şirkətlərindən birində süni intelekt üzrə layihə rəhbəri vəzifəsində çalışır. Subaydır…

Mehriban xanım Moskvaya gəldikdən sonra on yeddi il uşaq bağçasında tərbiyəçi işləyib. 2003-2005-ci illərdə 1331 nömrəli orta məktəbdə azərbaycan dili fənnini tədris edib. 2005-2015-ci illərdə isə ali hərbi məktəblərdən birində müdavimlərə azərbaycan dilindən dərs deyib. 2015-ci ildən Moskva Dövlət Xarici Dillər Universitetində azərbaycan dili kursları aparır.
2007-2016-cı illərdə Bakı Slavyan Universitetinin doktoranturasında qiyabi təhsil alaraq pedaqogika üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib…

…Deyir ki,- “Ən böyük arzum işğal altında olan torpaqlarımızın xilas olunmasıdır. İnanın ki, Qarabağı qarış-qarış ayaqyalın gəzməyi əhd etmişəm. İkinci ən böyük istəyim isə yeganə övladımı xoşbəxt görməkdir”…

İndiyədək on kitabı işıq üzü görüb. Həmin kitablar dərs vəsaiti kimi xüsusi tərcüməçilər üçün nəzərdə tutulub. “Rusca-Azərbaycanca sözlük ” kitabı isə rusdillilərə düşdükləri müxtəlif vəziyyətlərdə fikrini azərbaycan dilində ifadə etmək bacarığını aşılayır. Bundan əlavə bədii yaradıcılıqla da məşğul olur, şeir yazır. Şeirlərindən birinə mahnı da bəstələnib.
Azad ruhlu xanımdır, heç kimdən asılı qalmağı xoşlamır. Haqqı deməkdən çəkinmir, həmişə ədalətli olmağa çalışır…

Onun haqqında söhbətimi Qırğızıstanda yaşayan, ortaq bir dostumuzun sözləri ilə bitirmək istəyirəm:- “Mehriban xanım Azərbaycan mentalitetini Rusiyada ləyaqətlə təmsil edən dəyərli soydaşlarımızdandır”…
“Nazirliyin fəxri ad verdiyi müğənnilərin səksən faizi oxuya bilmir”














“Tənqidlərimə görə üstümə hücumlar normaldı, həyatın qanunu belədir, həmişə işi bilənə yox, bilməyənə tapşırırlar”
Bunu Moderator.az-a açıqlamasında müğənni Əli Mirəliyev gənc müğənniləri tənqid etdiyi üçün ona qarşı hücumlardan danışarkən deyib. Ə.Mirəliyev bildirib ki, tənqid etdiyi müğənniləri oxuya bilmir və onun dediklərini də qəbul etmirlər:

“Tanıdığınız müğənnilərin səksən faizi oxuya bilmir. Mədəniyyət Nazirliyi çatana xalq artisti və ya əməkdar artist fəxri adı verirsə, axırı da belə olmalıydı. Başqa nə gözləyirdiniz ki? Tənqidlərimə görə üstümə hücumlar normaldı, həyatın qanunu belədir, həmişə işi bilənə yox, bilməyənə tapşırırlar. Bunlar da ki, bilməyənlərdir və çalışırlar ki, bilənin də ağzını yumsunlar. Hamısı yaxşı bilir ki, oxuyanlardan kim hansı gücə malikdir, oxuya bilirmi, Azərbaycan musiqisi onun səsində varmı və ya yoxmu, hamısını bilirəm. Sadəcə ARB TV kanalında işləyirəm, ora mənim ailəmdi, ordan maaş alıram və ona görə də çox dərinə gedə bilmirəm”.
 Söyüşlü videoya görə “Space” səs rejissorunu işdən qovdu, amma…














Xəbər verdiyimiz kimi, “Space” telekanalı “Hər Səhər” verilişində müğənnilər Rüfət Axundov və Rəşad İlyasovun mahnını söyüşlə oxuması səbəbindən Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən cərimələnib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, efir zamanı mikrofonları bağlamağı unudan səs rejissoru işdən qovulub.

Həmçinin oxu: “Space”in efirindəki söyüş qalmaqalına görə sərt atdımlar atıldı: Qovulmalar, qadağalar…

Minval.info xatırladır ki, həmin videoda qeyri-etik ifadələrdən öncə müğənni Rəşad İlyasovun mikrofonun bağlı olduğu görünür. Belə ki, o, mikrofonunu işarə edəndən sonra sənətçinin səsi efirə verilir. Ardınca isə həmin etik olmayan kəlimələr efirdə dilə gətirilir.

*Qeyd edək ki, videoda yaş məhdudiyyəti tələb edən ədəbsiz ifadələr var. Bu sözlər efirdə yayımlansa da, biz oxucularımıza bir daha xəbərdarlıq edirik.

<iframe src='https://bax.tv/player/59256.html' width='560' height='315' frameborder='0' allowfullscreen></iframe>
Fuad Əlişovun keçmiş xanımı: “Məni gah tərk ediblər, gah ağladıblar” – VİDEO















Aktrisa Sevinc Əliyeva şəxsi həyatından danışıb.

Musavat.com saytına açıqlama verən aktrisa bildirib ki, ikinci dəfə ailə qurmağı düşünmür:

“Uşaqlarım böyükdür, 10 il sonra qızımı ərə verəcəyəm. Bundan sonra ailə qurmağı düşünmürəm. 34 yaşım var, bir xanım kimi xoşbəxtəm. Məni uşaqlarımın xoşbəxtliyi xoşbəxt edir. Vacib deyil ki, ailə qurum. Düşünürəm ki, uşaq bir valideyn görməlidir. İkinci dəfə ailə qurmağı düşünmürəm”.

Sevinc keçmiş həyat yoldaşının sevgilisi ilə foto paylaşmasına da münasibət bildirib: “Fuadla münasibətlərimiz tam normaldır. Mən olmayanda o uşaqları dərsə aparır, o olmayanda mən aparıram. O ciddi adamdır. O heç vaxt göstəriş üçün, foto paylaşmaz. Ümumiyyətlə, heç nə etməz. O onun şəxsi həyatıdır, Fuada xoşbəxtlik arzu edirəm”.

Aktrisa yerli filmlərin keyfiyyətindən də danışıb: “Vaxt sıxlığından hamısını izləyə bilmirəm. Əvvəllər komediyalarımızı pisləyirdilər ki, yaxşı zarafatlar etmirlər. Amma zamanla o tənqidlər yığışdırıldı. Dram janrında çəkilən filmlərin sayı artdı. Bu da məni sevindirir. Xarici dram filmlərini tamaşaçı sevərək izləyir. Bizdə niyə olmasın? Hazırda tək problemimiz ssenari qıtlığıdır. Çox gözəl ssenarilər yazan gənclər var. Onların da əhatəsi geniş deyil ki, üzə çıxsınlar”.

S. Əliyeva mənfi qadın obrazını canlandırmaq istədiyini də bildirib: “Həmişə yazıq, yetim qızı oynamışam, məni gah tərk ediblər, gah ağladıblar. Deyirlər, məsum siman var, sənə müsbət obraz yaraşır. Deyirəm, məsum pis ola bilməz? Çox istəyirəm ki, mənfi qadın obrazını canlandırım”.
Hülya Avşarın yeni videosu yayıldı














Uzun müddət ekranlardan uzaq qalan Hülya Avşar sosial şəbəkədə yeni videosunu paylaşıb.
Avşar qızı bu dəfə rəqs etdiyi yerdə lentə alınan videonu izləyicilərinə təqdim edib. 55 yaşı olsa da, bədən quruluşu ilə cavan qızlardan seçilməyən Avşarın yeni videosu qısa müddət ərzində 200 mindən çox insan tərəfindən izlənilib.

Bir çoxları onun bu rəqsini bəyənib, bəziləri isə yaradıcılıq yenilikləri barədə sual ünvanlayıb.<iframe width="1223" height="480" src="https://www.youtube.com/embed/BzLXt4OZIdY" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>