Son xəbərlər

“Mənə ailəsi ilə yaşayıb kənarda mənlə gəzmək istəyən kişi lazım deyil" — Mətanət Əsədova














Prodüser Tarix Əliyevin "Tolik ilə səmimi"adlı "Youtube" layihəsinin bu dəfəki qonağı müğənni Mətanət Əsədova olub.
Veriliş boyu Mətanət cəsarətli açıqlamaları ilə yadda qalıb.

"Özümü ailə üçün lazım olan qadın kimi görürəm. Mən gündəlik qadın deyiləm. Ailəsi ilə yaşayıb, kənarda mənimlə istədiyini etmək heç bir kişinin başı üçün deyil. Mənə ailəli insan lazım deyil. Onlar vaxt tapıb evlərinə gedə bilmirlər. "

Bundan başqa muğam ifaçısı aldığı hədiyyələrdən də danışıb: 

"30 ildir sənətdəyəm, 9-a qədər maşın hədiyyə olunub. Sonuncu avtomobili də bir ailə bağışlamışdı, bu yaxınlarda problemim oldu deyə, satdım”.
Məşhur İfaçı Mətanət Əsədova bəzi şou müğənnilərinə atmaca atmağıda unutmayıb:
"Mən yanında anasını gəzdirib, başqa şey edən müğənnilərdən deyiləm. Həmişə qardaşlarım, anam məni belə sıxıb. Mən yalnız şadlıq evinə, gözəllik salonuna gedirəm. Heç Bakıda çox yeri tanımıram". 

Müğənni xanım bir müddət əvvəl ailə qurması barədə yayılan şailərədə münasibət bildirib: 

"Mən də istəyirəm alınsın. Bir dəfə ailə qurmaq istəyirəm. Yaxşı olsun ki, mən də ailə qurum. Alınmırsa, nə edim. Görünüşümə baxıb deyirlər, bu nədir... Amma illərdir tənhayam. Xoşbəxt qadın deyiləm. Ailəm, övladımın atası yanımda olanda xoşbəxt olacam".
 Azərbaycanın Devid Kopperfildi: “Fikirləri oxuyur, əşyaları hərəkətə gətirirəm” – Video














Məşhur azərbaycanlı aktyor Ruslan Sabirli bu günlərdə özünün mentalist olduğunu bəyan etməklə hər kəsi şoka salıb. O, uzun illər bu faktı hamıdan gizlədib. İndi isə qərara gəlib ki, bunu açıqlasın. Sabirli Sputnik Azərbaycan-a müsahibəsində öz qeyri-adi qabiliyyətləri barədə danışıb.

– Ruslan, siz özünüzdə mentalist qabiliyyətlərin olduğunu nə zaman aşkarlamısız?

– Bu, hələ məktəb illərindən başlayıb. Uşaqlıqda kikboksinq və karate ilə məşğul olmuşam. Bir dəfə məşqçimizin yanına onun sehrbaz dostu gəlmişdi. O, bizə kartlarla sehr göstərdi. Bu, mənə maraqlı gəldi. Ondan soruşdum ki, bütün bunları necə edir? Xahiş etdim ki, mənə də bunu izah etsin. O da dedi ki, “bunun üçün öz üzərində işləməlisən”. Mən həmin gün evə gələn kimi bu sehrin sirrini axtarmağa başladım. Bu zaman özümü və digər qeyri-adi qabiliyyətlərimi kəşf etdim.

– Sizin nəsildə belə bacarıqları olan adamlar var?

– Bildiyim qədər heç kəs yoxdur. Mən ailənin yeganə uşağıyam. Valideynlərim üçün mənim bu qabiliyyətlərim şok idi.

– Niyə indiyədək bu bacarıqlarınızı hamıdan gizlətmisiz və niyə məhz indi bu barədə açıqlamaq qərarına gəlmisiz?

– Məktəbdə oxuyanda tez-tez bu bacarıqlarımı sinif yoldaşlarıma, sonra isə kurs yoldaşlarıma nümayiş etdirirdim. Tədricən bütün bunlardan yorulmağa başladım. Hər dəfə qonaq gedəndə hamı xahiş edirdi ki, onlara hansısa nömrə göstərim və onları əyləndirim. Mənimsə bunu etməkdən xoşum gəlmirdi. Çünki bu zaman böyük güc sərf edirdim. Ona görə də mən bütün bu qabiliyyətlərimi dərinlikdə gizlətmək və açıqlamamaq qərarına gəldim. Buna səbəb həm də aktyorluq karyerama başlamağım oldu və burada kifayət qədər uğur qazandım.

Bu günlərdə öz kurs yoldaşlarımla görüşdüm. Onların hər biri məndən o qabiliyyətlərimin nə yerdə qaldığı barədə soruşdu. Mənə yenidən bu işlə məşğul olmağı məsləhət bildilər. Oturdum, düşündüm və qərara gəldim ki, tamaşaçılara mənimlə bağlı bu faktı bilmək maraqlı gələcək.

– Sizin qabiliyyətləriniz nədən ibarətdir?

– Mentalizm – incəsənətin bir növü, publikaya psixoloji eksperimentlərin nümayiş etdirilməsi, telepatiya, öncəgörmə, psixokinez və digər bu kimi qabiliyyətlərin toplusudur. Mentalizmlə məşğul olan insanların heç də hamısında bu qabiliyyətlər yoxdur. Misal üçün mən fikirləri oxuya və əşyaları hərəkətə gətirə bilirəm. Bütün bunları sözlə izah etmək çətindir.

– Bu qabiliyyətləriniz həyatda sizə kömək edir?

– Mən heç vaxt bu qabiliyyətlərdən öz məqsədlərim üçün istifadə etməmişəm. Həyatda həmişə sadəcə doğru yolu seçməyə çalışmışam.

– Sizə verilən bu vergi sağlamlığınıza ziyan vurur?

– Yox, amma enerjimin çoxunu alır. Mən çox yoruluram. Hətta dünya şöhrətli mentalistlər belə, efirdə cəmi 30 dəqiqə çıxış edirlər və bütün bu zaman ərzində iki, ya da üş nömrə göstərirlər. Onlar bundan daha çoxunu göstərə bilmirlər, çünki bu zaman çoxlu enerji itirirlər.

– Siz məşhur amerikalı illüziyaçı və sehrbaz Devid Kopperfild kimi şou təşkil etməyi planlaşdırırsız?

– Uşaqlıqda Kopperfildin bütün şoularına baxmışam və həmişə onun kimi olmağı arzulamışam. O qədər də təminatlı ailədə doğulmadığım üçün xaricə getmək və çox şey öyrənərək bacarıqlarımı inkişaf etdirmək imkanım olmayıb. Müəllimə həmişə ehtiyac var.

– Bəs adamlar sizin bacarıqlarınız barədə yeniliyi necə qarşıladılar?

– Çoxları elə bilir ki, mənim ekstrasenslik qabiliyyətlərim var. Hətta elələri olub ki, məndən öz gələcəkləri barədə soruşublar. Onlara izah etməli olmuşam ki, mentalist ekstrasens deyil. Mən adamların keçmişini və gələcəyini görmürəm.

– Xaricdə bu sənətlə çox adam məşğul olur. Bəs Azərbaycanda niyə bu ixtisasa tələbat yoxdur?

– Xaricdə bütün bunlar əyləncə kimi qəbul olunur. İnsanlar bu cür şoulara gedib baxır və ondan zövq alırlar. Bizdə isə insanları yalnız onların gələcəyi maraqlandırır. Gələcəkdə bir neçə çarx çəkərək onları “YouTube”da öz kanalımda təqdim etmək fikrim var. Bu çarxlarda məşhur şəxslər iştirak edəcəklər.

– Bəs aktyorluq nə olacaq?
– Mən son illərdə Gürcüstanda yaşamışam. Orada bizneslə məşğul olmuşam və ona görə də aktyor yaradıcılığıma bir qədər fasilə vermişəm. Hazırda Bakıya qayıtmışam. Mənə dərhal azərbaycanlı rejissorlardan üç təklif gəlib, amma imtina etməli olmuşam. Çünki bugünkü seriallarımızın və filmlərin keyfiyyəti məni qane etmir. Mən yalnız keyfiyyət səviyyəsi artanda filmlərə çəkiləcəyəm. İndi öz imicimi korlamaq istəmirəm. İnanıram ki, zamanla hər şey yaxşılığa doğru dəyişəcək.
Meyxana müzakirələrinə sənət adamlarından SƏRT SÖZLƏR: Bu əxlaqsızlıqdır!















Tanınmış meyxanaçı Aydın Xırdalanlının ölümündən sonra gənc yazar Kəramət Böyükçölün meyxana və meyxanaçılarla bağlı dediyi sərt fikirlər müzakirələrə səbəb olub.

Publika.az xəbər verir ki, sosial şəbəkələrdə bir qrup insan meyxana sənətinin əhəmiyyəti və rolunu vurğulayıb, digər qrup isə onu “küçə sənəti” adlandıraraq narkomaniyanı təbliğ etdiyini irəli sürüb. Mövzu ilə əlaqədar olaraq tanınmış sənət adamlarının fikirlərini öyrənmişik.

Tanınmış kinorejissor və ssenarist Şeyx Əbdül hesab edir ki, meyxana qədim söz sənətidir və onu “küçə sənəti” adlandırmaq əxlaqsızlıqdır:



“Bir neçə il əvvəl ATV kanalında “Söz” yarışması adlı veriliş həyata keçirmişdik. Bu mövzu akademiyada tədqiqat səviyyəsinə qədər gedib çıxdı. Meyxananı “küçə sənəti” adlandırıb narkomaniyanı təbliğ etdiyini demək əxlaqsızlıqdır. Bu fikri irəli sürən çox böyük səhv edir. Bu baxır ki, meyxananı hansı kontekstdə və hansı regionda istifadə edirlər. İkincisi, meyxananın əsası qədim dərviş-şaman avazlarından götürülüb, bu, təxminən beş min il əvvələ təsadüf edir. Meyxana folklor sənəti, xalqın bədahətən dediyi mahnılar, şərqilər, avazlar, oxşamalar, bayatılar, təriflər və müraciətlərdir. Dərin kökləri olan meyxananı bu günə qədər yüksək səviyyədə təbliğ edən ustadlarımız var. Onun əsasında bəhri-təvil deyilən janr dayanır. Əgər bu gün kimlərsə hansısa meyxanələrdə “üç badam, bir qoz” deyərək, çırtma vurub meyxana ifa edirsə, bunun qədim folklor mədəniyyətinə heç bir aidiyyəti yoxdur. Eynilə Nəsiminin “Məndə sığar iki cahan, mən bu cahana sığımazam” adlı bəşəri qəzəlini “Məndə sığar ikən cahan” deyib hindsayağı tərzdə oxuduqları kimi.

Meyxana çox möhtəşəm və heç bir dünya xalqlarında analoqu olmayan çox qədim folklor sənətidir. Xalqın düşünən beyinləri bədahətən söz deyərək ona ritm qoşublar və nəticədə meyxana sənəti yaranıb. Yeddi muğamatın bir kökündə və bir avazında da meyxana oxunur. İndi kimlərsə meyxanələrdə ifa edirsə, bu boyda mədəniyyəti eybəcər təbliğə qurban vermək olmaz axı. Meyxana dərin kökləri, yüksək poeziya və ritmlə vəhdəti olan folklor sənətimizdir. Onun gözəlliyi, orijinallığı və qeyri-adiliyi təklif olunmuş şəraitdə qafiyə açılması, daha sonra qafiyə ölçülərinə uyğun şeir deyilməsi və şeirin qafiyəsinə uyğun muğamatın yeddi bəndinin birində o avazı ifa etməkdədir. Bu, əslində aktyoru teatrıdır. Hansısa uşaq-muşağın nə qələt və nə “yenilik” etdiyini başa düşə bilmirəm. Meyxananın arxasında Əliağa Vahid kimi kimi şairlər dayanır. Hətta orta əsrlərdə Nizami Gəncəvinin əsərlərində bədihə sənətinə rast gəlinir. Qədim dövrlərdə şamanlar və dərvişlər qapı-qapı gəzib şebeh və tamaşalar göstəriblər. Hansı mənəvi haqla çıxış edərək meyxananı pis tərəfə yozurlar? Onların qərəzi və məqsədi nədir? Burda pis nə var ki? Hansısa içki məclisində narkotik maddə istifadə edən bir kimsə meyxana deyib deyə bu sənəti aşağılamaq olmaz. Niyə ancaq pis tərəflərini götürürlər? Əgər onların həqiqətən də qərəzi yoxdursa, qədim mədəniyyətimizə elm, savad, intellekt və tədqiqat mədəniyyəti ilə yanaşırsa, o halda iddialarının mahiyyətini ortaya qoysunlar. Hansı xalqda var ki, qafiyə açılan kimi ona parta-partla şeir deyə bilsin? Meyxananı pis tərəfə yozan, o cür təbliğ edən adamlar özləri o yolun yolçusudur. Gedib öz işləri məşğul olsunlar. Əgər maariflənmək istəyirlərsə, zəhmət çəkib xalqın folklorunı, tarixini və mədəniyyətini araşdırsınlar, soy-kökləri ilə tanış olsunlar”.

Şair Baba Vəziroğlu isə bu məsələdə televiziya kanallarını ittiham edib:



“Demokratiya dövründə yaşayırıq, kim istəyir meyxana oxuyur, kimisi rep deyir, kimisi də muğam ifa edir. Hər kəs öz istədiyi sənətlə məşğul ola bilər. Bu, onların hüququdur. Məni narahat edən məsələ televiziyaların yürütdüyü siyasətlə bağlıdır. Hər kəsin oxumaq azadlığı olduğu kimi televiziyanın da saf-çürük etmək prinsipi olmalıdır. Hər şeyi sənət adı ilə efirə çıxartmaq olmaz. Odur ki, meyxanaçıları yox, televiziyaları qınayıram. Telekanallar heç bir çərçivə və ölçü olmadan küçə sənətini və ya mağar toyu estetikasını efirə çıxarır.

Meyxana əlbəttə ki, söz sənətidir. Çünki bu insanlar sözlə məşğuldur, onların materialı sözdür, meyxana söz oyunudur. Hər daşla əlləşən insan bənna olduğu kimi, sözlə əlləşib-vuruşan, sözlə özünə çörək qazanan və karyera quran adama incəsənət nümayəndəsi demək olar. Amma burada sənətkarlığın hansı səviyyədə olması və sözdən nə düzəltməsi də böyük əhəmiyyət kəsb edir. Bənna var ki, daşdan saray ucaldır, bənna da var ki, eyni daşdan heç divar hörə bilmir. Bu mənada meyxanaçının sözdən nə yaratdığı, nəyə xidmət etdiyi, kimə nə fayda verdiyi və ya insanları maarifləndirdiyi əsasdır. Bu da artıq tamamilə başqa söhbətdir. Söz var ki, faşizmə xidmət edər, söz də var ki, sülhə səsləyər. Odur ki, KİV seçim etməyi bacarmalıdır, nəyi efirə buraxmaq olar, nəyi yox. Meyxanaçıların deyişməsi qəbulediləndir, o müstəvidə normaldır, lakin eyni mənzərini və mağar toyu estetikasını efirə daşımaq başqa bir məsələdir. Meyxanaçıları qınamıram, günah onu təqdim edən, palatka məclislərinin arxasınca düşən və onun səviyyəsinə enən televiziya kanalları və saytlardadır”.

Mövzu ilə bağlı tanınmış meyxana ustadı Namiq Məna isə qeyd edib ki, meyxana Azərbaycanın bəstəkar və kino yaradıcılığında da öz əksini tapıb:



“Orta məktəb ədəbiyyatında da görkəmli aşıqların deyişmələrinə rast gəlirik. Daha qədimlərə nəzər salsaq, Mir Möhsün Nəvvabın yaradıcılığı ilə tanış olanda görürük ki, o vaxtlar məclisi-şüəralarda şairlər bədahətən şeirlər söyləyib. Bakıda və Abşeronda şairlər yaradıcı müzakirələr və təhlilər aparıblar. Meyxana dünyada analoqu olmayan bir janrdır və bizdə daha təkminləşmiş formadadır. Rep kimi buna oxşar janrlar olsa da, amma bədihə janrında bədahətən demək tələb olunur. Meyxana əruz vəzninə və aşıq ədəbiyyatına yaxındır. Aşıq janrında qoşamalardır, bizdə isə bədihələrdir.

Meyxana şərab evi mənasındadır, odur ki, bu sənəti meyxana adlandırmaq onu mahiyyət etibarilə aşağılayırıq. Bu janr heç bir küçə folkloru deyil, şifahi xalq ədəbiyyatının bir qoludur. Sadəcə sovet dövründə milli-mənəvi dəyərlərimizə dəyən zərbələr bu janrdan da yan keçməyib. Çünki o vaxt bədihə deyənlər sosial və siyasi yönümlü mövzulara toxunurdu. Manaf Süleymanovun “Eştdiklərim, gördüklərim və oxuduqlarım” kitabında bədihə haqqında onun araşdırmaları öz əksini tapıb. Eyni zamanda “Onu bağışlamaq olarmı?” və “Bizim Cəbiş müəllim” kimi retro filmlərimizdə də bədihə janrına yer verilib. Həsən Seyidbəyli çəkdiyi “Bizim Cəbiş müəllim” filmində müharibə vaxtı Əliağa Vahidin bədihələrindən və qəzəllərindən əsgərləri ruhlandırmaq üçün çox gözəl istifadə edib. Meyxana ustası Ağasəlim Çildağ isə bu sənətin inkişafında göstərdiyi xidmətlərə görə vaxtı ilə “Şöhrət ordeni” ilə təltif olunub.

Bir sıra bəstəkarlar və yaradıcı sənətkarlar əsərlərindəki səhnələri daha baxımlı və təsirli etməkdən ötrü bədihə janrından istifadə edib. Dahi Üzeyir Hacıbəylinin “Koroğlu” operasında meyxana kupletləri təqdim olunub. Dünya şöhrətli bəstəkar, SSRİ Xalq artisti Fikrət Əmirovun (1922-1984) “Sevil” operasında “Əbduləli bəylə Məmmədəli bəyin dueti”ndə də bədihə frazaları verilib.

Sözsüz ki, xalqın tələbi və təkidi ilə ulu öndərimizin hakimiyyətə qayıdışından sonra bədihə janrına böyük diqqət ayrılmışdı. Bu janrın Novruz şənliklərində xüsusi yeri var. Ağasəlim Çıldağ vaxtı ilə Heydər Əliyevin qarşısında bədihə demişdi. Şəxsən mən də dəfələrlə prezident qarşısında çıxış etmişəm. Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən beynəlxalq muğam müsabiqəsinin yekun konsert proqramını bədihə deyərək aparmışam. Bu konsertlərdə aparıcı kimi sazın müşayiəti ilə şeirlərimi səsləndirmişəm. 2009-cu ildə ABŞ səfiri və ABŞ dövlət katibi Kandoliza Raysın dəvəti ilə 1 ay ABŞ-da mədəniyyətimizin və bədihə janrının təbliğatı ilə çıxışlar etmişəm.

Bədihə janrı haqqında dərin bilikləri olmayan adamların fikirlərini əhəmiyyətli hesab etmirəm. Bu baxımdan qeyri-peşəkar birinin cəmiyyətdə çaşqınlıq yaratmağa çalışmasının əleyhinəyəm. Kimsə bədihə haqqında fikir söyləyirsə və onu küçə sənəti adlandırırsa, tutarlı arqumentlər gətirməlidir və fikrini əsaslandırmalıdır.

Nizami Gəncəvinin “Xəmsə”sində və “Kəlilə və Dinmə” kitabında bədihələrə rast gəlirik. Bədahət şeir janrının heç bir küçə folkloruna aidiyyatı yoxdur. Əgər kimsə etiraz edirsə, onu debata çağırıram və istənilən vaxt debata hazıram. Unutmaq lazım deyil ki, dövlətimiz tərəfindən mədəniyyətimizə və bədihə janrına yetəri qədər dəstək var. Əgər Azərbaycan Yazıçılar Birliyi mənə etimat göstərib Regional Bölmə sədri təyin edirsə, demək ki, bədihə sənətini yüksək qiymətləndirirlər. Odur ki, bu sənətin üstünə bu qədər getmək olmaz.

Hər bir peşənin özünün “xəstəliyi” var. Məsələn, müəllimlər, xanəndələr, müğənnilər və bizim sənətin nümayəndələri tədbirlərdə çox danışmaqdan və çox oxumaqdan boğazında faringit yaranır. Bu janrın nümayəndələrinin 99 faizində rast gəlinən digər bir peşə “xəstəliyi” isə nevrotik əlamətlərdir. Gecələr yuxusuz qalmaq və rejimsiz yaşamaq birbaşa insanın psixikasına təsir göstərir. Biz ömrümüzü şam kimi əridib el şənliklərində çıxış edərək neçə-neçə insanların ürəyini açırıqsa, burda hansı küçə sənətindən söhbət gedə bilər. Düzdür, bu janrın elə daşıyıcıları var ki, onlar sadəcə el şənlikləri və yaxud da içki məclisləri üçün yararlıdır. Amma elə nümayəndələri var ki, həm öz əxlaqi keyfiyyətləri, həm də sənətkarlığı ilə nümunə olmağa çalışır. Tövsiyə kimi onu deyə bilərəm ki, bədihə janrının daşıyıcıları efirə dəvət ediləndə daha məsuliyyətlə yanaşmalıdır. İrad bildirənlərə sözüm odur ki, janrın inkişafı üçün öz təkliflərini irəli sürsün, ucuz reklamlara qaçmasın. Bədihə janrı xalq arasında çox sevilir, odur ki, digər sənət adamları bu sənət haqqında fikir bildirirsə, istər-istəməz gündəmə gələcək”.

Söz ustadının “Sənətkara onun həyat tərzinə görə qiymət verməliyikmi” sualına cavabı isə belə olub:

“İnsanın özündən asılıdır, adam var ki, zəif xarakterindən dolayı mühitə düşəndə pis vərdişləri mənimsəyir. Elə adam da var ki, düşdüyü mühiti özü ram edir və əlinə alır. Lakin bizim janrının nümayəndələrinin əksəriyyəti zəngin mütaliəsi olan ali təhsilli insanlardır”.

“Elektronik sevdalar”, “Mustafa”, “Polis qorxusuyla öpüşmək”, “Doqquz hekayə”, “Fələk qırmancı” kitablarının müəllifi və tanınmış jurnalist Qan Turalı Cəfərov qeyd edib ki, meyxana incəsənət deyil:



“Meyxana incəsənət deyil. Qara Qarayev də sənətkardır, Ağamirzə də? İsa Hüseynov nədir bəs? İncəsənət nədirsə o, çox bəllidir. Deyirlər, folklordur. Folklor guya incəsənətdir ki? Bir adam göstərin ki, Kafkanın “Çevrilmə”sini oxuyub, sonra Ağasəlim Çıldağın meyxanasından həzz alır. Nazim Hikməti sevir, Lamartinə pərəstiş edir, sonra Namiqin rəvayətindən ləzzət aparır. Kiminsə qüruruna ağır gələr, amma yenə deyirəm: “Pərəstiş etdikləriniz boydasınız”. Kiminiz Selinceri sevin, kiminiz Mehman Əhmədlini. Özünüz bilərsiz, Allahınız bilər. Amma biz incəsənətin nə olduğun bilirik. Dediyim kimi, sonra ətraflı yazaram. Hələlik bu qədər…”
“Eurovision-2019” müsabiqəsi təxirə salınacaq?















İsraildə “Eurovision-2019” beynəlxalq mahnı müsabiqəsinin keçirilməsi təhlükə altındadır.

Trend-in məlumatına görə, bu barədə “The Jerusalem post” qəzetində dərc olunan materialda deyilir.

Qeyd olunur ki, bu təhlükə son günlər İsrail və Fələstin arasında münaqişənin gərginləşməsi və raket zərbələri ilə əlaqədardır.

Ayropa Yayım İttifaqının rəsmi nümayəndələrinin hadisələri diqqətlə izlədiyi bildirilir.

Tural Zauru yerlə bir etdi: “Həftənin 5 günü ağlaşma aparır” (VİDEO)















Tanınmış radio aparıcısı Tural Yusifov Murad Arifin “Youtube”da yayımlanan “Popumuz var” layihəsində qonaq olub.

BAKU.WS-in məlumatına görə, o, proqramda Zaur Baxşəliyev daxil olmaqla, bir çox aparıcıların verilişlərini tənqid edib:

“MTRŞ-nin sonuncu irad bildirəcəyi radioverilişi “Manpası”dır. Münasibət bildirmək istəyirlərsə, birinci Space TV-dən başlamaq lazımdır. Bundan başqa, aparıcı əlində xortum kiminsə silikonunun olub-olmadığını yoxlayır. Bu, saat 18:00-19:00 arasında baş verir. İnsanların şəxsi həyatı efirlərdə müzakirə edilir. Şəxsi həyata müdaxilə olmaz. Bu, jurnalistika deyil.

Şəxsən mən Zaur Baxşəliyevin 7 gün veriliş aparmasını başa düşmürəm. Həftənin 5 günü ağlaşma, həftəsonu isə səhər verilişi aparır. 7 gün işləmək olmaz. Aparıcı ixtisaslaşmalıdır. Şərt odur ki, hamı ağlaşsın? İnsanlar çıxış yolunu Zaurda axtarmalı deyillər. Sosial problemləri göstəririk, amma Zaur Baxşəliyevin verilişi olmamalıdır. Ya xəstəliyi müalicə et, ya da get, Hüseyn Dəryanın məzarını qaz”.
<iframe src="http://baku.ws/video2/v.php?v=1226783"  width="640" height="360"></iframe>

Bütün ailəsini itirən, təhsil almayan Acun necə milyoner oldu? – Aparacının SİRRİ TAPILDI (FOTOLAR)















Türkiyənin media kapitanı, televiziya sahibi və vergi rekordçusu Acun Ilıcalı 29 mayda dünyaya gəlib.

36 yaşında vergi ölkənin vergi rekordçusu, 45 yaşında kanal sahibi olan Acunun məktəb və universitet həyatı dəcəllikləri ilə keçib. 1972-ci ildə Türkiyənin Ədirnə şəhərində anadan olan Acun məktəbdə idman və musiqi fənlərindən başqa bütün fənlərdən zəif nəticə göstərib, çoxundan iki alıb.

5-ci sinifdən artıq siqaret çəkməyə başlayıb, hər davaya girişib. Daha sonra anlayıb ki, məktəbi bitirməlidir, buna görə də, iti ağlına işə salıb və sinif yoldaşlarından köçürərək normal göstəricilərlə məktəbi bitirib, İstanbul universitetinin ingilis ədəbiyyatı fakültəsinə daxil olub. Universitet həyatı barədə danışan Acun universitetini elə ilk gündən sevmədiyi deyib: “Tədris ilinin ilk günü universitetə getdim, aksiya vardı, polislər tələbələri döyürdü. Ədəbiyyat fakültəsinə girdim ki, necə qaranlıq, boğucu yerdir. Həmin an anladım ki, mən burada oxuya bilmərəm”.

Acunun bütün sinif yoldaşları “Boğaziçi” Universitetinə daxil olmuşdu və hər gün dostları görüşmək üçün ora gedirdi: “Boğaziçi də çox işıqlı, gözəl binada idi, İstanbul boğazına baxırdı. Bufetdə ancaq gözəl qızlar vardı. Burada oxuyanlara paxıllığım tutdu”.

Bundan sonra Acun hər səhər universitetə getmək adı ilə evdən çıxıb, elə universitetə gedirdi, ancaq qəbul olduğu İstnabul universitetinə yox, Boğaziçinə: “Hər gün getdiyim üçün, hər kəs məni elə buranın tələbəsi zənn edirdi. 3 aydan sonra artıq Boğaziçinin futbol komandasında oynayırdım”.

1 semester universitetə heç getməyən Acun təbii ki, bütün fənlərdən kəsilmişdi. Semester imtahanları zamanı atası imtahan tarixini soruşub və o da milli bayram səbəbilə tətil olan bir tarixi deyib. Bundan sonra atası tətil günü imtahan olmayacağını anlayıb, universitetlə maraqlanıb, Acunun 6 aydır, universitetə ayaq basmadığını öyrənib:

“Bir gün atam dedi ki, “Bunu bizə necə edə bilərsən?” Mən də ailəmə 200 yalan danışmışam, bilmədim hansını deyir. Özümü ələ verməmək üçün guya utanmış kimi susdum. Atam məni danladı, anamın öyrənərsə çox pis olacağını dedi. Amma hələ də, bilmirdim mövzu nədir, düşündüm ki, yəqin qonşu qızı ilə evimizdə görüşdüyümü öyəniblər. Nəhayət, atam soruşdu ki, “hər səhər saat 8-də oyanıb hara gedirsən? Mən də hər şeyi olduğu kimi danışdım”.

Məşhur biznesmen daha sonra universitetinə getməyə başlasa da, oranı 7 il ərzində bitirə bilməyib və məzun olmadan yarmçıq qoyub. Acun ingilis dilini yaxşı bildiyi üçün bəzi ixtisas fənlərinin imtahanlarını özü verirdi, ancaq marağında olmayan dərslərin imtahanına öz yerinə dostlarını göndərirmiş.

Acunu gənc yaşda qocaldan qəzalar

Bütün ailəsini itirən, təhsil almayan Acun necə milyoner oldu? – Aparacının SİRRİ TAPILDI (FOTOLAR)






Acun Boğaziçinə getdiyi günlərdə könlünü Səda adında bir qıza da verib. Cütlük 19 yaşında evlənib, 1 ildən sonra Banu adında qızları dünyaya gəlib. Acunun ilk maaşı türk lirəsinin dollar qarşısında güclü olduğu vaxtda 100 dollar idi. Ailəsinə valideynlərinin köməyi ilə baxırdı. Onun nənə və babası avtomobil qəzasında dünyasını dəyişib. Bundan 1 il sonra isə atası, anası və 10 aylıq qızı Banu avtomobil qəzasına düşüb.

Xəbəri öyrənən kimi xəstəxanaya qaçan Acun həmin anın ağrı-acısını belə danışıb: “Xəstəxanada anamın adını soruşdum, dedilər ölüb. Atamın adını səsləndirdim, dedilər ölüb. Qızımı soruşmağa artıq taqətim qalmamışdı. Düşündüm ki, o da dünyasını dəyişib. Ancaq möcüzə olmuşdu, bu cür ağır qəzadan, qızım sağ çıxdı”.

Acunun bundan sonra çətin günləri başlayıb, depressiyaya girib. 1 il yarım evdən çıxmayıb. Ancaq ailəsindən qalanları maddi vəsaitlə yaşayıb. Uzun müddət yas saxladıqdan sonra özünə gəlməyə başlayıb, ancaq yenə qəza onun həyatının kabusunu çevrilib.

İdarə etdiyi motorsiklet qəzaya uğrayıb, dostu dünyasını dəyişib, özünün isə qolu qırılıb və 36 tikiş vurulub. Bütün bu uğursuzluqlardan sonra 24 yaşlı Acun həyat yoldaşı tərəfindən tərk edilib. Artıq 25 yaşına çatdıqda, valideynlərini itirmiş, boşanmış və bir uşaq atası olan, ancaq universiteti belə bitirməmiş Acun “həyatdan məzun olmuşam” deyə düşünüb.

Bəzən kiçik uğursuzluqlar yeni qapılar açır

Bütün ailəsini itirən, təhsil almayan Acun necə milyoner oldu? – Aparacının SİRRİ TAPILDI (FOTOLAR)










Həyata yenidən atılmaq istəyən İlicalı paltar mağazası açır. Ancaq işləri pis getdiyi üçün müflis olur. Bundan sonra yəqin ki, öz işinin sahibi ola bilməyəcəyini düşünüb. Media dünyasının qapıları da Acunun üzünə elə telekanalların qapısını mühafizə etməklə başlayıb.

Türkiyə telekanallarının birinə mühafizəçi kimi işə düzəlib. Sonra elə həmin telekanalda idman müxbiri vəzifəsinə keçib. “Fənərbağça” komandasına azarkeşlik etsə də, onu “Beşiktaş” üzrə müxbir təyin ediblər.

Tezliklə çalışqanlığı, gülərüzü ilə özünü sevdirməyi bacarıb və “Televole” verilişində rubrikalar hazırlayıb. İngilis dili bildiyi üçün onu xarici ölkələrə reportaj hazırlamaq üçün göndəriblər. Acun rubrikaları öz zarafatları ilə maraqlı təqdimat etməyi bacardığı üçün izləyicilərin böyük marağına səbəb olub.

Kanal rəhbərliyi Acunun öz verilişini aparmasına qərar veriblər və o, “Acun firarda” adlı proqramla dünyanı gəzməyə başlayıb, 107 ölkəyə səfər edib. Çalışdığı kanalın rəhbərlərindən biri hər zaman Acun barəsində “Məndən başqa bu kanalın mətbəxini ən yaxşı Acun bilir” deyib. İlicalı bu tərifə bütün tapşırıqları vaxtında həyata keçirib, hətta öz vəzifə öhdəliklərindən daha çoxunu yerinə yetirməklə nail olub.

Ölkəmizdə də Acunun sevilməsinə səbəb isə “Var mısın, yok musun” verilişi olub. Xalqın içindən olan yarışmaçılarla birlikdə gecə yarılarına qədər həyəcanlı dəqiqələr, sevinclər, göz yaşları yayımlandığı dövrdə bu proqramı reytinq kralı edib. Türkiyə üçün əlçatmaz olan bir çox dünya ulduzu – Kristina Agilera, 50 sent, Adriana Lima bu verilişə qatılıb, xeyriyyə məqsədilə yarışdılar.

Özündən 22 yaş kiçik qıza görə dağıtdığı ailəsi

Bütün ailəsini itirən, təhsil almayan Acun necə milyoner oldu? – Aparacının SİRRİ TAPILDI (FOTOLAR)











Acun 2005-ci ildə “Acun media” adlı prodakşn şirkəti açıb. “Baxılmaz” deyilən “Survivor” ilə bir daha hər kəsi ekran qarşısına toplayıb. Bir çox istedadlı həmyerlimizin də tanınmaq üçün üz tutduğu “O ses Türkiye” yarışması yayımlandığı günlər özünə rəqib tanımadı. 2013-cü ildə “TV8” telekanalını 70 milyon dollar qarşılığında satın alıb və bu dəfə rəsmi olaraq özü öz işinin müdiri olub.

Ancaq onun ailə həyatı yolunda getmirdi. Acun 2003-cü ildə Zeynəb İlicalı ilə evlənib və bu evlilikdən iki qızı dünyaya gəlib. 2010-cu ildə onun adı “Var mısın, yok musun” yarışmasında tanış olduğu model Şeyma Subaşı ilə çəkilməyə başlayıb.

Hər iki tərəf əvvəlcə bu xəbərləri təkzib etsə də, 2013-cü ildə cütlüyün Melisa adlı qızı dünyaya gəlib. Zeynəb İlicalının boşanmaqdan başqa yolu qalmayıb, ancaq Acunun var-dövlətinin böyük bir hissəsini almadan ondan əl çəkməyib. 2016-cı ildə yekunlaşan məhkəmədə Acunun keçmiş həyat yoldaşı və uzaqlarına ayda 150 min lirə aliment verməsi və bir neçə evini həyat yoldaşının adına keçirməsi şərti ilə boşandılar.

Rəsmi olaraq boşandıqdan sonra özündən 22 yaş gənc sevgilisi ilə nağıl kimi bir həyata başladılar. Adi bir universitet tələbəsi olan Şeyma bu illər ərzində festivallardan-festivallara qaçan əyləncə dolu dünyada yaşamağa başlayıb.

Yaxşı oxumayan, universiteti belə bitirə bilməyən Acun necə oldu birdən media kapitanına çevrildi? İlicalı öz uğurunu belə izah edir:

“Çalışqan ola bilərsiniz, ancaq bu uğurlu olacaqsınız demək deyil. Uğur üçün risk, risk üçün özünə inam və risk aldığın mövzuya güvənmək lazımdır. Çox çalışmalısınız, hər kəslə yaxşı münasibətlər qurmalısınız. Bunlar uzun zaman alacaq, yolunuzdan dönməyin. Uğur qazandıqdan sonra ayaqlarınızı uzadıb, bununla yetinməyin. Yeniliklər arxasınca qaçın. Bəzən də həyatınıza kənardan baxın, görün siz hardasınız?
Fərqanə Qasımovanın həyat yoldaşı ilə YENİ GÖRÜNTÜSÜ















Əməkdar artist Fərqanə Qasımova həyat yoldaşı ilə fotosunu paylaşıb.

“Ölkə.Az” xəbər verir ki, xanım sənətkar fotosunu öz İnstaqram səhifəsində izləyiciləri ilə bölüşüb.

O, görüntüyə “20-ci Novruzumuz” sözlərini əlavə edib.

Foto qısa zaman ərzində izləyicilər tərəfindən çox bəyənilib.

Qeyd edək ki, xalq artisti Alim Qasımovun qızı olan Fərqanə Qasımovanın bu evlilikdən dörd övladı var.Fərqanə Qasımovanın həyat yoldaşı ilə YENÄ° GÖRÜNTÜSÜ
“Atası yaşda kişi ilə eşq yaşamamalıdır” — Aysel Xoşqədəmi məhkəməyə verib














13 illik evliliyini müğənni Aysel Əlizadənin dağıtdığını deyən Turanə Nəcəfova ətrafında qalmaqal bitmək bilmir.

Axşam.az bildirir ki, “Səni axtarıram” verilişinə gələn Turanə iş adamı olan əri Elçinin qızını ondan aldığını söyləyib.

Ayselin vəkili Ruhin Yolçuyev X.Hidayətqızına məktub yollayıb və yazıda bunlar qeyd olunub:

“Turanə adlı şəxs tərəfindən şərəf və ləyaqətini alçaldan fikirlər səsləndirilmiş, təhqir edilmiş, şəxsi və ailə həyatı üzrə yayılması məlumatlar Ayselin razılığı olmadan yayımlanmışdır”.

Xoşqədəm daha sonra Ayselə müraciət edib və deyib ki, studiyaya gəlib danışsın:
“Bu cür gözəlliyə sahib olan, gənc qız dədəsi yaşda kişi ilə eşq yaşaya bilməz. Buna görə məni məhkəməyə verirsənsə, get ver.

Azərbaycanda namuslu qızların sayının çox olmasını istəyirəm.

Səsi olmayan müğənniləri gərək efirə buraxılmasın. Bizim övladlarımız onlara baxıb örnək götürürlər: geyimindən, sənətindən, səsəindən tutmuş hər şeyə görə”.

Qeyd edək ki, Turanə “Yetim” ləqəbli ərinin avtosalonları olduğunu və tikinti işi ilə məşğul olduğunu söyləyib.