Son xəbərlər

“Biz “Eurovision”a yenidən getməliyik”















Eldar Qasımov və Nigar Camal son 8 ildə Azərbaycanın “Eurovision”dakı göstəricilərindən narazıdır.

“Qafqazinfo” xəbər verir ki, müsabiqə qalibləri AzTV-nin çəkilişində iştirak edən zaman instaqramda video paylaşıblar.

Onlar kinayəli şəkildə yarışmaya gedəcəklərini, Azərbaycana yenidən qalibiyyət gətirəcəklərini qeyd ediblər.

“Biz hazırda “Eurovision” paltarımızda çəkilişə qatılmışıq. Yenə müsabiqəyə gedib “Running scared” mahnısı ilə ölkəmizi təmsil edəcəyik”- deyə Nigar bildirib.

Nigarın söhbətinə Eldar da qoşularaq belə şərh verib: “Biz elə görürük ki, vəziyyət pisdir. Özümüz qərar vermişik ki, yenidən gedək”.
Kəramət Böyükçöl kafedə döyülmə xəbərindən danışdı















“Orda-burda məni tuturlar, qəndə and içirəm, inanıb çıxıb gedirlər”

Tez-tez qalmaqallarla gündəmə gələn gənc yazar Kəramət Böyükçölün döyülməsi xəbəri yayılıb. Bu barədə “Yeni Müsavat”a danışan gənc yazar hadisənin təfərrüatlarını aşağıdakı kimi anladıb: “Əslində, dalaşan mənim dostum olub. Sadəcə, o, cəmiyyətdə tanınmadığı üçün mənim adım hallandı. Kafedə oturub pivə içirdik. Telefonuma zəng gəldi, çölə çıxıb danışası oldum. İçəri qayıdanda gördüm ki, bir qrup adam yığışıb, pivə içdiyim dostumla mübahisə edir. Hər halda, bu adam mənimlə oturub, hansısa şəkildə onun yanında olmalıydım. Mən də belə etdim və dava əsnasında yüngül formada məni də ona qatdılar, mübahisə yarandı. Şikayət edəcək səviyyədə böyük bir şey olmayıb. O adamların bir qismi məni tanıyırdı, bir qismi isə yox”.

Böyükçöl bildirib ki, indiyə qədər sazı, şairləri tənqid etdiyinə görə onu onlarla adam “söhbətə çağırıb”: “O qədər adam məni ”söhbətə çağırıb”, ancaq hamısını da hansısa formada yola vermişəm. Çünki bu, şəxsi dava olmayıb. Mənim bu adamlarla nə kimi problemim ola bilər? Bilirəm ki, məni davaya çağıranlar, düşüncəsini, təfəkkürünü tənqid etdiyim kütlənin nümayəndələridir. Onlarla nə danışacam ki? Orda-burda məni tuturlar, qəndə and içirəm, inanıb çıxıb gedirlər. Söhbətə getmirəm, sadəcə, yolda qabağıma çıxırlar. Başlayırlar, “qaqaş, sən onu nöş belə yazmışdun?” Deyirəm ki, qənd haqqı səhv eləmişəm. Onlar da deyirlər ki, “hə, brat, qəndə and içirsənsə onda inanırıq”. Yəni açığını desəm, indiyə qədər qənd mənim köməyimə çox gəlib”.

Böyükçöl söyləyib ki, bundan sonra Azərbaycanda oxucunun olmamasından şikayət etməyəcək: “Bir neçə gündür ki, parkda oturub, kitablarımı satıram. Özü də hər kitaba 10 manat qiymət qoymuşam. 3-4 gün ərzində mən 2 min manatdan çox kitab satmışam. Elə gün olub ki, 670 manatlıq kitab satılıb. Aprelin 13-də 340 manatlıq kitab satdım. Jurnalistlər də gəlirlər ki, məni yalan çıxarsınlar, görürlər ki, həqiqətən də oxucuların ardı-arası kəsilmir. Azərbaycanda yazıçı olduğumu ilk dəfə bu prosesdə hiss etdim. Növbəti, ”Ana söyüşü” adlı kitabım da qısa zaman sonra çap olunacaq”.

“Kitabına nə üçün bu cür adlar seçirsən” sualına isə K. Böyükçöl aşağıdakı kimi cavab verdi: “İnsanlara nə lazım olduğunu bilirəm. Ona görə də bu cür adlar seçirəm. Onu da deyim ki, sazı, yazıçıları, şairləri tənqid etməyimdə məqsədim tanınıb, kitab satmaq deyildi. Sadəcə olaraq, proses təbii şəkildə indiki halına gəldi. Dediyim sözlər həqiqi münasibətim idi. Düşünürdüm ki, insanlar nəticə çıxarsınlar. İndi bilmədim ki, nəticə çıxardılar, yoxsa yox. Ancaq gördüyüm odur ki, məni sevib, oxumağa başlayıblar. Mənim kitabımı alanlar qəndə and içib inandırdığım təbəqəyə gülənlərdir. Elə zənn edin ki, Mirzə Cəlil ”Poçt qutusu” hekayəsini yazıb və adamlar da gəlib soruşurlar ki, doğruda da Novruzəli poçt qutusuna məktubu ata bilməyib? Məsələ ondan ibarətdir ki, Mirzə Cəlil öz xalqının düşüncəsini, təfəkkürünü yaxşı bilirdi. Başa düşürdü ki, onun xalqı poçt qutusuna məktub ata bilməyəcək səviyyədədir. Mən də bu cəmiyyətin düşüncəsinin, yalanlara qəndə and içməklə inandırmağın mümkünlüyü səviyyəsində olduğunu düşünüb, yazmışam”. “Demək istəyirsən ki, sən bu dövrün Mirzə Cəlilisən” sualına isə “Mirzə Cəlildən qat-qat böyük yazıçıyam. Mirzə Cəlil öz dövründə mənim qədər məşhur, istedadlı, dildə-dişdə olan yazıçı deyildi. Bu mənada mən Mirzə Cəlildən qat-qat böyüyəm” deyib.
Leyla Əliyeva Elinaya şeir həsr etdi














Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyeva intihar edən Bakı mətkəblisi Elina Hacıyevaya şeir yazıb

“Özünü öldürmə, dayan, eləmə” misraları ilə başlayan şeir gənc yaşda ölümü seçən Elinaya müraciət formasında yazılıb.

Cahan.info Musavat.com-a istinadən həmin şeiri təqdim edir:

Özünü öldürmə... dayan, eləmə!
Özünü öldürmə, lütfən, dostum!
Axı, həyat çox qiymətli hədiyyədir,
Ətrafını eşitmədən, duy hər kəsi!
Mənanı anla, boş sözlərdən uzaq ol,
Onlarda doğrudan pay olsa belə!
Lap insanlar acını, göz yaşını görməsin,
Ruhlarını başqaları ilə bölüşsün.
Lap çox çətin olduğu bilinsə belə!
Doğrunu gör - ən düz danışan odur!
Dilimizin altında gizlətsək belə,
Fikir ildırım kimi çaxacaq onsuz.
Zamanı birdəfəlik məhv edir!
O yanır, amma siz o dumanda anlayın ki
Qiymətli zaman hər kəsə nəsib deyil.
Zamandan qiymətli deyildir heç nə
Onu rüzgarın nəğməsində sev.
Hər şeyi bağışlayacaq.., məhşərə çəkməyəcək!
Sən riyadan uzaq sözlərlə istəsən əgər.
İki dünya arasında itirdiyin ruh
Vəd edilən rahatlığı tapa bilməz!
Özünü öldürmə... saraq yaralarını,
Kədərin dərinliyinə gülək bərabər!
Özünü öldürmə... belə cəsur,
Belə düşüncəsiz addıma gücün varsa!
Qiymətli həyatı yaşamaq üçün
Özündə o gücü tapmağa çalış.
“Allah sizə lənət eləsin” — Səidə qarğış etdi















Müğənni Səidə Sultan sosial şəbəkədə paylaşılan açıq-saçıq videolara üsyan edib.

Axşam.az bildirir ki, instaqramında bu haqda paylaşım edən sənətçi bunları yazıb:

“Allah belə şərəfsizlərə, qeyrətsizlərə, bilərəkdən bu millətin pisliyini istəyənlərə, bu millətə pislik edənlərə, öz yaşayışlarından xəbəri olmayanlara, millətini sevməyənə min lənət olsun.
Sizcə, bu düzgündür? Pornoları, söyüşləri İnstaqrama çıxardırlar? Əvvəl belə hallar İnstaqram səviyyəsində olmurdu. Belə səhifələri şikayət edin”.
“İmtahan”ın aktrisasının əriylə öpüşdüyü kadrlar tənqid olundu – Video














“İmtahan” serialı ilə tanınan aktrisa Uzel Kərimovanın həyat yoldaşı ilə görüntüləri yayılıb.

Axşam.az xəbər verir ki, sosial şəbəkədə paylaşılan videoda sənətçinin türkiyəli əri Talha Güneri ilə səmimi görüntüləri yer alıb.

Onların öpüşdüyü kadrlar izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, onlar cütlüyü tənqid ediblər. Videoya 74 mindən çox baxış sayı gəlib.

Qeyd edək ki, cütlük ötən il ailə həyatı qurub.



Çingiz Abdullayevə “Şərəf” ordeni təqdim olundu













Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayevə “Şərəf” ordeninin təqdimatı mərasimi keçirilib.
Dünya şöhrətli yazıçıya mükafatı mədəniyyət naziri Əbülfəs Qarayev təqdim edib.

Çingiz Abdullayev Prezident İlham Əliyevə minnətdarlığını bildirib:
"Oxucularıma da kitablarımı oxuduqlarına görə təşəkkür edirəm".
“Kamil ona yazılan təhqirləri mənə göndərir ki, oxu, dözə bilərsən?” – tanınmış xanəndə ilə müsahibə, FOTOLAR-VİDEO















Tanınmış xanəndə Gülay Zeynallı ilə Ağ Şəhər Bulvarında bir araya gəldik.

Musavat.com-un suallarına cavab verən müğənni ilə yeni işlərindən, şou-biznesin durumundan və hazırda ölkə gündəmini zəbt edən məsələlərdən danışdıq:

– Bir neçə gündür ki, müğənni Rüfət Axundov ilə əməkdar artist Rəşad İlyasovun “Hər səhər” verilişində “İnsaf da yaxşı şeydir” mahnısının sözlərini təhqiramiz ifadələrlə əvəzləməsi gündəmi zəbt edib. Bir müğənni kimi mahnıların sözlərinin dəyişdirilib, gözdən salınmasına münasibətiniz necədir?

– Rüfətin xətrini çox istəyirəm, yaxşı sənət yoldaşıdır, deyib-gülən insandır. Sənətini kənara qoyaq, insan olaraq çox gözəl insandır. Olacağa çarə yoxdur.

– Bu hadisədən sonra “Space” telekanalı cərimələndi, R.Axundova efir qadağası qoyuldu, aparıcı və telekanal əməkdaşları işdən qovuldu. Bir ifadəyə görə müğənninin efirlərdən uzaqlaşdırılması nə dərəcədə doğru addımdır?

– Bir ifadə deyil, təhqirdir. Biz tanınmış simayıq, insanlar bizi izləyir. Camaatın anası-bacısı baxır, hər şeyə fikir verməliyik. Rüfət də bir səhv edib. Allah günahını bağışlasın.

– Gündəmdəki digər məsələ Elina adlı yeniyetmənin özünü məktəbin 3-cü mərtəbəsindən atmasıdır. Onun bu addımı atmasına səbəb məktəbdə həmyaşıdlarından təzyiq görməsi olub. Bu hadisəyə münasibətlər fərqlidir. Kimisi məktəbi, kimisi valideyni , kimisi cəmiyyəti günahkar bilir.

– Bu hadisə ilə bağlı müxtəlif açıqlamalar var. Adam bilmir ki, hansına inansın. Ona görə konkret fikir bildirə bilmirəm.

– Son günlər yeniyetmələr arasında intihar hadisələri artıb. Bir ana olaraq bu məsələ sizi narahat edirmi? Sizcə, səbəb nədir?

– Mən çox həssas anayam. Allah hər kəsin övladını qorusun. Bu hadisələrdə sosial şəbəkələrin rolu böyükdür. Intihar hadisələrinin yayılması digər gənclərə təsir edir. Bir insan yaxşı işlər görür, heç kim paylaşmır, bunun görülməsinə çalışmır. Mətbuat da bu məsələdə diqqətli olmalıdır. Yaxşı şeyləri göstərmək, təbliğ etmək lazımdır.

– Məşhurlar ictimai insanlardır. Onların təbliğ etdikləri də önəmlidir. Gülay nəyi təbliğ edir?

– Mən sənətimi təbliğ edirəm. Sosial şəbəkədə getdiyim konsertləri, məclisləri paylaşıram. Sənətimə uyğun paylaşımlar edirəm. Mağaza, yemək reklamları paylaşmıram, özümə rəva bilmədiklərimi insanlara göstərmirəm.

– Yeni təqdim etdiyiniz “Böyük eşq” mahnısına və klipinə maraq gözlədiyiniz qədər oldumu?

– “Böyük eşq” adlı mahnının bəstəkarı Fərid Kərimli, sözləri Orxan Mürvətli, aranjeman isə Elvin İmanova məxsusdur. Rejissorluğu Anar Hüseynov etdi. Amma elə mahnılarımız var ki, bu mahnıdan çox sevildi. Klip çəkilişində peşəkarlarla çalışdıq, PR-ı da yaxşı oldu. İnanıram ki, zaman keçdikcə seviləcək.

– Son vaxtlar musiqili meyxanalar, bayağı mahnılar üstünlük təşkil edir. Bəzi müğənnilər yaxşı mahnı tapa bilmədiyini deyir. Siz də yaxşı mahnılara həsrət qalanlardansınız?
– Elə şeylər var ki, onu zamana buraxmaq lazımdır, zamanla ələnib yoxa çıxacaqlar. Musiqili meyxanaları oxuyanlara pis baxmıram. Bu cür mahnıların populyar olması məni narahat etmir, sənətimə təsiri yoxdur. Sənətimə bağlı insanam. Həmişə yaxşı mahnılar oxumaq istəyirəm. Peşəkar musiqiçilərlə çalışıram. Klip çəkilişlərini gec-gec etsəm də, keyfiyyətli iş görürəm. Müvəqqəti gündəmlər məni sənətdən soyuda bilməz. Onların da bir dövrü var, ələnib, yoxa çıxacaqlar.

– Bəs sənətdən sizi nə uzaqlaşdıra bilər?

– Sənətə o qədər bağlıyam ki, çətin nə isə məni sənətdən uzaqlaşdıra bilər. 7 yaşımdan oxuyuram, musiqi təhsilim var. Asəf Zeynallı adına Bakı Musiqi Kolleci, Bülbül adına Orta İxtisas Məktəbi, Azərbaycan Milli Konservatoriyasında təhsil almışam. Arif Babayev, Zabit Nəbizadə kimi ustad müəllimlərim olub. 11 yaşımda Fransaya dövlət xətti ilə getmişdim, “Bu günün uşaqları, sabahın gələcəyi” adlı festivalda ölkəni təmsil etmişdim. Hər zaman sənətimə məsuliyyətlə yanaşmışam. Sənətə maliyyə mənbəyi kimi baxmıram. Mən sənətə gələndə toy bazarı, sosial şəbəkələr yox idi. Ona görə biz populyarlıq yox, sənət üçün çalışırıq.

– Hazırda sosial şəbəkələr populyarlaşmağın ən asan yoludur. Düşünmürsünüz ki, sosial şəbəkələrin mövcudluğu sizə haqsızlıqdır? Çünki siz uzun yol qət edib, sənətə gəlib, tanınmısınız, amma bir çoxları sosial şəbəkə vasitəsilə müvəqqəti də olsa, gündəmi zəbt edir.

– Bəzən elə şeylər olur. Düşünürəm ki, mən illərlə əziyyət çəkdim, bir çox etaplardan keçdim, “Xalq ulduz”undan sonra tanındım, sevildim. İndi “İnstagram” vasitəsilə bir insan bir günə tanına bilər. Mən musiqi təhsili olan, xalqın sevgisini qazanmış müğənniyəm, ruzim var, toylara gedirəm Hərənin bir qisməti var. Elə adam var 10 ilə, elə insan var, 1 günə tanınır.

– Bəzən deyirlər ki, müğənnini toy püxtələşdirir. Bu fikirlə razısınız?

– Mən Azərbaycan Milli Konservatoriyasında oxuyanda Arif Babayev deyirdi ki, toy ikinci məktəbdir. Çünki 6 saat canlı oxuyursan, can qoyursan. Mənim getdiyim toylardakı ifaçılar peşəkar və səviyyəli olur. Bir də görürsən ki, 1 saat 20 dəqiqə muğam oxuyuruq. Hər zaman yeni mahnılar öyrənirəm. İnsan işinə nəyəsə görə can yandıranda, o uğur müvəqqəti olur. Sənəti sevmək lazımdır.

– Son günlər toy müğənnilərinin efirə buraxılmaması barədə fikirlər səsləndirildi. Müğənnilər isə etiraz etdi ki, toy müğənnilər deyil, bayağı oxuyanlar efirə buraxılmasın.

– Bu haqda mənim fikrimin nə önəmi var? Guya, mən desəm, nə isə düzələcək? Bizim elə savadlı ifaçılarımız var ki, qulaq asırsan, kövrəlirsən. Mənim övladım xəstələnəndə gözümün yaşı dayanmır. Bir də yaxşı mahnı eşidəndə kövrəlirəm. Bir çox istedadlı müğənninin reklamı yoxdur, o istedadı insanlar tanımır. Efirdə o müğənnilərə yer ayrılsa, daha yaxşı olar. Artıq insanlar da pisi yaxşıdan ayıra bilir. Düşünürəm ki, zamanla haqq-ədalət yerini tapacaq.

– Gülayın daha da populyarlaşmasında idmançı Kamil Zeynallı ilə evli olmasının nə dərəcədə rolu olub?

– Biz Kamillə ailə quranda mən artıq tanınırdım. Düzdür, “Xalq ulduz”una qədər çox əziyyət çəksəm də, tanınmırdım. O müsabiqə məni tanıtdı, sevdirdi. Bir ailədə iki insanın tanınmış olması, əlbəttə, həyatımıza təsir edir. İnsanı daha çox populyarlaşdırır. Yaxşı deyiblər, güc birlikdədir.

– Kamil Zeynallının ətrafında baş verən qalmaqallar, onun davaları, kimlərisə təhqir etməsi münasibətinizə təsir edir?

– Kamil çox emosional insandır, hisslərini idarə edə bilmir. Amma çox düzəlib. Vallah deyirəm ki, bunu paylaşma, filan kəsə artıq söz yazma. Mənə ekran şəkilləri atır ki, oxu, dözə bilərsən? Mən qadınlığımla əsəbimə hakim ola bilmirəm. Kişi necə sussun? Amma yenə də deyirəm ki, səbirli ol, fikir vermə.

– Nə zamansa, populyarlıqdan bezmisiniz?

– Bezməmişəm, amma bəzən utanıram. Insanların içində olmağı sevirəm. Qızımla tez-tez gəzməyə çıxıram. İnsanlar yaxınlaşır şəkil çəkdirir. Diqqət mərkəzində olmaqdan çox utanıram. Amma insanlar elə bilir ki, özümdən razıyam.

– Qızınızla harasa gedəndə insanların sizə diqqət göstərməsi birlikdə vaxt keçirməyinizə bəzən mane olur. Bu hal övladınızın narazılığına səbəb olur?

– Məndən çox qızımla şəkil çəkdirirlər. Bu onun xoşuna gəlir. O gün anama deyib ki, məni “İnstagram”dan tanıyırlar. Təəccübləndim. 7 yaşlı uşaq belə deyirsə, deməli daha çox inkişaf etmişik.

– Nura Suri deyib ki, məşhur insanlar açıq-saçıq geyinə bilər, sadə insanlar yox. Bu fikirlə razısınız?

– Hər kəsin öz geyim tərzi var. Mən verilişə gedəndə anama zəng edirəm ki, baxarsan. İlk sözü o olur ki, nə geyinmisən? Çox danışma. Hər kəsin öz dünyagörüşü, seçimi var. Biz qarışa bilmərik.

– Gülayın geyimləri çox vaxt brend markalardan olur, tez-tez sosial şəbəkədə paylaşılıb, bahalı olmaları müzakirə edilir…

– Geyimlərimin hamısı brend markalar deyil. Ancaq ayaqqabı və çantalarım brend olur. Onları çox sevirəm, gec-gec alıram, amma keyfiyyətlisini alıram.

– Axırıncı dəfə nəyə və niyə ağlamısınız?

– Axırıncı dəfə Dənizkənarı parkda konsert idi, soyuqdan gözlərim yaşardı. Bu ağlamaq sayılırsa, soyuqdan ağlamışam.

– Eşitməkdən bezdiyiniz şayiə və sual hansıdır?

– Şəxsi həyatımla bağlı verilən sualların olmamasını istəyirəm. Tez-tez boşandığımız haqda şayiələr yayılır. Bizim boşanmağımızdan kimə nə? Mən kiminsə şəxsi həyatına qarışmıram, kimsə də mənim həyatıma qarışmasın. Bunların olmasını istəmərəm. Qızımın 7 yaşı var, indi “Youtube” kanalında cizgi filmlərinə baxır. İki il sonra valideynlərinin adını yazacaq. Istəmirəm qalmaqallı xəbərlər oxusun. Sonra “Gülay filan brenddən geyindi”, “Gülay filan restoranda oturdu”, “Gülay filan yeməyi yedi” və s başlıqlı xəbərlərin olmasını istəmirəm. Daha rəfiqələrimlə harasa gedəndə yeməyin şəklini çəkib paylaşmıram. Düşünürəm ki, kimsə baxır, ac olar, o yeməyi ala bilməz, günaha bataram. Bir neçə dəfə olub ki, toydan ac gələndə “İnstagrama” girmişəm, baxıram ki, klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu pomidor yumurta, kabab şəkli paylaşır. Zəng edib dedim ki, mən acından ölürəm, niyə belə edirsən? Niyə yemək şəkli paylaşırsan?! Bu cür xırda nüanslara fikir vermək lazımdır.
AzTV Rəşad İlyasovla bağlı qərarını açıqladı















Artıq bir neçə gündür ki, Space TV-dəki efir biabırçılığı, müğənnilər Rüfət Axundov və Rəşad İlyasov ətrafında müzakirələr aparılmaqdadır. Qeyd edək ki, qalmaqallı veriliş zamanı Rüfət Axundovla birlikdə mahnını zümzümə edən Rəşad İlyasovun da həmkarının söyüşlərini təkrarlayaraq, aparıcıya tərəf gülə-gülə həmin ifadələri işlətməsi onu da qalmaqalın cənginə salmışdı. Bundan sonra əməkdar artist R.İlyasovun AzTV-nin solistliyindən çıxarılması haqda şayiələr yayılıb.

AzTV-nin “İctimai-siyasi proqramlar” redaksiyasının baş redaktoru Sərvər Bayramov məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlama verib. Qurum əməkdaşı qeyd edib ki, müğənniyə qarşı heç bir qadağa tətbiq edilməyəcək:

“Qeyd edim ki, bu hadisə digər televiziya kanalının efirində baş verib. Bunun üçün də məsələnin araşdırılması MTRŞ-yə aiddir. Məlum olduğu kimi, MTRŞ artıq hadisə ilə bağlı öz açıqlamalarını yayıb. Açıqlamada da göründü ki, Rəşad İlyasovun bu məsələdə birbaşa günahı yoxdur. Neqativlər yalnız onun həmkarı ilə bağlıdır.

Həmçinin oxu: Rəşad İlyasov niyə cəzasız qalıb? – Müəmma

MTRŞ-nin araşdırmasının nəticəsinə uyğun olaraq, R.İlyasov AzTV-nin solistliyində qalır”.

Xatırladaq ki, bir neçə gün öncə Space TV-nin “Hər səhər” proqramında müğənni Rüfət Axundov və Rəşad İlyasov fonoqrama oxuduqları zaman canlı efirdə biabırçı ifadələr işlədiblər. Nəticədə həmin görüntünü əks etdirən video sosial şəbəkələrdə yayılıb, telekanal ciddi problemlə üzləşib. Proqramın aparıcısı Anar Vaqifoğlu telekanaldan uzaqlaşdırılıb, səs rejissoru da işdən qovulub. Müğənni Rüfətin bir daha efirə çağırılmaması barədə televiziya rəhbərliyi tərəfindən təlimat verilib. Həmçinin MTRŞ tərəfindən televiziya kanalının rəhbərliyinin iştirakı ilə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq Space TV-nin 5-8 min manat cərimə olunması ilə bağlı protokol tərtib edilib.
Ailə dağıtdığı deyilən Aysel Bakıda — FOTO














Adı “Yetim Elçin” ləqəbli iş adamı Elçin Nəcəfovun ailəsini dağıtmaqda hallanan müğənni Aysel Əlizadə Bakıya dönüb.

“Ölkə.Az”-ın məlimatına görə, Roza Zərgərli Türkiyədən yenicə qayıdan Aysellə fotosunu sosial şəbəkədə paylaşıb.

Qeyd edək ki, Turanə Nəcəfova adlı qadın “Səni axtarıram” verilişinə müraciət edərək Əlizadənin onun 13 illik ailəsini dağıtdığını iddia edib.
Ailə dağıtdığı deyilən Aysel Bakıda — FOTO
Ailə dağıtdığı deyilən Aysel Bakıda — FOTO
Dahilər niyə dəli olurlar – Dörd mühüm versiya














Dahilərin həyatları ilə maraqlananda, demək olar ki, hər birinin hansısa ruhi-psixoloji probleminə, nədənsə asılılığına, ağılalmaz vərdişlərinə və s. rast gəlirik. Dahi fizik Nikola Teslanın zinət əşyalarından, körpülərdən və seksdən qorxması, riyaziyyatçı Con Nəşin hallisünasiyalar görməsi, yazıçı Markes de Sadın seksual asılılığı və qeyri-adi seksual fantaziyaları, aktyor-rejissor və teatr nəzəriyyəçisi Antonin Artaudun pişiklərlə danışması və özünü ac saxlaması, rejissor Alfred Hiçkokun yumurtadan qorxması, rəssam Van Qoqun öz qulağını kəsməsi və digər bu kimi çoxsaylı misallar çəkmək olar.

Albert Eynşteynlə bağlı dillərdə dolaşan maraqlı bir əhvalat da var: bir gün Eynşteyn harasa getməli olur və laboratoriyasının qapısına “Eynşteyn bir saat sonra burada olacaq” yazısı yapışdırıb gedir ki, gələnlər onu gözləsinlər. Bir saat sonra Eynşteyn geri qayıdır və qapının üstündəki yazını oxuyub qapının önündə oturaraq gözləməyə başlayır. Bir az sonra dövrün digər alimlərindən biri laboratoriyaya gəlir və Eynşteynin qapının önündə oturduğunu görür. Nə baş verdiyini soruşanda Eynşteyn qapının üstündəki yazını göstərib deyir: “Eynşteyn bir saat sonra burada olacaq”.

Bu kimi saysız-hesabsız tarixi faktları oxuduqca bu sual məni həmişə düşündürüb: istedadlı və bilikli insanların bu qeyri-adi xarakterləri, fobiyaları, əyləncələri nədən yaranır? Tesla niyə quşlarla danışırdı? Nyuton niyə özünü və kəşflərini gizlədir, əlyazmalarını yandırırdı? Bukovski niyə içki və seks aludəçisi idi? Kafka niyə özünü təkliyə məhkum etmişdi? Henrix von Kleist niyə öz qəbrini də qazıb özünü güllələmişdi? Bu “niyə”lərin cavablarını tapmışam desəm, yalan olar. Amma bu barədə mənim də acizanə bir neçə qənaətim var.

Birinci qənaətim odur ki, böyük işlər üçün proqramlaşdırılmış beyinlər kiçik işlərdən imtina edir və ona görə də quşlarla danışmaq, təkliyə qapılmaq kimi xüsusiyyətlər yaranır. Eynşteyn kimi nəhəng beyin niyə qapıya o yazını özünün vurduğunu və özünün Eynşteyn olduğunu unutsun ki? Mən bunun səbəbini beyninin nəzəriyyələr və isbatlar üzərində həddən artıq məşğul olduğunu, kiçik məsələlər barədə düşünməkdən imtina etdiyini fikirləşirəm.

İkinci qənaətim odur ki, həddən artıq zehni enerji sərfiyyatı fiziki enerjinin getdikcə depolanması bu iki enerjinin arasında disbalans yaradır. Yorğun beyin amma enerjili bədən – insan üçün iki yol ayrıcı. Bu vaxt insan düşünmədən fiziki enerjisini sərf edəcək yer axtarır. Belə olan halda ən sadə yol seksdir. Seksual münasibətin sıx-sıx baş verməsi insanın yeni fantaziyalar qurmasına gətirib çıxarır və bu proses Markez de Sadları, Çarlz Bukovskiləri yetirir.

Üçüncü qənaətim odur ki, dünya və insan haqqında həqiqətləri bilmək həddən artıq ağrıvericidir. Böyük beyinlər həyat haqqında daha çox həqiqəti bilirlər və zaman-zaman bu həqiqətləri bilməyin ağrısı dözülməz həddə çatır. Belə olan halda Stefan Sveyqin, Valter Benjaminin, Henrix von Kleistin intiharı doğulur. Onlar hamıdan daha çox həqiqəti bildikləri üçün və bunu heç kəsə deyə bilmədikləri (yaxud da bunu kimsənin anlamadığı) üçün intihar etdilər.

Dördüncü və sonuncu qənaətim odur ki, qorxular insan beyninin düşünmə qabiliyyətini artırır. Adı təkamül yaxud ilahi bir hikmət olsun, nəticədə bu beyinlər əvvəlcədən daha çox düşünmək üçün proqramlaşdırılmışdılar. Bu düşünmə qabiliyyətinin itməməsi və daimi inkişafı üçün onlara qorxu hissinin verilməsi vacib amil idi. Nəticədə Hiçkokun yumurta qorxusu, Teslanın zinət əşyaları və körpü qorxusu yaranır.

Son olaraq isə elm və sənət hər şeyin üstündə dayanır. Bir şeylər yarada bilirsənsə, dəli olmaq nədir ki? Necə deyərlər, hər şeyə dəyər… (sputnik.az)