Son xəbərlər

Xalq artisti Elza Seyidcahandan üzr istədi














Xalq artisti Flora Kərimova həmkarı Elza Seyidcahandan üzr istəyib.

Axşam.az xəbər verir ki, bu anlar media nümayəndələrinin qarşısında baş verib.

O, konsertindən sonra jurnalistlərə müsahibə verən Əməkdar artistə yaxınlaşaraq, üzrxahlığını belə ifadə edib:

“Sizi başa düşməyənlərin adından üzr istəyirəm. Əsl sənətin qapılarını açıb girdiyinizə görə “Xoş gəldiniz” deyirəm. Doğrusu, gözləmirdim”.

Kərimova Elzanın “Əşyalar” şeirindən çox təsirləndiyini də bildirib.
Tariximizə özümüz sahib çıxmayanda gürcü şizofreniklərinin hədəfi olacağıq... - PROBLEM!!!














Azərbaycan-Gürcüstan dövlət sərhədinin keçdiyi təpələr sırası boyunca, təxminən 25 kilometr məsafədə səpələnmiş bir çox tarixi, memarlıq və dini obyektlərdən ibarət Keşikçidağ (David Qareci) monastır kompleksi ətrafında son günlər yaranmış söz-söhbətlər bizi Qədim Albaniyanın tarixinə və bu tarixə aid dini məbədlərə nəzər salmağa vadar edib. İstər erməni qonşularımız olsun, istərsə də gürcü qonşularımız, daim Azərbaycan əhalisinin əksəriyyətinin müsəlman olmasını bəhanə gətirərək, buradakı xristian abidələrini öz adlarına çıxır, türklərin bu yerlərə gəlmə olduğunu iddia edirlər. Erməni və gürcü tarixçilərin bu uydurma ehtimalları çox vaxt onların Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsinə gətirib çıxarır.

Şəki-Balakən bölgəsi xristian abidələri ilə zəngindir. Azərbaycan alban dövrünün yadigarı olan bu abidələrə sahib çıxmadıqca, bədnam qonşularımız onları dünyaya özününkü kimi təqdim etməyə çalışır. Siz Gürcüstanda dərc edilmiş məlumat xarakterli xeyli kitab və kitabçalara rast gələ bilərsiniz ki, orada Şəki-Balakən bölgəsindəki abidələr "Qədim Gürcüstan" ərazilərindəki xristian kilsələri kimi qeyd olunub. Sputnik Azərbaycan-ın əməkdaşı Balakənin qədim alban məbədləri ilə zəngin olan yerlərini ziyarət edərək, oradakı hər bir tarixi abidə barədə məlumat toplamağa, onu ictimaiyyətlə bölüşməyə çalışır. O, AMEA-nın tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli ilə Balakən rayonunun Qullar kəndi ərazisində yerləşən "Qullar" məbədi barədə söhbətləşib.

"Azərbaycanın Şimal-Qərb bölgəsində antik dövrdən başlayaraq, orta əsrlərin sonunadək qədim türk tarixini izləməyə imkan verən abidələrə rast gələ bilərik. Ulu babalarımızın yadigarı olan abidələr bizə keçmişimizdən xəbər verir. Ümummilli lider Heydər Əliyevin təbiri ilə desək, "Tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir". Daha bir milli sərvətimizi Qullar məbədini tanıyaq. V-IX əsrlərə aid bu abidə Balakən rayonunun Qullar kəndində yerləşir. Qullar məbədi Azərbaycan elmi ədəbiyyatında "Aşağı Qullar" məbədi adlanır" - deyə Akif Məmmədli məbədlə bağlı söhbətə körpü salıb.

"Bundan 20 il əvvələ qədər bu kəndin ərazisində 5-6 abidə vardı. Bu gün onların sadəcə bünövrələri qalıb. Qullar məbədinin şimalında - təxminən 3 km yuxarıda onun analoqu olan daha bir abidə var. Hələlik 2 abidə qismən salamatdır" - o bildirib.

Tarixçi təəssüflə qeyd edib ki, əhali arasında maarifləndirmə işi aparılmadığı üçün insanlar abidənin təyinatını, tikilmə məqsədini, tariximizdəki yerini və rolunu bilməyiblər: "İnsanların bir qismi sanki bir müsəlman təəssübkeşliyi üzündən, müsəlmanlığa daha çox sahib çıxmaq adı ilə xristianlıq dövrünə aid abidələri sıradan çıxarıblar".

Barəsində danışdığımız abidə bir nefli ibadət zalından ibarətdir. Abidənin tikintisində yerli əhəmiyyətli tikinti materialları - daş, çay daşı, kərpic və yapışdırıcı məhsul kimi isə kirəcdən istifadə olunub. A.Məmmədlinin qənaətinə görə, onun tikintisində istifadə edilən kirəc indiki kimi yox, daha fərqli olub: "Deyilənə görə, onun tərkibinə yumurta sarısı qatılıb. Bu fikir özünü doğruldur. Çünki 1500 il tarixi olan bu abidə bu qədər dağıntılara sinə gərib qalıbsa, deməli, burada bir həqiqət var. Məbədin mehrab hissələri, mehrabın üzərindəki tağ, bir də girişdəki tağ onu xüsusi qoruyur. Yəni, bu kilsə memarlığında tağ tikilisi onun üst hissəsini daha yaxşı qoruya, möhkəmliyini təmin edə bilirdi. Eyni zamanda yan divarları da qoruyurdu. Abidənin şərqinə doğru baxsaq, yenə də əsas görüntü qalmaqdadır, mehrab da yerindədir".

Alimin sözlərinə görə, burada 3 pəncərənin olduğu məlumdur: "Yəni, alban xristianlığına görə bu, İsa Peyğəmbərin üç simasını ifadə edir - Ata Allahı, Oğul Allahı və Müqəddəs Ruhu. Bu məbəddə zaman-zaman dəyişikliklər olub. Amma ən vacibi odur ki, bu, erkən orta əsrlərə - xristianlığın erkən dövrünə, zəng qülləsinin meydana gəlməsinə qədər tikilmiş məbədlərdən biridir".

Yunan tarixçisi və coğrafiyaçısı Strabonun "Mən dünyanın heç yerində bu qədər məbəd görmədim" sözünü xatırladan tarixçi, haqqında bəhs etdiyimiz bölgəni "açıq səma altında muzey" adlandırır.

"Təkcə Qullar kəndində son 30 ilə qədər qalıqları qalan 6 məbəd gördüm və bunlardan ikisi salamatdır. Rayonun Gərəkli kəndində 10-dək məbəd var. O məbədlərdən 3-ü qismən salamatdır, 7-8-nin isə bünövrələri qalmaqdadır. Düşünəndə hər bir obanın, hər bir tabunun (tabun - qədim türklərin at ilxılarının saxlandığı binə yerləri, onun yanında özlərinin yaşayış yeri olan sahə - red.) ən azı 5-10 dənə özünəməxsus bir icma məbədi olub. Ümumilikdə götürsək, təkcə Balakəndə məbədlərin sayı 100-ü keçmiş olur".

Tarixçi alim bu abidələrin dünyada tanıdılması ilə bağlı arzularını dilə gətirib: "Gələcəkdə bütün abidələri araşdıraraq sonunda bir turizm marşrutuna düzə bilsək, dünyaya təqdim edə bilsək, Azərbaycanın şimal-qərb bölgəsini, Avropanın hələ bələd olmadığı, bilmədiyi qədim xristian mədəniyyətini dünyada tanıda bilərik. Həmyerlilərimizə səslənirəm ki, abidələri qorusunlar. Bununla biz həm də bölgəmizin turizm sektorunu inkişaf etdirə bilərik".
Baş nazirdən teatrlarla bağlı — YENİ QƏRAR














Nazirlər Kabineti Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilməsi haqqında qərarı təsdiq edib.
Bu barədə qərarı Baş Nazir Novruz Məmmədov imzalayıb.
"Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilsin. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu Qərardan irəli gələn məsələləri həll etsin", - deyə sənəddə bildirilir.
Çingiz Mustafayevin yarıçılpaq videosu yayıldı














Müğənni Çingiz Musafayevin yarıçılpaq videosu yayılıb.
Görüntü İnstaqram səhifələrinin birində paylaşılıb. İfaçının bu videosu sosial şəbəkə izləyiciləri tərəfindən hiddətlə qarşılanıb. Videoya çoxlu sayda tənqid və təhqir dolu şərhlər yazılıb.

Qeyd edək ki, müğənni Çingiz Mustafayev bu il “Avroviziya” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək.<iframe width="426" height="326" src="https://www.youtube.com/embed/EazodClpokw" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>
Elza Seyidcahandan ŞOK SÖZLƏR: “Doğuram, doğuluram və doğdururam”















Xəbər verdiyimiz kimi, Əməkdar artist, bəstəkar və müğənni Elza Seyidacahan bir neçə gün əvvəl Heydər Əliyev Sarayında “Sənə bənzər” adlı möhtəşəm solo konsert proqramı ilə çıxış edib.

Bənzərsiz ifalar, möhtəşəm rəqslər və səhnəciklərlə yadda qalan konserti Elza Seyidcahan tanınmış Azərbaycan şairi və filosofu İmadəddin Nəsimiyə ithaf edib.

İfaçı konsert təəssüratlarınıPublika.az-a bölüşüb.

– Elza xanım, konsert təəssüratlarınız necədir?

– Həmişəki kimi, özümü tamaşaçıların həqiqi, səmimi, heyrətamiz, gözəl, möcüzəli sevgi və alqış yağışına qərq olunmuş və yenidən doğulmuş hiss edirəm. Sanki bir simurq quşu kimi səmanın ənginliklərində süzürəm. Səmanın ənginlikləri isə uçmağı bacaranlar üçündür.

Elza Seyidcahandan ŞOK SÖZLƏR: “Doğuram, doğuluram və doğdururam”


Bu layihə istədiyiniz kimi reallaşdı?

– Tamaşaçılar üçün hazırladığım musiqi ziyafəti istədiyimdən də artıq reallaşdı. Müğənni kimi istədiyimin və planlaşdırdığımın 10 faizi reallaşdı.

– Bildiyim qədərilə konsertin xərclərini özünüz çəkmisiniz və borclarınız qalıb. Sizcə, bu qurbanı etməyə dəyərdimi?

– Bu, həmişə belə olub. Yəqin ki, çox toylara getməliyəm ki, konsertimizin borclarını ödəyə bilim. Konsertdən demirəm. Ona görə ki, konsertdən pul qazanmaq bizdə mümkün deyil. Borclar məni qorxutmur. Əsas odur ki, mən “Sənə bənzər” adlı konserti dövlət başçımızın elan etdiyi “Nəsimi ili”nə ithaf etdim. Bir sənətçi kimi Azərbaycan mədəniyyətinə öz layiqli töhfəmi təqdim etdim.

– Elza Seyidcan yaradıcılığını ölkəmizdə anlayan və ona qiymət verən yetəri qədər tamaşaçı var?

– Əlbəttə ki, var. Hətta deyərdim ki, yetərindən artıqdır. Əsas kəmiyyət deyil, keyfiyyətdir. Sevildiyimi həmişə hiss etmişəm.

– Elza xanım, rəqs qruplarının səhnə tamaşaları xüsusilə yadda qaldı. Rəqqasların xoreoqrafiyası ilə kim məşğul olmuşdu? Səhnəciklərin ssenarisini siz tərtib etmişdiniz?

– Əslində, təklif və ideyalar mənə aiddir. Ssenari peşəkar xoreoqraflarla Emin müəllim, Abid müəllimin rəhbərliyi ilə geniş müzakirədən sonra yazıldı.

– Azərbaycanda nə vaxtsa belə konsert layihəsi olubmu?

– Təvazökarlıqdan uzaq olsa da, belə konsert heç dünyada olmayıb. Azərbaycanda sənəti və konsert layihələrini aşağı səviyyədə təqdim etməsələr bəsimizdir, qaldırmaqlarına ehtiyac yoxdur. Bu məqamda, əlbəttə ki, Azərbaycan musiqisini məhv edib onu unutdurmağa çalışan sənətə təsadüfi gələnləri nəzərdə tuturam.

– Maraqlıdır ki, necə belə fərqli ola bilirsiniz? Bu enerji və ilhamı haradan alırsınız?

– Bu, sizin yeddinci sualınızdır. Məhz belə sual yerinə düşdü. 07.07 tarixində doğulmuşam. 7 rəqəmi müqəddəslik rəmzidir.

– Elza xanım, qadın sevgisiz yaşaya və yarada bilməz deyirlər. Bununla razılaşırsınız?

– Əsas odur ki, seviləsən. Sevmək yox, sevilmək qadını daha çox xoşbəxt edir.– Səhnədə çox cəsarətlisiniz, bəs həyatda da cəsarətli insansınız? Yoxsa həyatda daha mühafizəkarsınız?

– Deyərdim ki, həyatda Allahın qüdrətinə sığınıb qorunuram.

– İncəsənət həmişə yaradıcı insanın özü ilə həyat arasındakı xətti pozmağa çalışır və sərhədləri aşır. Ümumiyyətlə, izləyicini öz aləminə daxil etmək hər bir musiqiçinin arzusudur. Bəs bu proses sizə necə təsir edir?

– Musiqi ehtirası məni göylərə qaldırsa da, ayaqlarımı torpağa bərk dirəyib dayanmağı bacaran bir xanımam. Həm göyə, həm yerə işıq yaymaq… Məncə, yeri və göyü öz nurunla qidalandırmaq daha gözəldir.

– Hər bəstəniz necə yaranır və artıq hazır olanda hansı hisslərə qapılırsınız?

– İlham pərisi bir anda gəlir və bəstələr heç gözləmədiyin anda yazılır. Yaradanın izni ilə doğuram, doğuluram və doğdururam.

– Sizcə, bu konsert uğurunuzu qısqanan həmkarlarınız olacaq? Onların qısqanclığına necə reaksiya verirsiniz?

– Qısqanclıq yoxdursa, bu, o deməkdir ki, sənin işin uğurlu alınmayıb. Bir adamı heç vaxt hamı sevə bilməz. Xoşbəxt insanam ki, məni sevənlər çoxdur. Allah onları qorusun. Ümumiyyətlə, qısqanclıq və paxıllıq hissinə həmişə sevgi ilə cavab vermək lazımdır?

– Qısqanclıq neqativ duyğudur. Neqativ bir hissə 99 faiz hallarda sevgi ilə cavab vermək qeyri-mümkündür. Sevgi ilə deməzdim, normal yanaşmaq lazımdır.

– Son günlərdə bir neçə məşhurun şəxsi həyatı gündəm olub. Tanınmış sənət nümayəndələri haqqında bizi şoka salan xəbərlər eşidirik. Sizcə, sənət adamına şəxsi həyatı və insanlığına görə qiymət verməliyik?

– Hamısının ucu böyük günaha bağlanır, Allah o insanların özlərini faş edib rüsvay edəcək.
Tünzalə Ağayeva səfir oldu — FOTO















Belarusiyada keçiriləcək “II Avropa Oyunları” idman yarışının ulduz səfiri Əməkdar artist Tünzalə Ağayeva seçilib.

Oxu.Az xəbər verir ki, Belarusun Azərbaycandakı səfirliyində əməkdar artist Tünzalə Ağayevaya “II Avropa Oyunlarının ulduz səfiri” sertifikatı təqdim edilib.

Sertifikatı Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç təqdim edib.

Səfir Belarusiyanın “II Avropa Oyunları”na çox fəal şəkildə hazırlaşdığını bildirib.

“Azərbaycan “I Avropa Oyunları”nı çox yüksək səviyyədə keçirib və bu səbəbdən də Belarus tədbirin keçirilməsinə daha məsuliyyətlə yanaşır”, – deyə Gennadiy Axramoviç qeyd edib.

Qeyd edək ki, Belarusun Xalq artistləri Askold və Edqard Zapaşniy, Belarus Respublikasının BMT Uşaq Fondu (UNICEF) nümayəndəsi Dr. Raşed Mustafa Sarvar, Ukraynanın məşhur müğənnisi Ani Lorak və fiqurlu konki sürmə üzrə Rusiya çempionu Aleksey Yaqudin “II Avropa Oyunları”nın ulduz səfiri seçilib.Tünzalə Ağayeva səfir oldu — FOTO
Damla prodüseri ilə birgə insanları ələ saldı – VİDEO














Müğənni Damla və prodüseri Şamil İbrahimov insanları ələ salıb. 

Onlar Moskvada Çin vətəndaşı olan turistlərin yanından keçən zaman onları ələ salmaq üçün danışıqlarını təqlid ediblər.

Prodüser bu anları videoya çəkməkdən də çəkinməyib. Hətta onun bu qeyri – mədəni davranışına müğənni Damla da qoşulub.

Sadəcə öz dilində danışdıqları üçün insanları ələ salan cütlük bu videonu sosial şəbəkədə paylaşaraq izləyicilərinə də “örnək” olublar.

Həmin görüntüləri təqdim edirik<iframe src='https://bax.tv/player/61519.html' width='560' height='315' frameborder='0' allowfullscreen></iframe>
Səidənin cəsurluğu, yoxsa müğənnilərin qorxaqlığı: Onlar niyə susdu?














Son günlər şou-biznesin məşhur simaları şəxsi həyatları, sirləri və hamıdan gizlətdikləri özəlləri ilə gündəmdən düşmürlər. Əvvəllər bir-birinin sirlərini aləmlə bir edən məşhurları bu dəfə öz qohum-əqrəbaları və ya cavanlıq səhvləri qarabaqara izləyir, gizlinlərini el ilə bir edir.

Bir müddət öncə rəqqasə Oksana Rəsulovanın bibisi Xoşqədəm Hidayətqızının verilişinə çıxaraq mülk problemi ilə bağlı kömək istədi. Amma nədənsə 2 gün efirə çıxarılan qadının demək olar ki, ancaq qohumluq əlaqəsi barədə danışıldı. Rəqqasənin bibisi bildirdi ki, 24 ildir Oksana ilə əlaqəsi yoxdur. Amma bu verilişə çıxandan sonra Oksana ona zəng edərək efirdə onu tanımadığını deməsini tapşırıb.

Müğənni Damlanın olduğu iddia edilən intim video da uzun müddət müzakirə edildi. Lakin Damla sosial şəbəkədə yayılan görüntülərin ona aid olmadığını dedi, şou əhli isə Damlaya dəstəyini və “dəstəyini” əsirgəmədi.

Daha sonra hədəfə Aysel Əlizadə alındı. Turanə Nəcəfova adlı qadın “Səni axtarıram” verilişində müğənninin həyat yoldaşı Elçinlə münasibəti olduğunu və ailəsini dağıtdığını iddia etdi. Təbii ki, Aysel ittihamları qəbul etmədi və məhkəməyə müraciət etdiyini açıqladı.

Həmin ərəfədə aparıcı Xoşqədəm Hidayətqızı məşhur rəqqasənin də ailə dağıtması barədə məlumat verdi. Lakin həmin şəxsin kimliyini açıqlamadı.

Səidənin cəsurluğu, yoxsa müğənnilərin qorxaqlığı: Onlar niyə susdu?





Sosial şəbəkələrin qurbanı bu dəfə xalq artisti Nazpəri Dostəliyeva oldu. Onun qardaşı Ağaların qızı Pərvanə Dostəliyeva video-müraciət yayaraq atasının onu zorladığını, xalq artistinin isə ona zülm etdiyini, sənət karyerasına son qoyduğunu bildirdi.

Müğənni Sevda Yahyayevanı isə ögey atası olduğunu iddia edən 77 yaşlı kişi gündəmə gətirdi. O “Səni axtarıram” verilişində müğənninin ögey atası olduğunu və müğənni ilə anasına 15 il baxdığını iddia etdi. Hətta bildirdi ki, Sevda anasını, yəni onun həyat yoldaşını evində qulluqçu kimi işlədir.

Səidənin cəsurluğu, yoxsa müğənnilərin qorxaqlığı: Onlar niyə susdu?





Bütün bu baş verənlərə etiraz edən məşhurlar çox oldu. Oldu da onlar etirazlarını sosial şəbəkədə bildirməklə kifayətləndi . X. Hidayətqızı efir vasitəsilə məşhurlara müraciət etdi və onları verilişə dəvət edərək, söz haqqı vermək istədiyini dedi. Dedi də, efirə çıxan daim səmimi açıqlamalarla diqqət çəkən müğənni Səidə Sultan oldu. İllər öncə efirdə nənəsinin onun haqqında şok faktlar açıqladığı ifaçı məşhurların həyatının açılıb-saçılmasından narahat olduğunu, onların biabır edilməsinə göz yuma bilmədiyini dedi. O hətta, nənəsinə görə özünü öldürmək istədiyini də dilə gətirdi. Səidənin gərgin və əsəbi hərəkətləri diqqət çəkdi.

Səidənin cəsurluğu, yoxsa müğənnilərin qorxaqlığı: Onlar niyə susdu?






Bütün bunlar bir yana, türklər demişkən “aklımda deli sorular“ var. Səidə efirdə niyə tək qaldı? Hanı həyatlarının gündəmə gətirilməsinə etiraz edən məşhurlar? Onlar niyə birlik nümayiş etdirmədilər və etiraz etdikləri məsələdə səmimi olmadılar. Yoxsa onlara bu cür gündəm sərf edir? Sosial şəbəkədə bar-bar bağıranların səsi efirdən niyə gəlmədi?

Belə çıxır ki, bütün bunlar yalnız Səidə Sultanı narahat edir? Yoxsa o çox cəsurdur, digərləri qorxaq?

Könül İbrahim,
Musavat.com
Ramazan ayının təqvimi açıqlanıb – CƏDVƏL














Ramazan ayının təqvimi açıqlanıb.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, təqvimdə Ramazan ayının namaz vaxtları, imsak və iftar vaxtları əks olunub.

Təqvimə əsasən, Ramazan ayının 18-dən 19-na keçən gecə (23 may), 20-dən 21-nə keçən gecə (25 may), 22-dən 23-nə keçən gecə (27 may) və 26-dan 27-nə keçən gecə (31 may) Əhya gecələridir (Qədr gecəsi).
Şəvval ayının 1-i (5 iyun) Fitr bayramıdır.

Qeyd edək ki, Azərbaycanda Ramazan ayı mayın 6-da başlayır. Niyyət gecəsi mayın 5-dən 6-na keçən gecəyə düşür.

Ramazan bayramı isə iyunun 5-6-na təsadüf edir.Ramazan ayının təqvimi açıqlanıb – CƏDVƏL
Qəzaya düşən Mehriban Xanlarovadan xəbər var















Xəbər verdiyimiz kimi, əməkdar artist Mehriban Xanlarova qəzaya düşmüşdü.

Axşam.az xəbər verir ki, xəstəxanaya aparılan sənətçinin vəziyyəti orta ağır idi.

Bu gün yayılan məlumatda onun səhhətinin yaxşı olduğu bildirilib.

Köməkçisinin yaydığı informasiyaya görə, Xanlarova evə buraxılıb. O, mütəmadi həkim nəzarətində olacaq.

Əməkdar artist Elşən Cəbrayılov isə aktrisanın fotosunu sosial şəbəkədə paylaşıb.