Son xəbərlər

Şəbnəm Tovuzlu arıqlayıb belə oldu — FOTOLAR













Müğənni Şəbnəm Tovuzlu sosial şəbəkədə yeni fotolarını paylaşıb.
Sənətçinin xeyli çəki verdiyi diqqətdən yayınmayıb. Tovuzlunun fotolarını 15 mindən çox insan bəyənib.
Şəbnəm Tovuzlu arıqlayıb belə oldu — FOTOLAR
Şəbnəm Tovuzlu arıqlayıb belə oldu — FOTOLAR
Şəbnəm Tovuzlu arıqlayıb belə oldu — FOTOLAR
Röya yenə sinəsini açdı — VİDEO














Əməkdar artist Röya Ayxanın yeni videosu yayılıb.
“Ölkə.Az” xəbər verir ki, video İnstaqram səhifələrinin birində paylaşılıb. Görüntüdə sinəsin açan Röya izləyicilər tərəfindən tənqid edilib.

Onlar əməkdar artistə "Deməli bu hərəkətləri sıravi biri etsəydi daş qalaq olunmuşdu", “Yekə qadındi beş-altı kişinin içində acıb qoyub özünu.”- kimi sərt şəkildə fikir bildiriblər.

Xatırladaq ki, Röya Ayxan boşanıb, bir oğlu var.<iframe width="426" height="326" src="https://www.youtube.com/embed/4XiCjoQGD6w" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>
Elza Seyidcahan: "Mən piano ilə sevişirəm, onu doğuzdururam"














Əslində seks pis şey deyil ki. Sevgidi də seks. Mahnının əmələ gəlməsi də bir seksdi belə baxanda. Mən piano ilə sevişirəm. Onu doğuzdururam. Və bir mahnı yaranır, əsər yaranır.
Bunu əməkdar artist Elza Seyidcahan axsam.az-a müsahibəsində deyib.

E. Seyidcahan qeyd edib ki, o seksual şeirlər yazmır:

"O əsərlə mən yaşayıram. Kim yozursa özü elə başa düşür deyə elə yozur. Yox əgər şeirimdə eşq tapırlarsa, mən onlara da hörmətlə yanaşıram. Amma hər şeydə məhəbbət olmalıdı, eşq olmalıdı". 
Artist qeyd edib ki, hələ də borclu qaldığı adamlar var:

"Desəm inanmazsan. Kürəkənim Elxan demişdi ki, konsertə on gün qalmış şou-proqramlara getməyim. On nədi, bir gün qalmış – sabah kosertdi e – durdum getdim şou-proqrama. Bir saat oxudum ki, o pulla kiminsə haqqını ödəyə bilim. Bircə aparıcıdan xahiş elədim ki, deməsin səhər konsertim olduğunu. Camaat mənim haqqımda nə fikirləşər? Konsertin səhəri günü də elə onun kimi. Kim olsa mənim yerimə, o boyda dəsgahdan sonra tərpənə bilməz. Yenə yollandım şou-proqrama. Oxudum, pulumu qazandım".
Samiraldo deputat olmaq arzusuna düşdü















Ekstravaqant stilist Samiraldo deputat olmaq istəyir.
Stilist bu barədə instaqramda məlumat verib.

"Çox istəyirəm ki, bu seçkilərdə deputat olum. Əgər nə vaxtsa deputat olsam, insanlara xidmət edəcəm, onların qayğısına qalacam. Camaat görər ki, əsl deputat necə işləməlidir"- deyə qeyd edib.
Xatırladaq ki, öz qeyri-adi görünüşü ilə gündəmdə olan stilist Samiroldanun əsl adı Samir Əliyevdir.
Aparıcı Vüsalə kürəyini göstərdi — FOTO















Teleaparıcı Vüsalə Əlizadə sosial şəbəkədə yeni fotolarını paylaşıb.
Aparıcı fotolara arxasınca danışanlara ismarışını da əlavə edib:

"Üzünüzə deyə bilmədiklərini arxaməzca danışmaqlarının önəmi yox, bunun üçün ürək lazımdır".
Aparıcı Vüsalə kürəyini göstərdi — FOTO
Aparıcı Vüsalə kürəyini göstərdi — FOTO
Mənsum İbrahimov Afrikada – Fotolar















Xalq artisti Mənsum İbrahimov Efiopiyaya qastrol səfərə yollanıb.

Orada konsert verən xanəndə istirahətə də vaxt ayırıb.

Daha sonra Keniyaya da baş çəkən sənətçi orada Nairobi Milli Parkını ziyarət edib. O, fotolarını sosial media hesabında izləyicilərlə bölüşüb.

Qeyd edək ki, Efiopiya Afrikanın ən qədim dövlətlərindən biridir. Paytaxtı isə Əddis-Əbəbə şəhəridir. Buradakı müsəlmanlar əhalinin 32,8 faizini təşkil edir. Keniya isə Efiopiyanın şimalında yerləşən Şərqi Afrika ölkəsidir.
Məşhur aktyor vəfat etdi — FOTO















Milyonlarla tamaşaçı kütləsi toplayan “Ulduz savaşları” filminin aktyoru Piter Meyhyu vəfat edib.
74 yaşlı aktyor Texasdakı evində gözlərini əbədi olaraq yumub. Bu barədə mərhumun ailəsi açıqlama verib. Açıqlamada Meyhyunun ölüm səbəbi ilə bağlı heç bir məlumat verilməyib. Aktyor filmdə Çevbakka obrazını canlandırmışdı.

Piter Londonun Barnes rayonunda anadan olub. Aktyorluqdan əvvəl Londondakı “King’s College Hospital”da işləyib. İlk dəfə 1977-ci ildə “Sindbad və pələng gözü” filmi ilə səhnəyə çıxıb. Sonradan isə rejissor Corc Lukas onu “Ulduz savaşları” filminə dəvət edib. 2005-ci ildən ABŞ vətəndaşıdır.
Məşhur aktyor vəfat etdi — FOTO
Məşhur aktyor vəfat etdi — FOTO
Ayna Sultanovanın heykəli götürüləcək? – Rəsmi açıqlama















Bakının Atatürk prospektində yerləşən Ayna Sultanova parkı uzun müddətdir əsaslı təmirə bağlanıb. Parkda yenidənqurma işlərinin ləngiməsi bu ərazidə yaşayanları da narazı salmışdı. Nəhayət Ayna Sultanova parkı ilə bağlı “buzlar əriməyə” başlayıb. Son günlər burada canlanma müşahidə olunmaqdadır. Bununla yanaşı, Ayna Sultanovanın heykəlinin götürüləcəyi barədə də söz-söhbət gəzir.

Modern.az saytı məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.

İcra Hakimiyyətindən saytımıza bildirilib ki, ötən ilin dekabr ayında imzalanmış sərəncamla Binəqədi rayonunda abadlıq-quruculuq tədbirlərinin davam etdirilməsi, o cümlədən Ayna Sultanova adına parkda yenidənqurma işlərinin aparılması məqsədi ilə Binəqədi Rayon İcra Hakimiyyətinə 1,5 milyon manat vəsait ayrılıb. Həmin vəsait hesabına Ayna Sultanova parkında yenidənqurma işləri aparılacaq.

Binəqədi Rayon İcra Hakimiyyətidən verilən açıqlamada qeyd edilir ki, parkda ağacların kəsilməsi ilə bağlı son günlər yayılan xəbərlər əsassızdır:

“Ağaclar kəsilmir, sadəcə olaraq budanır. Park təmir olunan zaman orada yeni dekorativ ağaclar da əkiləcək”.

Binəqədi Rayon İcra Hakimiyyəti Ayna Sultanovanın heykəlinin parkdan götürüləcəyi barədə yayılmış fikirlərin də yanlış olduğunu bəyan edib:

“Heykəlin götürülməsi müzakirə mövzusu belə ola bilməz. Park Ayna Sultanovanın adınadır. Sadəcə olaraq, heykəlin yenilənməsi işləri gedir”.

İcra Hakimiyyətindən deyilib ki, təmir işləri sürətləndirilib və ehtimal ki, iyun ayında açılışı olacaq.

Ayna Sultanovanın parkdakı qranit heykəli 1986-cı ildə ucaldılıb.

O, Azərbaycanda bolşevik partiyasına yazılan ilk azərbaycanlı qadın, uzun illər Azərbaycanda kommunist partiyasının ideyalarını həyata keçirən bolşevik siyasi xadim olub. 1930-1937-ci illərdə Azərbaycan SSR xalq maarif komissarının müavini, maarif komissarı, bir qədər sonra ədliyyə komissarı və digər vəzifələrdə çalışıb.

A.Sultanova məşhur bolşevik Həmid Sultanovun həyat yoldaşı, inqilabçı Qəzənfər Musabəyovun bacısı idi.

A.Sultanova 1938-ci ildə qardaşı Qəzənfər Musabəyov və həyat yoldaşı Həmid Sultanovla birlikdə güllələnib.
Kəmalə Qaramollayeva: “Bədən quruluşuna görə tək-tük müğənnilərdənəm” — VİDEO















Müğənni Kəmalə Qaramollayeva xarici görünüşü haqqında sualları cavablayıb.
İfaçının yeni videosu sosial şəbəkədə paylaşılıb.

O, “Bədən formasına görə, şou-biznesdə barmaqla sayılacaq müğənnilərdənsən. Bəziləri sənin estetik əməliyyat etdirdiyini deyirlər” iddialarına cavab verib.

“Alnıaçıq deyə bilərəm ki, mənim bədənimdə heç bir estetik əməliyyat, dolğu, silikon yoxdur. Mənim səhifəmə baxanlar bilir ki, mütəmadi idmanla məşğul oluram. İdman, qida əsas bunlardır. Hər kimin iradəsi varsa, bu nəticəyə çata bilər.”
Xatırladaq ki, Kəmalə Qaramollayeva bir müddət öncə boşanıb. 2 yaşlı oğlan övladı var.

<iframe width="426" height="326" src="https://www.youtube.com/embed/4r015sE3BJk" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>