Son xəbərlər

52 yaşlı xalq artisti cavan qızlara meydan oxudu — FOTO















Xalq artisti Məleykə Əsədovanın qızı ilə yeni fotosu yayılıb.
Fotonu aktrisa İnstagram səhifəsində paylaşıb.

Fotoda xalq artistinin iri yarıqlı, qara ətəyi diqqətdən yayınmayıb. 52 yaşlı aktrisanın cavan qızların həsəd apardığı bədən quruluşu izləyicilər tərəfindən çox bəyənilib. Onun ünvanına çox sayda xoş şərhlər yazılıb.
Qeyd edək ki, aktrisanın bir qız övladı var.52 yaşlı xalq artisti cavan qızlara meydan oxudu — FOTO
“Mənlikləri və düşüncələri əskikdir” – Elnarədən sərt sözlər














Əməkdar artist Elnarə Abdullayeva “Övladıma müğənni qız almaram” mövzusuna yenidən toxunub.

Axşam.az-ın məlumatına görə, “Ən yaxşısı” verilişində qonaq olan xanəndə sərt açıqlaması ilə növbəti qalmaqalın təməlini qoyub:

“Sözü olan, üzümə desin. Heç kimin haqqında heç nə danışmıram. Bu yaxınlarda oxuyanlardan bir neçəsi danışdı. “Özü də oxuyandı, niyə belə edir” deyirlər. Əvvəla, mən oxuyanam, mən mənəm. Mənim gəldiyim yoldan hamının xəbəri var. Allahım göydə bilir. O sözü deyən gətirib mənim ləpirimə ayağını qoymasın, qoya da bilməz. Mümkün də deyil…

İkincisi, ailəmə, övladlarıma vaxtında istədiyim qədər vaxt ayıra bilmədim. Qayınana, qayınatam, anam, atamı vaxtılı-vaxtında görə bilmədim. Ona görə də istəmirəm oğlum da gedib müğənni qız alsın. Elxanın (həyat yoldaşı – red.) çəkdiyini, istəmərəm oğlum çəksin. Niyə başımı xarab edirsiz?

Özləri “kimdirsə” yox, nədirsə, elə də danışırlar. Onların əskik xarakteri, mənlikləri və düşüncələri var. Mən nə deyirəm, sən nə deyirsən? Mənim sözümün qabağına nə deyəcəksən? Get al da… Neçə ildir oxuyanlar evlənir, ailəsinə gəlin gətirir. Bəs, niyə bu oxuyanları almırsınız? Nə oğul evləndirmişəm, nə qız köçürmüşəm. Yaxşı mənada deyirəm ki, çətindir. Özləri nədir o tərəfdən yanaşırlar.

Heç kimdən qorxmuram. Artıq-əskik hərəkətim yoxdur ki, gətirib qabağıma qoysunlar. 17 yaşından bəri əskik işim olmayıb. Cavan qız olmuşam, indi deyirlər oğlanı sevsin, tanısın. Mən oğlanla danışmamışam, sevməmişəm. Oğlan kimdir onla danışım. Düzgün deyil. Səhvlər buraxmamışam. Başıaçıq, qoluaçıq gəzmişəm, səhvimdir.

Əvvəl də belə açıqlama verdim, qanmadılar. Bu dəfə yenə deyirəm və son qoyuram”.

Qeyd edək ki, Elnarənin “Müğənni qız almaram” ifadəsinə etiraz edənlər arasında əməkdar artist Röya Ayxan, müğənni Xatirə İslam və başqaları yer alıb.
“Anamın 2004-cü ildə dediklərinə 15 ildən sonra haqq verməli oldum”















Azərbaycan xalqının görkəmli bəstəkarı Süleyman Ələsgərovun adının Bakının mərkəzi küçələrindən birinə verilməsi bütün musiqisevərlərin sevincinə səbəb olub.

Moderator.az-a açıqlamasında ölkə başçısına buna görə öz təşəkkürünü bildirən bəstəkarın nəvəsi, Əməkdar artist Tahir İmanov, digər qurumlarla bağlı iradlarını da dilə gətirib:

“Bəstəkar S.Ələsgərovun adının mərkəzi küçələrdən birinə verilməsi təbii ki, bizim ailəmizin, eləcə də bütün musiqisevərlərin sevincinə səbəb oldu və biz buna görə ölkə başçısına öz təşəkkürümüzü bildiririk. Bu hadisədən sonra başa düşdüm ki, anam haqlı idi. Anam hələ 2004-cü ildə mənə demişdi ki, S.Ələsgərovla bağlı məsələ ilə əlaqədar kimsəyə bir söz demə. Bu barədə birbaşa cənab prezidentə demək lazımdır. Biz 15 ildən sonra öz istəyimizi ölkə başçısına çatdıra bildik. Nə Bəstəkarlar İttifaqının, nə də digər qurumlar bu məsələdə bir addım da olsun atmadı. Heç kimin tükü də tərpənmədi. Halbuki, bir məktub yazmaq nə idi ki? Ancaq belə bir məktubu kimsə yazmadı. Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsi də bu istiqamətdə heç bir addım atmadı. Axı hər şeyi nazir, hər şeyi prezident etməli deyil. Biri cənab nazirə deyərdi ki, hörmətli nazir, qarşıdan S.Ələsgərovun yubileyi gəlir. O, milli musiqimizə bu kimi töhfələr verib. Çoxlu tələbələr yetişdirib. Hansı ki, o tələbələrin bir çoxu Azərbaycanın ali musiqi ocaqlarına rəhbərlik edir. Hamı gözləyir ki, onlara “yuxarıdan” kimsə nə isə desin.

Zamanı gəlincə mən bu haqda çox danışacam. Yaxşı ki, S.Ələsgərovun nəvələri var, onun xatirəsinin əbədiləşdirilməsi üçün səy göstərir. Bizim nə qədər görkəmli bəstəkarlarımız, musiqiçilərimiz var ki, onların ailə üzvlərindən, yaxın qohumlarından kimsə yoxdur. Bəs onların aqibəti necə olacaq? Bəs onların xatirəsinin əbədiləşdirilməsi üçün kim səy göstərəcək?

Bir daha fürsətdən istifadə edib cənab prezidentə, Mehriban xanıma öz təşəkkürümü bildirirəm ki, Azərbaycan mədəniyyətinə bu qədər qayğı göstərir, mədəniyyətimizi bu qədər yaşadırlar. Onlar olmasa, bu gün Azərbaycan mədəniyyəti məhv olmuşdu. Onlar bizim mədəniyyətimizi qoruyub saxlayıblar, onlar Azərbaycan mədəniyyətinə öz adlarını qızıl hərflərlə yazdıran bəstəkarları Azərbaycan xalqına unutdurmurlar. Başda televiziyalar olmaqla elə qurumlar var ki, elə təbliğat aparırlar ki, sanki Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Rəşid Behbudov, S.Ələsgərov və s. olmayıb. Belə yanaşmaq yolverilməzdir”.
Aktrisa Mehriban Xanlarova ağır qəzaya düşüb














Aktrisa Mehriban Xanlarova ağır yol qəzası keçirib.

ONA-nın xəbərinə görə, hadisə Bakının Qaradağ rayonu, Səngəçal qəsəbəsində baş verib. ONA-nın verdiyi xəbərə görə, yol qəzasında M.Xanlarovadan başqa daha iki nəfər – aktrisanın rəfiqəsi, 1958-ci il təvəllüdlü Əliyeva Solmaz Kamal qızı və 4 yaşlı Əsgərzadə Sevda Tariyel qızı xəsarət alıb.

Hadisə nəticəsində aktrisanın ayağı sınıb

Yaralılar 1 saylı Xəstəxanaya yerləşdirilib. Ayağı sınan aktrisaya və azyaşlıya lazımi tibbi yardım göstərildikdən sonra hər ikisi evə buraxılıb.

Hadisənin təfərrüatları Baş Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırılır.
Mehriban Əliyeva məcburi köçkünlərlə görüşüb — FOTO + VİDEO














Aprelin 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Nəsimi rayonunda Tibb Universitetinin 4 saylı yataqxanasında və Qaradağ rayonunda salınan “Qobu Park” yaşayış kompleksində məskunlaşan məcburi köçkünlərlə görüşüb.
"Ölkə.Az" xəbər verir ki, əvvəlcə Birinci vitse-prezident Mehriban Əliyeva məcburi köçkün ailələrinin yaşayış şəraiti ilə tanış olmaq üçün Tibb Universitetinin 4 saylı yataqxanasına gəldi.

1993-cü ildən işğal altında olan bütün rayonlardan məcburi köçkünlərin məskunlaşdığı yataqxanada 150-dən çox ailə yaşayır. Məcburi köçkün ailələri dövlətin onlara göstərdiyi diqqət və qayğını yüksək dəyərləndirdiklərini bildirdilər, bu dəstəyi hər zaman hiss etdiklərini söylədilər.

Bu istiqamətdə görülən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayan Birinci vitse-prezident Mehriban Əliyeva dedi:

- Çox sağ olun ki, məni belə qarşılayırsınız. Əziz analar, əziz bacılar, mən sizi çox sevirəm. Mən sizin üçün əlimdən gələn hər şeyi edəcəyəm. Mən gəlmişəm sizinlə danışım, problemlərinizi öyrənim. Sizə söz verirəm, həm cənab Prezident, həm mən daim sizin yanınızdayıq. Mən bilirəm ki, siz yararsız binalarda çətin vəziyyətdə yaşayırsınız. İnanın mənə, tapşırığımla yeni yol xəritəsi hazırlanır. Bütün yataqxanalarda, bütün ponsionatlarda həm nazirliyin, həm Heydər Əliyev Fondunun əməkdaşları, həm də Regionların İnkişafı Fondunun əməkdaşları bir-bir gəzəcəklər, araşdıracaqlar, insanlarla görüşəcəklər, bütün problemləri öyrənəcəklər, lazım gəlsə özüm də bütün ponsionatları gəzəcəyəm.

Sakinlər: Allah Sizi qorusun!

Mehriban Əliyeva: Prezident İlham Əliyevin diqqətində olan ən vacib məsələ məcburi köçkünlərin və qaçqınların yaşayış şəraitinin yaxşılaşdırılmasıdır və bu günə qədər çox böyük işlər görülüb, 300 mindən artıq insan evlə təmin olunub və təmin olunacaq. Son illərdə mən görürəm ki, müsbət dinamika var. Əgər 2017-2018-ci illərdə 6126 mənzil təhvil verilibsə, bu il təkcə 1 il ərzində 6 min mənzil təhvil veriləcək.

Sakinlər: Allah Sizi qorusun. Biz Sizə minnətdarıq.

Mehriban Əliyeva: Mən sizə öz böyük məhəbbətimi çatdırıram.

Sakinlər: Bütün qaçqınlar, məcburi köçkünlər Sizdən razıdırlar.

Mehriban Əliyeva: Sağ olun, mən onu hiss edirəm. İnanın, mənim güc mənbəyim sizsiniz. Mən hər zaman sizin yanınızdayam. Bu, mənim borcumdur.

Sakinlər: Allah Sizə yar olsun, Siz Azərbaycan xalqına çox kömək etmisiniz. Sağ olun, var olun, Prezidentimiz sağ olsun, Allah sizi qorusun.

Dövlət Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində həyata keçirdiyi tədbirlər, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlər bu kateqoriyadan olan soydaşlarımızın hər zaman diqqət və qayğısı ilə əhatə olunduğunu göstərir.

Birinci vitse-prezident Mehriban Əliyeva Qubadlı rayonundan məcburi köçkün Murtuzəli Yusufovun məskunlaşdığı mənzildə oldu.

Mehriban Əliyeva: Mən xüsusi olaraq gəlmişəm ki, sizin yaşayış probleminiz qısa bir zamanda həll olunsun, normal yaşayış şəraiti təmin edilsin. Bilirsiniz, həm Azərbaycan dövləti, həm Prezident, həm də şəxsən mən, bütün bu problemlərlə gündəlik fəaliyyətimizdə məşğul oluruq. Çıxış yolları da var. Bu günə qədər çox işlər görülüb, 300 mindən çox qaçqınımız, məcburi köçkünümüz mənzillə, evlə təmin olunub. Amma yenə də bu problem var. Biz gərək özümüz üçün proqram yaradaq ki, bütün bu məsələləri ardıcıl olaraq həll edək və bütün soydaşlarımızı normal yaşayış şəraiti ilə təmin edək. Mən bu yolda əlimdən gələn hər şeyi etməyə hazıram. Çox qısa bir zamanda normal ev şəraiti ilə təmin olunacaqsınız.

Sakin: Allah köməyiniz olsun.

Birinci vitse-prezident Tibb Universitetinin 4 saylı yataqxanasında məskunlaşan digər ailələrə də baş çəkdi, buradakı yaşayış şəraiti ilə yaxından tanış oldu, məcburi köçkün ailələrinin müraciətlərini dinlədi, onların qısa zamanda yeni mənzillərlə təmin ediləcəyini vurğuladı.

Birinci vitse-prezident yataqxananın yerləşdiyi ərazidə Zəngilan rayon 20 saylı orta məktəbdə də oldu. Mehriban Əliyeva 131 şagirdin təhsil aldığı məktəbə müəllimlərlə görüşdü.

Mehriban Əliyeva: Mən xüsusi olaraq gəlmişəm ki, yataqxanadakı vəziyyətlə tanış olum. Görürəm ki, belə vəziyyətdə yaşamaq çox çətindir. Uzun illərdir ki, orada yaşamısınız. Ona görə də artıq plana uyğun olaraq çox qısa bir zamanda Qobuda tamamilə yeni salınmış qəsəbədə mənzillərlə təmin edilərsiniz. Məktəbin də orada yerləşməsi üçün mən indi bütün göstərişləri verdim.

Sakinlər: Çox sağ olun, Allah köməyiniz olsun.

Mehriban Əliyeva: Çox sağ olun, siz də bilin ki, sizin sözləriniz, dəstəyiniz, məhəbbətiniz mənim üçün ən əsas güc mənbəyidir. Mən bunu görəndə daha da çox işləməyə hazıram və mənim vəzifəm budur. Hər zaman sizin yanınızdayam.

Tibb Universitetinin 4 saylı yataqxanasında məskunlaşan məcburi köçkünlərin yaşayışı ilə yaxından tanış olan, onların müraciətlərini dinləyən Mehriban Əliyeva bu kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılması üçün lazımi tədbirlərin görüləcəyini bildirdi.

x x x
Sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Qaradağ rayonunda məcburi köçkünlər üçün salınan “Qobu Park” yaşayış kompleksinə gəldi.

Mehriban Əliyeva burada da qəsəbə sakinləri ilə görüşdü, müraciətləri dinlədi və onların həlli istiqamətində tapşırıqlarını verdi. Bildirildi ki, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində daim ardıcıl işlər aparılır və bu qəbildən olan soydaşlarımızın problemləri həmişə dövlətin diqqət mərkəzindədir.

Daha sonra Birinci vitse-prezident məcburi köçkün Şəmsiyyə Mehdiyevanın evində oldu.

Mehriban Əliyeva: Qarabağ problemi ölkəmizin ən böyük problemidir və daim Prezidentin diqqət mərkəzindədir. Bu münaqişə və torpaqlarımızın işğal altına düşməsi nəticəsində qaçqın və köçkün həyatı sürməyə məcbur olan soydaşlarımızın problemlərinin həlli bizim ən böyük vəzifəmizdir.

Buraya gəlməmişdən əvvəl Bakıda yataqxanada məskunlaşmış soydaşlarımızla görüşdüm. Çox acınacaqlı, təhlükəli vəziyyətdə yaşayırlar. Onların hamısını normal ev şəraiti ilə təmin etmək dövlətimizin, Prezidentimizin, şəxsən mənim ən vacib vəzifəmizdir. Bu istiqamətdə bütün lazımi işlər görülüb və görülür. İndiyədək 300 mindən çox soydaşımız evlə təmin olunub, 103 yeni qəsəbə, şəhərcik salınıb. Şəhərcik təkcə evlərdən ibarət deyil, onu yaratmaq üçün infrastruktur - məktəblər, bağçalar tikilib, su, qaz, işıq xətləri çəkilib, asfalt yollar salınıb. Amma, yenə də hələ ki, ağır vəziyyətdə yaşayan insanlarımız var və onların həyatının yaxşılaşdırılması üçün əlimizdən gələni edəcəyik.

Bu gün belə bir gözəl qəsəbədə olmağıma görə çox şadam. Xatırlayıram ki, buranın açılışında bərabər iştirak etmişdik. Görürəm ki, siz çox gözəl, rahat şəraitdə yaşayırsınız. Arzum odur ki, hər bir qaçqın və köçkün məhz belə şəraitdə yaşasın. Biz buna nail olacağıq. Mən əminəm, buna iradə də, imkan da var. Bütün bu məsələlər ardıcıl olaraq öz həllini tapacaq. İnşallah, Qarabağ problemi də öz həllini gərək sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında tapsın, soydaşlarımız doğma torpaqlarına qayıtsın. Hələ ki, bütün soydaşlarımızı normal yaşayış şəraiti ilə, işlə təmin etmək Azərbaycan dövlətinin ən əsas vəzifəsidir. İnanın ki, bu sahədə bütün lazımlı işlər, addımlar atılır. Uzun bir prosesdir, çətin prosesdir, böyük maliyyə tələb edən prosesdir. Amma yenə də bütün lazımi addımlar atılır və bu istiqamətdə işlər davam etdirilir. Gözəl, yaxşı, müsbət dinamika var. Əgər 2017-2018-ci illər ərzində 6126 mənzil təhvil verilibsə, təkcə bu il 6 min mənzil təhvil veriləcək. Yəni, bu, o deməkdir ki, 6 min ailənin yaşayış şəraiti yaxşılaşacaq. Mən sizin hər birinizi görməyə çox şadam. Əgər sizin hansısa problemləriniz, xahişləriniz varsa, mən hər zaman kömək etməyə hazıram, hər zaman sizin yanınızdayam.

Sakin: Sayənizdə hər şey yaxşıdır, çox gözəl şəraiti, havası var. Hədiyyələriniz üçün çox sağ olun. Hər şey yaxşıdır, Allah sizə cansağlığı versin.

Mehriban Əliyeva: Bu iki balaca gözəl bala kimin uşaqlarıdır? Çox gözəl oğlanlardır. Amma indi mənə söylədilər ki, bağça fəaliyyət göstərmir. Göstəriş verəcəyəm ki, çox yaxın zamanda bağça fəaliyyətə başlasın. Çünki bu da vacibdir.

Sakin: Çox sağ olun, Sizin sayənizdə heç bir problemimiz yoxdur. Çox gözəl şəraitimiz var.

Digər sakin: Çox sağ olun ki, bizim qəsəbəyə gəlmisiniz. Bu qəsəbənin təməlini siz qoymusunuz.

Mehriban Əliyeva: Bəli, açılışında da iştirak etmişik.

Sakin: Mən keçmiş Qarabağ müharibəsi döyüşçüsüyəm. Son zamanlar ölkədə gedən proseslər, sosial müavinətlərin artırılması bizi çox sevindirir. Qarabağ müharibəsi veteranlarının, əlillərinin müavinətlərini 50 faiz artırdığına görə möhtərəm Prezidentimizə təşəkkür edirik. Bizim burada yaşayışımız yaxşıdır, narazılığımız yoxdur. Gözəl mənzillərlə təmin olunmuşuq. Qarabağ döyüşçüsü kimi Ali Baş Komandanın apardığı siyasəti dəstəkləyirəm. Eyni zamanda, döyüşçü yoldaşlarım da. Möhtərəm Prezidentimiz lazım bilsə, hər zaman torpaqlarımızı azad etməyə hazırıq. Amma, eyni zamanda, indiki vəziyyəti təhlil edəndə görürük ki, Azərbaycan Qafqazda lider dövlətdir, dünyada söz sahibidir. Bizim bu vəziyyətə düşməyimiz keçmiş hakimiyyətin təqsiridir. Biz onun bəlasını indi də çəkirik.

Mehriban Əliyeva: Düz deyirsiniz, o zaman Heydər Əliyev iqtidarda olsaydı heç vaxt belə hadisə olmazdı, heç vaxt buna imkan verməzdi.

Sakin: Əgər Heydər Əliyev hakimiyyətə həmin illərdə gəlsəydi, bu bəlalar bizə qismət olmazdı. Mən Sizə, cənab Prezidentə ulu öndərimiz Heydər Əliyevin yolunu davam etdirdiyinizə görə dərin təşəkkürümüzü bildirirəm. Allah Sizin və möhtərəm Prezidentimizin canını sağ eləsin.

Mehriban Əliyeva: Çox sağ olun. Mənim də təşəkkürümü qəbul edin. Bilin ki, həm Prezidentin, həm mənim ürəyimdə daim sizə qarşı böyük hörmət, böyük məhəbbət, böyük istək var. Bütün problemlərin həlli ağır və uzun prosesdir. Böyük maliyyə dəstəyi lazımdır. Biz də istəyirik problemlər daha tez həll olunsun, bu planda olan bütün tədbirlər həyata keçirilsin. Amma yenə də qeyd edirəm, iradə var, bütün bu problemlər ardıcıl olaraq həll ediləcək. Bunu hər bir vətəndaşımız, xüsusilə də işğaldan, münaqişədən əzab çəkən, öz doğma torpaqlarından qaçqın düşən, öz doğma evlərini itirən, uzun illərdir ki, çətin vəziyyətdə yaşayan insanlar çox yaxşı başa düşürlər. Ona görə bu insanlara, sizlərə kömək etmək bizim ən əsas və ən vacib vəzifəmizdir. Bilin ki, fəaliyyətimdə mənim üçün ən vacib, ən mühüm güc mənbəyi məhz sizinlə, insanlarla ünsiyyətdə olmaqdır. Mən sizin sevginizi, dəstəyinizi hiss edəndə daha inamlı oluram. Mənim üçün böyük şərəfdir ki, insanlar mənə dəstək verir, məni sevir, mənə inanır. Sizi əmin etmək istəyirəm ki, mən sizin etimadınızı doğruldacağam. Çox sağ olun.

Sakin: Allah sizə, Prezidentimizə cansağlığı versin.

Mehriban Əliyeva: Çox sağ olun, Prezidentin də böyük salamlarını sizə çatdırıram. İnşallah Qarabağda biz eyni belə gözəl mənzillərdə görüşək.

Sakin: İnşallah

Birinci vitse-prezidentin adından Şəmsiyyə Mehdiyevanın ailəsinə hədiyyələr təqdim edildi.

Mehriban Əliyeva buradakı digər mənzillərdə yaradılan şəraitlə də yaxından tanış oldu.

Yaşayış kompleksində ümumilikdə 1026 məcburi köçkün ailəsi mənzillə təmin olunub.
Cəmilənin bu geyimi SƏRT TƏNQİD EDİLDİ















Müğənni “Elit Star” Cəmilənin yeni fotosu İnstagram izləyiciləri tərəfindən lağa qoyulub.
Foto sosial şəbəkə səhifələrinin birində paylaşılıb. 

Görüntüdə ifaçının qırmızı, iri yarıqlı paltarı izləyicilər tərəfindən bəyənilməyib. Onlar bu geyimin müğənninin yaşına uyğun olmadığını səbəb gətirərək, onu lağa qoyublar. Hətta bəziləri təhqirə də əl atıb.

“Bu nə hoqqadı çıxardırsan qoca yaşında”- deyə fotonu şərh ediblər.
Xatırladaq ki, ifaçı cavan yaşlarında idmanın peşakar qaçış növü ilə məşğul olub.Cəmilənin bu geyimi SƏRT TƏNQÄ°D EDÄ°LDÄ°
Faiq Ağayeva vəzifə verildi















Xalq artisti Faiq Ağayevə ATV telekanalında vəzifə verilib.
Müğənni kanalda yaradılan Bədii Şuranın üzvü seçilib.

Xalq artisti bu barədə özü İnstagram səhifəsində məlumat verib.

Bu gün ATV telekanalının Bədii Şurası ilk iclasını keçirdi. 
“Əsaslı fikir mübadiləsi oldu, yaranmış problemlərin həll yolları müzakirə edildi, yayımın keyfiyyətinə yönəlmiş əməlli təkıiflər səsləndi.

Yerli TV-lərə qarşı cəmiyyət olaraq bildirdiyimiz narazılığı, irəli sürdüyümüz iradlara səbəb olan çatışmazlıqları aradan götürmək üçün bu məsuliyyətli vəzifədə də bilik və bacarığımı maksimum dərəcədə sərf edəcəyəm.” – deyə qeyd edib.

Xatırladaq ki, Prezident İlham Əliyevin göstərişi ilə televiziyalarda Bədii Şuraların yaradılmasına başlanılıb.
Bakıda məşhur kinoteatrı çayxana etdilər – Video















Bakının Əhmədli qəsəbəsi, Sixlinski küçəsi 3 ünvanında yerləşən “Bakı” kinoteatrı Sovet dövründə tikilən bir çox kinoteatrlar kimi vaxtilə lazımi şəkildə fəaliyyət göstərirdi.

Baku.ws xəbər verir ki, istər yerli, istər xarici filmlərin afişaları asılan kimi ərazi əhalisi izdihamla kinoteatra axışır, bilet almaq üçün növbəyə düzülərdilər.

Hər kəs kinoteatrda nümayiş olunan istər rəngli, istərsə də ağ-qara filmlərə maraqla baxar, film bitdikdən sonra isə təəssüratlarını bölüşə-bölüşə evlərinə yollanırdılar.

Hətta yeni filmin nümayişindən xəbərsiz olanlara sevinc və maraqla “Bakı” kinoteatrında filan film nümayiş olunur müjdəsini verirdilər.

Beləcə, hər gün kinoteatr dolub, boşalardı – amma keçmişdə.

Bəli, yuxarıda təsvir etdiyimiz məqamlar “Bakı” kinoteatrı ilə bağlı keçmişə səyahət idi.

Ancaq elə ki, Sovetlər İttifaqı dağıldı, videomaqnitafonlar ildırım sürətilə yayılmağa başladı, Azərbaycanda olan bir çox kinoteatrlar kimi çöküşü “Bakı” kinoteatrına da siraət etdi.

Artıq orada filmlər əvvəlki kimi nümayiş olunmurdu, izdiham yavaş-yavaş qeybə çəkildi. Qısası, “Bakı” kinoteatrı yetimləşdi. Hətta vaxt keçdikcə kinoteatrın görünüşü belə tamaşaçı niskilindən sanki bədbinləşmiş, bədbəxtləşmiş görkəm aldı. Bu hal bu gün də öz yerində qalır.

Təxmini 1 il əvvəl xəbər yayıldı ki, “Bakı” kinoteatrı söküləcək və yerində yeni univermaq tikiləcək. Lakin xəbər öz əksini tapmadı – kinoteatr hələ də öz nimdaş halı ilə yerindədir. Hətta fəaliyyətni də davam etdirir, ancaq necə…

Necəliyini öyrənmək üçün Bakının vaxtilə məşhur kinoteatrlarından olan “Bakı” kinoteatrına baş çəkdik. İlk öncə öyrəndik ki, hazırda “Bakı” kinoteatrı Əhmədlidə daha çox çayxana kimi tanınır. Çünki orada çayxana açılıb.

Biz “Bakı” kinoteatrına yaxınlaşanda obyekt bağlı idi. Oranı işlədənlərdən öyrəndik ki, kinoteatrın arxa girəcəyində yeni çayxana tikilir. Bu səbəbdən də, hazırda içəriyə giriş bağlıdır.

İşçilərdən birilə danışıqdan sonra kinoteatra daxil ola bildik. 450 nəfər tamaşaçı tutan salonda köhnə oturacaqlar, səhnədə isə yaradılan çayxana insanda qəribə abu-hava yaradırdı.

Çayxanaya gələnlərin rahat əylənməsi üçün nərd, domino kimi stolüstü oyunlar da təşkil edilmişdi. Eyni zamanda, içəridə tennis və bilyard stolları qoyulmuşdu.

İşçilərdən öyrəndik ki, çayxanaya gələnlərin istəyini nəzərə alaraq, burada həm də kino və futbol oyunları nümayiş olunur. Çayın qiyməti isə 2 manatdan başlayır. Film izləmək istəyənlər isə əlavə olaraq hər adama görə 2 manat pul ödəməlidirlər.

Bəs “Bakı” kinoteatrının fəaliyyətinə kim nəzarət edir?

Suala cavab tapmaq üçün Mədəniyyət Nazirliyilə əlaqə saxladıq.

Nazirliyin mətbuat xidmətindən bildirdilər ki, “Bakı” kinoteatrı özəlləşdirilib.

“Hazırda nazirlik “Bakı” kinoteatrına nəzarət etmir. Özəlləşdirən sahibkar da, onun hansı istiqamətdə işlədəcəyinə qərar verir”, – deyə bildirilib.
Rəqsanə liftdə göbəyini açdı — FOTO















Müğənni Rəqsanə İsmayılova İnstagram səhifəsində yeni fotosunu paylaşıb.
İfaçı qızı Aysunla paylaşdığı fotoda geyimi ilə diqqət çəkib. Görüntüdə müğənni xanım idman üslubuna üstünlük verib. Nəzərləri isə ifaçının göbəyi açıq köynəyi cəlb edib. Rəqsanə xanımın yeni ana olmasına baxmayaraq, cavan qızları qısqandıracaq bədən quruluşu da diqqətdən qaçmayıb. 

Xatıtladaq ki, ifaçının 3 qızı bir oğlu var. Rəqsanə liftdə göbəyini açdı — FOTO
“İlhamə mənə dedi ki, Floranı efirinə çağırma” — Xoşqədəm















Xoşqədəm Hidayətqızı ötən gün efirində Sevda Yahyavevanın atalığı olduğu şəxsi çıxarandan sonra sosial mediada məşhurlar tərəfindən tənqidlərə məruz qalıb.
Axşam.az bildirir ki, o, verilişində bu barədə açıqlama verərək, onu tənqid edənlərə cavab verib:

"Mən sizin düşməniniz deyiləm. İlhamə Quliyevanın qılıncının sağı-solu kəsəndə, Nazpəri "vurulan"da onu mən müdaifə etmişəm.

İşçilərimə tapşırmışam ki, həftənin neçə günü vaxtı varsa, efirə çağırın. İlhamə xanım mənə deyib Flora Kərimovanı çağırma, demişəm ki, ilk efirimə Flora gələcək. 
Səidə Sultan vurulanda onu efirimdə olmasa da, qəzetimdə müdafiə etmişəm. Mənə yaxın jurnalistlərə demişəm ki, onu müdafiə edin. Mən haqq və ədalətin tərəfindəyəm".

Qeyd edək ki, Xoşqədəm Hidayətqızı Aysel Əlizadəni əriylə sevgili olmaqda ittiham edən Turanə adlı qadını da efirə çıxardığı üçün tənqidlərə məruz qalmışdı.