Son xəbərlər

Röyanın efirdəki söyüşünə rəsmi reaksiya














“Röyanın efirdə təhqiramiz ifadə işlətməsi 9 ay əvvəl baş verib, köhnə faktdır. Bu məsələnin aylar sonra hansı məqsədlə medianın gündəminə gəlməsi maraqlı məsələdir”.

Bu sözləri Milli Televiziya və Radio Şurasının (MTRŞ) monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov musavat.com saytına açıqlamasında deyib: “Bilirsiniz ki, televiziyalarda canlı yayım zamanı ləngitmə prosesi var. Əgər canlı yayım zamanı hər hansı xoşagəlməz ifadələr işlədilsə, bu ifadənin kəsilməsi və ya yerinə hər hansı başqa səsin verilməsi mümkündür. ATV-də belə imkanları var. Özüm izləmişəm, canlı yayım zamanı bu səslər kəsilib və efirə getməyib. Əgər o xoşa gəlməz ifadə efirə getsəydi, biz bunu bilərdik və telekanalla bağlı tədbir görərdik”.

Qeyd edək ki, sosial şəbəkədə yayılan videoda Röya “Zaurla Günaydın” verilişində Günayın qulağına dediyi söyüş açıq-aşkar eşidilir.
“Nə qədər cahil millətimiz var” – Şəbnəm















“Hüseynova bacıları” verilişində Amerikanı Avropanın paytaxtı adlandıran müğənni Şəbnəm Tovuzlu ona irad bildirən izləyicisinə sərt cavab verib.

“Qafqazinfo”nun məlumatına görə, İnstaqramda verilişdəki situasiyanı ona xatırladan istifadəçinin “özünüzü biabır etməyin, ayıbdır” sözlərindən sonra Şəbnəm belə reaksiya göstərib:

“Gör sənin kimi nə qədər cahil millətimiz var. Bu, səhnəarxası bir zarafat idi. Amma yaxşı ki, saytlar sizin kimi cahillərin başına torba hörüb hər şeyə inandırır”.

Xatırladaq ki, ARB TV-də yayımlanan verilişdə müğənni Avropa ölkələrini tanımamış, Amerikanı Avropanın paytaxtı adlandırmışdı.
Rəşad İlyasovun AzTV-dəki verilişi bağlandı















Əməkdar artist Rəşad İlyasovun AzTV və “Mədəniyyət” telekanalında yayımlanan “Yaradanlar və yaşadanlar” proqramı bağlanıb. 

Oxu.Az xəbər verir ki, bu barədə “Xəzər” TV-də yayımlanan “Hər şey daxil” proqramının aparıcısı Tarix Əliyev bildirib.

Verilişinin aparıcısı R.İlyasovun sözügedən qalmaqalından sonra verilişin yayımdan qaldırıldığını, bir müddətində sənətçinin aparıcı kim efirə çıxmayacağını dilə gətirib.

Canlı efirə zəng edən Əməkdar artist Rəşad İlyasov məlumatı təsdiqləyib.

Məlumat üçün bildirək ki, bir müddət əvvəl Space” TV-də “Hər səhər” verilişində müğənni Rüfət Axundov mahnı oxuyarkən R.İlyasovla birlikdə dəfələrlə qeyri-etik ifadələrdən istifadə edib.
Rüfət Axundov və Rəşad İlyasov məhkəməyə verildi














Müğənnilər Rüfət Axundov və Rəşad İlyasov “Space” televiziyasının efirində işlətdiyi ifadələrə görə xüsusi ittiham qaydasında məhkəməyə verilib.
Şikayətdə hər iki müğənninin Cinayət Məcəlləsinin 148-ci (Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddəsinin sanksiyası çərçivəsində cəzalandırılması tələb edilir. 

İş Yasamal Rayon Məhkəməsində hakim Günel Əkbərlinin sədrliyi ilə araşdırılacaq. 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) məlumatına əsasən, “Space” TV-də “Hər səhər” verilişində müğənni Rüfət Axundov mahnı oxuyarkən dəfələrlə qeyri-etik ifadələrdən istifadə edib. 
Kanalın efirində getmiş ədəbsiz söz və ifadələr Şura tərəfindən aparılan monitorinqlər zamanı aşkar olunub.

MTRŞ aprelin 5-də kanalın İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 5-8 min manat cərimə olunmasına dair protokol tərtib edib. Həmçinin, televiziya və radio rəhbərlərinə şifahi xəbərdarlıq edilərək, R.Axundovun efirə çıxmasına məhdudiyyət qoyulub.

Bundan sonra MTRŞ televiziya barədə İnzibati Xətalar Məcəlləsin 384.0.1-ci (televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulması, yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən, erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün müəyyən edilmiş xüsusi qaydaların pozulmasına) maddəsi ilə protokol tərtib edib və inzibati qaydada məhkəməyə müraciət edib. 

Məhkəmənin baxış iclası aprelin 24-nə təyin edilib.
“Amerika, İtaliya, Dubay Avropa ölkələridir” — Şəbnəm Tovuzlunun coğrafiya bilikləri














ARB-də yayımlanan “Hüseynova bacıları” verilişinin növbəti qonağı müğənni Şəbnəm Tovuzlu olub.
Verilişin əvvəlində aparcılar Tovuzlu ilə qısa oyun keçirmək qərarına gəliblər. Oyunun şərtlərinə görə, ifaçı hər suala 4 variantda 20 saniyə ərzində cavab verməli idi. 

Elə maraqlı və yaddaqalan məqamlar da bundan sonra yaşanıb. Oyun başlayıb...

Sadə suallardan sonra iş bir az çətinləşib, çünki sıra qəliz suallara gəlib. Belə ki, aparıcının 

“Avropada dörd ölkə” sualı müğənniyə əməlli-başlı çətin anlar yaşadıb.

“Bu yaxınlarda Dubaya gedmişdik. Dubay Avropa deyil amma yaxındı da. Mən oralarda olmamışam vallah nə deyə bilərəm. Ona görə də bilmirəm. Amerikanın özü, İtaliya”, - deyə cavab verib. 

“Bəxt üzüyü” filmində Söylü demişkən “Beyləqan vəziyyət” bununla bitməyib. Növbəti sualı Şəbnəm xanım yenə də özünəməxsus şəkildə cavablandırıb.
“Rasim Balayevin oynadığı dörd obraz” sualına isə “Rasim Balayevi çox sevirəm, amma Azərbaycan filmlərinə inanın çox az baxmışam”, – deyə qeyd edib.

Sonda aparıcıların köməyi ilə “Babək”, “Nəsimi” filmlərinin adını çəkən ifaçı “Mən o zamanlar uşaq olmuşam, necə baxardım” fikrini də bildirib.
“Dörd Azərbaycan şairi" – sualına isə Tovuzlu: 

“Səməd Vurğun, babam aşıq Səməd, Zəlimxan Yaqub və Sücaət Əhmədov”un adlarını çəkməyə müvəffəq olub.

Sonda oxucularımıza Məhəmməd peyğambərin bir kəlamını xatırlatmaq istəyərdim:

“Beşikdən qəbr evinə qədər oxuyun”...
Rəşad İlyasov canlı efirdə söyüş söyməsi haqqında ilk dəfə danışdı













Əməkdar artist Rəşad İlyasov ilk dəfə “Space” kanalında baş verən qalmaqala münasibət bildirib.

Müğənni bunları deyib:

“Hər şey göz önündədi. Bu haqda açıqlama verməyə utanıram. Sənət dostlarım dəstək oldular, öz humanistliklərini göstərdilər. Amma danışmaq mənə xəcalət verir. İstənilən halda yaxşı deyildi. Dostlar arasında olan zarafat çıxdı ictimayət içərisinə. Bir az da səsi qaldırıb, üzərində işlədilər, yaydılar. Üzr istəyirəm böyüklərdən, ana-bacılardan. MTRŞ açıqlama yaydı, nə deyim? Gərək olmayaydı. Xalqı söymədim, tanaşaçını təhqir etmədim. İfaçılar var bir-birinə hər sözü deyir, “düdtlə” verirsiz. 27 ildir səhnədəyəm, İlhamə Quliyeva, Zeynəb Xanlarova ilə işləmişəm. Ailə tərbiyəm yol verməzdi buna. Rüfətlə, aparıcı Anarla dostuq. Zarafat etdik, efirə getdi”.

Rəşad mikrofunu açdırma məsələsinə toxunub:

“Məni günahlandırmasınlar, ondan əvvəl oxuyanda mikrofon açıq idi. Orda dedim bağlayın. Mən də nəsibimi, iradımı aldım. Ən böyük nəsib vicdandır. Vicdanım sızladı. Olmamalı idi. Böyüyə-kiçiyə, tanımadığıma belə “sən” demirəm. Bunu demək bir ayıb, yaymaq min ayıb. Rüfətlə aramız yaxşıdır. Dostlar dar gündə tanınır”.

Qeyd edək ki, “Space”də “Hər səhər” verilişində Rüfət Axundov mahnı oxuyan zaman Rəşadla birlikdə qeyri-etik ifadələr işlədiblər.
(Axşam.az)
İzzət də yeni dəbə qoşuldu — Arxiv fotosunu paylaşdı














Müğənni İzzət Bağırov da arxiv fotosunu paylaşan məşhurların sırasına qoşulub.
İfaçı instaqram səhifəsindən arxiv fotosundan birini paylaşıb. Foto illər öncə Heydər Əliyev sarayında konsertlərin birində çəkilib. 
Görüntüdə xalq artisti Nazpəri Dostəliyeva, əməkdar artistlər Nüşabə Ələsgərli, Ruhəngiz Allahverdiyeva və bəstəkar Vüqar Camalzadə yer alıb.
Ä°zzət də yeni dəbə qoşuldu — Arxiv fotosunu paylaşdıQeyd edək ki, İzzət Bağırov müğənnilik fəaliyyətinə "7-17" müsabiqəsində qalib olandan sonra başlayıb.
“Biz “Eurovision”a yenidən getməliyik”















Eldar Qasımov və Nigar Camal son 8 ildə Azərbaycanın “Eurovision”dakı göstəricilərindən narazıdır.

“Qafqazinfo” xəbər verir ki, müsabiqə qalibləri AzTV-nin çəkilişində iştirak edən zaman instaqramda video paylaşıblar.

Onlar kinayəli şəkildə yarışmaya gedəcəklərini, Azərbaycana yenidən qalibiyyət gətirəcəklərini qeyd ediblər.

“Biz hazırda “Eurovision” paltarımızda çəkilişə qatılmışıq. Yenə müsabiqəyə gedib “Running scared” mahnısı ilə ölkəmizi təmsil edəcəyik”- deyə Nigar bildirib.

Nigarın söhbətinə Eldar da qoşularaq belə şərh verib: “Biz elə görürük ki, vəziyyət pisdir. Özümüz qərar vermişik ki, yenidən gedək”.
Kəramət Böyükçöl kafedə döyülmə xəbərindən danışdı















“Orda-burda məni tuturlar, qəndə and içirəm, inanıb çıxıb gedirlər”

Tez-tez qalmaqallarla gündəmə gələn gənc yazar Kəramət Böyükçölün döyülməsi xəbəri yayılıb. Bu barədə “Yeni Müsavat”a danışan gənc yazar hadisənin təfərrüatlarını aşağıdakı kimi anladıb: “Əslində, dalaşan mənim dostum olub. Sadəcə, o, cəmiyyətdə tanınmadığı üçün mənim adım hallandı. Kafedə oturub pivə içirdik. Telefonuma zəng gəldi, çölə çıxıb danışası oldum. İçəri qayıdanda gördüm ki, bir qrup adam yığışıb, pivə içdiyim dostumla mübahisə edir. Hər halda, bu adam mənimlə oturub, hansısa şəkildə onun yanında olmalıydım. Mən də belə etdim və dava əsnasında yüngül formada məni də ona qatdılar, mübahisə yarandı. Şikayət edəcək səviyyədə böyük bir şey olmayıb. O adamların bir qismi məni tanıyırdı, bir qismi isə yox”.

Böyükçöl bildirib ki, indiyə qədər sazı, şairləri tənqid etdiyinə görə onu onlarla adam “söhbətə çağırıb”: “O qədər adam məni ”söhbətə çağırıb”, ancaq hamısını da hansısa formada yola vermişəm. Çünki bu, şəxsi dava olmayıb. Mənim bu adamlarla nə kimi problemim ola bilər? Bilirəm ki, məni davaya çağıranlar, düşüncəsini, təfəkkürünü tənqid etdiyim kütlənin nümayəndələridir. Onlarla nə danışacam ki? Orda-burda məni tuturlar, qəndə and içirəm, inanıb çıxıb gedirlər. Söhbətə getmirəm, sadəcə, yolda qabağıma çıxırlar. Başlayırlar, “qaqaş, sən onu nöş belə yazmışdun?” Deyirəm ki, qənd haqqı səhv eləmişəm. Onlar da deyirlər ki, “hə, brat, qəndə and içirsənsə onda inanırıq”. Yəni açığını desəm, indiyə qədər qənd mənim köməyimə çox gəlib”.

Böyükçöl söyləyib ki, bundan sonra Azərbaycanda oxucunun olmamasından şikayət etməyəcək: “Bir neçə gündür ki, parkda oturub, kitablarımı satıram. Özü də hər kitaba 10 manat qiymət qoymuşam. 3-4 gün ərzində mən 2 min manatdan çox kitab satmışam. Elə gün olub ki, 670 manatlıq kitab satılıb. Aprelin 13-də 340 manatlıq kitab satdım. Jurnalistlər də gəlirlər ki, məni yalan çıxarsınlar, görürlər ki, həqiqətən də oxucuların ardı-arası kəsilmir. Azərbaycanda yazıçı olduğumu ilk dəfə bu prosesdə hiss etdim. Növbəti, ”Ana söyüşü” adlı kitabım da qısa zaman sonra çap olunacaq”.

“Kitabına nə üçün bu cür adlar seçirsən” sualına isə K. Böyükçöl aşağıdakı kimi cavab verdi: “İnsanlara nə lazım olduğunu bilirəm. Ona görə də bu cür adlar seçirəm. Onu da deyim ki, sazı, yazıçıları, şairləri tənqid etməyimdə məqsədim tanınıb, kitab satmaq deyildi. Sadəcə olaraq, proses təbii şəkildə indiki halına gəldi. Dediyim sözlər həqiqi münasibətim idi. Düşünürdüm ki, insanlar nəticə çıxarsınlar. İndi bilmədim ki, nəticə çıxardılar, yoxsa yox. Ancaq gördüyüm odur ki, məni sevib, oxumağa başlayıblar. Mənim kitabımı alanlar qəndə and içib inandırdığım təbəqəyə gülənlərdir. Elə zənn edin ki, Mirzə Cəlil ”Poçt qutusu” hekayəsini yazıb və adamlar da gəlib soruşurlar ki, doğruda da Novruzəli poçt qutusuna məktubu ata bilməyib? Məsələ ondan ibarətdir ki, Mirzə Cəlil öz xalqının düşüncəsini, təfəkkürünü yaxşı bilirdi. Başa düşürdü ki, onun xalqı poçt qutusuna məktub ata bilməyəcək səviyyədədir. Mən də bu cəmiyyətin düşüncəsinin, yalanlara qəndə and içməklə inandırmağın mümkünlüyü səviyyəsində olduğunu düşünüb, yazmışam”. “Demək istəyirsən ki, sən bu dövrün Mirzə Cəlilisən” sualına isə “Mirzə Cəlildən qat-qat böyük yazıçıyam. Mirzə Cəlil öz dövründə mənim qədər məşhur, istedadlı, dildə-dişdə olan yazıçı deyildi. Bu mənada mən Mirzə Cəlildən qat-qat böyüyəm” deyib.
Leyla Əliyeva Elinaya şeir həsr etdi














Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyeva intihar edən Bakı mətkəblisi Elina Hacıyevaya şeir yazıb

“Özünü öldürmə, dayan, eləmə” misraları ilə başlayan şeir gənc yaşda ölümü seçən Elinaya müraciət formasında yazılıb.

Cahan.info Musavat.com-a istinadən həmin şeiri təqdim edir:

Özünü öldürmə... dayan, eləmə!
Özünü öldürmə, lütfən, dostum!
Axı, həyat çox qiymətli hədiyyədir,
Ətrafını eşitmədən, duy hər kəsi!
Mənanı anla, boş sözlərdən uzaq ol,
Onlarda doğrudan pay olsa belə!
Lap insanlar acını, göz yaşını görməsin,
Ruhlarını başqaları ilə bölüşsün.
Lap çox çətin olduğu bilinsə belə!
Doğrunu gör - ən düz danışan odur!
Dilimizin altında gizlətsək belə,
Fikir ildırım kimi çaxacaq onsuz.
Zamanı birdəfəlik məhv edir!
O yanır, amma siz o dumanda anlayın ki
Qiymətli zaman hər kəsə nəsib deyil.
Zamandan qiymətli deyildir heç nə
Onu rüzgarın nəğməsində sev.
Hər şeyi bağışlayacaq.., məhşərə çəkməyəcək!
Sən riyadan uzaq sözlərlə istəsən əgər.
İki dünya arasında itirdiyin ruh
Vəd edilən rahatlığı tapa bilməz!
Özünü öldürmə... saraq yaralarını,
Kədərin dərinliyinə gülək bərabər!
Özünü öldürmə... belə cəsur,
Belə düşüncəsiz addıma gücün varsa!
Qiymətli həyatı yaşamaq üçün
Özündə o gücü tapmağa çalış.