Son xəbərlər

 
Bakıda məşhur kinoteatrı çayxana etdilər – Video















Bakının Əhmədli qəsəbəsi, Sixlinski küçəsi 3 ünvanında yerləşən “Bakı” kinoteatrı Sovet dövründə tikilən bir çox kinoteatrlar kimi vaxtilə lazımi şəkildə fəaliyyət göstərirdi.

Baku.ws xəbər verir ki, istər yerli, istər xarici filmlərin afişaları asılan kimi ərazi əhalisi izdihamla kinoteatra axışır, bilet almaq üçün növbəyə düzülərdilər.

Hər kəs kinoteatrda nümayiş olunan istər rəngli, istərsə də ağ-qara filmlərə maraqla baxar, film bitdikdən sonra isə təəssüratlarını bölüşə-bölüşə evlərinə yollanırdılar.

Hətta yeni filmin nümayişindən xəbərsiz olanlara sevinc və maraqla “Bakı” kinoteatrında filan film nümayiş olunur müjdəsini verirdilər.

Beləcə, hər gün kinoteatr dolub, boşalardı – amma keçmişdə.

Bəli, yuxarıda təsvir etdiyimiz məqamlar “Bakı” kinoteatrı ilə bağlı keçmişə səyahət idi.

Ancaq elə ki, Sovetlər İttifaqı dağıldı, videomaqnitafonlar ildırım sürətilə yayılmağa başladı, Azərbaycanda olan bir çox kinoteatrlar kimi çöküşü “Bakı” kinoteatrına da siraət etdi.

Artıq orada filmlər əvvəlki kimi nümayiş olunmurdu, izdiham yavaş-yavaş qeybə çəkildi. Qısası, “Bakı” kinoteatrı yetimləşdi. Hətta vaxt keçdikcə kinoteatrın görünüşü belə tamaşaçı niskilindən sanki bədbinləşmiş, bədbəxtləşmiş görkəm aldı. Bu hal bu gün də öz yerində qalır.

Təxmini 1 il əvvəl xəbər yayıldı ki, “Bakı” kinoteatrı söküləcək və yerində yeni univermaq tikiləcək. Lakin xəbər öz əksini tapmadı – kinoteatr hələ də öz nimdaş halı ilə yerindədir. Hətta fəaliyyətni də davam etdirir, ancaq necə…

Necəliyini öyrənmək üçün Bakının vaxtilə məşhur kinoteatrlarından olan “Bakı” kinoteatrına baş çəkdik. İlk öncə öyrəndik ki, hazırda “Bakı” kinoteatrı Əhmədlidə daha çox çayxana kimi tanınır. Çünki orada çayxana açılıb.

Biz “Bakı” kinoteatrına yaxınlaşanda obyekt bağlı idi. Oranı işlədənlərdən öyrəndik ki, kinoteatrın arxa girəcəyində yeni çayxana tikilir. Bu səbəbdən də, hazırda içəriyə giriş bağlıdır.

İşçilərdən birilə danışıqdan sonra kinoteatra daxil ola bildik. 450 nəfər tamaşaçı tutan salonda köhnə oturacaqlar, səhnədə isə yaradılan çayxana insanda qəribə abu-hava yaradırdı.

Çayxanaya gələnlərin rahat əylənməsi üçün nərd, domino kimi stolüstü oyunlar da təşkil edilmişdi. Eyni zamanda, içəridə tennis və bilyard stolları qoyulmuşdu.

İşçilərdən öyrəndik ki, çayxanaya gələnlərin istəyini nəzərə alaraq, burada həm də kino və futbol oyunları nümayiş olunur. Çayın qiyməti isə 2 manatdan başlayır. Film izləmək istəyənlər isə əlavə olaraq hər adama görə 2 manat pul ödəməlidirlər.

Bəs “Bakı” kinoteatrının fəaliyyətinə kim nəzarət edir?

Suala cavab tapmaq üçün Mədəniyyət Nazirliyilə əlaqə saxladıq.

Nazirliyin mətbuat xidmətindən bildirdilər ki, “Bakı” kinoteatrı özəlləşdirilib.

“Hazırda nazirlik “Bakı” kinoteatrına nəzarət etmir. Özəlləşdirən sahibkar da, onun hansı istiqamətdə işlədəcəyinə qərar verir”, – deyə bildirilib.
09 May 2024 “Taxt-tac oyunları”nın aktyoru vəfat edib
09 May 2024 Türkiyəli aktyorlar Bakıda
08 May 2024 Rasim Balayev: “Deputat olmaq fikrim var idi”
08 May 2024 Ermənilər Nizaminin başını oğurladılar - Xalq artisti
03 May 2024 Azərbaycanlı aktyor Rusiyada seriala çəkildi
02 May 2024 Türk dövlətlərinin iştirakı ilə Molla Nəsrəddin haqda film çəkiləcək
26 Aprel 2024 Komissar Mesut yenidən “Arka sokaklar”da - Video
21 Aprel 2024 Bu verilişlər bu tarixdə bağlanır - Qərar
20 Aprel 2024 Cavanşir Məmmədov dünyasını dəyişdi
18 Aprel 2024 Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olacaq
18 Aprel 2024 Rəqsanənin əmlaklarına həbs qoyuldu
17 Aprel 2024 Hadı Rəcəblinin qızı: “Dünən paltarlarını hazırlamışdı, qismət olmadı...”
16 Aprel 2024 Miyazakinin röyasi. Mystery Ensemble
16 Aprel 2024 Muzey Mərkəzində Pərviz Abbasovun “Biz kimik, məclis onun məclisidir” adlı fərdi sərgisi açılacaq
16 Aprel 2024 Anar Vəziroğlu ÖZÜNDƏN ÇIXDI: “Səhnəyə lüt çıxırlar"
10 Aprel 2024 Fizika üzrə Nobel mükafatçısı vəfat etdi
10 Aprel 2024 “Malhun Hatun” “Kuruluş Osman”ı tərk edir
09 Aprel 2024 Mənsum İbrahimov: Şükür bugünə, qayıdırıq - Video
08 Aprel 2024 Oqtaydan sonra ömrüm boyu belə olacaq - Dilarə
07 Aprel 2024 Ahmet Kural ata oldu
07 Aprel 2024 Tanınmış aktyor "Kuruluş Osman"da - Foto
06 Aprel 2024 Rahidə atasından danışıb, ağladı: “Uşaqlığımda əzabdan başqa heç nə olmayıb" - VİDEO
03 Aprel 2024 Məşhur aktyora ağır itki - FOTO
03 Aprel 2024 Məmməd İsmayıl əməliyyat olundu
01 Aprel 2024 "Seçkilərdə uduzdum, evlənirəm" - FOTO
31 Mart 2024 "Mətbəx"in aktyoru vəfat etdi
30 Mart 2024 Nazir onlara vəzifə verdi
28 Mart 2024 Əməkdar artist vəfat etdi - Foto
27 Mart 2024 Bakıda Rusiya Kino Günləri keçiriləcək
27 Mart 2024 Taxta parçası 719 min dollara satıldı