09:57

Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Elvin Mustafayevin nəşi ailəsinə verilib.

Axar.az Report-a istinadən xəbər verir ki, ötən ilin sentyabr ayının 27-də başlayan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Elvin Fəxrəddin oğlu Mustafayevlə vida mərasimi keçirilir. Mərasimdə şəhidin yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və şəhər sakinləri iştirak edir.

***

Elvin Mustafayevin nəşi Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Allah rəhmət eləsin!

Qeyd edək ki, E.Mustafayev müddətdən artıq həqiqi hərbi xidmətdə olan əsgər olub. Onun 3 övladı var və sonuncu qız övladının üzünü görməyib. E.Mustafayevin əmisi də birinci Qarabağ döyüşlərində, Ağdamda şəhid olub.