bakidan-ova-gedenler-sikar-tapmayib-ineyi-vurdular

“Qafqazinfo”nun məlumatına görə, Xızı Rayon Məhkəməsində keçirilən prosesdə 1969-cu il təvəllüdlü Qubadlı sakini Rəvan Mirzəyev və 1976-cı il təvəllüdlü Füzuli sakini Qurban Namazova (ad-soyadlar şərtidir) hökm oxunub.

Hökmə əsasən, hər iki şəxsin azadlığı 1 il 6 ay müddətinə məhdudlaşdırılıb. 

Onların cəza almasına səbəb olan qeyri-adi hadisə ötən ilin 2 sentyabr tarixində baş verib.

Belə ki, adıçəkilən şəxslər Bakıdan ov məqsədilə Xızıya yollanıblar. Lakin onlar meşədə ovlamaq üçün heyvan tapa bilməyiblər. Bundan sonra nahar etmək qərarına gəliblər və bu zaman onların gözünə meşədə otlayan inək sataşıb.

Nə qədər qəribə səslənsə də, Rəvanla Qurban 200 kq çəkisi olan inəyi ov tüfəngi ilə vurublar.

Onlar daha sonra bıçaqla heyvanı doğrayıb ətini avtomobilin arxa yük yerinə yığıblar. Bu zaman polis əməkdaşları onları saxlayıb, Xızı RPŞ-yə gətiriblər.

Ovçular inəyi vurmaq ideyasının haradan yarandığını özləri də bilmədiyini açıqlayıb.

Zərərçəkmiş şəxs, inəyin sahibi isə ona məxsus heyvanı fotosundan tanıyıb. Belə ki, o, polis şöbəsinə gedərək inəyinin itdiyi barədə məlumat verib. Şöbədə isə ona kəsilmiş heyvan şəklini göstərərək “bir inək vurublar, bax gör sənin inəyindir?” deyə soruşduqda, şəklə baxıb inəyin ona məxsus olmasını təsdiqləyib. 

Bundan sonra kəsilmiş inəyin ətini ona veriblər. Hadisədən sonra təqsirləndirilən şəxslər zərərçəkmişə başqa bir inək alıb veriblər. O isə ona dəymiş ziyan ödənildiyindən təqsirləndirilən şəxslərə qarşı hər hansı bir şikayəti və tələbi olmadığını bildirib.

21 May 2024 Tərtərdə heyvan otaran şəxs minaya düşərək öldü
20 May 2024 Alça yığarkən öldü
19 May 2024 Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
19 May 2024 Bank kartlarından oğurluq: DİN məlumat yaydı
19 May 2024 Sumqayıtda qumbara tapıldı
17 May 2024 Fahişəliyə cəlb etməyə görə bir ilə 70 nəfər tutulub
17 May 2024 89 vətəndaş 7 xarici ölkədə cinsi istismara məruz qalıb
16 May 2024 Sevgilisini öldürüb, basdıran tələbə... - Video
15 May 2024 Fəvvarələr meydanında dava: ofisiantlar bıçaqlandı
14 May 2024 Bələdiyyə sədri barəsində cinayət işi məhkəməyə göndərildi
13 May 2024 Ağcabədidə 40 yaşlı kişi öldürüldü
11 May 2024 Gömrük “polkovniki”nə hökm oxundu
11 May 2024 “Qazi” şəhəri bir-birinə qatdı, saxlanıldı – Video
11 May 2024 Sumqayıtda 18 yaşlı qızı maşın vurub öldürdü
11 May 2024 Saatlıda marixuana qəbul edib, taksi sürən şəxs saxlanıldı
10 May 2024 Tovuzda məktəbli qız 26 yaşlı kişiyə qoşulub qaçdı
08 May 2024 Özünü qazi kimi təqdim edən dələduz saxlanıldı
08 May 2024 Bakıda İran vətəndaşının narkokuryerləri həbs edildi
08 May 2024 Zaqatalada dönərdən zəhərlənənlərin sayı 40-a çatıb - YENİLƏNİB
06 May 2024 Saxta "uduşlu" lotoreyalara görə Lənkəranda tutuldu - FOTO
06 May 2024 İnzibati binadan oğurluq edildi, saxlanılan var
06 May 2024 “Şevrolet”in şüşəsini sındırdı, “Hover”i yandırdı
06 May 2024 Ağdaşda tikinti mağazası yandı - Video
06 May 2024 Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı
04 May 2024 Velisopedçi körpüdən çaya düşərək öldü
03 May 2024 Lökbatanda nənə və nəvə belə xilas olundu - Video
02 May 2024 Ağcabədidə qadın öldürüldü, qaynı saxlanıldı
30 Aprel 2024 Tələbənin maşını ilə dəhşətli qəza törətdi: həbs olundu
30 Aprel 2024 Həbs edilən 16 yaşlı qıza təcavüz edib, öldürdülər
30 Aprel 2024 Atasını döyüb öldürdü, həbs edildi