Cəlilabad rayonunun Muğan kənd sakini Əli Əhmədov xəstə olmasına baxmayaraq, bu ilin yanvar ayında hərbi xidmətə göndərilib.

Yenixeber.org: Bu barədə redaksiyamıza onun atası Vüsal Əhmədov bildirib.

O, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsindən şikayətçi olduğunu deyib:

““Oğlum Əli Əhmədov 25 yanvar 2024-cü il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsi tərəfindən ordu sıralarına çağırıldı. Ordan da Sərhəd Qoşunlarının Cəlilabad rayon Göytəpə qəsəbəsində yerləşən N saylı hərbi hissəsinə göndərildi”.
V.Əhmədov deyib ki, övladı 4 gün sonra qızılcaya yoluxub və vəziyyəti ağırlaşıb:

“Dörd gün sonra oğlumda yüksək temperatur müşahidə edilib və o, hərbi hissənin tibb məntəqəsin yerləşdirilib. Vəziyyəti ağırlaşdığı üçün dərhal Bakıya Sərhəd Qoşunlarının hərbi hospitalına göndərilib. Hospitalda bir neçə gün müalicə aldıqdan sonra onuSərhəd Qoşunlarının Məhəmmədi qəsəbəsində yerləşən modul tipli xəstəxanasına göndəriblər. Uşaq qızılcadan təxminən bir aya yaxın müalicə olundu”.

Onun sözlərinə görə, xəstəxanada həkimlər övladının səhhətində problemlər olduğunu aşkar ediblər:

“Müalicə aldığı müddətdə həkimlər oğlumu müayinə edərkən onda digər xəstəliklərin də olduğunu aşkar ediblər. Belə ki, övladımın bel tir sümüyündə əyrilik, gözündə zəiflik, qulağında ağır eşitmə və döş qəfəsində xəstəlik aşkar edilib. Bütün bu xəstəliklər onun tibbi sənədlərində qeyd olunub. Övladım fevralın 29-da hospitaldan Göytəpədə yerləşən hərbi hissəyə göndərilib”.

V.Əhmədov deyib ki, Əli daha sonra Göytəpədən Yevlaxa hərbi hissəyə yola salınıb və burda onun ordudan tərxis olunmasıyla bağlı qərar qəbul edilib“16 gün hospitalda qaldıqdan sonra hərbi hissə rəhbərliyi mənimlə əlaqə saxladı və bildirdilər ki, övladınız xəstədir, ordudan tərxis edirik, gəlin, uşağınızı aparın. Mən də gedib övladımı ağır vəziyyətdə hərbi hissədən gətirdim”.

V.Əhmədov hazırda övladını müalicə etdirdiyini deyib:

“Hələ də övladımın müalicələri davam etdirilir. Yarımçıq olub. Səhhətində ciddi problemlər var. Özüm isə əkinçiyəm, başqa heç yerdən gəlirim yoxdur. Banklara borcum var və elə övladımın da müalicəsini borcla edirəm”.

V.Əhmədov iddia edir ki, övladının səhhətində problemlər olduğunu bilə-bilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsi onu əsgər göndərib:

“Mənə hərbi hissədən xəstəliyi ilə bağlı sənəd və hərbi bileti verilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinə gedib sənədləri masanın üstünə qoyanda mənə dedilər ki, “bu xəstəliklər övladında necə çıxa bilər, axı biz onu müayinə etmişdik”. Hələ bizi borclu çıxarırlar. Ona görə Baş Prokurorluğa, məhkəməyə şikayət edəcəm. Övladımın xəstə olduğunu bilə-bilə ordu sıralarına göndərdilər və indi də yarımçıq edib üstümə qaytarıblar”.

Şikayətçinin səsləndirdiyi iddialarla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsiylə əlaqə saxlamağa çalışdıq. Lakin qurumdan telefon zəngimizə cavab verən olmadı. Qarşı tərəfi dinləməyə hazırıq.
“Oğlum xəstə ola-ola əsgər aparıblar” – Cəlilabad sakinindən şikayət – FOTO

21 May 2024 Tiflis, İrəvan qarışır, Rəisi öldü, Türkiyədə isə... - Nə baş verir?
21 May 2024 Region qarışır: Yalnız İlham Əliyev... - Korotçenko
21 May 2024 Rəisiyə görə Bakıya qarşı bu zibillər... - Verdyan
21 May 2024 Un bahalaşdı: Çörəyin qiyməti artacaq?
21 May 2024 Şəki xan sarayı bərpa ediləcək VİDEO
20 May 2024 Qəzadan az öncə: Rəisi işarə edir və… - Son video
20 May 2024 Rəisiyə mərsiyə... - Video
20 May 2024 Putin anladı ki, ən etibarlı əsgərləri... - NYT
19 May 2024 Elektron ticarət dövriyyəsi sürətlə artır VİDEO
19 May 2024 Bayrağımız niyə oxşardır? Paris Bakıdan nə istəyir?
19 May 2024 İran-Azərbaycan əlaqəsi təkcə qonşuluq deyil – Rəisi
19 May 2024 Baydenin İQ səviyyəsi aşağıdır - Tramp
19 May 2024 Bu, Tanrıya qarşı bir cinayətdir - Papa
19 May 2024 Papadan sülh çağırışı: Müharibəyə son qoyaq!
19 May 2024 Saxta pullarla insanları aldatma halları artır VİDEO
19 May 2024 Düyü yenidən bahalaşa bilər VİDEO
18 May 2024 İsfəndiyar Axundov və oğlunun polislər tərəfindən saxlanılması xəbərı doğru deyil
17 May 2024 “Usta mənəm”
17 May 2024 Paşinyanı Azərbaycanın əli ilə devirmək istəyirdilər-Yunus Oğuz
17 May 2024 Fitso yaşam mübarizəsi aparır, böyük itkidir - Orban
17 May 2024 “Coffeeshop”larda valideynləri olmayan 14-15 yaşlı uşaqlar çalışır”
17 May 2024 Sürücüdən tələb edilən sənədlərin çoxluğu müzakirə yaratdı - Video
17 May 2024 "Kimsə bizə qadağa qoya bilməz" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
17 May 2024 10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - VİDEO
17 May 2024 Rusiyanı sülhə məcbur etməliyik - Zelenski
16 May 2024 ""Başlıq parası" öz əhəmiyyətini itirib" - MÜNASİBƏT BİLDİRİLDİ
16 May 2024 Türkiyənin Qırğızıstana sement məhsulları ixracının həcmi açıqlandı
16 May 2024 Onlardan bizə gələn səs başlarına dəysin - Tural Abbaslı
16 May 2024 "İstehsal etdiyim məhsullarla bağlı mənfi fikir səsləndiriləcəyini gözləyirdim" -İş adamı Fəxrəddin Fərhadov
15 May 2024 Bəzi restoranlar müştərilərə sadə çay vermirlər VİDEO