Ortaya qoyulan reallıq – Aprel döyüşləri çox şeyi dəyişdi















Azərbaycan ordusunun zəfəri ilə yekunlaşan aprel döyüşlərinin başlanmasından üç il ötür.

2016-cı ilin mart ayının ortalarından başlayaraq Ermənistan tərəfi atəşkəsi intensiv pozmağa başlayıb. Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq isə bütün cəbhə boyu Azərbaycan ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Nəticədə ermənilər aprel ayının 2-dən 5-dək qoşunların təmas xəttində silahlı təxribatlar törədiblər. Təxribatlar zamanı dinc əhaliyə də hücumlar olub. Bu hadisələr nəticəsində Azərbaycan ordusu şəhid verib, həmçinin mülki əhali arasında da ölən və yaralananlar olub.

Döyüşlər zamanı Azərbaycan ordusu da ermənilərin mövqelərinə cavab zərbələri endirib, həyata keçirilən sürətli əks-həmlə zamanı 2000 hektardan artıq ərazi azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarət altına keçib. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələ təpə” adlandırılan yüksəklik də Azərbaycan ordusunun nəzarətinə keçib. Bu döyüşlər nəticəsində 320 erməni hərbçisi məhv edilib, 500-dən artığı isə yaralanıb.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif olunub. Vətən qarşısındakı xidmətlərinə görə təltif edilənlər arasında “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenlərinə, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülənlər var.

Ötən müddət ərzində işğaldan azad olunan ərazilərdə, o cümlədən aprel zəfəri ilə düşmən təhlükəsinin uzaqlaşdırıldığı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində təmir bərpa işləri aparılıb, orada yeni qəsəbə salınıb, didərgin salınan insanlar geri dönüblər. Kənddə məscid tikilib, Cocuq Mərcanlı kənd məscidi dini icması fəaliyyət göstərir.

Aprel döyüşlərinin siyasi çalarları da az deyil. Bakıya təklif olunan şərtlər məhz aprel döyüşlərindən sonra yumşalmağa başladı. Bakı sübuta yetirdi ki, bölgədə sülhə təhlükə mənbəyi Ermənistandır və Bakı öz ərazilərini hərbi yolla da azad edə bilər. Əgər hansısa anda münaqişənin yenidən qızışdırılması Yerevanın marağında olacaqsa, ermənilər Qarabağda daha bir ağır məğlubiyyət yaşaya biləcəklərini unutmalı deyillər.

Burada bir məqama da diqqət yetirmək lazım gəlir. Aprel döyüşləri təmas xəttində status-kvonun dəyişməzlik mifini sındırdı. Lakin aprel olayları münaqişənin hər zaman böyük müharibəyə çevrilmə ehtimalını gücləndirdi. Digər tərəfdən, qarşı tərəf düşünürdü və təbliğ edirdi ki, istədiyi vaxt Kürə qədər irəliləyə bilər. Bu olaylar ermənilərin bu təbliğatını alt-üst elədi.

Bununla belə, toqquşmalar danışıqlar masasında rolları dəyişmədi, sülh danışıqları aprel döyüşlərindən sonra çoxsaylı və müxtəlif səviyyəli görüşlərə baxmayaraq, bir addım da irəliləməyib. Hələlik tərəfləri qane edən model tapılmayıb.
Məsələ ondadır ki, Ermənistanın yeni hakimiyyəti sadəcə olaraq çabalayır. Nə daxildə vəziyyətə nəzarət edə bilir, nə də xarici siyasət prioritetləri var. Baş nazir Nikol Paşinyanın əsas məqsədi rəqiblərini sıradan çıxarmaqdır.

Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da qəbulolunmaz bəyanatlar səsləndirir. Paşinyan da anlayır ki, Azərbaycan torpaqlarını əbədi olaraq işğal altında saxlanılmasının mümkün deyil. Müxtəlif bəhanələrlə danışıqlardan açıq şəkildə yayınırsa, Bakı savaş variantına üstünlük verə bilər. Ermənistan 2016-cı il aprel hadisələri zamanı Azərbaycanın hərbi baxımdan dəfələrlə güclü olduqlarını anladı. Əgər onlar bundan nəticə çıxarmasalar, nəinki aprel hadisələrinin təkrarı ola bilər, hətta bundan artığı da mümkündür. Ermənistan reallığı başa düşməlidir. Bakı istər sülh, istər hərb variantında uğur qazanacaq. Yerevan bunu anlayır və vaxt qazanmağa çalışır… (sputnik.az)

Xəbər verildiyi kimi, Müsavat Partiyası 7 aprelə, AXCP-dən ibarət olan Milli Şura isə 6 aprelə aksiya təyin edib. İlk qərar Müsavatdan gəlib və bundan dərhal sonra MŞ bir gün öncəyə mitinq qərarı verib. Bu da hər iki düşərgəni üz-üzə qoyub. 

Tərəflər bir-birinin ünvanına ən ağır ittihamlar, tənqidlər, hətta təhqirlər belə səsləndirirlər. Müsavat MŞ-nı prosesləri ələ almaq üçün tələm-tələsik aksiya təyin etməkdə və mitinqlərinə kölgə salmaqda ittiham edir. Əks tərəf isə bunu təkzib edir və mitinq qərarlarının yarım ay öncədən olduğunu deyir. Təkcə sıravi üzvlər səviyyəsində qarşıdurmalar yaşanmır, artıq hər iki müxalif qurumun funksionerləri məsələ ilə bağlı sosial şəbəkələrdə statuslar paylaşırlar. Hər bir status isə qalmaqal yaradır. MŞ-nın əsas arqumenti budur ki, hökumət icazə verəndə bazar gününə deyil, şənbə günü mitinqlərinə icazə verir. Müsavat tərəfi isə bu arqumentə etiraz edir.

Fransada mühacir həyatı yaşayan AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Ədilovun paylaşdığı status gərginliyi daha da artırıb. O yazır: “Müsavat funksionerləri ilə mübahisə etmək fikrimiz yoxdur. Əlimizdə vacib iş var. Mitinqə hazırlaşırıq. Ancaq bu qeydləri yazıram ki, müxalifətdaxili intriqalardan bizim birtərəfli qaydada imtinamızı bəzi adamlar fürsət bilib, öz yalanları ilə adamları çaşdırmasın. Mən bu yazımda bəzi vacib bildiyim məqamlara aydınlıq gətirəcəm, ancaq digər cəbhəçi dostlardan xahiş edirəm ki, bundan sonra ünvanımıza nə yazılmasından asılı olmayaraq onlar bu mövzuda yazmasınlar.

Картинки по запросу natiq ədilov

Natiq Ədilov

1. Müsavat partiyasının Milli Şuradan çıxmaqla müxalifət birliyinə vurduğu zərbəni və s. iradlarımızı gözardı edərək, Milli Şura müxalifətin yenidən konsolidasiyasına nail olmaq niyyətilə 2018-ci ildə 3 mitinqini ard-arda Müsavatla birlikdə keçirdi.

2. 2019-cu ildə Müsavat partiyası 12 yanvar tarixinə təkbaşına mitinq təyin etdi. Və faktiki 2018-ci ildə formalaşmış formatdan çıxdı. Biz bir şey demədik. Hüquqlarıdır saydıq.

3. Milli Şura 19 yanvar mitinqini təyin etdi. Həmin mitinqə nəinki Müsavat partiyasını, digər müxalifət partiyalarını da dəvət etdi. Mitinqi hamı birlikdə keçirdi. 19 yanvar mitinqində 8 nəfər çıxışçının arasında AXCP-dən yalnız partiya sədri Əli Kərimli var idi. Başqa sözlə, mitinqin daha çox əziyyətini çəkən siyasi qüvvə əldə etdiyi tribunanı hamı ilə paylaşmışdı. Milli Şura və AXCP bu geniş formatlı birliyi davam etdirmək istəyirdi.

4. Milli Şura bir neçə dəfə mitinq təyin etdikdən sonra Müsavat başqanı Arif Hacılı AXCP sədri Əli Kərimliyə təklif edib ki, yenidən 2018-ci ildə formalaşmış və Müsavatın özünün imtina etdiyi formata qayıdılsın və mitinqlər Milli Şura və Müsavat partiyası tərəfindən birgə keçirilsin. Təklif Milli Şura və AXCP-də müzakirə olunub. Hesab olunub ki, bu ilin 19 yanvar mitinqində əldə olunmuş daha geniş müxalifət birliyi formatı daha arzuolunandır və Milli Şura 19 yanvar prosesini davam etdirsin, ən azı buna çalışsın.

5. Milli Şura da, Müsavat partiyası da ayrı – ayrılıqda mitinq müraciətlərini davam etdirib. Ancaq bu zaman fərqli taktikadan istifadə olunub. Milli Şura mitinqlərini təyin edən kimi mitinqlərin təbliğatına başlayıb ki, razılıq veriləcəyi təqdirdə mitinqlərin daha da izdihamlı olması təmin edilsin. Milli Şura həm də çalışıb ki, mitinqə razılıq verməmək üçün hökumətə heç bir bəhanə verməsin. Mitinqlər hər zaman hökumətin razılaşdığı “Məhsul” stadionuna və 6-cı günlərə təyin olunub. Müsavat partiyası isə mitinq üçün başqa meydanlar tələb edib, hazırkı mərhələdə hökumətin yürüşlərə və bazar günü mitinqlərinə razı olmadığını hamımız bildiyimiz halda məhz bazar günləri, məhz yürüş tələb olunub. Bununla da ictimaiyyətə əvvəlcədən məlum olub ki, elan olunmuş bu yürüş – mitinq faktiki keçirilməyəcək.

6. Əlbəttə, bazar günləri, üstəlik də yürüşlər keçirmək Müsavat partiyasının hüququdur. Hökumət bu hüququ təmin etməlidir. Ancaq təəssüf ki, hələlik toplumun gücü hökuməti buna məcbur edə bilmir. Odur ki, Müsavat partiyasının həftənin bazar günlərində, üstəlik, yürüşlü mitinq istəməsi yalnız o baxımdan əhəmiyyətlidir ki, ölkədə bu hüququn olmadığını sübut etsin. Yeri gəlmişkən, Milli Şura və AXCP də məhz bu hüququn olmadığını sübut etmək üçün dəfələrlə şəhərin mərkəzinə mitinq, yürüş təyin edib. Ancaq biz həmin mitinq, yürüş cəhdləri haqda baş tutmayacağını bildiyimiz üçün heç ictimaiyyətə məlumat verməmişik. Gözləmişik, hökumətin “yox” cavabından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət etmişik və beynəlxalq təşkilatlara məlumat vermişik ki, hökumət beynəlxalq öhdəliklərini yerinə yetirmir.

7. Beləliklə, həftənin bazar günlərinə yürüş – mitinqləri təyin etmək istənilən siyasi partiyanın hüququ olsa da baş tutmayacağı əvvəlcədən məlum olan mitinq müraciətinə görə bütün həftəni məşğul etmək, başqalarının və həm də real mitinq keçirmək məqsədilə etdiyi mitinq təşəbbüslərinə qısqanclıqla yanaşmaq, üstəlik, müxalifətdaxili münasibətləri gərginləşdirmək üçün ardıcıl təşəbbüslər göstərmək yumşaq desək, heç də yaxşı hərəkətlər deyil.

8. Bəzi adamları məyus edəcəm, bizi genişmiqyaslı müxalifətdaxili mübahisələrə cəlb etmək mümkün olmayacaq. Əminik ki, hazırkı mərhələdə mitinqlərə hazırlıq gündəmin əsas məsələsi olmalıdır. Hər kəsi 6 aprel mitinqinə hazırlığa çağırıram. Unutmayaq ki, hökumət də siyasi prosesləri ciddi monitorinq edir və mitinq ovqatının aşağı düşməsini gözləyir”.

Картинки по запросу Mustafa Hacıbəyli

Mustafa Hacıbəyli

Statusun altında N.Ədilovla Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri, “Bastainfo” saytının redaktoru, Müsavat başqanı Arif Hacılının qardaşı Mustafa Hacıbəyli kəskin polemikaya giriblər.

M.Hacıbəyli MŞ-nı mitinqləri toqquşdurmaqda ittiham edib. N.Ədilov isə öz növbəsində Müsavatın mitinqlə bağlı təbliğatdan daha çox əks-təbliğata üstünlük verdiyini qeyd edib. Müsavat funksioneri MŞ-nın əks-təbliğat apardığını bildirib.

Statusun altında virtual savaşa AXCP Nizami rayon şöbəsinin sədri Paşa Umudov və Müsavat Partiyası Səbayel rayon şöbəsinin sədri Zakir İsmayıl da qoşulub.

P.Umudov Müsavat funksionerinin qaşınmayan yerdən qan çıxardığını bildirərək, əslində mitinqlə bağlı rəqiblərini qabaqlamaq ənənəsini Müsavatın gətirdiyini söyləyib. Z.İsmayıl rəyə cavabında şöbə sədrini yalan danışmaqda suçlayıb. P.Umudov onu təhqir etdiyi üçün Z.İsmayılı mədəniyyətsiz adlandırıb. Bundan sonra tərəflər bir-birilərini tənqid, təhqir etməyə davam ediblər.

Müsavat Partiyası Salyan rayon şöbəsinin sədri Nizami Osmanuşağının MŞ-nın mitinq qərarı ilə bağlı statusu belədir: “Vallah, ayıbdır. Heç olmasa adınızdan, elmi dərəcənizdən, keçmiş mübarizənizdən utanın. Görünən odur ki, bunlarla iqtidar arasında heç bir fərq yoxdur. Xalq birlik tələb edir, bunlar birliyə badalaq atır. Nüfuz qazanmaqdısa, bu olanı da itirmək deməkdir. Ana müxalifət söhbətidirsə, saxta seçki olan yerdə müxalifət söhbəti ola bilməz. Əvvəl demokratik seçki keçirilməsinə nail olacağıq, biləyin ki, kim iqtidardır, kim ana müxalifət.

Maraqlı olan odur ki, sıravi cəbhəçilər bu badalağa necə baxırlar? Hələ də fəxr edirlər ki..?”.

Картинки по запросу Fərəc Kərimli

Müsavat Partiyasının başqan müavini Fərəc Kərimlinin atası Raqif Kərimlinin statusu isə daha sərtdir: “Gecə hakimiyyətlə bir yorğanın altında yatıb, gündüz müxalifət olmaq belə olur . Hələ “bir gecələr yat, a Qurban” da deyirik”.

Həm Müsavatın Divan, həm də Milli Şuranın üzvü olan Tofiq Yaqublu 6-7 aprel mitinqləri ilə bağlı paylaşdığı geniş statusda MŞ-nın qərarının əvvəldən olduğunu söyləyib. Bu da müsavatçıların ciddi etirazlarına səbəb olub. Hətta T.Yaqublunun qarşısına ya Müsavatı, ya da MŞ-nı seçməsi ilə bağlı tələb qoyulub. Divan üzvünün statusunun altında da müsavatçılarla cəbhəçilər bir-birini “qırırlar”.

AXCP Suraxanı rayon şöbəsinin sədri Bəhruz Həsənli bu rəyi yazıb: “Xalqımız Milli Şuradan kənarda təyin olunan mitinqlərə ciddi dəstək verməyəcək! Yol birgə mübarizədən keçir”.

B.Həsənliyə Z.İsmayılın cavabı: “Doğurdanmı?
Bu cür ciliz təfəkkür sizdə haradandır?
Eyforiyaya bu dərəcədə qapılmayın.
19 yanvar mitinqi isə bizim birgə mitinqimiz olub.

Təbii ki təşkilatçilarin əməyi daha çox olmali idi”.

Müsavat Partiyasının Məclis üzvü Valeh Hümmətoğlu statusun altından bunu yazıb: “Tofiq bəy bir onu demədi ki, MŞ bu gün cəmiyyətə hava və su kimi lazım olan və hakimiyyəti narahat edən müxalifətin birliyinə zərbə vurur və birgə mitinqlərdən imtina edir. 1998-ci və 2003-ci ilin taktikası”.

Rəylər bununla bitmir. 300-ə yaxın gələn şərhlərdə iki cəbhə açılıb. AXCP Gənclər Komitəsinin üzvü Elturan Rüstəmli (hazırda Polşada yaşayır), Müsavat Partiyasının üzvü Sərdar Ağayev (hazırda İsveçdə yaşayır), Müsavat Partiyası Masallı rayon təşkilatının üzvü Yasər Səfəroğlu və digər müsavatçılar və cəbhəçilər ən ağır formada bir-birilərini təhqir, tənqid ediblər. Əsas suallar isə heç şübhəsiz ki, statusun müəllifi Tofiq Yaqubluya ünvanlanıb.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

İlham Əliyev hərbi hissədə














Prezident, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində olub.

Bu barədə AZƏRTAC məlumat yayıb.
 “Bu qızları alan da elə onların tayıdır” – Deputat















Milli Məclisin deputatı, hüquq müdafiəçisi Çingiz Qənizadə sosial şəbəkələrdə və bəzi xəbər saytlarında 3 nəfər xanımın lüt görüntüləri yayılan videoya münasibət bildirib.

Demokrat.az xəbər verir ki, deputat bu cür halların baş verməsinin əsas günahını sosial şəbəkələrlə bərabər televiziya kanallarında görüb: “Bu gün telekanallarımız kifayət qədər milli dəyərlərdən uzaqlaşmış verilişlərə zaman ayırırlar. Bu cür halları biz qınayanda və məsələ qaldıranda isə deyirlər ki, telekanallar özləri özlərini maliyyələşdirə bilmədiyi üçün belə edirlər və sairə. Yəni, telekanalların efirlərində milli dəyərlərdən və adət-ənələrdən uzaq, bayağı, hüquqdan uzaq, şəxsi həyata müdaxilə halları mövcuddur. Hətta, bəzən şəxsi həyata müdaxilə təhqir və digər hallarla da özünü biruzə verir. Bu cür hallara qarşı isə heç bir mübarizə yoxdur.

Əgər bu gün telekanallar cəmiyyətə yalnız şou nümayəndələrinin həyat tərzini göstərirsə, təbii ki, bu cür hallar gənclərimizin, həm qızların, həm də oğlanların əxlaqına mənfi təsir edəcək. Ümumiyyətlə, mən gələcəyimizlə bağlı çox narahatam. Bu cür hallara qarşı müvafiq tədbirlər görənlərə, o cümlədən daxili işlər naziri cənab Ramil Usubova də öz təşəkkürümü bildirirəm ki, polis çox operativ tədbirlər gördü və günahkarlar araşdırılaraq ortaya çıxarıldı. O ki qaldı ki, videonu çəkib yayan oğlanlara, hesab edirəm ki, onlar tam kişi ola bilməyiblər. Hesab edirəm ki, onların bu cür əməllərində şəxsi həyata müdaxilə ilə bağlı cinayət tərkibi var. Çox təəssüf ki, bu gün cəmiyyətimizdə adımıza və milli mentalitetimizə ləkə gətirən oğlan və qızlar var”

Çingiz Qənizadə lüt görüntüləri yayılan xanımlardan birinin nişanlı olması məsələsinə də toxunub: “Mən hesab edirəm ki, bu xanımları alanlar da elə onların tayıdır. Əgər simasına, sifətinə baxım qızı alırlarsa, təbii ki, onlar bu həyatı yaşamalıdırlar. Əvvəllər bizim gözəl adətlərimiz var idi. Biz evlənərkən, böyüklər, qohum-əqrəba baxıb məsləhət verirdi. İndi bunlar küçədə hansısa mini yupkalı bir qız görəndə dədsini elçiləyə göndərirsə, artıq məsuliyyət onların öz üzərindədir. Amma bütövlükdə, bu gün Azərbaycanın milli mentalitetinə, milli adət-ənələrimizə və dəyərlərimizə zidd həyat tərzi keçirən insanların sayı çoxdur”.
Prezident sərəncam imzaladı
















Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İmişli rayonunun Bəhrəmtəpə–Göbəktala–Məhəmmədli–İmişli–Cəfərli–Oruclu–Ağaməmmədli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Bizimyol.info sərəncamın mətnini təqdim edir:
1. İyirmi doqquz min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Bəhrəmtəpə–Göbəktala–Məhəmmədli–İmişli–Cəfərli–Oruclu–Ağaməmmədli avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 15,4 milyon (on beş milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

Prezident İlham Əliyev Soltan Hacıbəyovun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan bəstəkarlıq məktəbinin inkişafına layiqli töhfələr vermiş görkəmli sənətkar Soltan Hacıbəyovun anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının təkliflərini nəzərə almaqla, SSRİ Xalq artisti Soltan Hacıbəyovun 100 illik yubileyinə həsr edilmiş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
“Amay Abdulla”nın adı yeni qalmaqalda













40 nəfərin Abdulla Abdullayevdən şikayətçi olmasının ilginc səbəbləri var; işdə Göygöl məhkəməsi sədrinin də adı keçir…

“40 nəfərdən artıq mənzil sahibinin mülkiyyət hüququnu pozaraq onlara satılmış mənzilləri sonradan qanunsuz olaraq təkrarən başqa şəxslərə satıb. Ancaq hələ ki, bu cinayətlərinə görə cəzasız qalır”. Şikayətçi Müşkinaz Məhəmməd qızı Əhmədli “Yeni Müsavat”a ünvanlandığı məktubda belə yazır.

O, “Amay Abdulla” kimi tanınan Abdulla Abdullayevin faktiki sahiblik etdiyi “Xudafərin” MMC tərəfindən inşa edilmiş Binəqədi rayonu, Atatürk prospekti, 3078 A məhəlləsi ünvanında yerləşən yaşayış evindən 3 mənzil aldığını bildirir: “Abdulla Abdullayevin özü ilə razılıq əsasında 6 noyabr 2003-cü il tarixli 147, 148 və 150 saylı alqı-satqı müqavilələri ilə ikisi 3 otaqlı, 1-i isə 4 otaqlı olmaqla 3 ədəd mənzil almışam. Həmin gün hər 3 mənzilə görə cəmi 145 min 977 dollar məbləğində pul ödəmişəm. Əvəzində mənə MMC-nin möhürü və imza ilə təsdiq edilmiş mədaxil qəbzləri verilib. Sonradan məlum olduğuna görə, “Xudafərin” MMC-nin faktiki rəhbəri Abdulla Abdullayev mənzilləri mənə satdıqdan sonra həmin mənzilləri yeni qanunsuz müqavilələrlə başqa şəxslərə də satıb. Belə ki, 6 noyabr 2003-cü il tarixli 147 saylı alqı-satqı müqavilə ilə mənə satdığı A-5 korpusunun 11-ci mərtəbəsindəki 138.97 kv.m ümumi sahəsi olan 3 otaqlı 21 saylı mənzili 2 avqust 2004-cü il tarixli 310 saylı müqaviləyə əsasən 33 min ABŞ dollarına təkrarən Leyla Sahib qızı Həmidovaya satıb. Leyla Həmidova mənzilin pulunu MMC-nə həmin müqavilə bağlandıqdan sonra ödəyib. MMC ilə bağladığım 6 noyabr 2003-cü il tarixli 150 saylı müqaviləyə əsasən aldığım yaşayış binasının “C” korpusu, 12-ci mərtəbəsindəki 4 otaqlı ikinci mənzili 31 yanvar 2004-cü il tarixli 261 saylı müqavilə ilə 41 min ABŞ dollarına təkrarən hazırda Göygöl rayon Məhkəməsinin sədri vəzifəsində işləyən Qələmdar Ələmdar oğlu Abbasova da satıb. Qələmdar Abbasov müqavilədə nəzərdə tutulmuş pulu MMC-nə müqavilə bağladıqdan sonra 4 dəfəyə ödəyib. Abdulla Abdullayev tərəfindən mənə satılmış 3-cü mənzil isə sonradan, yəni 1 noyabr 2004-cü il tarixli 315 saylı saxta müqavilə ilə 32 min 658 ABŞ dollarına Alya Ağahəsən qızı Əliyevaya satılıb. Mənzilin əvəzi müqavilə bağlandıqdan sonra ödənib”.

Məktub müəllifi hər 3 mənzilin ona satılması barədə alqı-satqı, pulun hamısının ödənilməsi barədə müqavilələr və mədaxil qəbzləri olduğu halda mənzillərin təkrarən başqa şəxslərə satıldığını yazır: “Abdulla Abdullayevin qanunsuz əməllərinin üstü açıldıqdan sonra əvvəlki 2 mənzilin qeyd olunan şəxslərə guya məndən əvvəl satılması barədə yeni saxta müqavilələr tərtib edilib. Belə ki, 1-ci mənzilin guya daha əvvəl, yəni 4 iyul 2003-cü il tarixdə Leyla Həmidovanın anası Lyuba Axsarovna Həmidovaya satılmasına dair 95 saylı saxta alqı-satqı müqaviləsi yazılıb. Ancaq mənzilə görə pul ödənilməyib. İkinci mənzilin isə Qələmdar Abbasova daha əvvəl, yəni 31 yanvar 2003-cü il tarixdə satılması barədə 43 saylı saxta müqavilə tərtib olunub. Həmin müqaviləyə görə də pul ödənilməyib. Üçüncü mənzillə bağlı hələ ki, Alya Əliyevanın və ya başqa şəxsin adına daha əvvəlki tarixə müqavilə tərtib edilib-edilməməsindən məlumatsızıq. Hazırda Abdulla Abdullayevlə və adlarına qanunsuz müqavilələr tərtib edilmiş Leyla Sahib qızı Həmidova və Göygöl rayon məhkəməsinin sədri Qələmdar Abbasov ilə məhkəmə çəkişmələri gedir. Binəqədi rayon Məhkəməsi 6 iyul 2018-ci il tarixli 2(001)-3301/2018 saylı qətnamə ilə mənə məxsus olan mənzilin Leyla Həmidova təkrar satılmasını qanunsuz hesab edib və onun adına tərtib edilmiş müqaviləni etibarsız sayıb. Məhkəmə onun anası Lyuba Həmidovanın adına tərtib edilmiş müqavilənin isə lazımı qaydada bağlanmadığını və müqavilənin özündə nəzərdə tutulmuş şərtə görə 3 gün ərzində ödəniş olunmadığından xitam olunduğunu nəzərə alıb. Lyuba Həmidovanın adına tərtib edilmiş saxta müqavilənin rayon məhkəməsinə təqdim edilmiş nüsxəsində onun imzası olmayıb”.

Şikayətçi Abdulla Abdullayevi əlaqələrindən istifadə edərək məhkəmələrdə özünün xeyrinə qərar verdirdiyini yazır: “Abdulla Abdullayevin əlaqələri Leyla Həmidovanın apelyasiya şikayətinə baxılanda kara gəldi. Apelyasiya Məhkəməsinin son vaxtlar qanunsuz qətnamələr çıxarmağa görə sosial şəbəkələrdə məşhurlaşmış hakimi Vüqar Həsənov qanun pozuntularına yol verməkdə heç də Abdulla Abdullayevdən geri qalmadı. “Xudafərin” MMC-nin nümayəndəsi apelyasiya məhkəməsində işə baxılarkən Lyuba Həmidovanın adından mənzilin mənə satılmasından sonrakı tarix, yəni 2 avqust 2004-cü il tarixi qoyulmuş, MMC-də rəsmi qeydə alınmamış ərizə təqdim etdi. Guya həmin ərizə ilə Lyuba Həmidova mənzildən qızının xeyrinə imtina edib və mənzilin önun adına rəsmiləşdirilməsini xahiş edib. Maraqlıdır ki, saxta ərizəni çaşdıqlarından “Xudafərin” MMC-nin deyil, “Xırdalan” MMC-nin adına tərib ediblər. Ərizədə baş direktor kimi yazılmış “Əhmədov İ.Q.” həmin vaxt MMC-nin qanuni təmsilçisi olmayıb. Ərizəyə müqavilənin Lyuba Həmidovanın adından imzalı tərtib edilmiş və çarpaz xətlər çəkilərək “Ləğv edildi” sözləri yazılmış ərizəsinin surətini də əlavə ediblər. Abdulla Abdullayevlə hakim Vüqar Həsənovun bu əlbirliyi nəticəsində rayon məhkəməsinin qətnaməsi ləğv edildi. Mənim müqaviləmin etibarsız hesab edilməsi, mənzilin Leyla Həmidovaya məxsus olması barədə aşkar qanunsuz qətnamə çıxarıldı. Hakim Vüqar Həsənov işə baxarkən Abdulla Abdullayevin maraqlarını gözləyərək qətnamədə hətta mənzilə görə ödədiyim pulun MMC-dən alınaraq mənə qaytarılmasını da nəzrdə tutmayıb. Belə ağılasığmaz nəticəyə gəlib ki, guya mənzilə görə, ümumiyyətlə, pul ödəməmişəm. Mülki Məcəlləyə və Konstitusiya Məhkəməsi Plenumunun qərarına görə müqavilə etibarsız hesab edildikdə ödənilmiş pul tərəfə qaytarılmalıdır. Hakim Vüqar Həsənov Abdulla Abdullayevin sifarişini yerinə yetirib. Əlbir olub mənzilimi, mənzilə görə ödədiyim pulu əlimdən alıblar.

Ali Məhkəmənin Mülki Kollegiyasının sədrlik edən hakimi İlqar Xələfov da kasasiya şikayətimə baxarkən Abdulla Abdullayevin sifarişi ilə hərəkət elədi. Mülki Kollegiyanın 6 mart 2019-cu il tarixli qərarı ilə kasasiya şikayətim təmin olunmadı. Deyilənə görə, Ali Məhkəmənin hakimlərinə düzgün işləmək tapşırılıb. Ancaq görünür bu tapşırıq Abdullayev kimi şəxslərin marağında olan işlərə aid deyil. Abdulla Abdullayev məhkəmə hakimləri ilə əlbir olub beləcə mənzilimin birini əlimdən aldı, haqqımı yedi. O, təkcə mənim yox, 40 nəfərdən artıq mənzil sahibinin mülkiyyət hüquqlarını pozaraq, onlara satılmış mənzilləri sonradan qanunsuz olaraq təkrarən başqa şəxslərə satıb”.

Şikayətçinin sözlərinə görə, hazırda Binəqədi Rayon Məhkəməsində Qələmdar Abbasovun adına ikinci mənzili ilə bağlı müqavilənin qanunsuz olduğu tamamilə sübuta yetirilib və etibarsız hesab olunub. Amma hakim törədilmiş cinayət barədə qərarla prokurora məlumat verməyib: “Abdulla Abdullayev aldatdığı məhkəmə sədri Qələmdar Abbasov ilə əlbir olub indi də Binəqədi Rayon Məhkəməsinin ikinci mənzillə bağlı xeyrimə çıxardığı qətnaməni ləğv etdirmək istəyir. İşə Bakı Apelyasiya Məhkəməsində işə baxmalı olan hakim Şeyda Məhərrəmova belə güclü qüvvənin qarşısında yəqin ki, tab gətirə bilməyəcək. Apelyasiya Məhkəməsinin sədri də onlara kömək etsə, ikinci mənzilimi də əlimdən alacaqlar. Təəssüf ki, Abdulla Abdullayevin saxtakarlığının qurbanlarında biri olan hakim, məhkəmə sədri Qələmdar Abbasov da ona qoşulub. Pulunu ondan tələb etmək əvəzinə mənim zəhmətlə qazandığım pul hesabına aldığım halal mənzilimi saxta sənədlərlə əlimdən almaq istəyir. Onlar vəzifələrinə və şəxsi əlaqələrinə güvənirlər. İşi Apelyasiya məhkəməsində, Ali Məhkəmədə öz xeyirlərinə həll etmək istəyirlər”.

Məktub müəllifi ölkə rəhbərliyinə müraciət edərək mülkiyyət hüququnun tapdanmasına yol verilməməsini istəyir.

P.S Abdulla Abdullayevi və yazıda adı hallanan hər kəsi dinləməyə, mövqeyini dərc etməyə hazırıq.
Qənirə Paşayeva yayılan videodan danışdı: “Bu nə dəhşətdir, ilahi”















Qənirə Paşayeva “Kazbekə şey basım fırranım” mahnısı ilə bağlı öz fikrini bildirib.

Qənirə Paşayeva sosial mediada gənclər tərəfindən paylaşılan və trend olaraq adlandırılan “Kazbekə şey basım fırranım” mahnısı ilə bağlı fikirlərini facebook profilində paylaşaraq bunu dəhşət adlandırıb.

Xanım deputat həmkarı Fazil Mustafaya dəstək olduğunu və özünün də bu mahnı ilə bağlı aididyyatı orqanlara müraciət edəcəyini deyib: “Bu nə dəhşətdi İlahi? Bu adamlar gerçəkdən nə oxuduqlarının, nəyə oynadıqlarının, bu hərəkətləri ilə nəyi təbliğ etdiklərinin fərqində deyillərmi? Həmkarım Fazil Mustafanın Daxili İşlər Naziri və Baş Prokurora bu mahnı, bu videolarla bağlı müraciətini tamamilə dəstəkləyirəm və qoşuluram. Mən də bununla bağlı rəsmi qurumlara müraciət edəcəm.

Bu videoların uşaqlar və yeniyetmələr üçün nə qədər zərərli bir təbliğat olmasının görəsən bu videolara çəkilən, çəkən və yayan adamlar, onların ailəsi, yaxınları gerçəkdən fərqində deyillərmi? Çox düşündürücü və narahatverici bir məsələdir.

Çox üzüldüm, üzüntü və ciddi narahatlıqla izlədim. Təəssüf… Amma bu cür videolara, narkomaniyanı təbliğ edənlərə qarşı ciddi addımlar atılmalıdır. Tədbirlər görülmıldir. Bu videoları bəyənənlərə isə sadəcə deyilıəcək sözüm yoxdur. Çox təssüf… Böyüyən uşaqlarımızı düşünün bu addımı atmazdan əvvəl. Üzüntüvericidir. Tezliklə yığışdırılması lazımdır bu videoların”.

Qeyd edək ki, millət vəkili Fazil Mustafa “Kazbekə şey basım fırranım” mahnısı ilə bağlı Baş Prokuror Zakir Qaralova və Daxili İşlər Naziri Ramil Usubova müraciət edib.
İlham Əliyev Ərdoğanı qələbə münasibətilə təbrik edib















Martın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyədə keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
Azərtac xəbər verir ki, Azərbaycanın dövlət başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı qurucusu olduğu və başçılıq etdiyi Ədalət və İnkişaf Partiyasının Türkiyədə keçirilən bələdiyyə seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib.

Prezident İlham Əliyev bu qələbənin Prezident Rəcəb Tayyib Ərdoğana və onun yürütdüyü siyasətə Türkiyə xalqının dəstəyinin nümayişi olduğunu bildirib.
Prezident Rəcəb Tayyib Ərdoğan telefon zənginə və səmimi təbriklərə görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib.

Telefon danışığı zamanı xalqlarımızın iradəsinə uyğun olaraq Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin daim inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklik ifadə olunub.
Deputat “Kazbek” mahnısına görə nazir və baş prokurora müraciət etdi: “Nadan sürüsü…” – Video















Millət vəkili Fazil Mustafa “Kazbekə şey basım fırranım” mahnısı ilə bağlı Baş Prokuror Zakir Qaralova və Daxili İşlər Naziri Ramil Usubova müraciət edib.

Bu barədə millət vəkili facebook profilində məlumat verib.

Deputat mahnıya video çəkənlərin, narkomaniyanı təbliğ edən meyxananı səsləndirənlərin və mahnıya rəqs edənlərin məsuliyyətə cəlb edilməsi ilə bağlı çağırış edib:

“Bu adamların davranışı birbaşa cinayətə çağırışdır, narkomaniyanın açıq təbliğidir və buna gülən, bunu bəyənən nadan sürüsünə rəğmən cəmiyyətin az-çox düşünən insanları bu cür iyrənc təbliğatdan hansı fəsadların törənə biləcəyinin fərqindədirlər. Kim bu videonu bəyənmişsə, Allah mütləq onların ocağını nəşələndirəcək, Kazbek dolduranlarla fərəhləndirəcək. Narkomaniyanı təbliğ edən bu fahişələrin başını keçəl vurdurub küçə süpürtdürmək ən faydalı islah işi olardı. Burada uşaqları belə bir klipə cəlb edənləri də ifşa etmək unudulmamalıdır”.
İlham Əliyevdən Paşinyanla görüşdən sonra BƏYANAT















Azərbaycan prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla dünən Avstriyanın Vyana şəhərində görüş keçirib.
Prezident görüşdən sonra “TASS” agentliyinə müsahibə verib.

Prezident qeyd edib ki, bu günə qədər xarici işlər nazirləri bir neçə raund danışıqlar aparıblar:

“Görüş ona görə mühümdür ki, məsələnin mahiyyəti ilə bağlı danışıqlar prosesinə yeni start verilib. Biz etimadı, ola bilsin ki, insanlar arasında təmaslar çərçivəsində möhkəmləndirməklə bağlı məsələləri müzakirə etdik”. 

Azərbaycan lideri bildirib ki, bundan əvvəl ictimaiyyət nümayəndələri arasında təmaslar olub: 
“Yəni, hələ bu barədə danışmaq tezdir, lakin humanitar məsələlərə gəldikdə, bu, nəzərdə tutulur. Çünki danışıqlar prosesi təbii ki, həm də humanitar aksiyalarla dəstəklənməlidir. Lakin mən hesab edirəm, əsas odur ki, danışıqların formatı dəyişilməz qalıb. Danışıqlar uzun illər olduğu kimi, Ermənistan ilə Azərbaycan arasında aparılır”. 

İlham Əliyev qeyd edib ki,zrbaycan prezidentinin sözlərinə görə, danışıqlar prosesinə yeni təkan verilib:
“Bu da vacibdir. Biz Minsk qrupunun həmsədrlərinin 9 mart tarixli bəyanatını, - siz yəqin ki, onunla tanışsınız, - çox müsbət qiymətləndirdik. Orada deyilir ki, danışıqlar formatının dəyişdirilməsi yalnız iki tərəfin razılığı ilə ola bilər. Azərbaycan tərəfi təbii ki, buna razılıq vermədi. Ona görə də biz prinsipcə substantiv danışıqların davam etdirilməli olduğu vəziyyətə qayıtdıq. 

Xarici işlər nazirlərinə tapşırıqlar verilib. Onlar çox güman ki, nəticəyə yönələn danışıqlar prosesini davam etdirmək üçün yaxın vaxtlarda görüşəcəklər. Bizim üçün birinci yerdə beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərinin beynəlxalq hüquq, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsi çərçivəsində işğaldan azad edilməsi məsələsi durur”.