“Elşad Abdullayev görür ki, ölkədə bu gün ermənilərdə qohum olan, bir tərəfi ermənilərə söykənən insanlar irəli gedirlər, onları vəzifəyə çəkirlər, yaxşı yaşayırlar, ona görə də E.Abdullayev də qızını erməniyə verib”
Bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Elşad Abdullayevin erməniyə gedən qızı Aynur Abdullayevanın son paylaşımına münasibət bildirərkən deyib. H.Hacıyev bildirib ki, ermənilərlə qohum olanlar bir gün buna görə cavab verməli olacaqlar:
“Həmişə dediyim fikirləri əsaslandırmışam və müəyyən faktlara söykənmədən bunları demirəm. Dediyim fikirlərin hamısı da zamanla öz təsdiqini tapır. Elşad Abdullayev Azərbaycan Beynəlxalq Universitetində böyük oyunlardan çıxdı. Hətta bir deputata da şər atdı. Bu onların öz işləridir və biz deyə bilmərik kim haqlı idi, amma sonda deputat haqlı çıxdı. Elşad Abdullayev görür ki, ölkədə bu gün ermənilərdə qohum olan, bir tərəfi ermənilərə söykənən insanlar irəli gedirlər, onları vəzifəyə çəkirlər, yaxşı yaşayırlar, ona görə də E.Abdullayev də qızını erməniyə verib. Bu, isə Azərbaycan xalqını təhqir etmək deməkdir, bunların vicdanları yoxdur. Bunlar bir şeyi fikirləşmirlər ki, Azərbaycan torpaqlarının 20 faizini işğal edən ermənilərlə qohum olmaq olmaz. Xocalı soyqırımını da unudurlar. Görünür bunların qanı həmişə xarab olub və bu gün də həmin xarab qan öz sözünü deyir.
Bizim öz daxilimizdə hökumətdə işləyənlərin ailələrinin ermənilərlə qohum olanlarından da danışmaq lazımdır. Bu gün ölkəmizi artıq fəlakətə gətirib çıxarıblar. Bizim xalqımız da unutqan xalqdır. Xalq onlara daha çox ürək yandıranlara yox, onu talan edənlərə əl çalmağa öyrəşmiş bir xalqdır. Ermənilərlə bu gün sıx əlaqə quranlar bircə şeyi bilməlidirlər ki, Azərbaycanda nə vaxtsa bunlara son qoyulacaq. Amma E.Abdullayevin qızının bu cür paylaşım etməsi onun atasının şərəfsiz həyatından xəbər verir. Görünür o, da hansısa hakimiyyət daxilində ermənilərlə qohum olan şəxslərlə əlaqəyə girib və onlar da deyiblər ki, sən qızını erməniyə ver Azərbaycana qayıt, yenə dağıt, talan elə və s. E.Abdullayev də bundan nümaunə götürür. Biz bu gün Dağlıq Qarabağ məsələsində dirəniş göstəririk ki, Qarabağı ermənilərə vermək olmaz. Bu istiqamətdə çox ciddi danışıqlar aparırıq. Düşünürük ki, Dağlıq Qarabağı işğaldan azad etmək üçün ölkə başçısının yanında olmalıyıq. Hər halda ermənilərlə qohum olmağa pis baxıram. Ermənilərə himayədarlıq edənlər daşqalaq edilməli, ünvanları göstərilməlidir ki, Azərbaycan gəncliyi də bunu bilsin”.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin erməni ilə ailə quran qızı Aynur Abdullayeva sosial media hesabında qalmaqallı video paylaşıb. Videonun qeyd bölməsinə isə “Baxın, öyrənin, insanlar sülh və dostluq içində necə yaşayır. Bunu milliyətçilik edənlər üçün paylaşıram” sözlərini yazıb.
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyevi qəbul edib. Məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.
Prezident İlham Əliyev “Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 27 sentyabr tarixli 128 nömrəli Fərmanının ləğvi haqqında fərman imzalayıb. Fərmanda qeyd edilir ki, “Büdcə qaydasına uyğun icmal büdcə xərclərinin yuxarı həddinin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 411 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə “Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 27 sentyabr tarixli 128 nömrəli Fərmanı ləğv edilsin.
Bakı Şəhər İcra Hakmiyyətinin başçısı Eldar Əzizov daha bir kadrına meriyada vəzifə verib.
Unikal.org xəbər verir ki, Eldar Əzizovun müvafiq əmri ilə Səbail Rayon İcra Hakimiyyətinin keçmiş Sektor müdiri-baş mühasib Sadayeva Ülviyyə Əli qızı Bakı Şəhər İcra Hakimiyyətində mühasib vəzifəsinə təyinat alıb.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalovun əmri ilə Cəfərova Bəsirət Havadar qızı rayon icra hakimiyyətinin sektor müdiri-baş mühasib vəzifəsinə təyin olunub.
Xəbəri Bakı Şəhər İcra Hakimiyyətindən təsdiqləyiblər.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinə yeni rəis təyin olunub. Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən Kamil Həsən oğlu Məmmədəliyev Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin rəisi təyin edilib.
"Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Ölkəmiz beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevrilib". Bunu Baş nazir Novruz Məmmədov Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransda çıxışı zamanı deyib.
Baş nazir bildirib ki, narkomaniya və narkotiklərin qanunsuz dövriyyəsi dünyanı narahat edən ən ciddi problemlərdən biridir: "Azərbaycan bu bəlanın ölkəmizdə yayılmasına qarşı qətiyyətli mövqe nümayiş etdirir, narkotiklə mübarizəni prioritet istiqamət kimi müəyyən edib, bu sahədə müvafiq beynəlxalq konvensiyalara qoşulub. Bu istiqamətdə hüquq-mühafizə orqanları qarşısında ciddi vəzifələr qoyulub. Son 5 il ərzində Azərbaycanda 8 ton 354 kq narkotik vasitə dövriyyədən çıxarılıb".
N.Məmmədov qeyd edib ki, 25 ildən çoxdur Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonunun erməni işğalı altında olması bu ərazidə beynəlxalq terrorizm və narkotiklərin qanunsuz dövriyyəsi üçün səmərəli şərait yaradır.
Bu gün Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycan və Ermənistanın XİN rəhbərləri Elmar Məmmədyarov və Zöhrab Mnatskanyan arasında görüş keçiriləcək. Görüş zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivlərini müzakirə edəcəklər.
Qapalı müzakirələr 29 Mart tarixində Vyanada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında aparılmış danışıqların yekunu fonunda keçiriləcək. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edəcəklər.
Rəsmi Moskva 2019-cu ilin sonunda keçirilməsi nəzərdə tutulan Rusiya-Çin genişmiqyaslı hərbi təlimlərinə Azərbaycanı da dəvət etmək niyyətindədir.
Cahan.info xəbər verir ki, bu barədə Rusiya Milli Qvardiya Qoşunlarının baş komandanı, general Viktor Zolotov deyib.
Onun sözlərinə görə, bu təlimlər Rusiya Qvardiya Qoşunlarının beynəlxalq fəaliyyətində ən böyük hadisələrdən biri olacaq.
“Təlimlərə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan və Özbəkistan müşahidəçi qismində dəvət olunacaqlar. Bu cür əməkdaşlıq son dərəcədə aktualdır”, - deyə rusiyalı general vurğulayıb.
Azərbaycanın belə böyük bir təlimə dəvət olunacağı Ermənistanda ciddi narahatlığa səbəb olub.
Erməni şərhçi Karen Ambartsum yazır ki, “bizim strateji müttəfiqlərimiz” Ermənistana xəyanət edir.
“Azərbaycan bu təlimlərə tək ölkə kimi dəvət olunmur, lakin dəvət olunacaq ölkələr arasında Özbəkistan və Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olmaması bizi narahat etməyə bilməz. Rusiya-Çin təlimlərinə Azərbaycanın dəvəti KTMT çərçivəsində əməkdaşlığın məntiqinə sığımır. Lakin Azərbaycanın dəvət olunması təbii ki, Zolotovun şəxsi seçimi deyil. Bu prosesin arxasında Rusiya prezidenti Vladimir Putin dayanır və Putin Bakının könlünü almaq üçün əlindən gələn hər şeyi edir. Rusiya Federasiyası Şurasının spikeri Valentina Matviyenko Bakıdadır və məlumdur ki, bu xanım Putindən İlham Əliyevə yüksək səviyyəli təkliflər gətirib. Bu təkliflər açıqlanmır, lakin bunun Dağlıq Qarabağ məsələsində Ermənistana qarşı olması sirr deyil. Kremldə artıq Ermənistanın yeni rəhbərliyindən narazı olduqlarını gizlətmirlər”, - deyə erməni şərhçi iddia edir.
Qətərin paytaxtı Dohada keçirilən Beynəlxalq Parlamentlərarası İttifaqın 140-cı iclasında iştirak edən İran İslam Şurası Məclisinin (parlamentin) sədri Əli Laricani Ermənistan parlamentinin sədri Ararat Mirzoyan ilə görüşüb.
Cahan.info Azərtac-a istinadən xəbər verir ki, görüşdə İran parlamentinin sədri Araz çayını çirkləndirdiyinə görə Ermənistana ciddi iradını bildirib. Əli Laricani diqqətə çatdırıb ki, Ermənistan hökuməti ekoloji problemləri diqqətdə saxlamalı və Araz çayına çirkab suların axıdılmasına son qoymalıdır. İran parlamentinin sədri bildirib ki, çayın çirkləndirilməsi ekoloji problem yaratmaqla yanaşı, İranın kənd təsərrüfatına da ziyan vurur.
Ermənistan parlamenti sədrinin diqqətinə çatdırılıb ki, ümumi istifadədə olan Araz çayının çirkləndirilməsi beynəlxalq qanuna və normalara ziddir. Rəsmi Yerevandan qəti şəkildə tələb olunub ki, Araz çayının çirkləndirilməsi məsələsi aradan qaldırılsın.