Son xəbərlər

Mehriban Əliyevadan İçərişəhərlə bağlı vacib — GÖSTƏRİŞ















“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın İçərişəhəri ziyarət etməsi ilə bağlı məlumat yayıb.
İdarədən bildirilib ki, Birinci vitse-prezident ərazidə aparılan konstruksiyaların 2009-cu ildə qəbul edilmiş layihəyə əsasən icra olunmasını tapşırıb. 
“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva İçərişəhəri ziyarət edərək Kiçik Qala küçəsində yerləşən ictimai iaşə obyektlərində aparılan konstruksiya işləri ilə yerində tanış olaraq həmin obyektlərdə uzun illər çalışan bir qrup sahibkar, həmçinin İçərişəhər sakinləri ilə görüşüb. Baxış zamanı təqdim edilmiş məlumatları diqqətlə dinləyən Mehriban Əliyeva ərazidəki konstruksiyaların 2009-cu ildə qəbul edilmiş İçərişəhərin “Master Planına” və təsdiq edilmiş layihəyə uyğun olaraq birmərtəbəli olması şərti ilə quraşdırılmasına ciddi nəzarət edilməsini tapşırıb. İdarə layihənin verilən tapşırıqlar əsasında birmərtəbəlilik şərti gözlənilməklə aparılacağını təmin edəcək”, - açıqlamada qeyd olunub.
İdarə rəisi vəzifəsindən kənarlaşdırılıb















Mingəçevir Sukanal İdarəsinin rəisi vəzifəsindən kənarlaşdırılıb.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, “Azərsu” ASC rəhbərliyinin əmri ilə Mingəçevir Sukanal İdarəsinin rəisi Mustafa Yəhya oğlu Kərimov vəzifəsindən kənarlaşdırılıb. Onun yerinə hələ ki, hər hansı yeni təyinat olmayıb.

Boş qalmış İdarə rəisi vəzifəsinin icrası müvəqqəti olaraq rəis müavini Ələkbər Vəliyevə həvalə edilib.
"Bu, təkcə bizim ölkə üçün yox, regional sabitlik və sülh üçün ciddi bir problemdir" - Prezident İlham Əliyev














"Sülh və təhlükəsizlik haqqında danışarkən, Ermənistan və Azərbaycan arasında olan münaqişəni qeyd etmək istəyirəm. Təəssüflər olsun ki, uzun illər, 25 ildən çox müddət ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınan əraziləri Ermənistanın işğalı altındadır". 

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Pekində 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda çıxışı zamanı deyib. 

Dövlət başçısı vurğulayıb ki, işğal nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib: "İnsanlarımız etnik təmizləməyə məruz qalmışdır və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası erməni qoşunlarının ərazimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir. Əfsuslar olsun ki, bu qətnamələr yerinə yetirilmir. Bu, təkcə bizim ölkə üçün yox, regional sabitlik və sülh üçün ciddi bir problemdir. Ermənistan və Azərbaycan arasında olan münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir".
Ramil Usubov polkovniki işdən çıxardı














Daxili İşlər naziri Ramil Usubov rəis müavinini işdən çıxarıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, general-polkovnik Ramil Usubovun əmri ilə, Gədəbəy Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini polis polkovnik-leytenantı Fəzail Məmmədov vəzifəsindən azad olunaraq sərəncama götürülüb. Onun yerinə isə hələlik təıyinat yoxdur.

Xəbəri Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov təsdiqləyib.
Müdafiə naziri yenidən cəbhə bölgəsində — FOTO















Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən şəxsi heyətin xidmət, eləcə də sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hərbi hissələrdə inşaat və təmir-bərpa işləri intensiv şəkildə davam etdirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Ölkə.Az"a verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada tikilməkdə olan bir neçə hərbi hissədə olublar. 

Müdafiə nazirinə məruzə edilib ki, ilin sonunadək istifadəyə veriləcək 10-a yaxın hərbi şəhərcikdə su, qaz, istilik və digər kommunikasiya sistemləri ilə təmin olunan qərargahlar, əsgər yataqxanaları, yeməkxanalar, döyüş texnikası üçün saxlanclar, digər inzibati bina və qurğularla yanaşı, hərbi qulluqçuların yüksək səviyyədə xidməti-döyüş fəaliyyəti göstərmələri üçün müvafiq məişət və ictimai iaşə obyektləri, o cümlədən qazanxana, camaşırxana və hamamxana kompleksləri, tibb məntəqələri və digər infrastruktur obyektləri də nəzərdə tutulub. 
General-polkovnik Z.Həsənov yeni inşa edilən artilleriya hərbi hissəsi, hərbi hospitalda və digər obyektlərdə aparılan tikinti işlərinin gedişatını yoxladıqdan sonra, inşaat işlərinin keyfiyyətli aparılması ilə əlaqədar müvafiq tapşırıq və tövsiyələrini verib.Müdafiə naziri yenidən cəbhə bölgəsində — FOTOMüdafiə naziri yenidən cəbhə bölgəsində — FOTO
İlham Əliyevlə Putin Pekində görüşəcək















Bu gün Pekində 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu işə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Forumda iştirak edir. Forum çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında görüşün keçiriləcəyi gözlənilir.

Bu barədə jurnalistlərə açıqlamasında Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov məlumat verib. 
Uşakovun sözlərinə görə, görüşdə ikitərəfli əlaqələr və beynəlxalq məsələlərlə bağlı dialoqun aparılması nəzərdə tutulub.
Prezident “Bir kəmər, bir yol” forumunda iştirak edir














Aprelin 26-da Pekində 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu işə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Forumda iştirak edir.

Forumda 37 dövlət və hökumət başçısı, beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər. Builki Foruma Azərbaycan, Rusiya, Pakistan, Qazaxıstan, Avstriya, Belarus, Çexiya, Yunanıstan, Macarıstan, İtaliya, Serbiya, Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrin liderləri qatılıblar. “Bir kəmər, bir yol əməkdaşlığı, ümumi parlaq gələcəyin qurulması” mövzusunda keçirilən Forum çərçivəsində 12 panel iclası və digər tədbirlər təşkil olunacaq.
İkinci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunun açılış mərasimində çıxış edən Çin Xalq Respublikasının Sədri Si Cinpin bütün qonaqlara təşəkkürünü bildirib. İlk forumdan sonra təşəbbüsü dəstəkləyən ölkələr arasında səmərəli əməkdaşlığın qurulduğunu deyən Çinin dövlət başçısı hazırda “Bir kəmər, bir yol” təşəbbüsünün 150 ölkə tərəfindən dəstəkləndiyini, bu sıraya bir sıra nüfuzlu beynəlxalq təşkilatların da daxil olduğunu diqqətə çatdırıb. “Bu da göstərir ki, bizim təşəbbüs bütün dünyanı əhatə edir”, - deyən Si Cinpin həmin təşəbbüsün dünyanın inkişafında yeni mərhələ olduğunu diqqətə çatdırıb. O, “Bir kəmər, bir yol” layihəsinin həm də ölkələr arasında ikitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlığı da əhatə etdiyini vurğulayıb. Çin lideri iqtisadi, ticari, maliyyə və digər sahələrdə xüsusi əhəmiyyəti ilə seçilən bu təşəbbüsün qədim İpək Yolu üzərində yeni dəyərlərin formalaşmasına da dəstək göstərdiyini, qloballaşmanın iqtisadiyyata mənfi təsirlərini azaltdığını, bu layihənin beynəlxalq səviyyədə yüklərin daşınmasına və beləliklə də milli gəlirlərin artmasına, regional inkişafa ciddi təkan verdiyini bildirib. Həmin layihənin həyatın bütün sahələrinə, xüsusilə də sosial məsələlərə inkişaf baxımından ciddi təsir göstərdiyini deyən Çinin dövlət başçısı mədəni-humanitar əlaqələrin genişlənməsində də yeni mərhələnin başlandığını vurğulayıb.

Sonra Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev, Misir Prezidenti Əbdülfəttah Sisi, Malayziyanın Baş naziri Mahathir Mohammad, Pakistanın Baş naziri İmran Xan, BMT-nin Baş katibi Antonio Quterreş “Bir kəmər, bir yol” təşəbbüsünün əhəmiyyətindən danışıblar. Onlar bəşəriyyəti narahat edən məsələlərə diqqət çəkiblər, mövcud problemlərin həllində və dünya iqtisadiyyatının dinamik inkişafında bu layihənin böyük rol oynadığını bildiriblər. Bununla da forumun birinci hissəsi başa çatıb.
Prezident bəzi məmurlardan narazıdır














Məmurlara ictimai nəzarətin gücləndirilməsi məsələsi aktullaşır; deputat Fəzail Ağamalı: “Nə qədər cənab prezident bunları xalqa xidmət üçün çağırmalıdır?!”

Prezident İlham Əliyev Bakının Xəzər rayonunda Mərdəkan-Qala avtomobil yolunun açılışında rayon sakinləri ilə görüşündə yerlərdə bəzi məmurların hələ də əhalinin problemlərinə laqeyd qaldıqlarını bildirib və ictimai nəzarətin gücləndirilməsinin vacibliyini yenidən gündəmə gətirib.

Prezident bildirib ki, əsas odur ki, vətəndaşları narahat edən məsələlər öz həllini tapsın. Hər yerdə, hər bir dövlət məmuru, icra başçısı, bələdiyyə sədri, hər bir dövlət təşkilatında çalışan məmur vətəndaşlara xidmət etməlidir: “Mən bunu dəfələrlə demişəm. Əfsuslar olsun ki, hər yerdə belə deyil, elə hallar var ki, vətəndaşları incidirlər, onların haqları tapdalanır, onların problemlərinə biganə yanaşılır. Bilirsiniz ki, mən vətəndaşlarla müntəzəm təmasda oluram. Mən vətəndaşlardan həm problemləri, həm də müsbət tərəfləri eşidirəm. Ona görə hər bir dövlət məmuru bilməlidir ki, onun başlıca vəzifəsi vətəndaşlara xidmət etməkdir və mənim də tələbim bundan ibarətdir. Ancaq buna nail olmaq üçün çox ciddi ictimai nəzarət olmalıdır. Ona görə insanları narahat edən məsələlər, harada ki, nöqsanlar, çatışmazlıqlar var, onlar deyilməlidir. Onlar müraciətdə öz əksini tapmalıdır ki, biz bunları həll edək. Əminəm ki, belə də olacaq. Bütün dövlət məmurları bilməlidirlər ki, onlar vətəndaşlara vicdanla xidmət etməlidirlər. Təyin edilmiş hər bir icra başçısının qarşısına qoyduğum birinci vəzifə bundan ibarətdir”.

Qeyd edək ki, prezident İlham Əliyev ictimai nəzarət institutunun gücləndirilməsinin vacibliyini tez-tez gündəmə gətirir. Ekspertlər bildirir ki, bu təsadüfi deyil, çünki ictimai nəzarətin güclü olduğu dövlətlər inkişaf edir. Dünya təcrübəsi də göstərir ki, vətəndaş cəmiyyəti strukturlarının dövlət orqanlarının işində yaxından iştirak etməsi, verilən qərarlarda təsiretmə gücünə sahib olması effektiv üsuldur və adətən uğurlu alınır. Belə olan halda vətəndaş-dövlət münasibətlərinin tənzimlənməsində şəffaflıq prinsipi təmin olunur. Hazırda Azərbaycanda mərkəzi və yerli icra hakimiyyəti, eləcə də yerli özünüidarəetmə orqanlarına ictimai nəzarətin olması dövlətin və şəxsən prezidentin diqqətdə saxladığı əsas məsələlərdən biridir.

2014-cü ildə “İctimai iştirakçılıq haqqında” Qanunun qüvvəyə minməsi məhz ictimai nəzarət institutunun formalaşması üçün idi. Bu qanunun qəbulu ilə dövlət və hökumət strukturlarının əksəriyyətinin yanında ictimai şuralar yaradılıb.

İctimai nəzarətin əsas məqsədi qəbul edilən qərarların və onun icrasının qanunvericiliyə uyğun olmasını diqqətdə saxlamaq, vətəndaşların mənafe və hüquqlarının qorunmasına yardımçı olmaqdır. Lakin belə görünür ki, ictimai şuralar ictimai nəzarət funksiyasını heç də arzu olunan səviyyədə yerinə yetirmirlər.

Ekspertlər bildirir ki, ictimai nəzarəti həyata keçirmək üçün vətəndaş cəmiyyətinin müxtəlif strukturları QHT-lər, KİV-lər, həmkarlar ittifaqları, vətəndaşların təşəbbüs qrupları yaxından əməkdaşlıq edirlər.

İctimai nəzarətin güclənməsinin vacibliyi və bu mexanizmin necə qurulması ilə bağlı “Yeni Müsavat”a danışan deputat Fəzail Ağamalı bildirdi ki, bəzi məmurların vətəndaşlara laqeydliyi, işinin öhdəsindən layiqincə gələ bilməməsi problemi həqiqətən də var: “Təəssüf doğuran odur ki, dəfələrlə ölkə prezidentinin önə çəkdiyi, xüsusi diqqət verdiyi və özünü nümunə göstərdiyi bir davranış-xalqa xidmət məsələsi yenə də ayrı-ayrı məmurlar tərəfindən diqqətə alınmamaqdadır. Bəzi məmurların vətəndaşlara normal münasibət göstərməməsi problem olaraq hələ də qalır. Bu çox böyük təəssüf doğurur. Nə qədər cənab prezident bunları xalqa xidmət üçün bütün imkanlarını səfərbər etməyə çağırmalıdır?! Bu insanlar, nəhayət, nəticə çıxarmalıdırlar. Onlar həmin vəzifəyə ona görə təyin olunublar ki, o vəzifənin səlahiyyətləri çərçivəsində ölkə prezidentinin, Azərbaycan qanunlarının onların qarşısına qoyduğu vəzifələri yerinə yetirsinlər, xalqa yüksək səviyyədə xidmət göstərsinlər, onların problemlərini həll etsinlər və həmin problemlərin həlli məsələsi prezidentə qədər gedib çıxmasın. Axı prezidentin çiynində kifayət qədər yük var, dövlətin yetərincə həll olunası işləri var. Bu baxımdan mən düşünürəm ki, yerlərdə əhalinin problemlərinə biganə olan məmurlar nəticə çıxarmalıdırlar. Mən o fikirdə deyiləm ki, ölkədə bütün məmurlar işlərinin öhdəsindən gələ bilmirlər. Mənim sözlərim də bəzi məmurlara aiddir. Ölkəmizin prezidentinin iradlarından nəticə çıxarmaq lazımdır”.

F.Ağamalı qeyd etdi ki, prezidentin ictimai nəzarətin güclənməsi ilə bağlı dəfələrlə çağırışlarının şahidi olmuşuq və bu bir daha göstərir ki, ictimai nəzarət institutunun güclənməsi zəruridir: “İctimai nəzarətin güclənməsi məsələsində kütləvi informasiya vasitələrinin də üzərinə böyük yük düşür. Onlar ayrı-ayrı məmurların fəaliyyətindəki nöqsanları çəkinmədən gündəliyə gətirməli, ictimiləşdirməlidirlər. Vətəndaşlarımız isə fəal olmalı, qanunları bilməlidir. O zaman ictimai nəzarət güclənəcək və effektli olacaq. Ölkə prezidentinin çağırışı tamamilə demokratik cəmiyyətlərin ruhuna uyğun olan çağırışdır. Çünki ictimai nəzarət institutu güclü olan cəmiyyətlər daha inkişaf edir. Eyni zamanda QHT-lər də ictimai nəzarətin güclənməsində rol oynamalıdırlar. Həmçinin Milli Məclisin deputatları bu mexanizmin effektli olmasında rol oynaya bilərlər. Milli Məclisin deputatları ilə seçiciləri arasında hər zaman təmaslar, görüşlər olur. Seçicilər məruz qaldıqları problemlərlə bağlı deputatlarına müraciətlər edirlər və deputatlar ciddi xarakter daşıyan problemləri Milli Məclisin iclasında qaldırırlar. Bu da ictimai nəzarətin bir formasıdır. İctimai nəzarət institutunun güclü olması üçün ictimai şuralar yaradılması haqqında qanun qəbul etmişik. Bu qanun ciddi şəkildə işləməlidir. İctimai nəzarəti həyata keçirən ictimai şuralar icra strukturlarından asılı olmayan tamamilə müstəqil insanlardan təşkil olunmalıdır. Belə olmalıdır ki, ictimai şuralardakı insanlar nöqsanları üzə çıxarsınlar və onu müxtəlif instansiyalara çatdırsınlar, ictimailəşdirsinlər. Baxmayaraq ki, bir çox dövlət və qurumlarda ictimai şuralar yaradılıb, lakin bu sistem bütövlükdə ölkə miqyasında ciddi işlək vəziyyətə gətirilməlidir”.
Eldar Mahmudovun “qara kassası” milyon dolları ölkədən belə çıxarıb – Təfərrüat















Şübhə yoxdur ki, Vüqar Mahmudov bütün bunları sabiq nazirin göstərişi və razılığı əsasında gerçəkləşdirib
Xəbər verildiyi kimi, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası mayın 1-nə təyin olunub. Cinayət işinin materialları artıq Bakı Hərbi Məhkəməsinə daxil olub və hakim Elbəy Allahverdiyevin icraatına verilib. Cinayət işi üzrə zərərçəkənlərin sayı da bəllidir. V.Mahmudov 2017-ci il noyabr ayının əvvəlində həbs edilib.

Ona Cinayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə), 182.3.1-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.1-ci (əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən belə tədbirlərin keçirilməsi, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxslər tərəfindən həmin tədbirlərin qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan keçirilməsi şəxsin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda), 302.2-ci (eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə) və 341.2.1-ci (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

2004-cü ildə işə qəbul olunan Vüqar Mahmudov NTN-in Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləsə də, faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata keçirib. Onun adı “MTN işi”nin istintaqı başlayandan dərhal sonra gündəmə gəlib. Vəzifədə olduğu dövrdə V.Mahmudovun MTN-də hətta nazir müavinlərindən də səlahiyyətli şəxs olduğu heç kimə sirr deyildi. Belə iddialar da vardı ki, MTN-çilərin qeyri-qanuni yığdıqları pullar V.Mahmudova verilib ki, bu səbəbdən də onu “qara kassa” adlandırırdılar. V.Mahmudovun nazirin adından danışmaq, əmr vermək və cəzalanacaq iş adamlarının siyahısını hazırlamaq kimi səlahiyyətlərinin olması xəbərləri də təkzib olunmur.

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun ölkədən çıxardığı pulun miqdarı açıqlanıb.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, 2004-cü ildən Eldar Mahmudovun köməkçisi olmuş Vüqar Mahmudov 2012-ci ilin iyununda 17944 və 50139, 2013-cü ilin yanvarında 50.418 və 129.646, 2013-cü ilin fevralında 18.440, 2013-cü ilin martında 20,385, 2013-cü ilin mayında 17.718, 2013-cü ilin oktyabrında 113.969 manat və 50.085 ABŞ dollarından ibarət cəmi 423.744 ABŞ dollarını sürücüsü Nail İbrahimovun, 2012-2014-cü illər ərzində 794.316 ABŞ dolları məbləğində isə “Kaspian Kristal” MMC-in rəhbəri olan qohumu Fuad Hacıyevin vasitəsilə “AGBank” ASC-dən Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən ayrı-ayrı hüquqi şəxslərin xarici ölkə banklarındakı hesablarına köçürülməsini təmin edib.

Vüqar Mahmudov ümumilikdə qeyri-qanuni yollarla 1.218.060 ABŞ dollarını ölkədən çıxarıb. Şübhə yoxdur ki, bütün bunlar sabiq nazirin göstərişi və razılığı əsasında baş tutub.(musavat.com)

Ukrayna parlamenti aprelin 25-də “Ukrayna dilinin dövlət səviyyəsində tətbiqinin təmin edilməsi haqqında” qanun qəbul edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu qanun onun ölkə ərazisində başqa dillərlə müqayisədə üstünlüyünü təsbit edir.

Bildirilib ki, qanun layihəsinin lehinə 278 deputat, əleyhinə isə 226 deputat səs verib. Qanuna əsasən, vətəndaşlar bundan sonra Ukrayna ərazisində bütün sahələrdə dövlət dilindən məcburi olaraq istifadə etməlidirlər.

Ukrayna dilindən istifadəyə dil müfəttişi nəzarət edəcək. Onlar bütün dövlət orqanlarının, ictimai və siyasi təşkilatların iclaslarına qatıla, dil haqqında qanuna riayət olunmasını tələb edə bilərlər. Dil müfəttişi qanunu pozanları cərimələyəcək.