Milli Məclisin deputatı: “Orqanlarımı bağışlamışam” — MÜSAHİBƏ














"Ölkə.Az" Azərbaycan Milli Məclisinin Səhiyyə, Gənclər və idman komitələrinin üzvü, tibb üzrə elmlər doktoru, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudovun report-a müsahibəsini təqdim edir:
- “İnsan orqanlarının donorluğu və transplantasiya haqqında” qanunun hazırlanmasını zəruri edən nə idi? 1999-cu ildən tətbiq edilən “İnsan orqan və (və ya) toxumalarının transplantasiya haqqında” qanun mövcuddur. O qanuna dəyişiklik etmək olmazdımı?

- “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi ilə bağlı dinləmələr keçirilib. Bu qanunun hazırlanmasında Milli Məclisin Səhiyyə komitəsinin üzvləri, ölkədə transplantasiya işini bilən mütəxəssislər iştirak ediblər. Hesab edirəm ki, bu qanun layihəsi mükəmməldir. Layihədə bu işin həyata keçməsindən sonra qarşımıza çıxa biləcək məsələlər əksini tapıb. Bəzi ölkələrdə belə qanunlar qəbul edilib, sonrakı zamanlarda dövlət ehtiyacı olan insanları orqanla təmin edə bilmək üçün müəyyən dəyişikliklər edir. Düşünürəm ki, “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsində həm Avropanın, həm də regionun xarakteri nəzərə alınıb. Həm həkim, həm də deputat kimi deyə bilərəm ki, bu qanun layihəsi ideala yaxındır. Soruşa bilərsiniz ki, qanunun tətbiqindən sonra insan orqanlarının donorluğu və transplantasiyası məsələsi həll ediləcəkmi? Hazırda tətbiq edilən "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanun 1999-cu ildə qəbul olunub. Bu qanun o zaman üçün çox mükəmməl qanun idi. Amma, əfsuslar olsun ki, orada beyin ölümü və həyatını itirən insanlardan orqan alınması ilə bağlı məqamlar yoxdur. Əslində bunun səbəbləri qanunla əlaqədar məsələlər deyil. Biz ölkədə reanimasiya sahəsində fəaliyyət göstərən həkimlərin, tibb personalının, eləcə də reanimasiyanın hər yataqbaşına düşən illik beyin ölümü sayının dünya statistikasına uyğun olub-olmadığını araşdırmalıyıq. Əgər uyğunsuzluq varsa, bunun səbəbləri araşdırılmalıdır. Doğrudanmı, ölkədə beyin ölümü olmur, yoxsa bunun diaqnostikasında gözdən qaçan nəsə var? Milli Məclisdə hökumətin hesabatının müzakirəsi zamanı çıxışımda icbari tibbi sığortanın fəaliyyəti üçün xəstəxanaların, tibb mütəxəssislərinin akkreditasiyadan keçməsini təklif etdim. Məncə, bu sahədə görüləcək işlər qarşıdadır. Düşünürəm ki, Səhiyyə Nazirliyi bununla əlaqədar aidiyyatı qurumlarla birlikdə bu işin təkmilləşməsi üçün addımlar atacaq. Xüsusi vurğulayıram, əvvəlcə biz beyin ölümü diaqnozunu qoya bilməliyik. Bundan sonra beyin ölümü diaqnozu qoyulan şəxsin orqanlarının istifadəsi ilə bağlı müzakirələr aparıla bilər. Bunun da müyyən hüquqi proseduru var. Hazırki qanunda da, yeni hazırlanan qanunda da belə orqanların istifadəsi ilə bağlı hər hansı əngəl yoxdur. Beyin ölümü olan insana xəstə deyilə bilməz, beyin ölümü insanın həyatının bitdiyi dəqiqədir. Komatoz vəziyyətlə beyin ölümü fərqli şeylərdir. Bunları qarışdırmaq olmaz. Azərbaycanda orqan transplantasiyası 10 ildir ki, həyata keçirilir. İlk dəfə qaraciyər transplantasiyası edilən insanı yaxşı tanıyıram, sosial-siyasi fəaliyyətlə məşğuldur. Transplantasiya ona görə edilir ki, xəstə olan şəxsin müalicəsi mümkün deyil. Tranplantasiya ilə qaraciyər xəstələrinin 85, ürək, böyrək xəstələrinin isə 90 faizi normal həyata dönür. Hazırda müxtəlif toxumaların, göz, oynaq orqanlarının transplantasiyası da edilir.



- Azərbaycanda bu sahə ilə məşğul olacaq kifayət qədər mütəxəssis varmı?

- Məncə, orqan transplantasiyası ilə əlaqədar mütəxəssis kifayət qədərdir. Çünki hazırda o mütəxəssislərin potensialının 20 faizindən istifadə olunur. Reallıq odur ki, hazırda canlıdan canlıya orqan köçürülür. Məsələn, qaraciyər transplantasiya edən qrup hər gün bir əməliyyat edə bilər. Bu aylıq 20 transplantasiya deməkdir. Amma hazırda ölkədə ildə 20 qaraciyər transplantasiyası edilir. Buna səbəb bəzi orqanların tapılmaması, əməliyyatın bahalı olmasıdır. Bu əməliyyatlar icbari tibbi sığorta paketinə əlavə edildikdən sonra kütləvilik artacaq. Bununla da qaraciyər sirrozundan və digər xəstəliklərdən əziyyət çəkən insaların problemləri həll ediləcək. Ölkədə böyrək, ürək transplantasiya ilə əlaqədar xeyli mütəxəssis var. Ürək yeganə orqandır ki, onun transplantasiyası üçün beyin ölümü diaqnozunun qoyulması mütləqdir, çünki bunu canlıdan almaq olmur. Bu işə cəmiyyətin də töhfə verməsinə ehtiyac var. Beyin ölümü olan insanla bağlı aylar sonra deyil, dəqiqələr içində qərar verilməlidir. Hər birimiz həyatımızı itirəcəyik, dünyada sonsuz ömür yoxdur, buna hazır olmalıyıq. Düşünməliyik ki, biz həyatda olmayanda kimsə orqanımızdan istifadə edərək həyatda qala bilər. Qurani-Kərimdə də yazılır ki, bir insanı həyata qaytarmaq bütün kainatı qurtarmağa bərabərdir. Bunu insanlara xoş bir şəkildə çatdırmaq lazımdır. Səhiyyə işçilərinin də üzərinə məsuliyyət düşür. Güvənsizlik olarsa, qanunların işləməsi faydasız ola bilər. Məsələn, qan verərkən soruşmuruq ki, bu qan kimə gedəcək...

- Bəs orqan alqı-satqısının qarşısını almaq mümkün olacaqmı? Çünki yeni qanun layihəsi qohum olmayan şəxsin də donor olmasına icazə verir...

- Orqan alqı-satqısı müzakirə mövzusu ola bilməz. Beyin ölümü diaqnozu qoyulan insanların orqanlarının satılması da mümkün deyil. İnsan orqanlarını satış məqsədi ilə başqasına verirsə, o, ülvi dəyərlərini itirir. Və yaxud da yaxın qohumun orqanını necə satmaq olar? Qanunlar boşluqlar olduğu zaman çeynənə bilir, mükəmməl olarsa, satış həyata keçə bilməz. Burada əsasən vicdanlılıq məsələsi qabardılır. Bəzi ölkələrdə bunun illeqal yollarının olmaması üçün könüllük əsasında satışa da imkan verilir. Mən buna qətiyyətlə qarşıyam. Yeni qanun layihəsinə əsasən, qohum olmayan canlı donorlardan orqanın alına bilməsi ilə əlaqədar etik və hüquqi məsələlərin araşdırılması və müvafiq qərar verilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanı nəzdində ictimai əsaslarla Etika Komissiyası yaradılır. Komissiya tərkibi psixoloq və hüquqşünas da daxil olmaqla 5 nəfərdən təşkil edilir. Etika Komissiyası donorun şəxsiyyətini, könüllüyünü araşdıraraq qərar qəbul edir. Komissiyanın tərkibində və işində transplantoloqun və ya transplantologiya işinin təşkilində bu və ya digər formada fəaliyyət göstərən hər hansı bir şəxsin iştirakına yol verilmir. Etika Komissiyasına xəstələrin müraciəti koordinasiya mərkəzi tərəfindən, eyni mərkəzin konsilium qərarı əsasında olmalıdır.

Həkim buna da şübhə ilə yanaşarsa, gərək əməliyyata girməsin. Xəstəxana notariusun sənədi əsasında iş görəcək. Amma arxada hansı plan var, onu Allahdan başqa kimsə bilə bilməz. Cəmiyyət buna həssas olmalıdır, alqı-satqıya yol verilməməlidir. İnsanların çətinliyindən istifadə edərək oyunlar quranlar qanun qarşısında cavab verəcək. Orqan alqı-satqısı cinayətdir. Məsələnin digər tərəfi də odur ki, bu cür hallara görə orqan bağışlanılmasına inamsızılıq olacaqsa, transplantasiya inkişaf edə bilməz.



- Rəşad müəllim, siz necə, orqanlarınızı bağışlamısınız?

- Bu, sosial məsələdir. 2012-ci ildə Neftçilər Xəstəxanasında Qaraciyər transplantasiyası şöbəsinin açılışı ilə əlaqədar keçirilən tədbirdə rəsmi şəkildə elan etdim ki, orqanlarımı bağışlamışam. Ola bilər ki, o zaman deputat olmadığıma görə bu məsələ diqqət çəkməyib. Bunu hansısa mediatik görüntü üçün deməmişdim, inanaraq demişdim. Özümüzə nə arzu edirik? Sağlam və uzun ömür... “Uzun ömür”deyirik, “ömürlük”, “sonsuz” demirik... Kaş orqanlarımız o qədər sağlam olsun ki, uzun müddət yaşa bilək, ömrü başa vurduqdan sonra isə orqanlarımızı verdiklərimiz fayda görsünlər. Ailəm, övladlarım, qohumlarım, dostlarım bilsinlər ki, insanlara fayda verə biləcək bütün orqanlarımı bağışlamışam.

- Bu ənənə Azərbaycanda geniş yayılmayıb...

- Bütün məsələlər reanimasiyalardan başlayır. Avropa ölkələrində transplantasiya başlayanda qanun yox idi, qanun 5-10 il sonra hazırlandı. Yetər ki, razılıq, bununla yanaşı, həkim qoyduğu diaqnozdan əmin olsun. Həkim birinə zərər vermədən, digərinə həyat verməyi bacarmalıdır. Belə olan halda ənənə formalaşacaq. Orqanların bağışlanması ilə bağlı gərək ilk növbədə özün buna inanasan.



- Ölkədə həkimlərin savadlılıq səviyyəsi hansı dərəcədədir?

- Həkiməm, siyasətçiyəm, həm də şikayət edən vətəndaşın qardaşıyam – ailə üzvüyəm. Ona görə cavab vermək çətin olur. Həkim də, başqa ixtisas sahibi də bu ölkənin vətəndaşıdır. Yəni cəmiyyət savadlıdırsa, bütün sahələrdə özünü göstərəcək. Burada “Həkimlik zəifdir, mühəndislik güclüdür” demək doğru olmaz. Məsələyə kənardan baxıb dəyərdirmə aparmaq çox asandır. Şikayət edən də, şikayət edilən də, onu qiymətləndirən də bir ananın övladıdır. Yəni haqsız yerə şikayət edirsə, deməli, haqsızlıq etmək ona doğuşdan öyrədilib. Haqsız yerə zülm edən də o cürdür... Ümumiyyətlə, qız övladlarımızı savadlı, sevgi içində böyütməliyik. Ona görə ki, gələcəyimiz onların böyüdəcəyi övladlardan asılıdır. Həkimlərin savadlılıq məsələsinə gəldikdə isə deyə bilərəm ki, bəzi hallarda həkimlər haqsız yerə günahlandırılır. Həkimlik riyazi hesablama ilə həll edilən sənət deyil. Həkimlik məktəb təhsilindən başlayır - məktəbdə riyazi, məntiqi biliklər əldə edirik. Bu biliklərə sahib insan Tibb Universitetinə qəbul olur, digərlərindən fərqli olaraq 6 il təhsil alır, ixtisas üçün də 5-6 il əlavə oxuyur. Təhsil normal verilirsə, müsbət nəticə əldə etmək mümkün olur. 2005-ci ildən indiyədək Azərbaycan səhiyyəsi çox irəli gedib. Bu sahə hələ inkişaf etdirilməlidir. Tibb personalının akkreditasiyadan keçirilməsi vacibdir. Sertifikasiya nəzəri bilgiləri dəyərləndirir, akkreditasiya isə praktik biliklərə əsaslanır. Bunu dəyərləndirənləri doğru seçmək lazımdır. Həkimi günahlandırarkən onun təhsilinə diqqət etmək lazımdır, bəlkə onun təhsilində çatışmazlıq olub? Verilməyən şeyi necə almaq olar? Hansısa problemlə qarşılaşmışıqsa, bunun səbəbi SSRİ dağıldıqdan sonra boşluq dönəminə görə olub. Həmin vaxt güclü ixtisasçılar xarici ölkələrə getdilər. Təhsil sistemində hansısa boşluğun olduğunu kimsə dana bilməzdi, bu, mümkün də deyildi. Bunu tənzimləmək istiqamətində xeyli çətinliklər oldu. Bu gün tibb təhsili sahəsində dəyişikliklər davam edir. Həkim olmaq, həkim olmaqla bərabər müəllim olmaq şərəfli bir işdir.



- Bəs niyə özünüz pedoqoji fəaliyyətlə məşğul olmursunuz?
- Tibb Universitetində dərs keçməsəm də, 2011-ci ildən indiyədək rezidentura proqramı çərçivəsində onlarla tələbə yanımıza gəlib, təcrübə keçiblər. Ölkədə 25-ə yaxın beynəlxalq konfransın təşkilatçılığı ilə məşğul olmuşam. Çünki tibb təhsili üçün təlimlər, master-klasslar vacibdir. Bayaqkı sualınıza cavab olaraq demək istəyirəm ki, 2011-ci ilə qədər 6 il tibb təhsili alan insana ixtisasçı kağızı verilirdi, hər hansı xəstəxanaya göndərilirdi. Bu, təkcə Azərbaycanın deyil, post-sovet məkanının problemi idi. Hazırki dəyişikliklərin nəticəsini indi görə bilmərik. İndi əvvəllər təhsil alan həkimlər üçün master-klasslar keçirilir. Uşaq ölümlərinin sayında artım olduğu reallıq idi. Mən yenidən seçim etsəydim, ginekoloq və neantoloq olmazdım. Bilirsiniz niyə? Bilirsiniz, həkim üçün xəstəsini itirmək nə deməkdir? Bunu dəyərləndirməyə çətinlik çəkirəm... Digər tərəfdən, fəaliyyətində neqativ hallar aşkarlanan həkimin fəaliyyəti dayandırılmalıdır, deyilməlidir ki, müəyyən treninqlərdən keçməklə işinə başlaya bilər. Həkim bu mərhələləri keçdikdən sonra neqativ hal baş verdiyində cavab verə bilər, prosesi dəqiq izah edə bilər. Məsələn, sənədlərlə deyə biləcək ki, lazım olan tibbi müdaxilə etdim, amma alınmadı. Uşaq ölümlərinin qarşısını almaq üçün dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə əsaslanmalıyıq. Bir daha vurğulayıram ki, ilkin təhsildə əskik olanda, sonrakı mərhələlərdə problem olur.



- Neçə tələbəniz var?

- 12-13 ürək cərrahı artıq fəaliyyət göstərir. Bakı Ürək Mərkəzi ürək xəstəlikləri üzrə reanimatoloqların, anestezioloqların, ən əsası orta tibb personalının hazırlanmasına çox ciddi yer ayırıb. Sən sənəti ortaya qoya, həkimlik dəyərlərini qoruya bilirsənsə, mütləq tələbələrin olmalıdır.

- Deputat həmkarlarınız sizə müraciət edirmi?

- Deputat olmazdan əvvəl də müraciətlər olurdu, indi də. Mən indi onlara deputat gözü ilə deyil, yaxın, həmkar kimi baxıram. Milli Məclis hər kateqoriyadan olan insanların toplaşdığı yerdir. Çatının altına girənə qədər bilmirdim, oradakı insanların mənə bu qədər əziz olacağını deməyə çətinlik çəkərdim. Bütün insanlara, xüsusilə də deputat həmkarlarıma qarşı çox həssas davranmağa çalışıram. Bütün insanlara can sağlığı arzu edirəm, xəstəliyin, çətinliyin hər zaman olması mümkündür. Allah bizi qarşılaşdıracaqsa da, çarəsi olan xəstəliklərlə qarşılaşdırsın. Çarəsi olan xəstəliklərlə mübarizə aparırıq, müsbət nəticə əldə edildikcə zövq alırıq.

- Deputat Nəriman Əliyevin ürəyini 9 saat əməliyyat etmişdiniz. Hazırda vəziyyəti necədir?

- Bir gündən çox çəkən əməliyyatlar etmişik. Nəriman Əliyevdə hadisə bir qədər fərqli idi, planlı bir iş deyildi, saniyələr içərisində baş verdi. Allah ona da, bizə də kömək oldu. Konkret deyə bilərəm ki, 3 ay əvvəl müayinə olundu, müayinələrin nəticələri bir neçə ölkədə təsdiqləndi ki, onun ürək damarları bərpa olub. Hazırda heç bir problemi yoxdur, ürəyinin fəaliyyəti normaldır.



- İndiyə qədər neçə əməliyyat etmisiniz? Əməliyyat zamanı ölüm hallarının baş vermə faizi nə qədərdir?

- Dünyanın mütəfəkkirlərindən biri deyib ki, həkimlik sənətinin tətbiqində ölüm vazkeçilməz həqiqətdir. İndiyədək 10 minə yaxın əməliyyat etmişəm. Dünyada əməliyyat zamanı həyatını itirənlərlə bağlı statistika var. Məsələn, koronar şuntlamada 100 xəstədən 98-99-na kömək edə bilirsən. Deyə bilərəm ki, son 6 ay içərisində koronar şuntlamada heç bir xəstə həyati təhlükə yaşamayıb. Bu, mənim qəhrəmanlığım demək deyil. Anadangəlmə ürək qüsurlu xəstələr var ki, onun riski 1 faizdən aşağıdır. Qulaqcıqlararası Çəpərin Defektinin (ASD) əməliyyatı zamanı da çətinliklə qarşılaşmamışam. Amma totaL AV kanal defekti, trikuspid atreziya, tək mədəcik, ağciyər arteriyasının hipoplaziyası, qlenn və fonten, arterial sviç əməliyyatına gedən transpozisiyalı xəstələrin 100-dən 60-70-ni yaşada bilmək qəhrəmanlıqdır. Bu dəyərləndirmələr bir-birilə qarışdırılmamalıdır. Bəli, bu əməliyyatları etməsək, ASD ilə VSD ilə ölüm faizini sıfırda saxlaya bilərik. Həkimlik bu deyil. Çətin əməliyyatlarda bir uşağı belə, xilas edə bilərsənsə, əməliyyata girməlisən, vaz keçməməlisən. Həkimlik budur! Əgər vəziyyəti doğru izah edə bilsən, heç bir əqidəli insan həkimə irad tutmur. Aort damarların cırılması xəstəliyi ilə xəstəxanaya gələn xəstəni xilas etmək çətin olur. Buna “Xəstə əməliyyata girdi, həyatını itirdi” deyil, “Bu xəstə həyatını itirəcək xəstə idi, xəstəxanada xilas etməyə çalışdılar, alınmadı” deyirlər. Azərbaycan tibbində ürək-damar cərahiyyəsi çox inkişaf edib. Ötən ay 20-25 anadangəlmə ürək qüsurlu uşaq əməliyyat etmişik. Bunların hamısı uğurla başa çatıb.

- Bu sahədə qiymət siyasəti necə tənzimlənir?

- Sorğu keçirmək lazımdır, ən çox hansı ölkənin tibbinə güvənirlər? Tutaq ki, 50 faizi dedi ki, A ölkəsinə güvənirlər. Həmin A ölkəsində sığorta sisteminin qiyməti var. Həmin qiymət cədvəlini Azərbaycandakı qiymətlə müqayisə etsinlər. Əlbəttə ki, Almaniyada açıq ürək əməliyyatının orta qiyməti 70 min avro, Amerikada 300-320 min dollardır. Bu o deməkdir ki, həmin xəstəxana 300 min dolları cibinə qoyur? Belə deyil... Sığorta sisteminin büdcəsi dövlət büdcəsi hesabına deyil, insanların maaşlarından ödəmələrlə tənzimlənir. Azərbaycanda tibbi sığorta sisteminin tətbiqi ilə əlaqədar birgə qiymət tənzimlənməsi ilə bağlı müzakirələr aparılmazsa, məcburi basqılarla olan qiymət siyasəti təcrübəli həkim və tibb personalının keyfiyyətinin düşməsinə və beyin köçünə səbəb ola bilər. Unutmamaq lazımdır ki, həkimlik bir sənətdir, sənətdə olan insanlar keçdikləri yoldan ötrü həssas olurlar. O, gördüyü işin dəyərini ala bilmədiyi zaman - maddi və mənəvi – enerjisini xəstəyə verə bilməz. Müzakirələr aparıb qarşılıqlı razılaşma əldə olunmalıdır, bir-birimizi başa düşməliyik. İcbari tibbi sığorta yüksək tibbi xidmət demək deyil, bu, işin maddi tərəfidir, tibbi xidmətin keyfiyyəti xəstəxanadan və tibb personalından asılıdır. İnanırıq ki, tibbi sığorta bütün ölkəni əhatə edəcək, vətəndaşlara keyfiyyətli xidmət göstəriləcək.



- Seçicilərinizlə görüşürsünüzmü?

- Deputatın işi seçiciləri dinləmək, imkanı çərçivəsində onların problemlərini həll etməkdir. Seçicilərin müraciətləri ilə əlaqədar aidiyyatı dövlət qurumları ilə əlaqə saxlayıram, sağ olsunlar, köməklik göstərirlər. Azərbaycanın regionları inkişaf edir, problemlərin həlli istiqamətində addımlar atılır. Bir məsələni qeyd etmək istəyirəm, Astaranın Hamuşam kəndinə yol çəkilib. Lerikin bir kəndi var - orada insanlar ayda bir dəfə aşağı düşürlər – həmin kəndə ya oradan keçmək olurdu, ya da başqa tərəfdən 8 saata getmək mümkün idi. Rayonun mərkəzindən həmin nöqtəyə 35 dəqiqəyə getdim. Həmin kəndə asfalt yolun çəkilməsi, yol kənarlarındakı işıq dirəklərinin dəyişdirilməsi böyük bir işdir. Kəndlərdə müasir məktəblər tikilib. Amma məktəbin yaxşı pəncərəsi, yazı taxtası olması ilə yanaşı təhsili də olmalıdır. Bizi biz edən bahalı partalar deyil, məktəbdə verilən təhsil olub.

- Rəşad müəllim, yəqin ki, mətbuat barənizdə yazılanları izləmisiniz. İddia olunur ki, səhiyyə naziri olmaq istəyirsiniz. Doğrudanmı belədir?

- Həkim, deputat kimi deyil, sadə vətəndaş kimi deyirəm, bu, son 1 ildə vüsət alıb. Bu proses deputat olduqdan sonra başladı. Yazılanların 5 faizi belə həqiqət deyil. Nazir olmaq söhbəti heç müzakirə mövzusu olmayıb. Ciddi bir vəzifəm var, həkiməm. Dövlətimə təşəkkür edirəm ki, şərait yaradıb, fəaliyyət göstərirəm. 31 yaşımda elmlər namizədi olmuşam, beynəlxalq konfranslarda iştirak etmişəm, həm öz sənətimin, həm də bütövlükdə Azərbaycan səhiyyəsinin tanıdılması istiqamətində fəaliyyətim olub. Açığı, yazılanlara vaxt ayırmağa zamanım olmayıb. Düşünürəm, bu cür yazılar deputat seçildikdən sonra ortaya çıxdı. Deyib, günaha da girmək istəmirəm, bilərəkdən olurmu, ya yox, bilmirəm. Səhiyyə naziri Oqtay Şirəliyevlə də bu mövzu ətrafında söhbət etmişik. Yazılanlara, sadəcə, gülmüşük... Fürsətdən istifadə edib deyirəm ki, bu cür iddialarla məni məşğul edirlər, problemlərlə üzləşdirirlər. Digər tərəfdən hansısa vətəndaşın vəzifə iddiası varsa, bu, ayıb bir şey deyil. Buna görə kimsə günahkar sayıla bilməz. Bununla yanaşı, mənim qəti şəkildə belə bir iddiam yoxdur. Yazırlar ki, “Bu cür qərarlar var imiş, qarşısı alınıb”, doğru deyil, belə söhbət olmayıb. Bu günə qədər açıqlama verməyə ehtiyac görməmişəm. Hər bir vətəndaş, deputat tapşırılan işi məsuliyyətlə yerinə yetirməlidir. Mən də indiyədək nə tapşırılıbsa, şərəflə yerinə yetirməyə çalışmışam.
Prezident Novruz bayramı münasibətilə xalqı təbrik etdi















Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Təbrikdə deyilir: 

- Əziz həmvətənlər, mən sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. Novruz bayramı xalqımızın sevimli bayramıdır. Əsrlər boyu Azərbaycan xalqı Novruz bayramını qeyd edir. Bu bayramı biz yaxşı nəticələrlə qarşılayırıq. Azərbaycan uğurla və hərtərəfli inkişaf edir. Qarşıda duran bütün vəzifələr icra edilir. Azərbaycan dövləti dərin milli-mənəvi köklər üzərində qurulubdur. Novruz bayramı bizim milli sərvətimizdir. 

Keçən Novruz bayramından ötən dövr ərzində bir çox önəmli hadisələr baş vermişdir. Aprel ayında prezident seçkiləri keçirilmişdir və Azərbaycan xalqı yenidən mənə böyük etimad göstərmişdir, böyük dəstək göstərmişdir. Bu dəstəyə və inama görə doğma xalqıma minnətdaram. Mən bu dəstəyi son illər ərzində görülmüş işlərə verilən qiymət kimi qəbul edirəm, eyni zamanda, prezident seçkiləri ərəfəsində elan edilmiş islahatların yeni mərhələsinə göstərilən dəstək kimi qəbul edirəm. Prezident seçkilərindən sonra genişmiqyaslı islahatlar aparılmağa başlanmışdır. Bu islahatların nəticələrini Azərbaycan xalqı artıq görür və bundan sonra da görəcəkdir. 

Novruz bayramından iki ay sonra ölkəmizin həyatında çox önəmli hadisə baş vermişdir. May ayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı olmuşdur. Bu, tarixi layihədir. Bu layihənin icrası ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcək, bizim siyasi və iqtisadi maraqlarımızı qoruyacaq. May ayında digər böyük layihə istifadəyə verildi, biz Ələt Beynəlxalq Dəniz Ticarət Limanının açılışını qeyd etdik. Bu limanın və 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətə başlaması Azərbaycanı Avrasiya məkanında önəmli beynəlxalq nəqliyyat mərkəzinə çevirib. Biz bu gün uğurla Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəaliyyətinə təkan veririk. Azərbaycan hər iki layihədə uğurla fəaliyyət göstərir. Deyə bilərəm ki, bu layihələrdə 10-dan çox ölkə iştirak edir, ancaq yalnız bir ölkə - Azərbaycan həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizlərində fəal iştirak edir və bir çox təşəbbüslərin müəllifi olmuşdur. 

İyun ayında digər tarixi hadisə baş vermişdir – TANAP qaz kəmərinin açılışı mərasimi keçirilmişdir. Bu layihənin həyata keçirilməsi bütövlükdə Cənub Qaz Dəhlizinin fəaliyyətə başlaması üçün əsas şərtdir. Biz bu tarixi hadisəni uğurla qeyd etdik və bu gün Azərbaycan qazının əlavə həcmi TANAP xətti ilə dünya bazarlarına nəql edilir. 

Biz keçən il üçüncü peyki orbitə buraxdıq və bir daha göstərdik ki, texnoloji baxımdan Azərbaycan çox uğurla, sürətlə inkişaf edir. Kosmik sənayenin inkişafı bizim prioritetlərimizdən biridir. 

Keçən il biz regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının icrasını təmin etdik. Proqram artıqlaması ilə icra edildi və üç proqramın icrası böyük dəyişikliklərə gətirib çıxardı. Biz demək olar ki, bütün infrastruktur layihələrimizi yenidən qurduq. Azərbaycan infrastruktur baxımından çox sürətlə inkişaf edir. Təkcə onu demək kifayətdir ki, biz üç proqram çərçivəsində elektrik enerjisini ixrac etməyə başlamışıq, ölkə daxilində təminat tam təşkil edilir. Baxmayaraq ki, əvvəlki illərdə biz idxaldan asılı idik. Biz qazlaşdırmanı 95 faizə çatdırmışıq və bu, dünya miqyasında ən böyük, ən yüksək göstəricilərdən biridir. Şəhərlərimizin əksəriyyətinə təmiz içməli su xətləri çəkildi və bu proses davam etdirilir. On beş min kilometr yeni yol çəkildi və Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə yol infrastrukturunun səviyyəsi, keyfiyyəti baxımından Azərbaycan dünya miqyasında 34-cü yerdədir. Sosial infrastruktur obyektləri inşa olundu, 3200-dən çox məktəb, 640-dan çox tibb müəssisəsi tikildi və ya yenidən quruldu. İki milyondan çox yeni iş yeri yaradılmışdır. Əhali isə 1,6 milyon artmışdır. 

Bizim beynəlxalq mövqelərimiz möhkəmlənir. Azərbaycan bu gün bir çox ölkələrlə çox səmərəli, işgüzar, ikitərəfli münasibətlər qurub. Bir çox hallarda Azərbaycan çoxtərəfli əməkdaşlıq formatının təşəbbüskarıdır. Qonşu dövlətlərlə əlaqələrimiz yeni mərhələyə qədəm qoyub. Hər bir ölkə üçün qonşularla münasibətlərin inkişafı xüsusi əhəmiyyət daşıyır. Çox şadam ki, biz qonşu ölkələrlə səmərəli, işgüzar, qarşılıqlı hörmət əsasında münasibətlər qura bildik. Müsəlman ölkələri ilə əlaqələrimiz inkişaf edir və İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın bu sahədəki fəaliyyətini yüksək qiymətləndirir. İslam həmrəyliyinə verdiyimiz töhfə bütün müsəlman aləmində yüksək qiymətləndirilir. 
Keçən ilin yay aylarında Avropa İttifaqı ilə tərəfdaşlıq prioritetləri sənədi paraflandı. Bu, çox önəmli sənəddir. Xüsusilə nəzərə alsaq ki, orada Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı ilə bağlı xüsusi paraqraflar var, xüsusi fikirlər əks olunub. Bu, əlbəttə ki, çox önəmli məsələdir, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bunun çox böyük əhəmiyyəti var. 

Münaqişənin həllinə gəldikdə, Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dağlıq Qarabağ bizim tarixi diyarımızdır və münaqişənin tezliklə həlli yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında olmalıdır. Bilirsiniz ki, Ermənistan tərəfi danışıqlar formatının dəyişdirilməsi ilə bağlı məsələlər qaldırıb. Ancaq təbii ki, Azərbaycan bunu qəbul edə bilməz. Eyni zamanda, Minsk qrupunun həmsədr ölkələrinin səfirləri - Amerika, Fransa, Rusiyanın nümayəndələri ciddi bəyanat verərək bildirdilər ki, format dəyişməz olaraq qalmalıdır. Həmçinin Avropa İttifaqının yüksək vəzifəli şəxsləri oxşar bəyanatla çıxış etmişlər. Yəni, bu, Ermənistana birmənalı ciddi siqnaldır, eyni zamanda, onu göstərir ki, Azərbaycanın mövqeyi daha da böyük dəstək qazanır. 

Münaqişənin həlli regionda sülhün, sabitliyin təmin olunmasına gətirib çıxaracaq. Əlbəttə, Azərbaycan çalışır və çalışacaq ki, bu məsələ tezliklə ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapsın. 

Biz bununla bərabər, əlbəttə ki, öz hərbi gücümüzü artırırıq. Ötən il keçirilmiş iki hərbi parad bizim hərbi gücümüzü bütün dünyaya nümayiş etdirib. Bu il və bundan sonrakı illərdə biz ordu quruculuğu üçün nə lazımsa onu da edəcəyik. Bizim hərbi hissələrimizin demək olar ki, mütləq əksəriyyəti yenidən qurulub. Azərbaycan Ordusu ən müasir texnika ilə təchiz edilir və döyüş qabiliyyətimiz gündən-günə artır. Bu gün Novruz bayramını, o cümlədən Cocuq Mərcanlıda qeyd edirlər. Cocuq Mərcanlının qurulması, bərpası, yenidən oraya həyatın qayıtması bizim tarixi nailiyyətimizdir. Cocuq Mərcanlı bu gün Azərbaycan xalqının əyilməz ruhunun təzahürüdür. 

Bildiyiniz kimi, bu gün Azərbaycan islahatların yeni mərhələsinə qədəm qoyub. İslahatlar hərtərəflidir. İqtisadi islahatlar bizə imkan verir ki, əlavə gəlirlər əldə edilsin və büdcə gəlirlərimiz artıb. Bu ilin yanvar-fevral aylarında büdcə daxilolmaları 150 milyon manat səviyyəsində artıbdır. Bu, bizə imkan verir ki, həmin vəsaiti sosial layihələrə yönəldək. Qeyd etdiyim kimi, ciddi islahatlar üzərində işlər keçən il prezident seçkilərindən sonra başlamışdır. Bu gün isə çox ciddi sosial paket təsdiqləndi və bu sosial təşəbbüslər nəticəsində 3 milyondan çox insan öz maddi vəziyyətini, maliyyə vəziyyətini yaxşılaşdırmış olur. Bildiyiniz kimi, minimum əməkhaqqı və minimum pensiya təxminin 40 faiz artmışdır. Sosial müavinətlər təqribən orta hesabla iki dəfə artmışdır. Köçkünlərə verilən müavinət 50 faiz artmışdır. Tələbələrin təqaüdləri, şəhid ailələrinə verilən müavinətlər, digər sosial ödənişlər artıb. Çoxmənzilli binaların sənədləşdirilməsi ilə bağlı müvafiq Fərman imzalanıb. Problemli kreditlərin həlli ilə bağlı çox ciddi Fərman imzalanıb. Onu deyə bilərəm ki, bu Fərmanın dünyada bənzəri yoxdur və bu Fərman 800 min insanı əhatə edir. Yəni, Azərbaycan dövləti bir daha göstərir ki, öz vətəndaşının yanındadır. 

Bizim iqtisadi gücümüz artdıqca sosial məsələlər daha da geniş miqyasda öz həllini tapacaqdır. İqtisadi artım isə göz qabağındadır. Bu ilin iki ayında ümumi daxili məhsul 3 faiz artmışdır. Bu, son illər ərzində ən yüksək göstəricidir. Sənaye istehsalı 4,6 faiz artmışdır. Bu da yaxşı göstəricidir. Ancaq ən böyük artım qeyri-neft sektorunda sənaye istehsalına aiddir. Burada artım 15,5 faizdir. Hesab edirəm ki, bu, dünya rekordudur və son illər ərzində aparılan düşünülmüş ciddi iqtisadi islahatlar siyasətinin nəticəsidir. 

İslahatlar dərinləşəcək. İslahatlara alternativ yoxdur. Siyasi islahatlar, iqtisadi islahatlar, sosial sahədə islahatlar, məhkəmə-hüquq sistemində islahatlar, - artıq müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır, - təhsil, səhiyyə sahələrində, hər bir sahədə, Azərbaycan yeni dövrə qədəm qoyub. Azərbaycan yeniləşir, Azərbaycan güclənir və müasirləşir. Biz dərin milli-mənəvi köklər üzərində güclü dövlət qurmuşuq. Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Ancaq o demək deyil ki, əldə edilmiş bu nailiyyətlərlə kifayətlənməliyik. Əldə edilmiş nailiyyətlər bizi gələcəyə daha da nikbinliklə baxmağa həvəsləndirir, buna sövq edir. 

Mən tam əminəm ki, bu ili biz uğurla başa vuracağıq. Bundan sonra Azərbaycan yalnız və yalnız inkişaf və tərəqqi yolu ilə gedəcək, vətəndaşların sosial vəziyyəti ildən-ilə yaxşılaşacaq. 

Əziz həmvətənlər, sizi bu gözəl Bahar bayramı münasibətilə bir daha ürəkdən təbrik edirəm. Sizə cansağlığı, xoşbəxtlik arzulayıram. Bayramınız mübarək olsun.
Prezident İlham Əliyev: İslahatlar dərinləşəcək















“Bizim iqtisadi gücümüz artdıqca sosial məsələlər daha da geniş miqyasda öz həllini tapacaqdır. İqtisadi artım isə göz qabağındadır. Bu ilin iki ayında ümumi daxili məhsul 3 faiz artıb. Bu, son illər ərzində ən yüksək göstəricidir. Sənaye istehsalı 4,6 faiz artıb. Bu da yaxşı göstəricidir”.

Bunu Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikdə deyib.

Dövlət başçısı bildirib ki, ən böyük artım qeyri-neft sektorunda sənaye istehsalına aiddir.

“Burada artım 15,5 faizdir. Hesab edirəm ki, bu, dünya rekordudur və son illər ərzində aparılan düşünülmüş ciddi iqtisadi islahatlar siyasətinin nəticəsidir. İslahatlar dərinləşəcək. İslahatlara alternativ yoxdur. Siyasi islahatlar, iqtisadi islahatlar, sosial sahədə islahatlar, məhkəmə-hüquq sistemində islahatlar, – artıq müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır, – təhsil, səhiyyə sahələrində, hər bir sahədə, Azərbaycan yeni dövrə qədəm qoyub. Azərbaycan yeniləşir, Azərbaycan güclənir və müasirləşir. Biz dərin milli-mənəvi köklər üzərində güclü dövlət qurmuşuq. Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Ancaq o demək deyil ki, əldə edilmiş bu nailiyyətlərlə kifayətlənməliyik. Əldə edilmiş nailiyyətlər bizi gələcəyə daha da nikbinliklə baxmağa həvəsləndirir, buna sövq edir. Mən tam əminəm ki, bu ili biz uğurla başa vuracağıq. Bundan sonra Azərbaycan yalnız və yalnız inkişaf və tərəqqi yolu ilə gedəcək, vətəndaşların sosial vəziyyəti ildən-ilə yaxşılaşacaq” -, deyə Prezident vurğulayıb.
Metropolitenlə bağlı yeni sərt ittihamlar















Qurum rəsmiləri susur; şikayətçi: “Yuxusuz olduqları üçün martda 3 maşinist stansiyanı keçib”; hüquqşünas: “İttihamlar olduqca ağırdır və araşdırılmalıdır…”

Ötən həftə – martın 12-də “Bakı Metropoliteni” QSC-nin bir qrup əməkdaşı “Yeni Müsavat” qəzetinin redaksiyasına gələrək, metropoliten rəhbərliyindən şikayətlərini bildirmişdilər. Şikayətçilər metropolitenin baş müfəttişlik aparatının qatarların hərəkət təhlükəsizliyi üzrə müfəttişi, 37 ildən artıq fasiləsiz metropolitendə çalışan Nazim Abdullayev, maşinist, Qarabağ veteranı Asif Rzayev və maşinist Fikrət Şıxaliyev idi.

Onlar metropoliten rəhbərliyinə qarşı kifayət qədər sərt ittihamlar səsləndirmişdilər. Bildirmişdilər ki, hazırda metroda vəziyyət o qədər acınacaqlıdır ki, hər an ciddi qəza baş verə bilər. Buna səbəb kimi ilk növbədə texniki qaydaların pozulmasını göstərmiş, daha sonra isə bildirmişdilər ki, rəhbərlik maşinistlərin sayını azaldıb ki, bu da başqa bir problemdir.

Onların sözlərinə görə, maşinistlərin sayının az olması səbəbindən işçilər gecə 3-4 radələrində işə gəlməli olurlar. Yuxulu halda qatarı idarə etdikləri üçün tez-tez stansiyaları keçib, sərnişinlər üçün çətin vəziyyət yaradırlar. Bu kimi xeyli ittihamlar səsləndirildi. Lakin bütün bunlara bir həftədir “Bakı Metropoliteni” QSC cavab vermir. Məsələ ilə bağlı metropolitenin mətbuat xidmətinə dəfələrlə müraciət etsək də, cavab ala bilməmişik.

Metropoliten cavab verməsə də, bu həftə ərzində yuxarıda adlarını çəkdiyimiz şəxslər yenidən “Yeni Müsavat”a müraciət edərək, qurumda baş verən təhlükəli anlar, qanunsuz məqamlar barədə təkrar şikayətlərini bildiriblər. Belə ki, məlumatlara görə, martın 13-də 21 nömrəli marşrut üzrə hərəkət edən 28072808 qatarın elektriklə təmasda olan başmaqları qatar depoya hərəkət edən zaman qırılıb. Qatarda heç bir sərnişin olmadığı üçün ciddi hadisə baş verməyib. Şikayətçilər bildiriblər ki, bu başmaqlar təmas relsi ilə birləşib, qatarı elektriklə təmin edir. Əgər sərnişinlər qatarda olsaydı, 825 voltun qatara keçməsi səbəbindən ağır faciə baş verə bilərdi. Şikayətçilər redaksiyamıza həmin qırılan detalların fotolarını da göndəriblər.

Metropolitenlə bağlı yeni sərt ittihamlar











Bundan əlavə, yuxusuz olduqları üçün mart ayı ərzində 3 maşinist stansiyanı keçib: “Belə ki, martın 9-da Hüseyn Əliyev adlı maşinist yataraq, ”Gənclik” stansiyasında qatarı saxlamadan ötüb. Martın 11-də Elşad Alıyev adlı maşinist “Koroğlu” stansiyasını keçib. Martın 17-də isə maşinist Murtuz Həsənov “Ulduz” stansiyasını keçib. Maşinist yuxusuz olduğu üçün idarəetmədən yayınır və qatarı vaxtında saxlaya bilməyib, birinci vaqondan iki qapı olmaqla tunelə girir. Bu zaman isə sərnişinlər qatardan düşə bilmirlər. Qatarı geri vermək də mümkün deyil. Stansiyanı keçən maşinist əgər rəhbərliyə yaxındırsa, ona yüngül cəza verilir. Əgər köhnə maşinistdirsə, işdən azad edilir, yaxud da çilingər kimi saxlanılır. Məsələn, Elşad Alıyev 17 ilin maşinistidir, onu stansiyanı keçdiyinə görə çıxarıb, depoya çilingər təyin ediblər. Tağı Əhmədovun zamanında çox gözəl sistem var idi. O zaman bəzi stansiyalarda maşinistlərin gecələmələri üçün yer də var idi. İndi isə bütün bunlar yığışdırılıb”.

Onu da qeyd edək ki, şikayətçilər qeyd etdikləri məqamları fotolarla, rəsmi sənədlərin üz köçürmələri ilə təsdiq ediblər ki, həmin sənədlər əlimizdədir.

Metropolitendə baş verənlərlə bağlı dərc etdiyimiz material ölkənin əksər saytlarında da verilsə də məsələyə heç bir rəsmi və ya qeyri-rəsmi münasibət müşahidə etmədik. Bəs belə bir halda hansı addımlar atılmalıdır?

“Yeni Müsavat”a danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, bu halda müvafiq dövlət qurumları ilə bərabər QHT-lər də hərəkətə keçməlidir: “Əvvəlcə qeyd edək ki, burada fərqli variant da ola bilər. Yəni gəlin bunu da istisna etməyək ki, həmin işçilərin rəhbərliklə münasibətlərində hansısa problem var. Buna görə də belə addım atırlar. Hüquqşünas kimi gərək hər bir ehtimalı deyək. Lakin bir məsələ də var ki, bu şəxslər fotolarla, sənədlərlə fikirlərini təsdiqləyirlər. Eyni zamanda bilərəkdən cinayət haqqında yalan məlumat vermənin özü də cinayətdir. Çox güman ki, həmin şəxslər bunu başa düşürlər. İstənilən halda hüquq-mühafizə orqanları bu məsələ ilə gərək ciddi məşğul olub, ictimaiyyətə də geniş məlumat versinlər. Eyni zamanda metro birbaşa olaraq Nəqliyyat, Rabitə və İnformasiya Nazirliyinə aiddir. Mənə maraqlı gələn odur ki, bu nazirlik nə üçün heç bir fikir bildirmir? Bu postu daha əvvəl tutanlar barəsində də şikayətlər çox idi. Ancaq heç olmasa, həmin adamlar işlərini bilirdilər və metro ilə bağlı belə xəbərlər yayılmırdı”.

Hüquqşünas onu da vurğulayıb ki, metropoliten çox qapalı qurumdur: “Oradan hansısa şəxs, QHT rəhbəri, hüquqşünas geniş məlumat ala bilməz. Buna görə də nazirlik məsələ ilə bağlı geniş açıqlama yaymalı idi. Metronu özbaşına buraxsan, orada çox işlər görülər. Metropolitenin sabiq rəisi Tağı Əhmədov haqqında hansı məlumatların yayılması hər kəsə məlumdur. İndi bu şəxslər həmin adamdan razılıq edirlər. Mənim özüm də heç Tağı Əhmədovu bəyənməmişəm. Ancaq indi görürük ki, onun yerinə gələn daha betərdir. Həqiqətən də əgər söylənən ittihamlar doğrudursa, ciddi araşdırma aparılıb, metro rəhbərliyi cəzalandırılmalıdır. Metro bir qurumdur və ona dövlət səviyyəsində nəzarət edən nazirlik də var. Bəs nə üçün bu nazirlik susur? Necə nəzarət edilir ki, bu cür faktlar var? Əgər faktlar təsdiqini taparsa, qeyd etdiyimiz nazirliyin də məsul şəxsləri cəzalandırılacaqlar. Bu gün yüzlərlə insan metrodan istifadə edir. Orada bir bədbəxt hadisə baş verərsə, buna görə kim cavabdeh olacaq? Bütün bunları fikirləşmək lazımdır. Əslində səslənən ittihamlar olduqca ağırdır və araşdırılmalı, ictimaiyyətə geniş məlumat verilməlidir”.
Prezident Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliyi təsdiqləyib















Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanuna dəyişikliyi imzalayıb.

Dəyişiklik tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılmasının ödənişli olmasını nəzərdə tutur.

Bundan sonra tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılmasına, habelə siyahısını, məbləğini və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tikinti fəaliyyəti sahəsində müvafiq qurumlar tərəfindən göstərilən digər xidmətlərə görə haqq ödəniləcək.

Bununla bağlı məcəllənin 11-ci (Şəhərsalma sənədlərinə uyğunluğun təmin edilməsi) maddəsində dəyişiklik edilib.

Digər dəyişiklik isə tikinti ilə bağlı cərimələrin 50 faizinin inzibati protokolu tərtib edən qurumun hesabına köçürülməsi ilə bağlıdır.

Məcəlləyə edilən əlavədə qeyd olunur ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən (o cümlədən onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanan vəsaitin 50 faizi müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürülür. Bu vəsaitin bölgüsü və ondan istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Prezident İlham Əliyevin  431 məhbusu əhatə edən, 50-dən çox siyasi məhbusun azad olunduğu sərəncamı alqışlanmaqdadır. Təsadüfi deyil ki, müxalif kəsimin tam əksəriyyəti də Novruz əfvini müsbət dəyərləndirdi.

Amma bununla belə, bir nüans diqqəti daha çox çəkdi. Belə ki əfv barədə AXCP sədri Əli Kərimli və tərəfdarları tamam fərqli mövqe sərgiləyirlər. Halbuki  AXCP sədrinin bu sərəncamla iki müavini-Gözəl Bayramlı və Fuad Qəhrəmanlı azad olunub. Doğrudur, Ə.Kərimli əfvə münasibətini ifadə edən ilk feysbuq statusunda sərəncamı müsbət qarşıladığını bəyan etdi. Amma ardınca tamam fərqli mövqe sərgiləməyə başladı. Xüsusilə azadlığa buraxılan siyasiləri ziyarət edərkən AXCP lideri əfv əleyhinə daha sərt mövqe nümayiş etdirdi.

Bütün bunlar da haqlı olaraq bəzi iddialara yol açıb. AXCP sədrinin iqtidar-müxalifət münasibətlərində gərginliyin qalmasında maraqlı olduğu bildirilir. Təsadüfi deyil ki, hökumətin son iki ayda atdığı hər bir müsbət addım cəbhəçilər tərəfindən süngü ilə qarşılanıb.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bunların təsadüf olmadığını düşünür: “Sizin qəzetinizin ötən sayında əfv sərəncamı ilə bağlı fikirlərimi geniş şəkildə ifadə etmişəm. Ölkə prezidentinin şəxsi xarakterinə və söykənmiş olduğu dəyərlərə, mərhəmətliyə söykənən əfv sərəncamı çoxsaylı ailələrə sevinc gətirdi. Əziz bayramımız ərəfəsində bu addımı atmaq heç şübhəsiz ki, ölkə prezidenti ilə xalqın bir yerdə olduğunun sübutu idi. Bu proses davam edəcək. Başlamış olan islahatlar davamlı olacaq. Ölkəmizdəki problemləri aradan qaldıracaq addımlar bundan sonra da atılacaq. Buna heç kəsin şübhəsi olmasın. Ölkə prezidentinin ötən ilin aprelində prezident seçildikdən sonra islahatları dərinləşdirməsi və cəmiyyətin bütün təbəqələrini əhatə edən addımlar atması xalqımızın mütləq əksəriyyəti tərəfindən müsbət qarşılanıb, yüksək dəyərləndirilib. Bu şəkildə də davam edir.

Hətta müxalifətin ayrı-ayrı qanadlarının bununla bağlı obyektiv fikirləri ortalıqdadır. Təəssüflər olsun ki, əfv sərəncamını iki nəfər obyektiv, doğru və düzgün qiymətləndirmək əvəzinə qərəzli mövqedən çıxış etdilər. Deyərdim ki, ən azından azadlığa qovuşan insanların fikirləri ilə həmrəy olmadılar. Bunlardan biri Əli Kərimli, digəri isə Əli İnsanov oldu. Hər ikisində qərəz, barışmazlıq, radikallıq və açıq şəkildə ifadə olunan barışmaz düşmənçilik özünü göstərdi. Siyasətdə bu qəbul olunmur. Siyasətdə opponentlik, fərqli düşüncələri özündə ifadə edən siyasi mübarizə və onu sivil formada aparmaq qəbul ediləndir. Bütün mənalarda buna hər hansı bir alternativ fikir ola bilməz. Əgər cəmiyyətdə gedən müsbət dəyişiklikləri, atılmış olan müsbət addımları, bütövlükdə dövlətimizin və xalqımızın güclənməsinə, vətəndaş cəmiyyətinin daha dayanıqlı olmasına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə xidmət edən addımlar təqdir olunmursa, bu, artıq birmənalı şəkildə həmin şəxslərin Azərbaycan xalqından, onun düşüncələrindən kənarda qaldığını nümayiş etdirir. O insanlar çox məhdud bir dairədə azsaylı insanlarla birlikdə fəaliyyət göstərirlər və onların cəmiyyətdə yerləri və rolları son dərəcə məhduddur.

Bu cür açıqlamalar tam əminəm ki, xalqımız tərəfindən çox pis qarşılanır. Əslində bu siyasətçinin  böyük faciəsidir. O, özünün daxilindəki qərəzi, nifrəti açıq şəkildə büruzə verirsə, yaxud xalqın düşündüklərini önə çəkib onun aradan qaldırılması ilə bağlı fikirlərini ifadə etmirsə, belə insanlar cəmiyyət tərəfindən heç vaxt qəbul oluna bilməzlər. İqtidar bu addımları atırsa, bu addımların xalqın və dövlətin mənafelərinə xidmət etdiyi birmənalıdırsa, xalq bunu dəstəkləyirsə, bunlara qarşı olan qüvvələr özlərini xalqımızın iradəsinə qarşı qoymuş olurlar. Bu həmin siyasətçilərin faciəsidir, eyni zamanda Əli Kərimlinin”.

Deputat AXCP sədrinin əfv statusuna da toxundu: “Onun əfvlə bağlı ilk mövqe ilə tanış oldum. Tam olmasa da, onun mövqeyində müəyyən qədər pozitiv münasibət özünü ifadə etdi. Bunu nədən Əli Kərimli davam etdirmədi? Bu mənə çox təəccüblü gəlir. Çıxardığım nəticə ondan ibarətdir ki, Əli Kərimlinin dedikləri iradəsinin ifadəsi deyil. Görünən odur ki, ona komanda verilə bilər ki, sən bu cür danışmalısan, yəni pozitiv fikirlərdən uzaq ol, daha radikal mövqe nümayiş etdir, əvvəlki mövqeyində dayan, sərt, barışmaz, qərəzli mövqe nümayiş etdir. Hər kəs istər-istəməz bu cür nəticə çıxarar. Çünki onun ilk açıqlaması ilə sonrakılar arasında ciddi fərqlər açıq şəkildə özünü göstərdi. Buna, sadəcə, təəssüf edirəm. Cəmiyyətin mütləq əksəriyyəti prezidentin aparmış olduğu islahatları yüksək qiymətləndirir”.

ABŞ polisi Perunun keçmiş prezidenti Alexandro Toledonu saxlayıb.

"Report"un "Reuters"ə istinadən xəbərinə görə hadisə Kaliforniyada baş verib.

Qeyd edilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları keçmiş dövlət rəhbərini restoranda saxlayıblar. Buna səbəb kimi onun sərxoş olduğu göstərilir.

Ştatın polis şerifin bəyanatına görə, Perunun keçmiş rəhbəri korrupsiya ilə bağlı axtarışdadır. Ancaq Peruda irəli sürülən ittihamların mövcudluğu onlara keçmiş prezidenti ABŞ-da saxlamağa səlahiyyət vermir. Bununla belə o, sərxoşluğa görə saxlanılıb.

Perunun Xarici İşlər Nazirliyi faktı təsdiq edib.

Daha əvvəl Peru prezidenti Pedro Pablo Kuçinski amerikalı həmkarı Donald Trampla telefon danışığında ölkəsinin sabiq dövlət başçısı Alexandro Toledonun geri qaytarılması ilə bağlı müraciətə baxmasını xahiş edib.

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə xalqı təbrik edib















Prezident İlham Əliyev Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

Azvision.az xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli həmvətənlər! Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, bu əziz bayram günlərində hamınıza bahar əhval-ruhiyyəsi, cansağlığı və səadət arzulayıram.

Qədim dövrlərdən bəri mənəvi həyatımızın ən dərin qatlarına nüfuz etmiş və milli-mədəni dəyərlərimizin təşəkkülündə müstəsna yer tutmuş Novruz bayramı əcdadımızın indiki nəsillərə misilsiz yadigarıdır. Təbiətlə insanın vəhdətinə dair təsəvvürləri yaşadan rəngarəng Novruz mərasimlərində xalqımızın dolğun həyat fəlsəfəsi və zəngin düşüncə dünyası parlaq təcəssümünü tapmışdır.

Azərbaycan torpağında Novruz bayramı daim yad təsirlərdən uzaq tutulmuş və heç bir qüvvəyə onu insanlarımızın qəlbindən çıxarmaq imkanı verilməmişdir. Biz onun böyük mənəvi gücü sayəsində keçmişimizin mürəkkəb dövrlərində belə nikbinliyimizi və gələcəyə inamımızı qoruyub saxlamağı bacarmışıq. Yaz bayramının bu gün əsl ümumxalq bayramı mahiyyəti qazanması dövlət müstəqilliyimizin nailiyyətlərindəndir.

Baharın yurdumuza hər gəlişi əsrlərin yaddaşında iz qoymuş mərasimlərimizə uyğun, yüksək təntənə ilə qeyd olunur. Qloballaşma dalğasının geniş vüsət aldığı və ənənəvi dəyərlərin sürəkli dəyişikliklərə məruz qaldığı bir zamanda Novruz bayramı tarixi-mədəni irsə bağlılığımızın ifadəsinə çevrilmişdir. Özündə insanlığa xas ali dəyərləri cəmləşdirmiş bu bayramın UNESCO tərəfindən ümumbəşəri irsin şah əsərləri sırasına daxil edilməsi hər birimiz üçün iftixar mənbəyidir.

Dayanıqlı inkişaf yolunda ciddi uğurlara nail olmuş Azərbaycanın islahatların növbəti mərhələsinə qədəm qoyması yaz fəslinin yeniləşdirici ovqatı ilə həmahəng səsləşərək qurub-yaratmaq əzmimizi artırır. Həyatımızın ayrı-ayrı sahələrindəki davamlı müasirləşmə meyilləri ilə vahid axarda gerçəkləşdirilən müxtəlif layihələr ölkə vətəndaşlarının rifahının daha da yaxşılaşdırılmasına yönəlmişdir. Qoy bu bayram hər evə xoş ovqat gətirsin və hər ocağa bol sevinc, ruzi-bərəkət bəxş eləsin.

Novruz bayramınız mübarək olsun!”
Prezident sərəncam imzaladı — 2 milyon ayrıldı















Prezident İlham Əliyev Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum Evinin və Uşaq Xəstəxanasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamla Salyan şəhərində Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum Evinin və Uşaq Xəstəxanasının əsaslı təmiri və zəruri tibbi avadanlıqlarla təchiz edilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Səhiyyə Nazirliyinə, ilkin olaraq, 2 milyon manat ayrılıb.

“5 il bundan öncə Vladimir Putin Ukraynanın cənubu və şərqində müharibə törədərək burada minlərlə insanın ölümünə səbəb oldu.

“Bu qərar həm Kremlin şefini, həm rusiyalıları, həm də bütövlükdə dövlətin özünü dəyişdirdi”,-deyə Almaniyanın “Der Spiegel” jurnalından Kristian Eş yazır.

Jurnalistin qeyd etdiyinə görə, Krımı işğal etməklə Putin əslində öz düşməmnlərini belə təəccübləndirib. Krımla birlikdə Rusiya prezidenti soyuq müharibədən sonra formlaşan düzəni dəfn etməklə bərabər Rusiyanı əvvəlki mövqeyinə, yəni Qərblə konfrontasiyada olan dövlət statusuna geri qaytarıb.

“Əslinə qalsa Rusiya prezidenti xarici görünüşünə rəğmən olduqca ehtiyatlı siyasətçidir. Lakin Krım məsələsində kart masasını qəzəblə çevirən hər oyunçu kimi Vladimir Putin də burada ciddi ehtiyatısızlığa yol verdi və özünü təcrid olunmuş vəziyyətə saldı”,- deyə alman jurnalist yazır.

Müəllif Vladimir Putini öncə Ukraynada, sonra da Suriyada apardığı savaşlarla arıtq ölkə daxili gündəmdən də uzaqlaşdığını və dünya siyasətinə atıldığını bildirir.

“O artıq vətəndaşlarının qayğısına qalan siyasətçi təsiri bağışlamır. İndi onun üçün “ümumdünya tarixi missiya” önəmlidir. Putin hazırda nə müasirlərinin, nə rusiyalıların, nə də xaricdəkilərin onun haqqında nə düşündüyü ilə maraqlanmır. “Rusiya Krımı, Krım isə Putini ilhaq edib”-deyə politoloq Tatyana Stanovaya vəziyyəti bu cür anladır.

“Buna rəğmən 2014-cü ili martın18-dəki (Krımın işağl günü-red.) eyforiyadan əsər-əlamət qalmayıb. Almaniya kanslerinin ifadə etdiyi kimi, V.Putin artıq başqa dünyada yaşayır. O, artıq vətəndaşların rfiahı üçün çalışmalı olmadığını düşünür. Çünki onların önündə ən böyük vədini həyata keçirdiyini fikirləşir. Məhz bununla Vladimir Putin ölkədə pensiya yaşlarını artıra bilib, ABŞ-ı isə möcüzəvi silahlarla hədələyib. Onun üçün sosial məsələlər arxa plana keçib”,-deyə yazıda qeyd olunur.

Kristian Eş Putinlə bərabər Rusiya dövlətinin dəyişdiyini vurğulayır. Artıq ordunun, xüsusi xidmət orqanlarının da siyasi həyatdakı rolu yüksəlib.