ABŞ polisi Perunun keçmiş prezidenti Alexandro Toledonu saxlayıb.
"Report"un "Reuters"ə istinadən xəbərinə görə hadisə Kaliforniyada baş verib.
Qeyd edilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları keçmiş dövlət rəhbərini restoranda saxlayıblar. Buna səbəb kimi onun sərxoş olduğu göstərilir.
Ştatın polis şerifin bəyanatına görə, Perunun keçmiş rəhbəri korrupsiya ilə bağlı axtarışdadır. Ancaq Peruda irəli sürülən ittihamların mövcudluğu onlara keçmiş prezidenti ABŞ-da saxlamağa səlahiyyət vermir. Bununla belə o, sərxoşluğa görə saxlanılıb.
Perunun Xarici İşlər Nazirliyi faktı təsdiq edib.
Daha əvvəl Peru prezidenti Pedro Pablo Kuçinski amerikalı həmkarı Donald Trampla telefon danışığında ölkəsinin sabiq dövlət başçısı Alexandro Toledonun geri qaytarılması ilə bağlı müraciətə baxmasını xahiş edib.