![]() |
![]() |
“5 il bundan öncə Vladimir Putin Ukraynanın cənubu və şərqində müharibə törədərək burada minlərlə insanın ölümünə səbəb oldu.
“Bu qərar həm Kremlin şefini, həm rusiyalıları, həm də bütövlükdə dövlətin özünü dəyişdirdi”,-deyə Almaniyanın “Der Spiegel” jurnalından Kristian Eş yazır.
Jurnalistin qeyd etdiyinə görə, Krımı işğal etməklə Putin əslində öz düşməmnlərini belə təəccübləndirib. Krımla birlikdə Rusiya prezidenti soyuq müharibədən sonra formlaşan düzəni dəfn etməklə bərabər Rusiyanı əvvəlki mövqeyinə, yəni Qərblə konfrontasiyada olan dövlət statusuna geri qaytarıb.
“Əslinə qalsa Rusiya prezidenti xarici görünüşünə rəğmən olduqca ehtiyatlı siyasətçidir. Lakin Krım məsələsində kart masasını qəzəblə çevirən hər oyunçu kimi Vladimir Putin də burada ciddi ehtiyatısızlığa yol verdi və özünü təcrid olunmuş vəziyyətə saldı”,- deyə alman jurnalist yazır.
Müəllif Vladimir Putini öncə Ukraynada, sonra da Suriyada apardığı savaşlarla arıtq ölkə daxili gündəmdən də uzaqlaşdığını və dünya siyasətinə atıldığını bildirir.
“O artıq vətəndaşlarının qayğısına qalan siyasətçi təsiri bağışlamır. İndi onun üçün “ümumdünya tarixi missiya” önəmlidir. Putin hazırda nə müasirlərinin, nə rusiyalıların, nə də xaricdəkilərin onun haqqında nə düşündüyü ilə maraqlanmır. “Rusiya Krımı, Krım isə Putini ilhaq edib”-deyə politoloq Tatyana Stanovaya vəziyyəti bu cür anladır.
“Buna rəğmən 2014-cü ili martın18-dəki (Krımın işağl günü-red.) eyforiyadan əsər-əlamət qalmayıb. Almaniya kanslerinin ifadə etdiyi kimi, V.Putin artıq başqa dünyada yaşayır. O, artıq vətəndaşların rfiahı üçün çalışmalı olmadığını düşünür. Çünki onların önündə ən böyük vədini həyata keçirdiyini fikirləşir. Məhz bununla Vladimir Putin ölkədə pensiya yaşlarını artıra bilib, ABŞ-ı isə möcüzəvi silahlarla hədələyib. Onun üçün sosial məsələlər arxa plana keçib”,-deyə yazıda qeyd olunur.
Kristian Eş Putinlə bərabər Rusiya dövlətinin dəyişdiyini vurğulayır. Artıq ordunun, xüsusi xidmət orqanlarının da siyasi həyatdakı rolu yüksəlib.
Prezident Donald Trampın Rusiya ilə “danışıqları” barədə onun rəqibləri tərəfindən səsləndirilən bəyanatlar ABŞ-la Rusiya arasındakı münasibətləri inkişaf etdirməyə əngəl törədir.
ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton deyib.
“Düşünürəm ki, siyasi rəqiblərin Rusiya ilə danışıqlar barədə bəzi sübutlar göstərməyə çalışdığı müddətdə iki ölkə arasındakı münasibətlərdə inkişafa nail olmaq çətin olacaq”, - deyə C.Bolton bildirib.
Martın 16-da Slovakiyada səsvermə hüququna malik dörd milyon vətəndaş ölkənin yeni dövlət başçısını seçir.
AZƏRTAC xəbər verir ki, liberal düşərgənin təmsilçisi, ixtisasca vəkil Zuzana Çaputova seçkilərdə əsas favorit hesab edilir. Siyasət meydanına yeni daxil olan Z.Çaputova 2017-ci ildə təsis edilmiş Proqressiv Slovakiya (PS) partiyasının sədr müavinidir. Liberal, avropayönümlü və ekoloji mövzuları təbliğ edən Çaputova seçkiöncəsi sorğularda respondentlərin 50 faizindən çoxunun dəstəyini qazanıb.
13 namizədin iştirak etdiyi seçkilərdə Avropa Komissiyası prezidentinin müavini, enerji ittifaqı üzrə komissar Maroş Şefçoviçin də şansları yüksək qiymətləndirilir.
Slovakiyada seçki sorğuları adətən səsvermənin nəticəsi ilə uzlaşmasa da, ötən il jurnalist Yan Kuçiakın qətlindən sonra ölkədə ictimai fikir ikiyə parçalanıb. Ölkəsində ədalətli və vicdanlı siyasətin hakim olmasını tələb edən Çaputova apardığı seçki kampaniyasında xarici siyasətdə də avropayönümlü siyasət yürüdəcəyini vəd edib.
Bir sıra qəzetlər isə Çaputovanı 2009-cu ildə prezident seçkilərində namizədliyini irəli sürən İveta Radiçova ilə müqayisə edirlər. Həmin vaxt seçkilərin ilk mərhələsində Radiçova qalib gəlsə də, ikinci mərhələdə Prezident İvan Qaşparoviçə məğlub olmuşdu. Ekspertlər hesab edirlər ki, bu məğlubiyyətdə əsas səbəblərdən biri də konservativ ruhlu slovak seçicisinin bir qadını dövlətin ali kürsüsündə görə bilməməsidir.