Son xəbərlər

Deputat “Kazbek” mahnısına görə nazir və baş prokurora müraciət etdi: “Nadan sürüsü…” – Video















Millət vəkili Fazil Mustafa “Kazbekə şey basım fırranım” mahnısı ilə bağlı Baş Prokuror Zakir Qaralova və Daxili İşlər Naziri Ramil Usubova müraciət edib.

Bu barədə millət vəkili facebook profilində məlumat verib.

Deputat mahnıya video çəkənlərin, narkomaniyanı təbliğ edən meyxananı səsləndirənlərin və mahnıya rəqs edənlərin məsuliyyətə cəlb edilməsi ilə bağlı çağırış edib:

“Bu adamların davranışı birbaşa cinayətə çağırışdır, narkomaniyanın açıq təbliğidir və buna gülən, bunu bəyənən nadan sürüsünə rəğmən cəmiyyətin az-çox düşünən insanları bu cür iyrənc təbliğatdan hansı fəsadların törənə biləcəyinin fərqindədirlər. Kim bu videonu bəyənmişsə, Allah mütləq onların ocağını nəşələndirəcək, Kazbek dolduranlarla fərəhləndirəcək. Narkomaniyanı təbliğ edən bu fahişələrin başını keçəl vurdurub küçə süpürtdürmək ən faydalı islah işi olardı. Burada uşaqları belə bir klipə cəlb edənləri də ifşa etmək unudulmamalıdır”.
İlham Əliyevdən Paşinyanla görüşdən sonra BƏYANAT















Azərbaycan prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla dünən Avstriyanın Vyana şəhərində görüş keçirib.
Prezident görüşdən sonra “TASS” agentliyinə müsahibə verib.

Prezident qeyd edib ki, bu günə qədər xarici işlər nazirləri bir neçə raund danışıqlar aparıblar:

“Görüş ona görə mühümdür ki, məsələnin mahiyyəti ilə bağlı danışıqlar prosesinə yeni start verilib. Biz etimadı, ola bilsin ki, insanlar arasında təmaslar çərçivəsində möhkəmləndirməklə bağlı məsələləri müzakirə etdik”. 

Azərbaycan lideri bildirib ki, bundan əvvəl ictimaiyyət nümayəndələri arasında təmaslar olub: 
“Yəni, hələ bu barədə danışmaq tezdir, lakin humanitar məsələlərə gəldikdə, bu, nəzərdə tutulur. Çünki danışıqlar prosesi təbii ki, həm də humanitar aksiyalarla dəstəklənməlidir. Lakin mən hesab edirəm, əsas odur ki, danışıqların formatı dəyişilməz qalıb. Danışıqlar uzun illər olduğu kimi, Ermənistan ilə Azərbaycan arasında aparılır”. 

İlham Əliyev qeyd edib ki,zrbaycan prezidentinin sözlərinə görə, danışıqlar prosesinə yeni təkan verilib:
“Bu da vacibdir. Biz Minsk qrupunun həmsədrlərinin 9 mart tarixli bəyanatını, - siz yəqin ki, onunla tanışsınız, - çox müsbət qiymətləndirdik. Orada deyilir ki, danışıqlar formatının dəyişdirilməsi yalnız iki tərəfin razılığı ilə ola bilər. Azərbaycan tərəfi təbii ki, buna razılıq vermədi. Ona görə də biz prinsipcə substantiv danışıqların davam etdirilməli olduğu vəziyyətə qayıtdıq. 

Xarici işlər nazirlərinə tapşırıqlar verilib. Onlar çox güman ki, nəticəyə yönələn danışıqlar prosesini davam etdirmək üçün yaxın vaxtlarda görüşəcəklər. Bizim üçün birinci yerdə beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərinin beynəlxalq hüquq, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsi çərçivəsində işğaldan azad edilməsi məsələsi durur”.
İlham Əliyev “Diqlas”la bağlı sərəncam imzaladı















Prezident İlham Əliyev Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi 81Q ünvanında yerləşən ticarət mərkəzində fəaliyyət göstərən və 2019-cu il martın 26-da həmin ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ilkin olaraq 3 milyon manat ayrılsın.

İqtisadiyyat Nazirliyinə zərər çəkmiş sahibkarlara bu sərəncama əsasən ayrılmış vəsait hesabına maddi yardım göstərilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç gün müddətində təsdiq etmək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Maliyyə Nazirliyi bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.
Bakının Tiflisə İrəvan üçün xüsusi mesajı - seçim anı













Ermənistanda “məxməri inqilab”ın ildönümü yaxınlaşdıqca baş nazir Nikol Paşinyana qarşı tənqidin dozası artır. Özü də bu tənqid təkcə siyasi rəqiblərdən gəlmir. İnqilabçı cameəni təmsil eləmiş ekspert və siyasilər tərəfindən də səslənir. Çünki artıq vədlər vermək zamanı ötüb və nəticələrdən danışmaq vaxtı yetişir. Nəticələr isə inqilabçı xalqın gözlədiyinin əksinə, neqativ işarəlidir. Ölkədə bu müddətdə nə işsizlik və yoxsulluq azalıb, nə də kütləvi köç səngiyib.

“Yeni hökumət Ermənistan yerli, xüsusən də xarici investorlar üçün cəlbedici edəcək ideya və layihələr təqdim edə bilmir”. “Yeni Müsavat” xəbər verir ki, bu barədə 1 in.am portalında erməni siyasi şərhçi Qarnik Gevorkyanın məqaləsində deyilir.

“Belə çıxır ki, biz baş nazirin düşüncəsi ilə onun komandasının imkanlarının üst-üstə düşmədiyi situasiya ilə üz-üzəyik. Aydındır ki, bu fərq aradan qalxmayınca ölkədə hər hansı ciddi dəyişikliyə nal olmaq mümkün olmayacaq, o ki ola ”iqtisadi inqilab"a. Odur ki, Nikol Paşinyan indi çətin dilemma qarşısındadır: ya o, özünün ambisiyalarından və “iqtisadi inqilab” kimi hədəflərindən vaz keçməlidir, ya da komandasını öz məqsədlərinin tələb elədiyi standartlar səviyyəsinə qaldırmalıdır", - deyə müəllif xəbərdarlıq edib.

Ancaq Ermənistanın ən böyük problemi heç də hakim komandaya və ya iqtidarda kimin olmasına bağlı deyil. Ölkənin düşdüyü blokada vəziyyətinin yaratdığı obyektiv reallıqlar və sərt məhdudiyyətlərlə ilgilidir. Söhbət ən əvvəl həlli uzanan Qarabağ konfliktindən gedir.

***** 

Bu arada nüfuzlu “The Washington Times” qəzetində Ermənistanda “məxməri inqilab”dan sonrakı durum, yeni baş nazir Paşinyanın qeyri-ardıcıl siyasəti və ölkənin davam edən ağır siyasi və iqtisadi vəziyyətini təhlil edən məqalə yer alıb (AzərTAc). Məqalədə əvvəlcə özünü islahatçı və demokrat adlandıran Paşinyanın hakimiyyəti ələ keçirməsinin ildönümünün yaxınlaşdığı bildirilir.

Müəllif xatırladır ki, Avropa ölkələri, Ermənistanın ABŞ Konqresində olan qatı tərəfdarları inqilabdan sonra N.Paşinyanı tərifləməyə başlayıblar. Bununla belə, o, əlavə edir ki, Ağ Ev və Dövlət Departamenti prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun yaxınlarda həyata keçirdiyi İrəvan səfərindən sonra Ermənistan hökumətinin yeni rəhbərinə kifayət qədər skeptik yanaşır. Regiona səfər etmiş Boltonun mövqeyini təhlil edən müəllif yazır ki, müşavir Cənubi Qafqazı Birləşmiş Ştatlar üçün strateji cəhətdən əhəmiyyətli region, Azərbaycan və Gürcüstanı ABŞ-ın etibarlı müttəfiqləri hesab etməklə yanaşı, siyasi cəhətdən müstəqil dövlət olmayan Ermənistanın hələ də bu “layiqli kluba” daxil ola bilmədiyi qənaətindədir.

Yazıda daha sonra Boltonun sözlərinə istinadla bildirilir ki, İrəvan üçün müvəffəqiyyətin açarı qondarma və qeyri-qanuni “dövlət” yaratmaq adı altında Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi ilə nəticələnmiş Qarabağ münaqişəsinin sülh yolu ilə həllidir. “Çünki bu münaqişənin nizamlanması Ermənistanı transformasiya edə bilər və Paşinyanın da öz inqilabi çıxışlarında vəd etdiyi kimi, onun müstəqillik, müasirlik və tərəqqi yoluna qədəm qoymasına şərait yaradar. Beləliklə, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunda müharibəyə son qoymalı, eyni zamanda vassal dövlət olmaqdan qurtulmalı və tərəfdaşlığa səy göstərən davranış nümayiş etdirməlidir. Münaqişə Ermənistanın tarixində dərin iz buraxıb və bu ölkənin inkişafdan geri qalmasını, dərin yoxsulluğu, kəskin ”beyin axınını", ən əsası, onun digər dövlətlərdən əsaslı və köklü şəkildə asılılığını gücləndirib" - məqalədə vurğulanır.

Məqalənin sonunda qeyd edilir ki, Ermənistan öz qonşularından nümunə götürə bilər: “Neft və qazla zəngin Azərbaycan və təşəbbüskar Gürcüstan böyük iqtisadi inkişafdan bəhrələnirlər: neft və qaz kəmərləri, limanlar, Şərq-Qərb dəmir yolu, peyklər, turizm, təhsil, müasir səhiyyə, elm və incəsənət, habelə dünya ölkələri arasında layiqli yer bu nailiyyətlərdəndir. Lakin bir ildən sonra Paşinyanın erməni xalqına vəd etdiyi inkişafdan əsər-əlamət yoxdur. Bu ölkənin iqtisadiyyatı hələ də öz əlində deyil”.

*****

Qisası, ABŞ-ın nüfuzlu nəşri Nikol Paşinyan hökumətinə məsləhət görür ki, ölkəsini normal inkişafa qovuşdurmaq üçün ilk növbədə Rusiyanın vassal asılılığından qurtarsın. Vassal asılılığına son qoymaq üçünsə İrəvan Azərbaycana qarşı əsassız torpaq iddiasından əl çəkməlidir.

Bu yerdə ötən ilin oktyabrında Con Boltonun İrəvanda səfərdə olarkən verdiyi bəyanatı yada salmaq lazım gəlir. Bolton bildirmişdi ki, əgər baş nazir Nikol Paşinyan ölkəsinin rifahını, Rusiya asılılığından və blokadadan qurtulmasını istəyirsə, o zaman ilk növbədə öz əsas qonşuları Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmalı, Qarabağ məsələsində dönüşə nail olmalıdır. Eyni tələb bu ilin yanvarında prezident Donald Trampın N.Paşinyana göndərdiyi təbrik məktubunda yer alıb.

Məsələ ondadır ki, Azərbaycanla müharibə vəziyyəti, həll olunmamış Qarabağ problemi Ermənistana heç qonşu Gürcüstanla da normal münasibətlər qurmağa imkan vermir - geosiyasi səbəblər mane olur. Bu xüsusda maraqlı bir detal.

“Bu günlərdə Nikol Paşinyan gürcü həmkarı ilə sərhəddə görüşüb. O zaman bu görüş barədə açıqlama verilmədi. Görüş təəccüb doğurdu, çünki sözügedən şəxslər bir müddət əvvəl görüşmüşdülər. Bəs NATO Gürcüstanda təlim keçirdiyi günlərdə Gürcüstanın baş nazirini sərhəddə erməni həmkarı ilə görüşməyə nə vadar edirdi?”

Bu sözlər “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində yer alıb. Məqalədə deyilir: “İndi Paşinyan elan edir ki, sərhəddə Ermənistanla Gürcüstan arasında xeyli birgə iqtisadi layihə müzakirə olunub. Əsas da nəqliyyat layihələrini və logistik mərkəzlərin tikintisini gündəmə gətiriblər. Bu arada Paşinyanın Gürcüstanla əməkdaşlığa dair bu cümləsi diqqəti cəlb edir: ”İki ölkə arasındakı əlaqələri geosiyasi təsirlərin kənarında saxlamaq olur, ancaq daha böyük layihələr müzakirə olunarkən geosiyasi təsirlər ön plana çıxır"".

Təhlildə bildirilir ki, Paşinyan “geosiyasi təsirlər” dedikdə böyük ehtimalla, iki ölkəni nəzərdə tutur - Rusiya və Azərbaycan. Müəllifə görə, erməni baş nazir anlayır ki, Ermənistan-Gürcüstan əlaqələrini Rusiyanın təsirlərinə görə inkişaf etdirmək çətindir. Rusiya ilə Gürcüstan arasında diplomatik münasibətlərin olmaması işğalçı ölkənin Gürcüstan üzərindən Rusiya ilə əlaqələrinə mənfi təsir edir: “Azərbaycan amili də var. Gürcüstanın əsas regional layihələri Azərbaycan və Türkiyə ilə bağlıdır. Ermənistan bu durumu dəyişmək gücündə deyil. Deməli, Paşinyanın bu vəziyyətdə məqsədi Rusiya və Azərbaycan təsirlərindən kənarda Gürcüstanla əməkdaşlığı inkişaf etdirməyin yollarını tapmaqdır. Ermənistanla hansı istiqamətlərdə əməkdaşlıq etmək Gürcüstanın daxili işidir. Ancaq Gürcüstanda onu da bilməlidirlər ki, bu əməkdaşlıq Azərbaycanda xoş qarşılanmır. Tiflis Paşinyanın da işarə etdiyi geosiyasi təsirləri nəzərə almalıdır. Bunun üçün isə Bakıdan Tiflisə zaman-zaman mesajlar göndərilməlidir”.

Bakından Tiflisə göndərilən və bundan sonra göndəriləcək mesajlar şübhəsiz ki, həm də İrəvan üçündür. O anlamda ki, işğalçı ölkə bölgədəki böyük inteqrasiya prosesinə və regional layihələrə qoşulmaq istəyirsə, öncə Gürcüstanla yox, Azərbaycanla anlaşmalıdır... 
“Yeni Müsavat”
Ramil Usubov keçmiş polis rəisinə yüksək vəzifə verdi















Daxili işlər orqanlarında yeni təyinat olub.
Report xəbərinə görə, polis polkovniki Faiq Şabanov Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, F.Şabanov 2013-2018-ci illərdə Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.
Ramil Usubov rəisi işdən çıxardı














Zərdab rayon polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi Rəşad Xəlilov vəzifəsindən azad edilib.
Report xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb.

Onun yerinə hələlik təyinat olmayıb.
Qeyd edək ki, bir müddət əvvəl Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin rəis müavini, polis mayoru Azər Əfəndiyev tutduğu vəzifədən azad edilərək Zərdab rayon Polis Şöbəsinin rəisi təyin olunub.
Paşinyan İlham Əliyevlə görüşmək üçün Vyanaya getdi















Ermənistanın baş naziri Nikol Paşinyan Vyanaya yola düşüb.

“Qafqazinfo” news.am-a istinadən xəbər verir ki, bu gün Avstriyanın paytaxtında Azərbaycan prezidenti İlham Əliyevlə Paşinyanın ilk rəsmi görüşü olacaq.

Qeyd edək ki, artıq Vyanada Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin görüşü keçirilib.

Azərbaycanın milli təhlükəsizlik orqanı rəhbərləri kimlər olub?















100 yaşını qeyd edən bu struktura Məmmədbağır Şeyxzamanlıdan başlayaraq, səs-küylü Eldar Mahmudova qədər rəhbərlik edənlərin tarixçəsi…

Martın 28-də Azərbaycanda ənənəvi olaraq təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı qeyd olunur. Bu il isə Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi tamam olur. Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə nazirlik tərkibində kəşfiyyat və əks-kəşfiyyat bölməsi (kvartirmeyster) təşkil edilib.

“Yeni Müsavat” xatırladır ki, Azərbaycanın ilk milli təhlükəsizlik naziri Məmmədbağır Şeyxzamanlıdır. O, Azərbaycan Demokratik Respublikasının (ADR) 1919-cu il iyun və avqust aylarında MTN rəhbəri olub, avqustun 1920-ci ilin martına qədər Nağı bəy Şeyxzamanlı bu vəzifəni tutub. Sovetləşmədən sonra təşkilatın üzvləri repressiyalara məruz qalib, M.Şeyxzamanlı başda olmaqla əksər rəhbər heyət güllələnib, N.Şeyxzamanlı Türkiyəyə mühacirət edib.

Sovet dövründə qurum əvvəlcə Fövqəladə Komissiya (“ÇK”) adlanıb, bir müddət Daxili İşlər Xalq Komissarlığının (“NKVD”) tərkibində fəaliyyət göstərib, sonra Dövlət Təhlükəsizlik Komitəsi təşkil olunub.

Sovet Azərbaycanında isə bu postu tutan əsasən ruslar olsa da, azərbaycanlılara da bu vəzifə verilib. Bunlar tarixi ardıcıllıqla Baba Əliyev, Eyyub Xanbudaqov, Mircəfər Bağırov, Novruz Rzayev, Heydər Əliyev, Ziya Yusifzadə və Vaqif Hüseynovdur. Sonuncusu müstəqil Azərbaycanın ilk vaxtlarında da milli təhlükəsizlik orqanı rəhbəri olub.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1991-ci il noyabrın 1-də Milli Təhlükəsizlik Nazirliyi yaranıb.

Prezident Heydər Əliyevin 1997-ci il 23 mart tarixli fərmanı ilə 28 mart – milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü elan olunub.

V.Hüseynov 1991-ci ilin sentyabrına qədər nazir işləyib. Həmin vaxtdan 1992-ci ilin mayına qədər isə İlhüseyn Hüseynov nazir təyin olunub. O, 2006-cı ildə vəfat edib.

Azərbaycanın milli təhlükəsizlik orqanı rəhbərləri kimlər olub?


1992-ci ilin mayından 1993-cü ilin iyununa qədər Fəxrəddin Təhməzov MTN rəhbəri işləyib. O, Gəncə qiyamı ilə bağlı qısa müddətli həbs cəzası alıb. Onun davamçısı Nəriman İmranov olub və cəmi bir il, 1994-cü ilə qədər vəzifədə qalıb.

1994-cü il dekabrın 21-də bir qrup şəxsin nazirliyin təcridxanasından qaçırılmasının təşkilinə görə vətənə xəyanət ittihamı ilə ömürlük məhkum edilib. 2002-ci ildə əfv fərmanı ilə azadlığa buraxılıb.

N.İmranovdan sonra uzun müddət MTN rəhbəri Namiq Abbasov işləyib. O, 10 il – 2004-cü ilə qədər nazir olub. N.Abbasov 2004-2012-ci illərdə Azərbaycanın Özbəkistanda səfiri işləyib.

Ən nəhayət, N.Abbasovun yerinə gələn və hələ ki ən uzun müddət MTN rəhbəri işləyən Eldar Mahmudov olub. E.Mahmudov təhlükəsizlik orqanı rəhbərləri arasında ən səs-küylü şəkildə vəzifədən gedən nazirdir.

2005-ci ildə keçirdiyi əməliyyatla qanqster Hacı Məmmədovun cinayətlərini ifşa edən MTN rəhbəri 2015-ci ildə prezidentin sərəncamı ilə vəzifəsindən azad olunub, Milli Təhlükəsizlik Nazirliyi ləğv edilib, bu strukturun generalları, polkovnikləri, rütbəli şəxsləri həbs edilib, antiterror mərkəzinin rəis müavini İlqar Əliyev istintaq təcridxanasında özünü asıb. Onlar şantaj, korrupsiya, vəzifə səlahiyyətindən sui-istifadədə ittiham olunublar, E.Mahmudovun köməkçisi Vüqar Mahmudov da həbs edilib, özü istintaqa çağırılaraq dindirilib.

Azərbaycanın milli təhlükəsizlik orqanı rəhbərləri kimlər olub?


MTN-in ləğvindən sonra prezidentin sərəncamı ilə Dövlət Təhlükəsizlik Xidməti yaradıldı və Ədliyyə Nazirliyinin Penitensiar Xidmət rəisi Mədət Quliyev bu qurumun başına gətirildi.

General-polkovnik, Milli Qəhrəman M.Quliyev milli təhlükəsizliyin təmin edilməsi və milli maraqların müdafiəsi sahəsində səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Ombudsman azərbaycanlı girovla bağlı BQXK-ya müraciət edib














Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova Ermənistanda girovluqda saxlanılan Elvin İbrahimovla bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Elena Ajmone Sesseraya müraciət ünvanlayıb.

Ombudsman Aparatından Azvision.az -a verilən məlumata görə, Azərbaycan vətəndaşı, Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 1986-cı il təvəllüdlü, Qazax rayonlararası ruhi xəstəxanasında qeydiyyatda olan və dəfələrlə müalicə almış, II qrup əlil İbrahimov Elvin Arif oğlu anasının dediyinə görə bu ilin mart ayının 15-də evdən işə getmək adı ilə çıxıb, sonradan Qazax rayonunun Ermənistan Respublikasının Noyemberyan rayonu ilə sərhəd xəttində yolu azaraq sərhədi keçərkən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralanıb və hazırda girovluqda saxlanılır.

Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair 1949-cu il tarixli Cenevrə Konvensiyasının 3-cü maddəsinə əsasən döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən mülki şəxslərin girov götürülməsi qadağan olunur və onlar tez bir zamanda mənsub olduğu ölkəyə qaytarılmalıdır.

Eyni zamanda E.İbrahimovun II qrup əlil olduğunu və sərhədi səhvən keçərkən Ermənistan hərbçiləri tərəfindən yaralandığını nəzərə alaraq, adı çəkilən konvensiyanın 16-cı maddəsinə əsasən xüsusi qayğı və himayə ilə əhatə olunmalı, tez bir zamanda girovluqdan azad edilməlidir.

Lakin təəssüflə qeyd edilməlidir ki, Ermənistan tərəfi hər zaman olduğu kimi, bu dəfə də beynəlxalq hüquq norma və prinsiplərini pozaraq, mülki şəxsi girov götürüb, onun əlilliyi olmasına baxmayaraq, tez bir zamanda ölkəsinə qaytarılması istiqamətində hər-hansı bir tədbir görməyib.

Qeyd olunan beynəlxalq normaları və E.İbrahimovun anasının Azərbaycan Ombudsmanına ünvanladığı xahiş məktubunu nəzərə alaraq, Müvəkkil Elmira Süleymanova tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Elena Ajmone Sesseraya müraciət ünvanlanıb. Müraciətdə Komitənin mandatı çərçivəsində E.İbrahimovun girovluqda olduğu müddətdə hər hansı fiziki və mənəvi zorakılığa məruz qalmamasının təmin edilməsi, girov saxlanıldığı ölkədə fəaliyyət göstərən nümayəndəlikləri vasitəsilə onun səhhətinin və ümumi vəziyyətinin nəzarətdə saxlanılması və mümkün qədər qısa müddət ərzində Azərbaycan tərəfinə qaytarılmasında yardımçı olmaları xahiş olunub.