Zərdab rayon polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi Rəşad Xəlilov vəzifəsindən azad edilib. Report xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb.
Onun yerinə hələlik təyinat olmayıb. Qeyd edək ki, bir müddət əvvəl Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin rəis müavini, polis mayoru Azər Əfəndiyev tutduğu vəzifədən azad edilərək Zərdab rayon Polis Şöbəsinin rəisi təyin olunub.