“5 il bundan öncə Vladimir Putin Ukraynanın cənubu və şərqində müharibə törədərək burada minlərlə insanın ölümünə səbəb oldu.
“Bu qərar həm Kremlin şefini, həm rusiyalıları, həm də bütövlükdə dövlətin özünü dəyişdirdi”,-deyə Almaniyanın “Der Spiegel” jurnalından Kristian Eş yazır.
Jurnalistin qeyd etdiyinə görə, Krımı işğal etməklə Putin əslində öz düşməmnlərini belə təəccübləndirib. Krımla birlikdə Rusiya prezidenti soyuq müharibədən sonra formlaşan düzəni dəfn etməklə bərabər Rusiyanı əvvəlki mövqeyinə, yəni Qərblə konfrontasiyada olan dövlət statusuna geri qaytarıb.
“Əslinə qalsa Rusiya prezidenti xarici görünüşünə rəğmən olduqca ehtiyatlı siyasətçidir. Lakin Krım məsələsində kart masasını qəzəblə çevirən hər oyunçu kimi Vladimir Putin də burada ciddi ehtiyatısızlığa yol verdi və özünü təcrid olunmuş vəziyyətə saldı”,- deyə alman jurnalist yazır.
Müəllif Vladimir Putini öncə Ukraynada, sonra da Suriyada apardığı savaşlarla arıtq ölkə daxili gündəmdən də uzaqlaşdığını və dünya siyasətinə atıldığını bildirir.
“O artıq vətəndaşlarının qayğısına qalan siyasətçi təsiri bağışlamır. İndi onun üçün “ümumdünya tarixi missiya” önəmlidir. Putin hazırda nə müasirlərinin, nə rusiyalıların, nə də xaricdəkilərin onun haqqında nə düşündüyü ilə maraqlanmır. “Rusiya Krımı, Krım isə Putini ilhaq edib”-deyə politoloq Tatyana Stanovaya vəziyyəti bu cür anladır.
“Buna rəğmən 2014-cü ili martın18-dəki (Krımın işağl günü-red.) eyforiyadan əsər-əlamət qalmayıb. Almaniya kanslerinin ifadə etdiyi kimi, V.Putin artıq başqa dünyada yaşayır. O, artıq vətəndaşların rfiahı üçün çalışmalı olmadığını düşünür. Çünki onların önündə ən böyük vədini həyata keçirdiyini fikirləşir. Məhz bununla Vladimir Putin ölkədə pensiya yaşlarını artıra bilib, ABŞ-ı isə möcüzəvi silahlarla hədələyib. Onun üçün sosial məsələlər arxa plana keçib”,-deyə yazıda qeyd olunur.
Kristian Eş Putinlə bərabər Rusiya dövlətinin dəyişdiyini vurğulayır. Artıq ordunun, xüsusi xidmət orqanlarının da siyasi həyatdakı rolu yüksəlib.