Xəbər verildiyi kimi, Müsavat Partiyası 7 aprelə, AXCP-dən ibarət olan Milli Şura isə 6 aprelə aksiya təyin edib. İlk qərar Müsavatdan gəlib və bundan dərhal sonra MŞ bir gün öncəyə mitinq qərarı verib. Bu da hər iki düşərgəni üz-üzə qoyub. 

Tərəflər bir-birinin ünvanına ən ağır ittihamlar, tənqidlər, hətta təhqirlər belə səsləndirirlər. Müsavat MŞ-nı prosesləri ələ almaq üçün tələm-tələsik aksiya təyin etməkdə və mitinqlərinə kölgə salmaqda ittiham edir. Əks tərəf isə bunu təkzib edir və mitinq qərarlarının yarım ay öncədən olduğunu deyir. Təkcə sıravi üzvlər səviyyəsində qarşıdurmalar yaşanmır, artıq hər iki müxalif qurumun funksionerləri məsələ ilə bağlı sosial şəbəkələrdə statuslar paylaşırlar. Hər bir status isə qalmaqal yaradır. MŞ-nın əsas arqumenti budur ki, hökumət icazə verəndə bazar gününə deyil, şənbə günü mitinqlərinə icazə verir. Müsavat tərəfi isə bu arqumentə etiraz edir.

Fransada mühacir həyatı yaşayan AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Ədilovun paylaşdığı status gərginliyi daha da artırıb. O yazır: “Müsavat funksionerləri ilə mübahisə etmək fikrimiz yoxdur. Əlimizdə vacib iş var. Mitinqə hazırlaşırıq. Ancaq bu qeydləri yazıram ki, müxalifətdaxili intriqalardan bizim birtərəfli qaydada imtinamızı bəzi adamlar fürsət bilib, öz yalanları ilə adamları çaşdırmasın. Mən bu yazımda bəzi vacib bildiyim məqamlara aydınlıq gətirəcəm, ancaq digər cəbhəçi dostlardan xahiş edirəm ki, bundan sonra ünvanımıza nə yazılmasından asılı olmayaraq onlar bu mövzuda yazmasınlar.

Картинки по запросу natiq ədilov

Natiq Ədilov

1. Müsavat partiyasının Milli Şuradan çıxmaqla müxalifət birliyinə vurduğu zərbəni və s. iradlarımızı gözardı edərək, Milli Şura müxalifətin yenidən konsolidasiyasına nail olmaq niyyətilə 2018-ci ildə 3 mitinqini ard-arda Müsavatla birlikdə keçirdi.

2. 2019-cu ildə Müsavat partiyası 12 yanvar tarixinə təkbaşına mitinq təyin etdi. Və faktiki 2018-ci ildə formalaşmış formatdan çıxdı. Biz bir şey demədik. Hüquqlarıdır saydıq.

3. Milli Şura 19 yanvar mitinqini təyin etdi. Həmin mitinqə nəinki Müsavat partiyasını, digər müxalifət partiyalarını da dəvət etdi. Mitinqi hamı birlikdə keçirdi. 19 yanvar mitinqində 8 nəfər çıxışçının arasında AXCP-dən yalnız partiya sədri Əli Kərimli var idi. Başqa sözlə, mitinqin daha çox əziyyətini çəkən siyasi qüvvə əldə etdiyi tribunanı hamı ilə paylaşmışdı. Milli Şura və AXCP bu geniş formatlı birliyi davam etdirmək istəyirdi.

4. Milli Şura bir neçə dəfə mitinq təyin etdikdən sonra Müsavat başqanı Arif Hacılı AXCP sədri Əli Kərimliyə təklif edib ki, yenidən 2018-ci ildə formalaşmış və Müsavatın özünün imtina etdiyi formata qayıdılsın və mitinqlər Milli Şura və Müsavat partiyası tərəfindən birgə keçirilsin. Təklif Milli Şura və AXCP-də müzakirə olunub. Hesab olunub ki, bu ilin 19 yanvar mitinqində əldə olunmuş daha geniş müxalifət birliyi formatı daha arzuolunandır və Milli Şura 19 yanvar prosesini davam etdirsin, ən azı buna çalışsın.

5. Milli Şura da, Müsavat partiyası da ayrı – ayrılıqda mitinq müraciətlərini davam etdirib. Ancaq bu zaman fərqli taktikadan istifadə olunub. Milli Şura mitinqlərini təyin edən kimi mitinqlərin təbliğatına başlayıb ki, razılıq veriləcəyi təqdirdə mitinqlərin daha da izdihamlı olması təmin edilsin. Milli Şura həm də çalışıb ki, mitinqə razılıq verməmək üçün hökumətə heç bir bəhanə verməsin. Mitinqlər hər zaman hökumətin razılaşdığı “Məhsul” stadionuna və 6-cı günlərə təyin olunub. Müsavat partiyası isə mitinq üçün başqa meydanlar tələb edib, hazırkı mərhələdə hökumətin yürüşlərə və bazar günü mitinqlərinə razı olmadığını hamımız bildiyimiz halda məhz bazar günləri, məhz yürüş tələb olunub. Bununla da ictimaiyyətə əvvəlcədən məlum olub ki, elan olunmuş bu yürüş – mitinq faktiki keçirilməyəcək.

6. Əlbəttə, bazar günləri, üstəlik də yürüşlər keçirmək Müsavat partiyasının hüququdur. Hökumət bu hüququ təmin etməlidir. Ancaq təəssüf ki, hələlik toplumun gücü hökuməti buna məcbur edə bilmir. Odur ki, Müsavat partiyasının həftənin bazar günlərində, üstəlik, yürüşlü mitinq istəməsi yalnız o baxımdan əhəmiyyətlidir ki, ölkədə bu hüququn olmadığını sübut etsin. Yeri gəlmişkən, Milli Şura və AXCP də məhz bu hüququn olmadığını sübut etmək üçün dəfələrlə şəhərin mərkəzinə mitinq, yürüş təyin edib. Ancaq biz həmin mitinq, yürüş cəhdləri haqda baş tutmayacağını bildiyimiz üçün heç ictimaiyyətə məlumat verməmişik. Gözləmişik, hökumətin “yox” cavabından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət etmişik və beynəlxalq təşkilatlara məlumat vermişik ki, hökumət beynəlxalq öhdəliklərini yerinə yetirmir.

7. Beləliklə, həftənin bazar günlərinə yürüş – mitinqləri təyin etmək istənilən siyasi partiyanın hüququ olsa da baş tutmayacağı əvvəlcədən məlum olan mitinq müraciətinə görə bütün həftəni məşğul etmək, başqalarının və həm də real mitinq keçirmək məqsədilə etdiyi mitinq təşəbbüslərinə qısqanclıqla yanaşmaq, üstəlik, müxalifətdaxili münasibətləri gərginləşdirmək üçün ardıcıl təşəbbüslər göstərmək yumşaq desək, heç də yaxşı hərəkətlər deyil.

8. Bəzi adamları məyus edəcəm, bizi genişmiqyaslı müxalifətdaxili mübahisələrə cəlb etmək mümkün olmayacaq. Əminik ki, hazırkı mərhələdə mitinqlərə hazırlıq gündəmin əsas məsələsi olmalıdır. Hər kəsi 6 aprel mitinqinə hazırlığa çağırıram. Unutmayaq ki, hökumət də siyasi prosesləri ciddi monitorinq edir və mitinq ovqatının aşağı düşməsini gözləyir”.

Картинки по запросу Mustafa Hacıbəyli

Mustafa Hacıbəyli

Statusun altında N.Ədilovla Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri, “Bastainfo” saytının redaktoru, Müsavat başqanı Arif Hacılının qardaşı Mustafa Hacıbəyli kəskin polemikaya giriblər.

M.Hacıbəyli MŞ-nı mitinqləri toqquşdurmaqda ittiham edib. N.Ədilov isə öz növbəsində Müsavatın mitinqlə bağlı təbliğatdan daha çox əks-təbliğata üstünlük verdiyini qeyd edib. Müsavat funksioneri MŞ-nın əks-təbliğat apardığını bildirib.

Statusun altında virtual savaşa AXCP Nizami rayon şöbəsinin sədri Paşa Umudov və Müsavat Partiyası Səbayel rayon şöbəsinin sədri Zakir İsmayıl da qoşulub.

P.Umudov Müsavat funksionerinin qaşınmayan yerdən qan çıxardığını bildirərək, əslində mitinqlə bağlı rəqiblərini qabaqlamaq ənənəsini Müsavatın gətirdiyini söyləyib. Z.İsmayıl rəyə cavabında şöbə sədrini yalan danışmaqda suçlayıb. P.Umudov onu təhqir etdiyi üçün Z.İsmayılı mədəniyyətsiz adlandırıb. Bundan sonra tərəflər bir-birilərini tənqid, təhqir etməyə davam ediblər.

Müsavat Partiyası Salyan rayon şöbəsinin sədri Nizami Osmanuşağının MŞ-nın mitinq qərarı ilə bağlı statusu belədir: “Vallah, ayıbdır. Heç olmasa adınızdan, elmi dərəcənizdən, keçmiş mübarizənizdən utanın. Görünən odur ki, bunlarla iqtidar arasında heç bir fərq yoxdur. Xalq birlik tələb edir, bunlar birliyə badalaq atır. Nüfuz qazanmaqdısa, bu olanı da itirmək deməkdir. Ana müxalifət söhbətidirsə, saxta seçki olan yerdə müxalifət söhbəti ola bilməz. Əvvəl demokratik seçki keçirilməsinə nail olacağıq, biləyin ki, kim iqtidardır, kim ana müxalifət.

Maraqlı olan odur ki, sıravi cəbhəçilər bu badalağa necə baxırlar? Hələ də fəxr edirlər ki..?”.

Картинки по запросу Fərəc Kərimli

Müsavat Partiyasının başqan müavini Fərəc Kərimlinin atası Raqif Kərimlinin statusu isə daha sərtdir: “Gecə hakimiyyətlə bir yorğanın altında yatıb, gündüz müxalifət olmaq belə olur . Hələ “bir gecələr yat, a Qurban” da deyirik”.

Həm Müsavatın Divan, həm də Milli Şuranın üzvü olan Tofiq Yaqublu 6-7 aprel mitinqləri ilə bağlı paylaşdığı geniş statusda MŞ-nın qərarının əvvəldən olduğunu söyləyib. Bu da müsavatçıların ciddi etirazlarına səbəb olub. Hətta T.Yaqublunun qarşısına ya Müsavatı, ya da MŞ-nı seçməsi ilə bağlı tələb qoyulub. Divan üzvünün statusunun altında da müsavatçılarla cəbhəçilər bir-birini “qırırlar”.

AXCP Suraxanı rayon şöbəsinin sədri Bəhruz Həsənli bu rəyi yazıb: “Xalqımız Milli Şuradan kənarda təyin olunan mitinqlərə ciddi dəstək verməyəcək! Yol birgə mübarizədən keçir”.

B.Həsənliyə Z.İsmayılın cavabı: “Doğurdanmı?
Bu cür ciliz təfəkkür sizdə haradandır?
Eyforiyaya bu dərəcədə qapılmayın.
19 yanvar mitinqi isə bizim birgə mitinqimiz olub.

Təbii ki təşkilatçilarin əməyi daha çox olmali idi”.

Müsavat Partiyasının Məclis üzvü Valeh Hümmətoğlu statusun altından bunu yazıb: “Tofiq bəy bir onu demədi ki, MŞ bu gün cəmiyyətə hava və su kimi lazım olan və hakimiyyəti narahat edən müxalifətin birliyinə zərbə vurur və birgə mitinqlərdən imtina edir. 1998-ci və 2003-ci ilin taktikası”.

Rəylər bununla bitmir. 300-ə yaxın gələn şərhlərdə iki cəbhə açılıb. AXCP Gənclər Komitəsinin üzvü Elturan Rüstəmli (hazırda Polşada yaşayır), Müsavat Partiyasının üzvü Sərdar Ağayev (hazırda İsveçdə yaşayır), Müsavat Partiyası Masallı rayon təşkilatının üzvü Yasər Səfəroğlu və digər müsavatçılar və cəbhəçilər ən ağır formada bir-birilərini təhqir, tənqid ediblər. Əsas suallar isə heç şübhəsiz ki, statusun müəllifi Tofiq Yaqubluya ünvanlanıb.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

21 Noyabr 2024 Zaxarovadan COP29-la bağlı açıqlama
20 Noyabr 2024 Hersoq Bakıya gələ bilmədi – Ərdoğan niyə bunu elan etdi?
20 Noyabr 2024 Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış
20 Noyabr 2024 Baydenin Rusiyanın vurulmasına razılıq verməsi... - Ərdoğan
20 Noyabr 2024 Rusiyaya xəbərdarlıq etmişdik... - Miller
08 Noyabr 2024 İsrail səfirliyi Azərbaycanı təbrik etdi
24 Oktyabr 2024 Kobaxidze Ərdoğana başsağlığı verdi
22 Oktyabr 2024 Keçmiş prezident rüşvətə görə 20 il həbs cəzası aldı
22 Oktyabr 2024 Zelenski Putinin həbsinə imkan verən qanunu imzaladı
09 Oktyabr 2024 İrəvan üçtərəfli bəyannamədən çəkilib? - Rusiya
07 Oktyabr 2024 Lukaşenko da Moskvaya getdi
02 Oktyabr 2024 Qərb İranı çökdürmək üçün SSRİ planını işə salır - Markov
16 Sentyabr 2024 Pezeşkiandan Azərbaycanla bağlı açıqlama
14 Sentyabr 2024 İki millət vəkili və 41 siyasətçi İYİ Partiyasından getdi
09 Sentyabr 2024 Biz Qərblə ünsiyyət qapısını bağlamırıq - Lavrov
09 Sentyabr 2024 İran düşünür ki, Zəngəzur dəhlizi açılarsa... - Türk general
31 Avqust 2024 Paşinyan Bakıya gələcəkmi? - Özü açıqladı
29 Avqust 2024 Siyasətçilər illər əvvəl... - Foto
27 Avqust 2024 Ukrayna ilk ballistik raketini yaratdı - Zelenski
26 Avqust 2024 Qafqaz İran üçün strateji baxımdan... – Arakçı
24 Avqust 2024 23 min Ukrayna hərbçisi bizim ölkədə təlim keçib - Duda
23 Avqust 2024 İsraili həmişə dəstəkləyəcəyəm - Harris
21 Avqust 2024 İsrailə cavab verilməsə, pislikləri davam edəcək – Rezayi
20 Avqust 2024 Müharibədən sonra ilk: Modi Kiyevə niyə gedir?
19 Avqust 2024 Bakı Moskva və Kiyev arasında danışıqlar üçün idealdır - Markov
16 Avqust 2024 Daha bir ölkə Kiyevə silahlarından istifadəyə icazə verdi
16 Avqust 2024 Pezeşkian kabineti müdafiə üçün parlamentə gedir
16 Avqust 2024 Tiflis Rusiyaya ittiham şansı verdi: Bu, xəyanətdir!
16 Avqust 2024 Qardaş ölkə Azərbaycan üçün viza rüsumunu ləğv etdi
15 Avqust 2024 Ölüm təhlükəsinə baxmayaraq, Qəzzaya gedəcəyəm!