"Ölkə.Az"ın veridiyi məlumata görə, rayonun Memarlıq və Tikinti Şöbəsinin müdiri Bayramov Əlövsət Talb oğlu tutduğu vəzifədən azad edilib.
Hələlik şöbə müdirinin hansı səbəbdən işinə son verildiyi dəqiq bəlli deyil. (baku.ws)
"Ölkə.Az" xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə Əli Əsədov gətirilir. İclasın gündəliyinə daxil edilən 1-ci məsələ “Ə.H.Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” sənəddir.
Əli Əsədovun tərcümeyi-halını təqdim edirik:
Əsədov Əli Hidayət oğlu 1956-cı il noyabrın 30-da Naxçıvan şəhərində anadan olub. 1974-cü ildə Bakı şəhərindəki 134 saylı orta məktəbi, 1978-ci ildə isə Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirmib.
Əmək fəaliyyətinə 1978-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsinin təyinatına müvafiq olaraq Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş lobarant kimi başlayıb. 1978-1980-cı illərdə hərbi xidmətdə olub.
1980-1989-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda Baş laborant, aspirant, kiçik elmi işçi, elmi işçi, 1989-1995-ci illərdə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda Dosent, kafedra müdiri vəzifələrində çalışıb.
1995-2000-ci illərdə Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
Əli Əsədov 1998-ci ildən Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi vəzifəsində çalışıb.
"Ölkə.Az" xəbər verir ki, gündəliyə 14 məsələ daxil edilib. Deputatlar ilk olaraq, baş nazir Novruz Məmmədovun istefaya getməsi məsələsinə baxacaq və yeni baş naziri təyin edilməsinə razılıq verəcəklər.
Qeyd edək ki, Azərbaycan Prezidenti yeni baş nazir vəzifəsinə iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovun namizədliyini Milli Məclisə təklif edib.
Baş Prokurorluqda kadr dəyişikliyi olub.
Oxu.Az-ın məlumatına görə, Baş Prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrə əsasən, Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Nazim Abbasov vəzifəsindən azad edilib.
İdarə rəisi Ədliyyə naziri Fikrət Məmmədovun imzaladığı əmrə əsasən, qurumun istintaq idarəsinin rəisi vəzifəsinə təyin edilib.
Dövlətimizin başçısı Vladimir Putini ad günü münasibətilə səmimi qəlbdən təbrik edib, ona Rusiya dövlətinin və xalqının tərəqqisi naminə prezidentlik fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.
Prezident Vladimir Putin göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Dövlət başçıları bu yaxınlarda keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun növbəti iclasının əhəmiyyətinə toxunaraq, Soçidə ölkə başçıları arasında aparılan danışıqların strateji tərəfdaşlığa əsaslanan ikitərəfli dostluq münasibətlərimizin daha da inkişaf etdirilməsi işinə töhfə verdiyini vurğulayıb, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.
Söhbət zamanı Prezident İlham Əliyev və Prezident Vladimir Putin ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsi ilə bağlı və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
"Ölkə.Az"ın məlumatına əsasən, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, əməliyyat işləri üzrə rəis müavini, polkovnik-leytenant Cavad Səfərəliyev, cinayət-axtarış bölməsinin rəisi Yasin İsmayılov, Sarısu Polis Bölməsinin rəisi Elşən Quliyev işdən çıxarılıb və sərəncama götürülüb.
Onların yerinə hələlik təyinat yoxdur.
"Ölkə.Az" xəbər verir ki, bu sözləri Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AzTV-də yayımlanan “Həftə” verilişində deyib:
“Prezident İlham Əliyev ona görə qətiyyətli, prinsipial siyasət yürüdür ki, bir tərəfdən xalqın dəstəyinə malikdir, ikinci tərəfdən bu dövlət özünü tam təmin edən, idarə edə bilən dövlətə çevrilib. 1994-cü il hadisələri zamanı Azərbaycan müxalifəti meydana çıxıb dövlətini, dövlətçiliyini müdafiə edən xalqın yanında yox, qarşısında oldular. 1994-cü ilin oktyabrında da, 1995-ci ilin martında da bu silahlı dəstələr Azərbaycan dövlətini Heydər Əliyevin ortaya qoyduğu milli birlikdən çəkindirmək istəyirdi. Azərbaycanı dünyada öz fikrini müstəqil söyləmək imkanından məhrum etmək istəyirdi.
“Əsrin kontraktı”nı pozmaq istəyirdilər. Təəssüf ki, bizim nə qədər vətənpərvər, iradəli, əzmli xalqımız var, bir o qədər də utancverici müxalifətimiz var. ATƏT-in bu yaxınlarda Varşavada keçirilən tədbirlərində yalnız Azərbaycan müxalifəti orada öz dövlətinin, xalqının, millətinin əleyhinə çıxış edirdi. Təəssüflər ki, biz bir tərəfdən əzmkar, iradəli, vətənpərvər xalq olmağımızla qürur hissi keçiririk, digər tərəfdən antixalq, qeyri-vətənpərvər müxalifətlə xəcalət hissi keçiririk”.
Britaniya, Almaniya və Fransa xarici işlər nazirləri İranın nüvə razılaşmasının saxlanılması üçün bu gün görüş keçirəcəklər.
Axar.az xəbər verir ki, bu məlumatı Finlandiyanın Avropa Birliyindəki Daimi Nümayəndəliyinin mətbuat xidməti yayıb.
Məlumata görə, görüş Helsinkidə qapalı rejimdə baş tutacaq. Görüşə AB-nin baş diplomatı Federika Moqerini də qatılacaq.