![]() |
![]() |
"Ölkə.Az" Report-a istinadən xəbər verir ki, onun yerinə Elçin Zeynalov təyin olunub.
Yeni nazir müavini indiyə qədər Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru vəzifəsində çalışıb.
“Azərbaycan Respublikasında vətəndaşların sərbəst toplaşmaq azadlığı Konstitusiyanın 49-cu maddəsi ilə və digər qanunvericilik aktları ilə tənzimlənir. Konstitusiyamıza görə, hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı, müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə, ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə, dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ var”.
“Minval.info”nun xəbərinə görə, bunu Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov özünün “facebook” səhifəsində yazıb.
Ə. Həsənov bildirib ki, Azərbaycan hakimiyyətinin sərbəst toplaşmaq azadlığına baxışı “cəmiyyətin iradəsi təkcə dövlət qurumlarından xalqa doğru deyil, daha çox xalqdan dövlət qurumlarına sirayət etməlidir” fəlsəfəsinə əsaslanır.
“Bu mənada, hakimiyyət heç zaman vətəndaşların sərbəst toplaşmasına, öz fikir və rəylərini açıq ifadə etməsinə mane olmayıb, istər paytaxt Bakıda, istərsə də bölgələrimizdə insanların bir araya gələrək kollektiv düşüncələrini ifadə etməsinə daim şərait yaradıb. Lakin o da nəzərə alınmalıdır ki, heç bir ölkədə ayrı-ayrı qurumların vətəndaşların toplantı və nümayiş hüququndan bəhrələnərək istədiyi zaman və istədiyi məkanda aksiya keçirməsi təcrübəsi mövcud deyil. Çünki bütün dünya ölkələrində hakimiyyət orqanları insanların etiraz hüququna şərait yaratmaqla yanaşı, həm də qanunların tələblərinə əməl olunmasına, aksiyaların təhlükəsizlik və ictimai asayişin təmin edilməsinə, vətəndaşların dinc yaşayış və istirahət hüququna, nəqliyyatın ahəngdar fəaliyyətinə maneçilik törətməməsinə və digər məsələlərin həllinə görə də məsuliyyət daşıyırlar. Buna görə Azərbaycanda da, digər ölkələrdə olduğu kimi, təşkilatların siyasi fəaliyyət azadlığına, insanların sərbəst toplaşmaq hüququna xüsusi önəm verilməsinə baxmayaraq, beynəlxalq standartlara uyğun olaraq, aksiyaların təşkil edilməsi proseduru ilə bağlı müəyyən şərtlər, qadağalar, qanunların pozulduğu təqdirdə isə hüquqi sanksiyalar mövcuddur.
Bütün bunlar sadə reallıqdır, siyasətlə məşğul olan hər kəsin bildiyi və bilməli olduğu gerçəklikdir. Ancaq çox təəssüflər olsun ki, 25 ildən artıqdır ki, Azərbaycanın bir çox radikal müxalifət dairələri, onların sırasında Əli Kərimlinin rəhbərlik etdiyi AXCP bu sadə həqiqəti dərk etmək istəmir, təşkil etdikləri etiraz tədbirlərini cəmiyyətin ümumi maraqlarını, rifahını ifadə edən vətəndaş aksiyası kimi deyil, iğtişaşlar və hərc-mərclik vasitəsi kimi istifadə etməyə çalışırlar. Müstəqillik dövründə biz dəfələrlə şahid olmuşuq ki, 1990-cı illərdə həmin insanların iştirakı ilə formalaşmış stereotiplər, öz məqsədinə çatmaq üçün istənilən vasitəni məqbul hesab etmək mərəzi, geniş xalq kütləsinin istəyinə və mövqeyinə hörmətsizlik, dövlət əmlakına ziyan vurmağa çalışmaq və s. xüsusiyyətlər radikal və dağıdıcı müxalifətə rəhbərlik edən belə şəxslərin psixologiyasının mühüm bir elementinə çevrilib və artıq özünü qeyri-şüuri formada büruzə verir. Ən acınacaqlısı isə budur ki, ötən dövr ərzində ölkəmizdə yüksələn ictimai şüur da bu radikalların dağıdıcı instinktlərini sağalda, dəyişə və çağdaşlaşdıra bilməyib.
Bəli, bu gün dünya da, Azərbaycan da sürətlə dəyişir. Müxtəlif ölkələrdə müxalif qüvvələr siyasi marketinq və innovativ texnologiyalar vasitəsilə öz tərəfdarlarının sayını, elektoral dəstəyini artırır, özlərinin ənənəvi müxalifət bazasından kənardakı sosial seqmentlərə xitab edərək hərəkətə gətirir və bununla təşkilatlarının rəqabət qabiliyyətini gücləndirirlər. Lakin bizim haqqında söhbət gedən müxalifət dairələri dünyada və onun bir parçası olan Azərbaycanda dəyişən reallıqlara qətiyyən adekvat reaksiya göstərə bilmir, öz konstruktiv fəaliyyətləri ilə siyasi palitranı zənginləşdirib, keyfiyyət və məziyyətlərini yeniləməkdə acizdirlər. Təbii ki, xalq da onların hərəkətlərini görür, təhlil edir, müqayisə aparır və bir daha qəti qənaətə gəlir ki, onun maraq və mənafelərinin ən ideal təmsilçisi, sosial təkamül prosesindəki bayraqdarı bu siyasi düşərgələrdə fəaliyyət göstərən şəxslər deyil, məhz Prezident İlham Əliyev və onun iqtidarıdır. Məhz elə bu səbəbdən də müdrik xalqımız radikal müxalif düşərgəsinin nə zamansa dəyişəcəyinə, müasir dövrün tələblərinə uyğun yenidən təşkilatlanacağına inanmır, ayrı-ayrı siyasi qrupların özünü “lider” adlandırmaqdan zövq alan personalarının sosial şəbəkələrdəki “bloqqer inqilabları”na biganə yanaşır və onlara hakimiyyət mandatı verməyi ağlına belə gətirmir. Budur, AXCP-yə sədr olduğu 20 ilə yaxın bir müddətdə, hətta ona etimad göstərmiş partiya funksionerlərini və fəallarını öz ideoloji-siyasi məhvərində saxlaya bilməmiş, didişmə, parçalanma və tənəzzüldən başqa partiyaya heç nə “bəxş etməmiş” Əli Kərimlinin “siyasətçi qabiliyəti”. Elə bu “qabiliyət”in nəticəsidir ki, Bakı şəhər İcra Hakimiyyətinin paytaxtın Lökbatan massivində ayırdığı meydana aparmağa tərəfdar tapmır, patoloji həddə çatmış “tükənmişlik sindromu”nu ört-basdır etmək üçün təyin etdiyi 50 nəfərlik piketi belə doğru-düzgün təşkil edib keçirə bilmir. Piketin təyin oldunduğu ərazinin ətrafında lokal qrupların qarşıdurma yaratmaq cəhdləri, ətrafdan keçən insanlara, polisin qanuni tələblərinə hörmətsizlik, fərqli fikirdə olan insanlara qarşı dözümsüzlük və piketdən sonra nümayiş etdirdikləri yolverilməz hərəkətlər, etik normalardan uzaq şüarçılıq və s. kimi hərəkətləri görən hər bir vətəndaşda təbii sual yaranır: öz partiyasını və maksimum 50 nəfərin iştirak etməli olduğu bir piketi idarə edə bilməyən “liderlər” xalqın və dövlətin məsuliyyətini necə daşıya bilər? Xalqımız onu da yaxşı bilir ki, bunlar xarici anti-Azərbaycan mərkəzlərindən aldığı maliyyənin şirəsi ilə Azərbaycan hakimiyyətinə “diş qıcayırlar”. Ancaq həqiqət budur ki, “qıcanan bu dişlər” kəskin kariyesə məruz qalıb, onların stomatoloji müayinə və müalicəsinə böyük ehtiyac var. Belə təşəbbüsü, təbii ki, yeni nəsil irəli sürməlidir və yəqin ki, sürəcəkdir. Hakimiyyəti və müxalifəti bütün zamanlarda və bütün ölkələrdə xalq formalaşdırır. Odur ki, siyasi sistemin önəmli bir parçası olan müxalifətin Azərbaycanda da yenidən formalaşmasına, günün tələblərinə uyğun olaraq yenilənməsinə, xalqın istək və arzusuna uyğun instituta çevrilməsinə böyük ehtiyac hiss olunur. Ölkəmizi və xalqımızı təmsil edən hər bir siyasi partiyanın gələcək milli müqəddəratımızı həll edə biləcək effektiv təsisata, ümummilli məsələlərin həlli ilə bağlı rasional təkliflər verə biləcək düşüncə mərkəzinə və təkmil idarəçilik institutuna çevrilməsi, müxalif düşərgənin başdan-başa yenilənməsi, müasir, vətənpərvər, bacarıqlı gənclərin önə çıxması ictimai həyatımızın ən vacib məsələlərindən biri olaraq qalır”, – deyə Ə. Həsənov əlavə edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da İsveçrə Konfederasiyası Kantonlar Şurasının sədri Jan-Rene Furniyenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
“Ölkə.Az” oxu.az-a istinadən xəbər verir ki, verlişin aparıcısı Dadaş Dadaşlinskinin suallarını cavablandıran A.Abbas əmisi nəvəsi barədə etdiyi açıqlama ilə izləyicilərin təəcübünə səbəb olub.
“Əmim nəvəsi Bərdə rayonunda fermerdir. O, mənə dedi ki, bu il bir milyon 200 min manat pul qazanmışam. Dedim, nə danışırsan? Nədən qazanmısan? Cavab verdi ki, Gürcüstanla ticarət əlaqəsi qurmuşam. Soğan əkmişdim təsərrüfatımda. Məhsulumu da satdım gürcüstanlılara”.
Qeyd edək ki, müzakirələrin birində işsizlikdən şikayətlənən kəndlilərə “torpağın var, soğan ək, ailəni saxla”, - deyən Aqil Abbasın bu sözü uzun müddət müzakirə mövzusu olmuşdu.
"Ölkə.Az" "Qafqazinfo"ya istinadla xəbər verir ki, nazirin yeni əmrinə əsasən, polis kapitanı Samir Məmmədov Zaqatala Rayon Polis Şöbəsinə rəis müavini təyin olunub.
Qeyd edək ki,Samir Məmmədov bundan əvvəl Nəsimi Rayon Polis İdarəsində işləyib.
“Ölkə.Az” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Daha sonra dövlətimizin başçısı və birinci xanım Xocalı rayonundan olan məcburi köçkün, şəhid ailəsi Fəridə Cabbarovanın mənzilində olublar. Bildirilib ki, dördotaqlı mənzil bütün mebellərlə təchiz olunub.
Söhbət zamanı ev sahibəsi Prezident və xanımını oğlunun toyuna dəvət edib:
"Mən bir şeyi də qeyd edim ki, Sizin şəhid ailələrinə birdəfəlik 11 min manat yardımınız demək olar, subay olan bir çox şəhid övladlarına dəstək oldu. İnşallah, bu yaxınlarda mən Nicata toy etmək istəyirəm. Arzu edərdim ki, Siz Nicatın toyunda iştirak edib, xeyir-dua verəsiniz”.
Ölkə başçısı isə bu dəvətdən məmnun olduğunu bildirib: "Təbrik edirəm bəri başdan. Allah xoşbəxt eləsin. Tarixi məlumdur? Mehriban xanıma deyərsiniz, məmnuniyyətlə gələrik”.
Birinci xanım Mehriban Əliyeva da dəvətdən məmnunluğunu ifadə edib: "Böyük məmnuniyyətlə gəlib iştirak edərəm”.
Bu gün Baş nazir vəzifəsinə yeni seçiləcək şəxsi çox yaxşı tanıyıram. Əli Əsədov bir iqtisadçı kimi tamamilə işin içində olan adamdır. Hesab edirəm ki, bu, çox yaxşı seçimdir.
Bu fikirləri Modern.az-a sabiq Baş Nazir Artur Rasizadə yeni Baş nazir təyinatı barədə danışarkən deyib.
O bildirib ki, baş nazir olmaq heç də asan vəzifə deyil:
“Novruz müəllim də ötən iki il ərzində üzərinə düşən işi yerinə yetirib. O da çox yaxşı insandır. Əslində, yeni bir söz deməyəcəm. Baş nazir vəzifəsi asan vəzifə deyil. Həm məsuliyyətli, həm də çətin vəzifədir. Çünki hər sahədən anlayışlı olmaq lazımdır. Hərbi məsələdən tutmuş ta səhiyyə, təhsil, mədəniyyətə qədər…
Nazirlər Kabinetində işləməyən adamlar elə bilirlər ki, Baş nazir olmaq asandır. Ancaq heç də elə deyil. İşin içində olan adam başa düşür ki, Baş nazir vəzifəsi məsuliyyət və peşəkarlıq tələb edir”.
Artur Rasizadə Əli Əsədovu təbrik edəcəyini də söyləyib:
“Hələ Əli müəllimi təbrik etməmişəm. Təbii ki, edəcəm. Əli müəllimin Prezident Administrasiyasında çox böyük hörməti var”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun bu gün istefa verəcəyi gözlənilir.
N.Məmmədovun məsələsi Milli Məclisin bu gün keçiriləcək iclasının da gündəliyinə daxil edilib.
Rəsmi məlumata görə, Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə Əli Əsədov gətirilir.