Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) paytaxt ərazisində yerləşən çimərliklərdə yeni aksiyaya start verib.

Day.Az xəbər verir ki, aksiya zamanı çimərliklərin girişinə BŞDYPİ tərəfindən hazırlanmış plakatlar vurulmaqla yanaşı, sürücü və digər hərəkət iştirakçılarına məlumatlandırıcı bukletlər paylanılıb.

Bukletlərdə avtomobili çəkələklə idarə etməyin, maşından küçə və yollara zibil atmağın, çimərlik ərazisində nəqliyyat vasitəsilə ilə təlim keçməyin, sərnişindaşıma qaydalarını pozmağın, spirtli içki qəbul edərək sükan arxasında əyləşməyin təhlükəli olması barədə bildirişlər qeyd olunub.

Sürücülərin bu qaydalara əməl etmələrinin vacibliyi öz əksini tapıb.

Suraxanı rayon ərazisində yerləşən çimərliklərdə yüzlərlə buklet paylanılıb. BŞDYPİ-nin və Suraxanı Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən sürücülərlə maarifləndirici söhbətlər aparılıb.

Daha sonra tədbir Səbail rayonu ərazisindəki Şıx çimərliyində davam etdirilib. Çimərliklərin girişinə plakatlar asılıb, bukletlər paylanılıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov tədbirin əhəmiyyəti barədə bildirib ki, yay mövsümü ərəfəsində çimərliyə gələrək istirahət edənlərin təhlükəsizliyinin təmin olunması məqsədilə yol polisi tərəfindən tədbirlər həyata keçirilir.

Xüsusilə, Bakı şəhərinin inzibati ərazisinə düşən çimərliklərdə, onlara bitişik küçə və prospektlərdə yol polisi xidmət aparır.

 

Vaqif Əsədov qeyd edib ki, qaydaların pozulması nəticəsində baş verən yol qəza hadisələrinin qarşısının alınması üçün xüsusi işlər görülüb:

“Məlumat xarakterli bukletlər çimərliyə gələnlərə paylanılır. Eləcə də vətəndaşlar arasında maarifləndirmə işləri aparılır.

Bu gün Səbail rayonu Şıx çimərliyində və Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən çimərliklərdə maarifləndirmə aksiyası keçirdik.

Sürücülərə nəqliyyat vasitələrini çəkələklə idarə etməyin təhlükəli tərəfləri, spirtli içkinin təsiri altında avtomobil idarə etməyin ölümə apardığı barədə məlumat verdik.

Xüsusi olaraq diqqətə çatdırdıq ki, çimərlik ərazisində nəqliyyat vasitələrindən təlim məqsədilə istifadə olunması da yolverilməzdir”.

Tədbirlər digər çimərliklərdə də davam etdiriləcək.

Zaqatala rayon Polis Şöbəsinin rəisi işdən çıxarılıb.

APA xəbər verir ki, bu barədə Daxili İişlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Zaqatala rayon Polis Şöbəsinin rəisi Adil Ələkbərov daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat yoxdur.

Azərbaycan Rusiyaya nota verib.

Bu barədə APA-ya Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, bu ilin 9 avqust tarixindən Rusiyanın Pyatiqorsk şəhərində “Maşuk-2019” Şimali Qafqaz Gənclər Forumu öz işinə başlayıb.

Forum çərçivəsində Ermənistanın Rusiyadakı səfirinin tədbir iştirakçıları ilə keçirilən görüşü zamanı o, Azərbaycana, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yolverilməz fikirlər səsləndirib ki, bu da Forumda iştirak edən “Gənclərin Bakı klubu” ictimai birliyinin sədri Sabir Rüstəmovun haqlı etirazına səbəb olub və xoşagəlməz insident baş verib.

Bununla bağlı S.Rüstəmov səfirliyə müraciət ünvanlayaraq hadisənin mahiyyətini açıqlayıb və səfirlikdən dəstək istəyib. Məsələnin ciddiliyini, Azərbaycan ictimaiyyətində doğurduğu əks-sədanı nəzərə alaraq, səfirlik Rusiyanın Xarici İşlər Nazirliyinə rəsmi nota ünvanlayıb.

Bundan əlavə, səfir Polad Bülbüloğlu, daha öncə əldə olunmuş razılığa baxmayaraq, Pyatiqorsk şəhərinə səfərdən, yuxarıda qeyd olunan Forumda iştirakdan və planlaşdırılmış görüşlərdən imtina edib.

“Fikirlərimin haqlı olduğu zaman-zaman özünü göstərəcək…”

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa Qurban bayramından öncə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə ilə görüşüb. Görüş səfirin dəvəti ilə baş tutub. F.Mustafanın Şah İsmayıl Xətai adına medalın ləğv edilməsi barədə çağırışından sonra yaranan qalmaqalın getdiyi günlərə təsadüf etməsi kifayət qədər maraq doğurub. Deputatla görüşün detalları barədə söhbət etdik.

– Fazil bəy, səfir tərəfindən görüş dəvəti sizin üçün gözlənilməz olmadı?

– Xeyr. İran səfiri kifayət qədər istiqanlı, səfirlər içərisində diskussiyalara açıq bir şəxsdir. İndiyə qədər ki, İran səfirlərindən fərqli olaraq, Azərbaycan  cəmiyyətinə həssaslığı olan, hansısa bir prosesləri açıq şəkildə həyata keçirən səfirdir. Ona görə də bu İran səfirinə qarşı münasibətim normaldır. Özü də çox savadlı insandır. Bölgədəki durumla bağlı açıqlamalarım olmuşdu. Mən sırf Azərbaycan maraqlarından bu problemə yanaşıram. Hesab edirəm ki, hər hansı bir şəkildə bölgədə gərginliyin artmasından ən böyük ziyanı biz çəkə bilərik. Olası bir müharibə təhlükəsində Azərbaycan qaçqınlar problemi, iqtisadi çətinliklər yaşaya bilər. Təsəvvür edin ki, yolun bağlanması Naxçıvanla əlaqədə yaşayacağımız problemi, gediş-gəlişdə nə qədər problemlər yaşayacağımızı indidən proqnozlaşdırmağa əsas verir. Səfirlə daha çox bu istiqamətlərdə söhbətimiz oldu.

Azərbaycan cəmiyyətində insanlar anlamalıdırlar ki, bizim, ümumiyyətlə, hər hansı bir dövlətə qarşı düşmənçiliyimiz yoxdur. Ölkəmizdə zehniyyətə qarşı çıxış edərkən konkret dövləti suçlamırıq. Biz öz vətəndaşlarımızın problemi kimi məsələyə baxırıq. Məsələn, İran olimpiadada, biri qızıl olmaqla, üç medal qazanırsa, Azərbaycan da qazana bilmirsə, bu bizim üçün düşündürücüdür ki, bizim çox vaxt bəyənmədiyimiz İranın elmi, xüsusilə informatika, riyaziyyat, fizika sahəsinə irəliləyişi bizdən üstündür. Bunun üçün də biz qonşu ölkələrdən nəyisə öyrənməyə çalışmalıyıq. Neqativ məsələlər varsa, bunu da dilə gətirməkdən çəkinməməliyik. Mənim İranla bağlı səsləndirdiyimiz hər hansı bir fikirlər düşmənçilik xarakteri daşımır. İran Ermənistana yardım edir, bu bizim İrana qarşı münasibətimizdə kifayət qədər təsirli rol oynayır. Çünki mənim düşüncəmə görə, İran düşmən ölkəyə yardım etməsə, Azərbaycanla ən yaxın müttəfiq bir qonşu ölkə kimi münasibətlər qura bilər. Bunu hər dəfə görüşlərdə dilə gətiririk. Görüşlərə, fikirlərimizə onların da maraq göstərməsi onu göstərir ki, fikirlərimizi dəyərləndirirlər. Bunun ictimai rəyə təsir göstərdiyini hər halda özləri də söyləyirlər. Bizim əsas məqsədimiz odur ki, Azərbaycan maraqlarının necə qorunması istiqamətində qonşu ölkələrlə əlaqələrimizi daha da inkişaf etdirə bilək. Mənim Türkiyə və digər ölkələrin səfirləri ilə də görüşlərim olur. Rusiya səfirliyinin də tədbirlərində iştirak edirəm. Hər üç ölkənin işçi qrupunun üzvüyəm. Bəzi mətbuat orqanlarında yazılır ki, Fazil Mustafa kimisi hansısa dünyagörüşü müdafiə edən şəxsləri hansısa ölkənin agenti adlandırır. Amma bu qətiyyən belə deyil. Hamını ucdantutma agent adlandıra bilmərəm. Çünki hərənin öz düşüncəsi, dünyagörüşü var. Kimsə fikirlərimizi qəbul etməyə də bilər. Biz öz fikirlərimizi kiminsə düşüncələrini dəyişmək üçün səsləndirmirik. Azərbaycan cəmiyyətində hər doğrunu anındaca qəbul etsəydilər, niyə erməniyə uduzurduq ki? Vaxtilə kimsə Qarabağla bağlı hansısa addımlar atmağı açıq şəkildə söyləyəndə az qala televiziyadan, tribunadan düşürməyə çalışırdılar. Nə olsun? Sonra uduzan kim oldu? Soyuqqanlı şəkildə qaldırılan məsələləri müzakirə etmək lazımdır. Fikir söyləyirəm, kimsə qəbul etməsin. Amma fikirləri top-tüfənglə qarşılamağın adı nədir?

– Xətai ilə bağlı dartışmaların getdiyi günlərə görüş təsadüf etdi. Bu barədə nə deyə bilərsiniz?

– Görüşün bu məsələ ilə bağlı heç bir əlaqəsi yox idi. Açığı, bu mövzuda heç söhbət olmadı. Axı bu mövzu iranlıları maraqlandırmır. İranlıları nə maraqlandırır ki, Azərbaycanda kimsə X əsrdə qalacaq, kimsə də XXI əsrə gedəcək. Əsas müzakirə o oldu ki, bölgədə hansı addımlar atılsın ki, müharibə riskləri olmasın. Bizim üçün də maraqlı idi ki, İranın hansı addımları bu istiqamətdə nəzərdə tutulub.

– Sizin hər zaman anti-şiə mövqedə olduğunuz bildirilir. İran səfiri ilə görüşdə dinlə bağlı fikirləriniz də müzakirə edildimi?

– Mənim anti-şiə mövqeyim yoxdur. Cahillik harada varsa, sadəcə, ona qarşı çıxış edirəm. Şiələrin içərisində kifayət qədər ağıllı, savadlı insanlar var. Onlar mənim dostlarımdır, hətta onlarla ibadət də birlikdə edirəm. Sadəcə, bəzi çevrələr belə fikirlər formalaşdırır ki, guya mən anti-şiə mövqeyindəyəm. Mın cəhalətin ölkədə yayılmasının əleyhinəyəm. Bu cəhaləti təkcə şiə yaymır ki? Əhli-sünnə olanlardan cəhalət yayanların sayı qat-qat çoxdur… Bir PKK-çının Azərbaycan siyasətinə sırıdığı bir nəfər bizi müəyyən təriqətlərə bağlamağa çalışır. Baxırsan ki, adam savadsızdır. Nə olsun  ki, Qurandan 30 cild təsfir yazdığını deyir. Ərəb dili, Quran bilicisi olan Fəxrəddin Razi 23 cilddən o tərəfə getməyib. Digərləri də həmçinin. Dində mən heç kimə qarşı deyiləm, nə də kiminləsə dostam. Dində öz anlayışım var. Kimsə qəbul etmirsə, özü bilər. Mən Həsən bəy Zərdabi, Mirzə Cəlil, Axundov və bu tipli digər şəxslərdən daha böyük düşüncə adamı kimi özümü təqdim etmirəm ki? Sadəcə, deyirəm ki, XXI əsrdə də Azərbaycanda heç nə dəyişməyib. Məsələn, bu gün Saleh Məmmədov mənim üçün Novruzəlidir. Onun bir yazısı bunu sübut etdi. İnsanları parta arxasına təzədən otuzdurub, savad verəsi deyilik ki. Açığı, bu tipli məsələlərdə təkrar mübahisə açmağın tərəfdarı deyiləm. Fikirlərimin haqlı olduğu zaman-zaman özünü göstərəcək.

Prezidentlər telefonla danışdılar

Azərbaycan prezidenti İlham Əliyev və İran lideri Həsən Ruhani arasında telefon danışığı olub.

Modern.az İran prezidentinin saytına istinadən xəbər verir ki, Həsən Ruhani telefon danışığı zamanı Azərbaycanı qardaş ölkə adlandırıb.

“Tehran Azərbaycanla əlaqələrin genişlənməsinə böyük önəm verir. Azərbaycan bizə dost və qardaş ölkədir və əməkdaşlığımız daha da dərinləşəcək”.

Azərbaycan prezidenti isə öz növbəsində iki ölkə arasında münasibətlərin yüksəsk səviyyədə olmasını Bakı və Tehranın atdığı qarşılıqlı addımlarla əlaqələndirib.

İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator təyin edilib.

“Minval.info” APA-ya istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator təyin edilib.

Qeyd edək ki, V.Eyvazov nazir vəzifəsinə təyin edilənədək həmin vəzifəni icra edib.

DİN-in mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov daha bir kadr islahatı həyata keçirib. 

“Qafqazinfo” xəbər verir ki, o, Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini, polkovnik Müşfiq Rəhimovu tutduğu vəzifədən azad edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, polkovnik Müşfiq Rəhimov öz raportuna əsasən,vəzifəsindən azad olunaraq, sərəncama götürülüb.

Müdafiə naziri cəbhəboyu zonada — FOTOLARMüdafiə naziri, general-polkovnik Zakir Həsənov və Müdafiə Nazirliyinin digər rəhbər heyəti cəbhəboyu zonada yeni tikilən hərbi hospitalın açılışında olub.
Əvvəlcə nazirliyin rəhbərliyi ümummilli liderimiz Heydər Əliyevin hospitalın ərazisindəki abidəsi önünə gül dəstəsi qoyaraq, öz ehtiramlarını ifadə ediblər. 

Məruzəyə əsasən, 150 çarpayılıq hərbi hospitalın 6 hektar ərazini əhatə etdiyi bildirilib. Burada qərargah, birmərtəbəli patoloji anatomiya, daimi oksigen təminatı üçün oksigen və transformator binaları tikilib, eləcə də 450 kubmetr həcmində su anbarı, əsgər yeməkxanası, ərzaq və əşya anbarı, hamam-camaşırxana-qazanxana kompleksi, 60 yerlik avtodayanacaq, nəzarət-buraxılış məntəqəsi inşa edilib. Ərazidə yaşıllaşdırma işləri aparılıb, abadlıq işləri görülüb, asfalt örtüyü salınıb.

Hərbi hospitalda sahəsi 7267 kvadratmetr olan ikimərtəbəli diaqnostika mərkəzi də inşa olunub. Mərkəzdə qan bankı, laboratoriyalar, müalicə palataları, əməliyyat otaqları, doqquz nəfərlik reanimasiya palatası, cərrahiyyə və əməliyyat blokları, tibbi ləvazimatlar anbarı, qəbul şöbəsi, xəstələr üçün qida qəbulu zalları, aptek, stomatologiya, oftalmologiya, yuma-dezinfeksiya, ginekologiya, LOR, terapiya, rentgen və kompüter tomoqrafiyası, endoskopiya, dermotologiya və efferent bölmələri yaradılıb.
Qeyd olunub ki, Almaniya, ABŞ, Yaponiya və digər qabaqcıl ölkələrdə istehsal edilən, tibbin son nailiyyətləri olan avadanlıqlarla təchiz edilən palatalarda hərbi qulluqçulara yüksək səviyyədə tibbi xidmət göstərilməsi, eləcə də onların müalicəsi üçün hər cür şərait mövcuddur. Hospital bioloji təmizləmə qurğusu, cərrahiyyə əməliyyatlarının fasiləsiz təminatı üçün UPS sistemi, ehtiyat generator qurğusu, su, qaz, istilik və digər kommunikasiya sistemləri ilə təmin olunub. Həmçinin təxirəsalınmaz tibbi yardım göstərilməsi məqsədilə 2 reanimobildən ibarət qrup yaradılıb və təxliyə üçün hospitalın ərazisində helikopter meydançası salınıb.

Müdafiə naziri yeni istifadəyə verilən hərbi hospitalda yaradılan şəraitlə tanış olduqdan sonra tibbi personalla görüşüb, onları müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, tibbi xidmətin təşkili ilə bağlı müvafiq tapşırıqlar verib.

Sonda qurbanlıqlar kəsilib və xatirə şəkilləri çəkdirilib.Müdafiə naziri cəbhəboyu zonada — FOTOLARMüdafiə naziri cəbhəboyu zonada — FOTOLARMüdafiə naziri cəbhəboyu zonada — FOTOLARMüdafiə naziri cəbhəboyu zonada — FOTOLARMüdafiə naziri cəbhəboyu zonada — FOTOLARMüdafiə naziri cəbhəboyu zonada — FOTOLAR
 
Baş Nazir bağçalarla bağlı qərar verdi - Artıq uşaq götürülməyəcək

Azərbaycan Naş Naziri Novruz Məmmədov “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartı”nın təsdiq edilməsi haqqında əmr imzalayıb. 

Sənəddə deyilir: 

3. Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu

3.1. Məktəbəqədər təhsil müəssisəsinə 1 yaşdan 6 yaşadək (6 yaş da daxil olmaqla) uşaqlar qəbul edilirlər. Məktəbəqədər təhsil müəssisəsində hər bir qrupda uşaqların sayı onların yaşından asılı olaraq aşağıdakı kimi müəyyənləşdirilir:

3.1.1. 1 yaşdan 2 yaşadək - 15 uşaq;

3.1.2. 2 yaşdan 3 yaşadək - 15 uşaq;

3.1.3. 3 yaşdan 4 yaşadək - 20 uşaq;

3.1.4. 4 yaşdan 5 yaşadək - 20 uşaq;

3.1.5. 5 yaşdan 6 yaşadək - 20 uşaq;

3.1.6. müxtəlif yaşlı uşaqlar üçün qruplarda:

3.1.6.1. 1 yaşdan 3 yaşadək - 10 uşaq;

3.1.6.2. 3 yaşdan 6 yaşadək - 15 uşaq.
"Uca Yaradanın mərhəməti heç zaman xalqımızın üstündən əskik olmayacaq" - Prezidentdən BAYRAM TƏBRİKİ...
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

APA-nın xəbərinə görə, təbrikdə deyilir: "Hörmətli həmvətənlər!

Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, ən xoş arzu və diləklərimi yetirirəm.

Qurban bayramı Allahın bəşəriyyət üçün hidayət yolu seçdiyi İslamın əsas bayramlarından biri kimi özündə mənəvi birliyi, həmrəyliyi, xeyirxahlığı və dözümlülüyü ehtiva edərək, insanın ən çətin məqamlarda düzgün mövqe seçmək və ülvi amallar uğrunda hər cür fədakarlığa hazır olmaq qüdrətini əks etdirir.

Tarixən İslama və onun mütərəqqi ənənələrinə bağlı olan xalqımız əsrlər boyu bu dəyərləri yaşatmış və ölkəmiz İslam sivilizasiyasının mədəni mərkəzlərindən birinə çevrilmişdir. Azərbaycanda bütün dini bayramlar, o cümlədən, Qurban mərasimləri hər il böyük təntənə və yüksək əhval-ruhiyyə ilə keçirilir. Bu günlər dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, xeyriyyəçilik işləri görülür, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur. Ümidvaram ki, bütün xeyirxah niyyətləriniz, dua və diləkləriniz gerçəkləşəcək, Uca Yaradanın mərhəməti heç zaman xalqımızın üstündən əskik olmayacaqdır.

Əziz bacı və qardaşlarım!

Qurban bayramı münasibətilə bir daha hər birinizə səmimi təbriklərimi çatdırır, qurbanlarınızın Allah tərəfindən qəbul olunmasını arzu edirəm. Qoy bu mübarək bayram ailələrinizə səadət, süfrələrinizə xeyir-bərəkət gətirsin.

Qurban bayramınız mübarək olsun!"