![]() |
![]() |
XX yüzilliyin sonlarında SSRİ-nin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi.
Rusiyadakı demokratik qüvvələrin fəaliyyəti nəticəsində respublikalarda da mərkəzdən qaçma, öz suverenliyinə qovuşmaq istəkləri qarşısıalınmaz həddə çatdı. Belə şəraitdə Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi.
Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı yekdilliklə qəbul edildi.
Azərbaycan Respublikasında dekabrın 29-da ümumxalq səsverməsi keçirildi. Referendum bülleteninə bir sual yazılmışdı: "Siz "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?"
Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı.
1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəylinin, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edildi.
1991-ci il oktyabrın 18-dən Azərbaycan müstəqil, suveren bir ölkədir və xalq bu tarixi bayram kimi qeyd edir.
Oktyabrın 18-i Azərbaycanda iş günüdür.
Qoç – Diqqətli olun. Yaxın ətrafınızdakı insanların istəklərini anlamağa cəhd göstərin. İşgüzar tərəfdaşınız və ya həmkarınızın əhvalı pis ola bilər. Ona görə də soyuqqanlı davranmağınız gərəkdir.
Günün ikinci yarısında münasibətləri gərməyin. Münaqişə səbəbkarı olmayın. Danışıqlar və ya söhbət əsnasında problemli mövzuların təhlilinə başlamayın. Əhəmiyyətli məsələlərdən birinin həllini ertələmək olar.
Sevdiyiniz insanla ünsiyyətdə diqqətli, səbrli olun. Güzəştə meylli insan təsiri bağışlayın.
Buğa – Tərəfdaşlar və həmkarlarla münasibətləri daha da inkişaf etdirin. Yeni layihənin icrasına başlamaq, ideyanı gerçəkləşdirmək fikriniz varsa, aktiv olun. Süstlüyə qapılmayın. Qarşı tərəfi dinləyin, onun sözünü kəsməyin.
Günün ikinci yarısında ehtiyatsızlıqla söylənən kəlmə indiyədək çətinliklə yaradılan əlaqələri poza bilər. Yaxınlarınızla münasibətlərdə səmimi olun. Yalan danışmayın.
Yeni müttəfiq qazanmaq zamanıdır.
Əkizlər – Yaradıcılıq fəaliyyəti ilə məşğul olanları uğur gözləyir. Tərəfdaş və müttəfiqlərinizin qatıldıqları tədbirdə iştirak edin. Onlardan dəstək alacaq, yeni ideyaları paylaşmaq şansı əldə edəcəksiniz.
Təcili yola çıxmaq zərurətinin yarandığı situasiya formalaşa bilər. Sükan arxasında ehtiyatlı olun. Problemlər riski artır.
Günün ikinci yarısında dostların sözlərinə qulaq asın. Axşam saatlarını evdə keçirmək olar. Romantik görüşü təxirə salın. Vaxtınızı sevdiyiniz insana həsr edin.
Xərçəng – Asan gün deyil. İstənilən məqsədə çatmaq üçün adi günlərlə müqayisədə daha çox çalışmalı olacaqsınız. Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Bütün sədləri dəf etmək üçün enerjiniz yetərincədir.
Günün ikinci yarısında maliyyə fonu uğurlu deyil. Mənasız xərclərə yol verməyin.
Romantik təmaslar üçün yaxşı zamandır. Sevdiyiniz insanla təmaslar sizi sevindirəcək. Dəvət aldığınız tədbirlərə qatılın. Yeni tanışlıqlar olacaq.
Axşam saatlarında normal istirahət edin.
Şir – Sayıq olun. Mühüm sənədlərin hazırlanmasında, hesabatların tərtibatında, həmkarlar və tərəfdaşlarla qarşılıqlı əlaqələrdə maksimal dərəcədə diqqətlə davranın. Texniki gecikmələr, avadanlığın sıradan çıxması istisna deyil.
Səbirli, təmkinli olun.
Günün ikinci yarısında həmsöhbətlərdən biri kobudluğu və tərbiyəsizliyi ilə sizi sinirləndirəcək. Cavabınız adekvat olmalıdır. İfrata varmayın.
Axşam saatlarında sizdən üzr istəyəcəklər.
Qız – Sağlam məntiqlə davranın, emosiyalara qapılmayın. Biznesdə və maliyyə məsələlərində riskli addımlar atmaq zamanı deyil. Nüfuzunuza zərbə vura biləcək insanlardan uzaq durun. Daşınmaz əmlak məsələlərinin həlli üçün əlverişli zamandır.
Günün ikinci yarısı bankda hesab açmaq, kredit almaq üçün münasib deyil. Yaxınlarınızla təmaslarda fikir ayrılıqları volüntarist qərarların qəbuluna səbəb olmamalıdır.
Lakonik danışın. Sürətlə hərəkət edin.
Tərəzi – Stabilliyə nail olmaq istəyiniz sizi prinsiplərinizdən bir addım da geri çəkilməməyə vadar edir. Yaxşı taktikadır. Status-kvonu saxlamaq, situasiyaya nəzarət imkanlarını mühafizə etmək imkanları var. Tərəfdaşlarla fikir ayrılıqları və ixtilaflar istisna deyil.
Günün ikinci yarısında ruhdan düşməyin. Davranışınızda zəruri dəyişikliklər etməkdən boyun qaçırmağınız yaxınlarınızda müəyyən narahatlıq və nigaranlıq yaradacaq. Mövqeyinizi arqumentlərlə müdafiə edin.
Axşam saatlarını sevdiyiniz insanla əylənərək keçirin.
Əqrəb – İşlərinizi qaydaya salın. Hədəfləri və məqsədləri təftiş edin. Yaxınlarınızla münasibətlərdə son vaxtlar gərginləşmələr vardısa, emosiyalarınıza hakim olun.
Düşünülməmiş addımlar atmayın.
Günün ikinci yarısında həmkarlarla daha sıx təmaslar qurun. Kollektiv fəaliyyətdə fayda var. Böyük işlərə başlamaq üçün kiçik addım kifayətdir. Yetər ki, qərarlı olasınız.
İşdə ehtiyatsız açıqlamanız rəhbərliklə münasibətlərinizi gərə bilər. Yaxınlarınızdan inciməyin. İntiqam almağa da can atmayın.
Oxatan – Səhər saatları laübəli və qarışıqdır. Planlarda dəyişikliklər istisna deyil. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün vaxt və resurs qıtlığı hiss olunacaq. Maneələri dəf edin, ruhdan düşməyin. Pessimizmə qapılmayın.
Günün ikinci yarısında həll edə bilməyəcəyiniz çətinliklər yoxdur. Problemlərin çözümünə kreativ yanaşın. Ağır işi yarımçıq qoyaraq istirahət etməyin. Qətiyyətli və iradəli olsanız, uğur sizi gözləyir.
Yaxınlarınızdan dəstək alacaqsınız.
Oğlaq – Hisslərinizə hakim olun, spontan addımlar atmayın. Emosiyalar məntiqi üstələməməlidir. Heç bir halda aqressiv davranmayın, kobudluq etməyin. İşdə rəhbərliklə, tərəfdaşlarla, həmkarlarla rəvan danışın.
Günün ikinci yarısında daha təcrübəli həmkarlarla danışın. Onlardan məsləhət almaqdan çəkinməyin. Yaxşı bələd olmadığınız insanlarla söhbətdə əvvəlcədən bəlirlənmiş çərçivədən kənara çıxmayın.
Sevdiyiniz insanla ünsiyyətdə danışmaqdan daha çox qulaq asmağa üstünlük verin.
Dolça – Hazırda məşğul olduğunuz işi yarımçıq qoyaraq yeni planların gerçəkləşdirilməsinə başlamayın. Rəqibləri üstələmək üçün ətrafınızdakı situasiyanı tam dəyərləndirin.
Günün ikinci yarısında ən çətin şəraitdə belə, təmkinli davransanız, uğur qazanacaqsınız. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün daha aktiv davranmağınız gərəkdir. Kiçik problemlərə vaxt sərf edərək diqqətinizi əsas məsələdən yayındırmayın.
Yaxınlarınızla münasibətlərdə kritik olun. Kimsəni ideallaşdırmayın. Əks təqdirdə gözləntiləriniz sizi aldada bilər.
Balıqlar – Adi, rutin gündür. Ekstraordinar heç bir hadisə baş verməyəcək. Yaşanacaq olayların bir çoxunu əvvəlcədən təxminləmək mümkündür. Buna rəğmən maliyyə və maddi məsələlərlə bağlı çətinliklərin yaranması istisna deyil.
Günün ikinci yarısında gərəkli insanlarla əlaqələri işə salsanız, istənilən sahədəki çətinliyi aradan qaldırmaq olar. Şəxsi münasibətlərdə önəmli addım atmazdan əvvəl dəyər verdiyiniz insanın cavab reaksiyasını proqnozlaşdırmağa çalışın.
Milli.Az
Report xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, M.Təhməzov xidmətdə olmanın son həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.
İnterpolun Milli Mərkəzi Bürosunun rəisi vəzifəsinə hələ ki, təyinat olunmayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən faktı təsdiqləyiblər.
Qeyd edək ki, M.Təhməzov Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi vəzifəsinə 2012-ci ildə təyin edilib.
Xəbər verdiyimiz kimi, oktyabrın 15-də Prezident İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib. Ölkə başçısı müşavirədə çıxış edərək bir sıra məsələlər barədə fikir bildirib. Prezident həmçinin, aşkar edilən bəzi nöqsanlardan söz açaraq, bu kimi xoşagəlməz halların aradan qaldırılmasını tapşırıb, dövlət məmurlarına ciddi göstərişlər verib.
"Ölkə.Az" Prezident İlham Əliyevin müşavirədə nazirlərlə dialoqunun videosunu təqdim edir:<iframe width="580" height="383" src="https://www.youtube.com/embed/hM_rYrx0yrc" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>
Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin iştirak etdiyi Parlamentlərarası İttifaqın Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən 141-ci Assambleyasının növbəti günündə İttifaqın Beynəlxalq Humanitar Hüququn Təşviqi üzrə Komitəsinin Cenevrə Konvensiyalarına həsr olunmuş açıq sessiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə iştirak edən nümayəndə heyətimizin üzvü, Milli Məclisin deputatı Kamran Bayramov ölkəmizin beynəlxalq humanitar hüquqa hörmətlə yanaşdığını, müvafiq Cenevrə Konvensiyalarına tərəfdar çıxdığını və müddəalarına ciddi şəkildə əməl etdiyini bildirib, beynəlxalq humanitar hüququn təşviq edilməsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin səylərini və xidmətlərini xüsusilə qeyd edib.
Deputat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrindən danışaraq işğal siyasətini həyata keçirən Ermənistanın beynəlxalq humanitar hüququn prinsiplərinə məhəl qoymadığını, Şahbaz Quliyevi və Dilqəm Əsgərovu beş ildən artıq əsirlikdə saxlamaqla və onlara işgəncələr verməklə beynəlxalq humanitar hüququ kobud surətdə pozduğunu sessiya iştirakçılarının diqqətinə çatdırıb, tədbirdə iştirak edən Ermənistan nümayəndələrini qeyd edilən mülki şəxsləri əsirlikdən tezliklə azad etməyə çağırıb.
Assambleya çərçivəsində deputatımız, həmçinin Birləşmiş Millətlər Təşkilatının məsələləri üzrə Daimi Komitəsində “Beynəlxalq hüquqa BMT-nin Nizamnaməsi və qətnamələri əsasında əməl olunması” mövzusunda keçirilən panel müzakirələrində iştirak edib. Müzakirələrdə K.Bayramov BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş qətnamələrin bəzən bir neçə gün ərzində yerinə yetirildiyini, bəzən isə, məsələn, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrin illərlə icra olunmadığını qeyd edib, bu təcrübənin beynəlxalq hüquq üçün xoşagəlməz presedent yaratdığını və gələcəkdə onun universal prinsiplərinin və beynəlxalq müqavilələrin müddəalarının pozulmasına yol açdığını bildirib.
Eyni zamanda, K.Bayramov, BMT-nin Təhlükəsizlik Şurasının sülhməramlı missiyalar yaratmaq, müvafiq sanksiyalar tətbiq etmək, gücün tətbiq edilməsinə icazə vermək hüququna malik olduğuna baxmayaraq onun dörd qətnaməsini 25 ildən artıq müddət ərzində yerinə yetirməyən Ermənistanın hələ də cəzasız qaldığını təəssüflə qeyd edib. Çıxışın sonunda deputatımız panel müzakirələrinin iştirakçılarına müraciət edərək təmsil etdikləri dövlətləri hüquq aliliyinə sadiq qalmağa, qoşulduqları beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini vicdanla yerinə yetirməyə çağırıb, BMT-nin və digər beynəlxalq təşkilatların qərar və qətnamələrinin icra olunmamasına görə dövlətlərin məsuliyyətinin gücləndirilməsini təklif edib.
“Ölkə.Az” xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında iqtisadi müşavirədə dilə gətirib.
Dövlət başçısı bildirib ki, gələn ilin xərclərinə çox böyük diqqətlə baxılmalıdır:
“Burada şəffaflığı tam təmin etmək üçün hökumət gərək təkliflər versin. Tezliklə, ilin sonuna qədər bu təkliflərə baxılacaq. Beləliklə, əminəm ki, biz eyni həcmdə olan işi az vəsaitlə icra edə bilərik. Buna nail olmaq üçün, ilk növbədə, şəffaflıq, dövlət nəzarəti və ictimai nəzarət olmalıdır. Bütün dövlət qurumlarına deyirəm, yoxsa onlar pis öyrəşiblər.
Hər ilin sonunda büdcə müzakirə olunarkən, sifarişlər göndərirlər. Özü də orada şişirdilmiş rəqəmlər öz əksini tapır, havadan götürülmüş rəqəmlər. Onlardan soruşanda ki, misal üçün bənd tikmək, yol çəkmək, kabel çəkmək bu qədər vəsait barədə rəqəmi haradan götürürsən!? Havadan. Sonra araşdırma aparılır, görünür ki, şişirdiblər. Nəyə görə şişirdiblər? Aydın məsələdir nəyə görə. Buna da son qoyulmalıdır.
Ona görə Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, - bunu təkcə onların boynuna atmaq olmaz, - hökumət də nəzarətçi kimi şişirdilmiş bütün o rəqəmləri təhlil etsinlər və real rəqəmləri müəyyənləşdirsinlər. O rəqəmləri verənlər gərək məsuliyyət daşısınlar.
Əgər bu dəfə bizim dövlət qurumlarımız, şirkətlərimiz yenə də şişirdilmiş rəqəmlər versələr, artıq özlərini ifşa etmiş olacaqlar. Hökumət, əlbəttə ki, onların bütün təkliflərinə baxacaq. Amma onlar əgər şişirdilmiş rəqəmləri versələr, öz cəzalarını alacaqlar. Ona görə zəhmət çəkib normal işləsinlər və pis vərdişlərdən əl çəksinlər.
Beləliklə, biz büdcəyə böyük qənaət edərik, maaşların, pensiyaların artırılmasına imkan yaradarıq və şəffaflığı təmin edə bilərik. Ona görə qarşıdakı həftələr ərzində gələn ilin büdcəsinin parametrləri ilə əlaqədar çox fəal iş aparılmalıdır. Bugünkü müşavirə, o cümlədən, bu məsələyə həsr olunub. Ona görə istərdim ki, indi burada gələn ilin büdcəsi ilə əlaqədar fikirlər və təkliflər səslənsin”.
“Ölkə.Az” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iqtisadi müşavirədə deyib.
Ölkə başçısı müşavirədə islahatlara qarşı çıxan hökumət üzvlərini tənqid edib.
Prezident bir hökumət üzvünün digər hökumət üzvləri tərəfindən şantaj edilməsinin də dözülməz olduğunu vurğulayıb:
“Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Mən indi dərinə getmək istəmirəm, amma bildirməliyəm ki, onlar ləkələnir. Onların apardığı islahatlar, hansılar ki, Prezidentin tapşırığıdır, onlara kölgə salınır.
Dözülməz vəziyyətdir. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Ona görə islahatlara alternativ yoxdur. Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək.
Amma kim buna qarşı çıxsa və altdan-altdan bizim işimizə mane olmaq istəsə, əlbəttə ki, belə adamlarla biz bir yolun yolçusu ola bilmərik”.
Bu sözləri dövlətimizin başçısı İlham ƏIiyev oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə söyləyib.
Prezident qeyd edib ki, biz dünya miqyasında xarici borcun aşağı səviyyəsinə görə qabaqcıl yerdəyik:
“Bunu bir daha demək istəyirəm, mən hökumət qarşısında vəzifə qoymuşam ki, biz xarici dövlət borcumuzu ildən-ilə azaldaq və gələn ilin büdcəsində bu, nəzərdə tutulur”.
İlham Əliyev sözlərinə əlavə edib ki, inflyasiya çox aşağı səviyyədədir, 2 faizdən bir qədər çoxdur:
“Nəzərə almalıyıq ki, bu il çox ciddi və böyük sosial paket reallaşdı - 4 milyon 200 mindən çox insanın maddi vəziyyəti yaxşılaşdı, pensiyalar, əməkhaqları, müavinətlər artırıldı. Yəni, bu məqsədlər üçün milyardlarla manat vəsait xərclənib və bu vəsait sosialyönümlü istiqamətə nəzərdə tutulurdu. Buna baxmayaraq, inflyasiya çox aşağı səviyyədədir. Bu, çox yaxşı göstəricidir. Əhalinin gəlirləri yenə də inflyasiyanı əhəmiyyətli dərəcədə üstələyir”.