Bu sözləri dövlətimizin başçısı İlham ƏIiyev oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə söyləyib.
Prezident qeyd edib ki, biz dünya miqyasında xarici borcun aşağı səviyyəsinə görə qabaqcıl yerdəyik:
“Bunu bir daha demək istəyirəm, mən hökumət qarşısında vəzifə qoymuşam ki, biz xarici dövlət borcumuzu ildən-ilə azaldaq və gələn ilin büdcəsində bu, nəzərdə tutulur”.
İlham Əliyev sözlərinə əlavə edib ki, inflyasiya çox aşağı səviyyədədir, 2 faizdən bir qədər çoxdur:
“Nəzərə almalıyıq ki, bu il çox ciddi və böyük sosial paket reallaşdı - 4 milyon 200 mindən çox insanın maddi vəziyyəti yaxşılaşdı, pensiyalar, əməkhaqları, müavinətlər artırıldı. Yəni, bu məqsədlər üçün milyardlarla manat vəsait xərclənib və bu vəsait sosialyönümlü istiqamətə nəzərdə tutulurdu. Buna baxmayaraq, inflyasiya çox aşağı səviyyədədir. Bu, çox yaxşı göstəricidir. Əhalinin gəlirləri yenə də inflyasiyanı əhəmiyyətli dərəcədə üstələyir”.