![]() |
![]() |
Bunu Prezident İlham Əliyev Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun açılışında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədova deyib.
Ölkə başçısı qeyd edib ki, biz indi kənd yollarını magistral yollar səviyyəsində inşa edirik. Dövlət başçısı söyləyib ki, şəhərlərarası, xüsusilə turizm zonasına gedən yol belə bərbad vəziyyətdə qala bilməz.
Prezident daha sonra əlavə edib ki, Şamaxı-İsmayıllı yolunda sürüşmə olub – amma bir yerdə.
“Amma yolun İsmayıllıya qalan hissəsi bərbad vəziyyətdədir. Hamısı yamaq. Özü də o yolun əsası yoxdur. Heç vaxt olmayıb. Elə yamaqlayırsınız, yamaqlayırsınız, belə olmaz. Təkliflər verin ki, biz Şamaxı-İsmayıllı yolunu investisiya proqramına salaq. Gələn il gərək Şamaxı-İsmayıllı yolu istifadəyə verilsin, özü də yüksək səviyyədə”.
Xəbər verdiyimiz kimi, seçicilərin millət vəkillərilə daha asan əlaqə qura bilmələri üçün Milli Məclisin rəsmi veb-səhifəsində mobil nömrələr yerləşdirilib.
Milli Məclisin sədri, onun 2 müavini, həmçinin deputat Araz Əlizadə ilə Qənirə Paşayeva istisna olmaqla digər millət vəkillərinin əlaqə vasitələri veb-saytın müvafiq bölmələrinə yazılıb. Bu nömrələrə edilən zənglərə isə millət vəkillərinin köməkçiləri cavab verəcəklər.
Seçicilər və millət vəkillərilə əlaqə qurmaq istəyən şəxslər üçün daha asan olsun deyə Yeniavaz.com əlaqə vasitələrini bir siyahıda təqdim edir:
Millət vəkili | Əlaqə vasitəsi | Köməkçisi | |
1 | Əli Məhəmməd oğlu Hüseynli | 050 513-05-39 | Bayram Yusifov |
2 | Fəzail Rəhim oğlu Ağamalı | 050 394-54-69 | Xidmət Orucov |
3 | Sabir Kamal oğlu Hacıyev | 055 211-71-01 050 288-22-45 |
Anar Cabbarov |
4 | Qüdrət Müzəffər oğlu Həsənquliyev | 050 547-77-64 | Hüseyn Müzəffərli |
5 | Tahir Zayıdağa oğlu Kərimli | 050 557-49-49 050 277-24-23 |
Sahil Hüseynov |
6 | Çingiz Aşralı oğlu Qənizadə | 050 667-57-72 050 288-20-54 |
Zöhrə Rəhimova |
7 | Azay Əjdər oğlu Quliyev | 050 277-99-48 070 340-55-55 |
Elmir Hümbətov |
8 | Elşən Məmmədhənifə oğlu Musayev | 050 685-55-78 050 288-66-42 |
Rəhman Tahirov |
9 | Madər Ələsgər oğlu Musayev | 050 277-37-68 | Gümüş İbadova |
10 | Ziyafət Abbas oğlu Əsgərov | ||
11 | Aydın Böyükkişi oğlu Mirzəzadə | 050 348-36-63 055 511 12-00 |
Vaqif Qasımov |
12 | Aqil Məhəmməd oğlu Abbas | 050 324-26-31 055 449-44-54 070 277-17-12 |
Rüstəm Hacıyev |
13 | Xanlar Nuru oğlu Fətiyev | 050 331-33-30 | Musa Abdullayev |
14 | Əliağa İzzət oğlu Hüseynov | 050 291-94-94 | Aytən Qəniyeva |
15 | Fərəc İbrahim oğlu Quliyev | 050 621-46-22 055 578-17-07 |
Həbib Ələkbərov |
16 | Elman Camal oğlu Məmmədov | 050 288-66-29 050 490-03-35 |
Mahir Rzayev |
17 | Hikmət Baba oğlu Məmmədov | 050 277-12-19 | Azər Quliyev |
18 | Zahid Məhərrəm oğlu Oruc | 050 288-20-93 050 333-81-05 |
Ceyhun Fərəcov |
19 | Bəxtiyar Yusif oğlu Sadıqov | 055 440-88-66 | Kamran Quliyev |
20 | Hacı Hacı Baba oğlu Salayev | 050 365-66-76 050 210-11-23 |
Balağa Zərbəliyev |
21 | Bahar Əvəz qızı Muradova | ||
22 | Yevda Sasunoviç Abramov | 055 211-31-05 055 302-50-70 |
Surxay Şəmsivari |
23 | Əflatun Əhməd oğlu Amaşov | 055 201-99-26 050 242-09-91 |
Əvəz Rüstəmov |
24 | Tahir Zayıdağa oğlu Kərimli | 050 557-49-49 050 277-24-23 |
Sahil Hüseynov |
25 | Flora Qasım qızı Qasımova | 055 880-77-88 | Səbuhi Səmədov |
26 | Fazil Qəzənfər oğlu Mustafa | 050 288-20-51 050 385-39-50 |
Əjdər Əliyev |
27 | Elman Xudam oğlu Nəsirov | 050 788-86-36 | Elmin Adıgözəlov |
28 | Valeh Feyruz oğlu Ələsgərov | ||
29 | Kamran Telman oğlu Nəbizadə | 055 477-55-35 | Tural Əliyev |
30 | Rövnəq İbrahim oğlu Abdullayev | 050 206-02-54 055 206-02-54 |
Sabit Mahmudov |
31 | Mirzəcan Mirzəmməd oğlu Xəlilov | 050 210-26-85 | İlham Əsgərov |
32 | Mirkazım Məhəmməd oğlu Kazımov | 050 328-54-72 | Nazim Cəfərov |
33 | Mixail Yuryeviç Zabelin | 050 225-27-22 | Firdovsi Cahangirov |
34 | Ziyad Əliabbas oğlu Səmədzadə | 050 329-80-14 | Firuzəxanım Qəribova |
35 | Ağalar İsrəfil oğlu Vəliyev | 050 275-01-11 | İlham Musayev |
36 | Mahir Tapdıq oğlu Abbaszadə | 051 444-20-11 | Abbas Kərimli |
37 | Vahid Qazməmməd oğlu Əhmədov | 050 337-46-45 | Arif Orucov |
38 | İlham Əlisəftər oğlu Əliyev | 050 686-92-72 | Sərxan Qardaşov |
39 | Şəmsəddin Hümmət oğlu Hacıyev | 050 467-06-70 055 414-14-80 |
Hamiz Mahmudov |
40 | Aydın Nəsir oğlu Hüseynov | 050 275-01-10 | Nurlan Musayev |
41 | Mirzəcan Mirzəmməd oğlu Xəlilov | 050 210-26-85 | İlham Əsgərov |
42 | İmamverdi İbiş oğlu İsmayılov | 050 855-20-26 055 833-85-95 |
Məlahət Əzizova |
43 | Xanhüseyn Hüseynağa oğlu Kazımlı | 055 623-53-54 070 623-53-54 |
Zaur İsgəndərov |
44 | Əsabil Qarakişi oğlu Qasımov | 050 315-56-98 | Rauf Həşimov |
45 | Elçin Bəybala oğlu Quliyev | 050 335-25-62 050 288-20-75 |
Qulu Əliyev |
46 | Rüfət Atakişi oğlu Quliyev | 050 778-32-05 | Əzizbala Mustafayev |
47 | Cavid Qənbər oğlu Qurbanov | 050 375-67-89 | Xəlil Rüstəmov |
48 | Əli Əhməd oğlu Məsimli | 050 288-22-87 055 882-80-95 |
Vüsal Baxışov |
49 | Tahir Famil oğlu Mirkişili | 051 520-22-11 | Cavid Quliyev |
50 | Eldar Rza oğlu İbrahimov | 050 641-03-28 050 277-17-92 |
Fətulla Hüseynov |
51 | Eldar Allahyar oğlu Quliyev | 050 983-93-10 | Yaşar Məmmədov |
52 | Mahir Məhəmmədəli oğlu Aslanov | 050 334-65-92 | Yalçın Qələndərov |
53 | Novruzəli Davud oğlu Aslanov | 055 395-42-66 | Sərdar Yəhyayev |
54 | Aydın Nəsir oğlu Hüseynov | 050 275-01-10 | Nurlan Musayev |
55 | İqbal Nəriman oğlu Məmmədov | 050 211-65-92 | Nəriman Nərimanlı |
56 | Hüseynbala Fazil oğlu Mirələmov | 055 211-99-66 | Azər Şiriyev |
57 | Cavanşir Hümmət oğlu Paşazadə | 050 328-21-23 | Sulduz Ağayev |
58 | Eldəniz Adil oğlu Səlimov | 050 522-90-00 | Şahin Nemətov |
59 | Tahir Süleyman oğlu Süleymanov | 055 231-03-30 | İlham Ağayev |
60 | Hadi Musa oğlu Rəcəbli | 050 382-95-99 | Elman Əliyev |
61 | Rauf Asif oğlu Əliyev | 050 333-34-90 | Əfrasiyab Əmirov |
62 | Elmira Hüseyn qızı Axundova | 055 477-22-44 | İnqilab Mansurov |
63 | Araz Məmməd Mübariz oğlu Əlizadə | ||
64 | Sevinc Əmirəhməd qızı Hüseynova | 050 642-09-79 | Elxan İsmayılov |
65 | Musa İsa oğlu Quliyev (Musa Urud) | 050 539-60-55 | Nizami Əsədov |
66 | Yaqub Mikayıl oğlu Mahmudov | 050 554-94-54 | Gündüz Mikayılov |
67 | İlham Kazım oğlu Məmmədov | 050 375-91-97 050 277-74-17 |
Rüstəm Əliyev |
68 | Rafiq Musa oğlu Məmmədhəsənov | 055 758-73-60 070 688-79-59 |
Bayram Gözəlov |
69 | Aytən İnqlab qızı Mustafazadə | 070 267-64-50 055 345-62-32 050 277-03-17 |
Aqil Quliyev |
70 | Əhliman Tapdıq oğlu Əmiraslanov | 050 319-84-11 055 319-84-11 |
Nəsimi Namazov |
71 | Kamilə Əli Ağa qızı Əliyeva | 050 288-66-43 070 603-66-33 |
Ruslan Ramazanov |
72 | Məlahət İbrahim qızı İbrahimqızı | 055 716-91-14 | Abbas Pənahov |
73 | Kamaləddin Nəsrəddin oğlu Qafarov | 050 242-92-32 050 210-92-32 |
Rəşadət Vəliyev |
74 | Rəşad Məmmədqulu oğlu Mahmudov | 050 332-88-77 | Həbib Cəfərov |
75 | Qənirə Ələsgər qızı Paşayeva | ||
76 | Sədaqət Süleyman qızı Vəliyeva | 050 568-77-20 | Ramil Vəlibəyov |
77 | Siyavuş Dünyamalı oğlu Novruzov | 050 244-10-22 | Cahangir Məmmədli |
78 | Xanlar Nuru oğlu Fətiyev | 050 331-33-30 | Musa Abdullayev |
79 | Nizami Qulu oğlu Cəfərov | 055 299-55-74 050 318-82-80 |
Atalar Qafarlı |
80 | Nəriman Əlibala oğlu Əliyev | 050 352-26-38 051 397-89-65 |
Mirnizam Vahabov |
81 | Sevinc Həbib qızı Fətəliyeva | 055 703-01-79 050 404-70-74 |
Zəkiyyə Musayeva |
82 | Səttar Suliddin oğlu Möhbalıyev | 050 649-70-66 070 744-25-37 |
Rizvan Hüseynquliyev |
83 | Aqiyə Həbib qızı Naxçıvanlı | 070 310-96-36 | Səyavuş Hidayətov |
84 | Sahibə Əli qızı Qafarova | 070 224-73-13 | Səbuhi Məsimov |
85 | Ağacan Qulam oğlu Abıyev | 051 311-76-05 055 627-55-37 |
Xuraman Quliyeva |
86 | Dilarə Məmmədağa qızı Cəbrayılova | 050 277-22-68 055 828-45-88 |
Natiq Şəfiyev |
87 | Tahir Musa oğlu Rzayev | 050 663-97-73 | Eldar Məmmədov |
88 | Sədaqət Süleyman qızı Vəliyeva | 050 568-77-20 | Ramil Vəlibəyov |
89 | Adil Abış oğlu Əliyev | 055 766-21-35 | İftixar Həsənov |
90 | Azər Camal oğlu Badamov | 050 313-29-62 050 288-20-91 |
General Sadulov |
91 | Elşad Eldar oğlu Həsənov | 050 705-61-87 | Habil Süleymanzadə |
92 | Naqif Ələşrəf oğlu Həmzəyev | 050 277-30-17 055 222-28-39 |
Tural Verdiyev |
93 | Ülvi Zahid oğlu Quliyev | 050 318-63-85 055 685-99-33 |
Samir Səfiyev |
94 | Şahin Əmir oğlu İsmayılov | 050 372-53-60 | Müşfiq Səfərov |
95 | Arif Qafar oğlu Rəhimzadə | 050 520-30-82 | Arif Nağıyev |
96 | Fəttah Səməd oğlu Heydərov | 050 288-20-58 070 274-74-76 |
Fuad Məmmədov |
97 | Kamran Fərhad oğlu Bayramov | 050 247-97-47 050 211-02-31 050 214-43-21 |
Məmməd Məmmədli |
98 | Malik Əvəz oğlu Həsənov | 051 911-51-16 | Ələddin Əliyev |
99 | Rüstəm Gülabba oğlu Xəlilov | 050 288-20-44 050 322-05-13 |
Rəşad Yəhyayev |
100 | Fəzail Feyruz oğlu İbrahimli | 050 288-66-36 055 535-00-00 |
Emin Abdulov |
101 | Cavid Həmid oğlu Osmanov | 050 277-09-84 055 672-42-42 |
Rəhman Rəhimov |
102 | İsa Əkbər oğlu Həbibbəyli | 050 216-15-16 | Rəşad Qasımov |
103 | Bəxtiyar Həmzə oğlu Əliyev | 050 288-22-92 055 211-53-93 050 585-52-55 |
Vüqar Abduləzimov |
104 | Ülviyyə Cavanşir qızı Ağayeva | 055 649-30-70 | Arzu Musayeva |
105 | Gövhər Baxşəli qızı Baxşəliyeva | 050 332-99-94 | Seymur İslamov |
106 | Sona Sakit qızı Əliyeva | 050 288-66-16 | Ruslan Cahangirov |
107 | Rafael Baba oğlu Hüseynov | 051 331-70-99 | Ceyhun Ağayev |
108 | Pərvin Orxan qızı Kərimzadə | 055 788-88-76 | Şəhriyar Məmmədov |
109 | Musa Cəfər oğlu Qasımlı | 050 676-35-26 | Adil Mustafayev |
110 | Asim Nazim oğlu Mollazadə | 050 203-70-66 | İlkin Həsənov |
111 | Rafael Baba oğlu Hüseynov | 051 331-70-99 | Ceyhun Ağayev |
112 | Cavanşir Əyyub oğlu Feyziyev | 050 517-77-41 | Akif Salamov |
113 | Jalə Fazil qızı Əliyeva | 050 331-94-34 | Firdovsi Eyvazov |
114 | Ülviyyə Tapdıq qızı Həmzəyeva | 055 313-55-29 | Zaur Cəlilov |
115 | Səməd İsmayıl oğlu Seyidov | 050 568-86-87 | Orxan Həsrətov |
116 | Sahib Eyvaz oğlu Alıyev | 050 367-77-33 | Ədalət Həsənov |
117 | Azər Şəmşid oğlu Kərimli | 050 277-12-70 055 643-34-06 |
Nadir Muxtarov |
118 | Nəsib Məhəmməd oğlu Məhəməliyev | 050 213-62-59 | Yusif Mirzəyev |
119 | Müslüm Mürsəl oğlu Məmmədov | 055 703-16-15 | Veysəl Veysəlov |
120 | Rasim Nəsrəddin oğlu Musabəyov | 050 315-44-69 050 288-27-25 |
Asif Nəsibov |
121 | Elxan Sirac oğlu Süleymanov | 050 576-40-67 | Təranə Babayeva |
Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov özünün “Facebook” səhifəsində yeni bir məqaləsində qeyd edib.
Minval.İnfo həmin məqaləni oxuculara təqdim edir.
“Əziz oxucular, Tutduğum vəzifənin mənə verdiyi səlahiyyət çərçivəsində, heç bir tərəddüd göstərmədən və çətinlik çəkmədən, cəmiyyətimizdə baş verən hadisələrə, ictimai-siyasi proseslərə hakimiyyətin münasibətini həmişə açıq ifadə etmişəm. Çünki, hər bir sağlam vətəndaş, o cümlədən hər bir məmur kimi mən də istər ümummilli lider Heydər Əliyevin, istərsə də Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin, qəbul etdiyi qərarların əsasında milli maraqlarımızın, xalqa xidmət amalının dayandığına inanmışam və tam əmin olmuşam. Moskva Dövlət Universitetinin aspirantı olaraq 1990-cı ildə Ulu Öndər Heydər Əliyevi Vətənə müşayiət edəndə, sonrakı dövrdə onunla birgə bütün siyasi proseslərin iştirakçısı olanda və 2003-cü ildən bu günə kimi Prezident İlham Əliyevin siyasi kursunun həyata keçirilməsində fəal iştirak etdiyim ötən 16 ildə bir mövqeyim, bir məsləyim, bir əqidəm olub.
Mən öz siyasi mövqeyim, ölkəmizin keçdiyi inkişaf yolu, hazırkı durumu və gələcəyi ilə bağlı bütün polemikalara da həmişə hazır olmuşam və sağlam tənqidi normal hal kimi qarşılamışam. Barəmdə müzakirəyə çıxarılan müxtəlif şayiələrə, “kompromatlara” da dözümlü yanaşmışam, düşünmüşəm ki, demokratik cəmiyyətlərdə sözü bitən qüvvələrin belə ucuz vasitələrlə öz opponentlərini gözdən salmaq cəhdi Azərbaycan üçün də yenilik deyil. Lakin bu iddialar əndazəsini aşanda, “gözünü qan örtmüş bəzi siyasi avantüristlərin” və əlaltılarının sayıqlamaları bütün sərhədləri keçəndə öz sözümü demişəm və prinsipial mövqeyimi də ortaya qoymuşam.
Artıq bir neçə gündür ki, 30-40 il bundan qabaq, tələbəlik illərində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdurəhman Vəzirova Moskvada təhsil alan bir qrup tələbənin “yenidənqurmanın dəstəklənməsi ilə bağlı” göndərdikləri teleqramda mənim də adımın da keçməsi ətrafında kampaniya təşkil olunub. Birincisi, maraqlıdır, görəsən həmin dövrü yaşayan insanlardan kim 1985-ci ildə başlanmış yenidənqurma prosesinin əleyhinə çıxıb və onu dəstəkləməkdən imtina edib?! İkincisi, 1988-ci ildə MDU-nun tarix fakültəsinin akt zalında Bakı Dövlət Universitetinin tarix fakültəsinin dekanı ilə görüşdən sonra hələ sərbəst həyata qədəm qoymağa hazırlaşan gənc tələbələrin toplandığı bir auditoriyanın adından Azərbaycan KP MK-ya göndərilən teleqramda adı keçən onlarla şəxsin sırasından bir nəfərin seçilərək hədəfə alınması nə deməkdir. Bu, əlbəttə ki, bunu edən insanların cılızlığının, acizliyinin əlaməti, suda boğulanın saman çöpündən yapışması deməkdir. Hələ yaxşı ki, onlar mənim tribunada Leonid Brejnevi alqışlamağımın şəklini verməyiblər, aktiv komsomolçu, ayrı-ayrı dövrlərdə tələbə-inşaat dəstəsində komandir olmağımdan yazmayıblar. Üçüncüsü, əgər bunda bir əsas görürlərsə və iddia etdikləri kimi, obyektiv qiymətləndirmə aparırlarsa, onda 1990-cı ildə MDU-nun aspirantı olaraq Heydər Əliyevi Azərbaycana qədər müşayiət eləməyimi, ümummilli liderin rəhbərliyi altında bütün siyasi proseslərdə fəal iştirakımı və sonrakı fəaliyyətimi niyə qeyd etmirlər? Bu insanlar barmaqlarını sorub mənim haqqımda kompromat axtarsalar da, heç zaman tapa bilməyəcəklər. Çünki mən həyatımın hər anına məsuliyyət daşıyıram, hər anı üçün də cavab verməyə hazıram. Açığı, belə primitiv yollarla hamının tanıdığı bir məmuru nüfuzdan salmaq istəyənlərin normal ağıla və məntiqə malik olması ciddi şübhə doğurur.
Uzun müddətdir ki, sabiq xarici işlər naziri, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və hazırda xaricdə yaşayan Qurban Məmmədovla olan bir şəkili də sosial şəbəkələrdə mənə qarşı ciddi “kompromat” kimi istifadə edirlər. Bu məsələyə bir dəfə münasibət bildirmişəm və bu gün bir daha təkrar edirəm ki, həmin şəkil 1994-cü ildə – mən Yeni Azərbaycan Partiyasında şöbə müdiri vəzifəsində işlədiyim zaman Vilayət Quliyevin bağında çəkilib. Həmin ilin mart-aprel aylarında biz nümayəndə heyətinin tərkibində birlikdə ABŞ-da səfərdə olmuşduq. Qayıdandan sonra Vilayət Quliyev məni bağına dəvət etdi və mən də dəvəti qəbul etdim. O ki qaldı Qurban Məmmədovla şəkilimin mənə qarşı kompromat kimi istifadə olunmasına, demək istəyirəm ki, onunla bir neçə il tələbə yoldaşı olmuşuq, eyni yataqxanada yaşamışıq. Tələbəlikdən sonrakı dövrdə, Qurban Məmmədov dövlətə və hakimiyyətə qarşı mövqeyini dəyişdi. O, radikal çıxışlara başladığı günə kimi münasibətimiz olub. Məlum dəyişiklikdən sonra onunla bütün əlaqələri kəsmişəm. Onu da qeyd edim ki, rəsmi şəxs kimi mən müxtəlif tədbirlərdə yüzlərlə insanla şəkil çəkdirirəm. Şəkil həvəskarlarına bildirmək istəyirəm ki, belə ucuz və primitiv yollarla özlərini yormasınlar, çamur ancaq layiq olduğu yerə yapışar.
Daha nə deyirlər mənim haqqımda? Əli Həsənov dövlətin media siyasətini “bərbad hala salıb”, “uçuruma yuvarladıb”. Belələrinə bir cümlə ilə cavab vermək istəyirəm: əgər milli media təsisatlarının əsas fəaliyyəti insanların lazımi informasiya ehtiyaclarını ödəmək, fəaliyyət göstərdiyi ölkənin milli maraqlarını ifadə edərək, öz dövlətinin inkişafına, ictimai-siyasi həyatın sabitliyinə, vətəndaş maraqlarının qorunmasına, ictimai həyat normalarının təbliği və təlqin edilməsinə, cəmiyyətdə yaşanan proseslərinin şəffaf şəkildə əks olunmasına xidmət edirsə və bu mövcud sahənin hazırkı reallığıdırsa, onda hansı iflasdan söhbət gedə bilər. Yaxud, Azərbaycan mediasının hazırda regionda öz gücü və nüfuzu ilə tanınması, qlobal informasiya məkanında fəal iştirak etməsi, ölkə həqiqətlərini dünya ictimaiyyətinə çatdıra bilməsi onun iflası hesab olunursa, o zaman belə məntiqlə mübahisə etməyin qətiyyən yeri yoxdur.
Diqqətinizi daha bir məqama yönəltmək istəyirəm. Maraqlıdır ki, mənim kimi yüksək statuslu bir məmurun, ölkə prezidentinin köməkçisinin haqqında istənilən informasiyaları müxtəlif vasitələrlə və istədikləri qədər tirajlayanlar, ayrı-ayrı KİV-lərə sərbəst müsahibə verərək hakimiyyəti sərt tənqid edənlər, özlərinin sosial media ünvanlarından məmurlar haqqında ağlasığmaz hədyanlar yağdıranlar eyni zamanda ölkədə azad media mühitinin olmamasından necə şikayətlənə bilərlər? Gəlin, birlikdə düşünək, senzuranın hökm sürdüyü, medianın qeyri-azad olduğu bir ölkədə bu qədər sərbəst müzakirə mühiti, ümumiyyətlə, mümkündürmü? Əlbəttə, yox! Burada söhbət yalnız vaxtilə ölkəni xaosa və anarxiyaya sürükləmək istəyənlərin hazırda eyni ssenarini ən azından Azərbaycan mediasında tətbiq etmək cəhdindən gedə bilər. Təbiidir ki, Azərbaycan iqtidarı bu cür bədxah planların reallaşmasına heç zaman imkan verməyəcək!
Beləliklə, xüsusi pullar hesabına haqqımda tirajlanan “ciddi kompromatlar” bunlardan ibarətdir. Açığı deyim ki, başdan-ayağa çirkab içində boğulan bu tipli insanlarla heç vaxt polemikaya girmək istəməmişəm. Çünki, onların haqqımda tirajladığı “kompromatlar” ayrı-ayrı vaxtlarda Əli İnsanov, Əli Kərimli, Cəmil Həsənli və digər bu kimi iqtidara, xalqa və dövlətə qənim kəsilən şəxslər tərəfindən dövriyyəyə buraxılıb və boş, mənasız iddialar olduğu sübuta yetirilib. Üzümü bir daha AXCP sədri Əli Kərimliyə, “Milli Şura” adlanan qurumun 2013-cü ildə Prezident İlham Əliyevə açıq mübarizədə uduzmuş sədri Cəmil Həsənliyə və fəallarına tutaraq bəyan edirəm ki, sizin hazırkı hiyləgər taktikanız da iflasa uğrayacaq. Sizin kimi “siyasətçilər” heç zaman ölkə başçısının monolit komandasını daxildən parçalayaraq dağıda bilməyəcək. Gündə bir əqidə dəyişən, hakimiyyət və onun təmsilçiləri haqqında yalan və qərəzli məlumatlar yayan, çirkin şayiələr uyduran, cılız və naqis metodlardan bəhrələnərək sədaqətli, mübariz hakimiyyət nümayəndələrini ləkələməyə çalışan sizlər bu yolla özünüzə heç bir hakimiyyət perspektivi yarada bilməyəcəksiniz. “Roma Papasından böyük katolik” kimi görünməyə çalışan və onu-bunu ləkələyəməkdə davam edən belələrinə bir məsləhətim var: şüşəli evdə oturub başqalarını daşa basmayın!
P.S. Həm məlum teleqramı, həm də bağ evində çəkilmiş şəkli statusa əlavə edirəm”.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov
Prezident İlham Əliyev oktyabrın 21-də Baş Nazirin müavinləri Əli Həsənovla Hacıbala Abutalıbovu pensiyaya yola salarkən yaşı 70-i ötmüş vəzifə sahiblərini istefa mədəniyyəti göstərməyə çağırıb.
Ölkə başçısı 71 yaşlı Əli Həsənovla və 75 yaşlı Hacıbala Abutalıbova Nazirlər Kabinetinin tərkibinə nisbətən cavan kadrların cəlb olunacağını xatırladıb.
“…daha gənc nəslə yol vermək lazımdır. Ona görə sizin ərizə ilə mənə müraicətinizi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, pensiya yaşına çatmış, hər halda 70 yaşını keçən iqtidarda təmsil olunanlar da yəqin ki, sizin nümunənizi təkrar edəcəklər. Hər halda mən buna ümid edirəm”, – İlham Əliyev vurğulayıb.
Əli Həsənovun və Hacıbala Abutalıbovun ardınca AMEA-nın 85 yaşlı prezidenti Akif Əlizadə də vəzifədən ayırlması ilə bağlı istefa ərizəsi yazıb.
Ardınca 81 yaşlı akademik Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri postundan azad edilib.
Yaşlı məmurlarla bağlı məsələ neçə gündür sosial şəbəkələrdə əsas müzakirə mövzusudur. Bu müzakirələrdə bəziləri yaşlılara qarşı az qala savaş açıb…
Hətta iş o yerə çatıb ki, seçkili orqan olan Milli Məclisdə yaşlı deputatların növbəti dəfə parlamentdə təmsil olunmamaq məsələsi də gündəm olub.
Ancaq ümumi kütlənin ardınca getməyənlər də az deyil. Bəziləri düşünür ki, bu cür çağırışlar işləmək imkanı olan yaşlı deputatlara qarşı kobud səhvdir. Digər tərəfdən, deputat məmur deyil və o, seçkili orqanda təmsil olunur.
“Minval.info” Modern.az-a istinadla xəbər verir ki, yaşlı deputatların məsələyə mövqeyi öyrənilib.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 72 yaşlı sədri Hadı Rəcəbli bildirib ki, deputat olan yaşlı insanlara bu formada yanaşma doğru deyil:
“Cənab prezidentin də elan etdiyi kimi, yaş məsələsi icra strukturlarına daha çox aiddir. Olur ki, fiziki imkanları məhdud olan insanlar işləyə bilmirlər. Təbii ki, yaşı keçmiş və işləmək imkanı olmayan adamlar işdən çıxmaqla bağlı özləri qərar qəbul etməlidir. Bu, mütləq şəkildə olmalıdır. Cənab prezidentimiz də bununla bağlı mesaj göndərib. Ancaq o demək deyil ki, bu, deputatlara da aid olsun.
Məsələn, parlamentdə Ziyad Səmədzadə, Arif Rəhimzadə və digərləri var ki, işləməyi bacaran insanlardır. Bu insanların işləmək üçün fiziki və əqli gücləri yerindədir. Sözüm odur ki, deputatlara yaşlarına görə bu formada yanaşma doğru deyil. Bütün cəmiyyətlərdə ağsaqqallar həmişə olub. Din xadimləri belə, həmişə yaşlı insanlar olub. Qərarları həmişə yaşlı insanlar verib. Mən də gənc olmuşam və bu gün gənclərin tərəfdarıyam. Cavanlıq məktəbini keçməyən sabah ağsaqqal ola bilməz.
Bunlara da xüsusi yer ayrılmalıdır. Belə bir təcrübə var ki, dünyada deputatların 1,7%-i 30 yaşına qədərdir. Dünya statistikasında parlamentin orta yaşı 57-dir. Rusiya parlamentində orta yaş 49-dur. Rusiya dumasında 82 yaşında da deputatlar var. Hesab edirəm ki, bunu yanlış anlamamalıyıq. Cənab prezidentin də dediklərində böyük həqiqət var. Gənclərin təmsil olunmasına şərait yaradılmalıdır. Yaşlı insanlar ömür boyu vəzifədə oturmayacaq ki!”.
Milli Məclisin 82 yaşlı deputatı Ağacan Abıyev bildirib ki, yaşlı insanları ələ salmaq olmaz:
“Mənimlə elm və idman haqqında danışmaq lazımdır. Axı mənim yaşımın çox olmasından kimə nə var?! Mən idmançı adamam. İş qabiliyyətim də var. 70 ildir ki, elm və idmanın içindəyəm. Parlamentdə nə qədər işləmək gücündə olan deputatlar var. Məgər onlar pis işləyir?! Ona görə də bu cür insanları ələ salmaq olmaz. Gedib-gəlib mənim yaşıma ilişirlər. Ayıb deyil?! Hər kəs qocalıq yaşına çatacaq”.
Milli Məclisin 72 yaşlı deputatı Madər Musayevin sözlərinə görə, bütün yaşlı kadrları hədəf götürmək doğru deyil:
“Elə insanlar var ki, onların işləmək gücü var. Əgər bir insan işləmək gücündədirsə, onun yaşını qabartmağa ehtiyac yoxdur. Bir insan özündə işləməyək qabiliyyətini hiss edirsə, işləyir. Və ya kimsə işləmək gücündə deyilsə, niyə işləsin ki?! Digər məsələ bir insanın özbaşına işə qəbul olunmaması ilə bağlıdır. O, işə götürüldüyü kimi işdən də çıxarıla da bilər. Bu cür məsələlər rəhbərliyin məsləhətindən asılıdır. Yaşlı deputatlara gəlincə, gələn il seçkilər olacaq. Bu il 69 yaşı olanın gələn il 70 yaşı olacaq. Bəlkə kimsə deputat olmaq istəməyəcək?!”.
Prezident İlham Əliyev Qəbələ rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, iİyirmi min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini rayon mərkəzindən və digər yaşayış məntəqələrindən ayıran, Bum-Tikanlı-Abrıx avtomobil yolunun 2-ci kilometrliyində Bum çayı üzərində yeni körpünün tikintisi və Bum qəsəbəsinə gedən 2 kilometrlik avtomobil yolunun bərpası üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən körpünün tikintisi və avtomobil yolunun bərpası işlərinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutmalıdır.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə çıxışı zamanı deyib.
Prezident Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi Xocalı soyqırımı və həmin soyqırım zamanı 613 nəfər dinc sakinin qətlə yetirildiyini vurğulayıb.
Dövlət başçısı deyib ki, BMT Təhlükəsizlik Şurasının işğal edilmiş Azərbaycan ərazilərindən Ermənistan silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasına dair qətnamələri 26 ildir kağız üzərində qalır. Amma bəzi dövlətlərlə bağlı qətnamələr var ki, bir neçə günün içində həyata keçirilib. Bu, ikili standartlar siyasətinə son qoyulmalıdır.
Prezident bir sıra beynəlxalq qurumların Azərbaycanın ərazi bütövlüyünün təminini tələb edən qətnamələr qəbul etdiklərini xatırladıb.
“Qoşulmama Hərəkatının sənədlərində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana verilən dəstəyə görə üzv dövlətlərə təşəkkür edirəm. İşğal edilmiş ərazilərimizdə bütün tarxii abidələrimiz, məzarlıqlar dağıdılıb. Ermənistan məqsədli şəkildə bütün toponimləri erməniləşdirir. Qeyri-qanuni məskunlaşdırma siyasəti aparır.
2016-cı ilin aprelində Ermənistanın hərbi təxribatı nəticəsində aralarında uşaq olmaqla 6 mülki şəxs öldürülüb, 26 nəfər yaralanıb. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və münaqişə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü çərçivəsində həll olunmaıdır”.
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov istefa verməsi barədə son günlər yayılmış məlumatlara münasibət bildirib.
“Report” məlumat verir ki, baş bankir keçirdiyi mətbuat konfrasında vəzifəsində qaldığını deyib.
“Mən bu gün AMB-nin sədri kimi sizin qarşınızda çıxış edirəm. Jurnalistlərdən xahiş edirəm ki, ancaq rəsmi mənbələrə inansınlar”, – o qeyd edib.
Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Nəsib Məhəməliyevin “Report”a müsahibəsi:
– Azərbaycan Prezidenti İlham Əliyev sədrlik etdiyi iqtisadi müşavirədə məmurlarla bağlı tənqidi fikirlər səsləndirdi. Həmin müşavirədən sonra kadr islahatları aparıldı, dəyişikliklər yenə də gözlənilirmi?
– Prezident İlham Əliyevin 9 ayın yekunları ilə bağlı keçirdiyi iqtisadi müşavirədə səsləndirdiyi fikirlər xalqın eşitmək istədikləri fikirlər idi. Həm kadr islahatları, büdcə xərclərinin səmərəli istifadəsi, satınalmaların şəffaf həyata keçirilməsi, şişirdilmiş rəqəmlərin olmaması, mərkəzi icra hakimiyyəti orqanlarının dövlət büdcəsi üçün verdikləri təkliflərin, sifarişlərin reallığa uyğun olması ilə bağlı ciddi müzakirələr aparıldı. Müşavirədə zamanın tələbinə, müasir dövrə cavab verməyən kadrların əvəzinə savadlı, enerjili, kreativ kadrların önə çəkilməsinin vacibliyi xüsusi vurğulandı. Son dövrlərdə bəzi məmurların, sosial şəbəkələrin öz təsir dairələrindəki ayrı-ayrı informasiya vasitələrinin imkanlarından istifadə edərək digər məmurlarla bağlı materialların dərc edilməsi məsələsinə də toxunuldu. Bu, məmur dözümsüzlüyüdür, həyata keçirilən islahatlara kölgə salmaq cəhdidir. Bu, eyni zamanda birinin digərinin müvəffəqiyyətlərini qəbul etməməsidir. Hesab edirəm ki, xalqın tam əksəriyyəti Prezident İlham Əliyevin cəmiyyətə verdiyi mesajları müsbət qarşıladı, dəstəyini ifadə etdi. Seçicilərlə görüşdə də aydın olur ki, bu sözləri məhz Prezident İlham Əliyevdən eşitmək istəyirdilər. İndi informasiya – kommunikasiya texnologiyaları əsridir, nəyisə gizlətmək çox çətindir. Bütün dünyada maliyyə böhranı davam edir, ayrı-ayrı ölkələrdə çox ciddi iqtisadi problemlər var. Amma Azərbaycanda artım tempi normaldır. Dövlət başçısının tapşırığına əsasən, dövlət büdcəsi 2020-ci ildə həm investisiya, həm də sosialyönümlü olacaq. Bu il iki sosial paket qəbul edilib, insanların sosial rifah halının yaxşılaşması istiqamətində ciddi addımlar atılır və proses 2020-ci ildə də davam etdiriləcək. Sosial islahatların aparılması istiqamətində MBD ölkələri arasında ön sıralardayıq. Azərbaycanın Dünya Bankının “Doing Business 2020” hesabatında ən islahatçı 20 ölkə sırasına daxil edilməsi, Dünya İqtisadi Forumunun nəşr etdiyi “Qlobal Rəqabətlilik İndeksi”ndə 11 pillə irəliləyərək 58-ci mövqedə qərarlaşması aparılan işlərin nəticəsidir. Bu, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin doğruluğuna sübutdur. Bildiyiniz kimi, kadr islahatları davam etdirilir, struktur dəyişiklikləri aparılır. Kadr islahatlarının bundan sonra da həyata keçirilməsi istisna deyil.
– Prezident İlham Əliyev çıxışında layihələr həyata keçirilərkən şişirdilmiş rəqəmlərin təqdim olunması məsələsinə də toxundu. Bunun qarşısını almaq mümkündürmü?
– İlk növbədə şəffaflıq yaradılmalıdır. Dövlət başçısı iqtisadi müşavirədə qeyd etdi ki, dövlət sifarişləri reallığa uyğun olmalıdır. Şişirdilmiş rəqəmləri müəyyən etmək üçün xüsusi ağıla sahib olmaq lazım deyil. Hər şey açıq şəkildə bazarda satılır, getmək belə lazım deyil, istənilən malın qiymətini internetdən əldə olar. Əmək bazarında hansı işin nə qədər vəsaitə görülməsini öyrənmək çətin deyil. Risklər olması mümkündür, bu da inflasiyanın artması ilə bağlı ola bilər. Bu da nəzərdə tutulan vəsaitdən 1-5% artıq ola bilər. Son illərdə inflasiyanın səviyyəsi 1 rəqəmlidir. Manatın stabilliyi davam edir. Hər şey göz qabağındadır, sadəcə, ekspertizadan keçən layihələr reallığa uyğun olmalıdır. Sifarişçi maraqlıdır ki, daha çox vəsait əldə etsin, buna imkan verməmək müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının bilavasitə vəzifəsidir. Əminliklə deyə bilərəm ki, şişirdilmiş rəqəmlər olmazsa, daha artıq işlərin öhdəsindən gəlmək olar. Yəni az vəsaitlə çox iş görmək mümkündür.
– Dövlət başçısı bəzi məmurların bir-birilərini şantaj etdiyini qeyd etdi? Sizi mətbuatda şantaj ediblərmi?
– (Gülür) Belə hallarla çox rastlaşmışam. Məmurların bir-birilərini şantaj etmələri faktdır. Azərbaycan kiçik ölkədir, mətbuata nəzər yetirdikdə görürsən ki, kim kimə qulluq edir, hansı mətbuat orqanı kimin təsiri altındadır…Şantaj, şantaj edilən şəxsdən daha çox dövlətə zərbə vurur. Prezidentin komandasında olan insanların bir-birilərini şantaj etməsinin zərərini dövlət, xalq görür. Eyni siyasi əqidənin daşıyıcıları öz komandasında yoldaşını şantaj etməsi, qısqanclığa, paxıllığa və yaxud hansısa mənfi hisslərinə görə komanda yoldaşının gördüyü müsbət işləri ləkələməsi, ictimaiyyətin gözündə aşağılaması düzgün deyil. Bu cılız hisslərdir, korporativ maraqlara xidmət edir.
– Dövlət qurumları arasında məlumat mübadiləsinin zəif olması layihələrin həyata keçirilməsi zamanı bir sıra fəsadlara yol açır. Bu istiqamətdə təklifiniz varmı?
– Deməzdim ki, dövlət qurumları arasında məlumat mübadiləsi zəifdir. Ancaq burada struktur islahatlarının aparılmasına ehtiyac var. Ələlxüsus kommunal təsərrüfat, xidmət sahələrində struktur dəyişikliklərinin aparılmasına zərurət var. Düşünürəm ki, şəhər təsərrüfatına aid olan xidmətlərin bir orqanda cəmləşməsi həm iqtisadi, həm də sosial baxımdan daha effektiv olardı.
– Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini hansı formada görürsünüz?
– Dağlıq Qarabağ problemi Azərbaycanın bir nömrəli problemidir. Elə bir azərbaycanlı yoxdur ki, Qarabağ probleminin həllini arzulamasın. Münaqişənin həll edilməsi üçün Azərbaycan dövləti böyük işlər görür. Azərbaycan ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır. Bu, fəxr etməli faktdır. 2016-cı ilin aprelində baş verən döyüşlər uzun illər yaranan erməni mifini dağıtdı. Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etməyə hazırdır. Bu tipli problemlərin həlli bir və ya iki dövlətdən asılı məsələ deyil… Bir çox məsələlər beynəlxalq birliklə razılaşdırılmalıdır. Əks halda, çox ciddi xaotik proseslər baş verə bilər. Yaxın Şərq regionunda baş verənlər buna misaldır. Ukrayna böyük dövlətlər tərəfindən dəstəklənirdi. Gürcüstan da həmçinin. Həmin ölkələr problemi həll etmək əvəzinə torpaqlarını birdəfəlik itirdilər. Onlarla müqayisədə Azərbaycanı müdafiə edən ölkələr çox azdır. Ona görə də reallıqdan çıxış edərək zamanı gözləməliyik. Səhv addım baha başa gələ bilər. Xalqımız haqlı olaraq Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir. Dövlət başçısının balanslaşdırılmış siyasəti olduqca zəruridir, bu siyasət özünü doğruldur, Azərbaycan böyük dövlətlərin əhatəsində olan kiçik dövlətdir. İmkan vermək olmaz ki, xaotik hadisələr baş versin. İnanıram ki, olmayacaq.
– Deputatlar bəzən gileylənirlər ki, məmurlar onların irad və təkliflərinə məhəl qoymur. Siz necə düşünürsünüz?
– İstər icraedici, istər qanunverici, istərsə də məhkəmə orqanlarının nümayəndələri nəinki deputatın, sadə vətəndaşların müraciətlərinə həssas yanaşmalı, dərhal cavab verməlidirlər. Söhbət qanuni müraciətdən gedir, heç vaxt kiməsə qanundankənar, şəxsi işimlə bağlı müraciət etməmişəm. Bundan sonra da etmərəm… Məmur dövlətin inkişafını istəyirsə, vətəndaşa xidmət göstərməli, problemini dinləməlidir. Məmur müasir informasiya texnologiyalarından istifadə etməli, vətəndaş harasa getmədən, evindən onun elektron ünvanına müraciətini göndərməlidir. Məmurun da borcudur, cavablandırsın. Yəni burada söhbət deputatın müraciətindən getmir, bütövlükdə vətəndaşdan gedir. Təəssüflər olsun ki, bəzi hallarda deputatın belə müraciətinə baxılmır. Bu məmurların şəxsi keyfiyyətləri və peşəkarlığına bağlı məsələdir.
– Siz özünüz Balakən və Nəsimi rayon icra hakimiyyətlərinin başçısı olmusunuz. Deputatlarla necə işləyirdiniz?
– Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı olan zaman dörd deputatla işləmişəm. Ümumiyyətlə, elə bir deputat olmayıb ki, müraciətinə həssas yanaşmayım. Müraciət əsassız olsa belə, cavabımda əsaslandırmışam. Ona görə də indiyə qədər hər birisi ilə ən yüksək insani münasibətlərimiz davam edir. İstər məmur, istər deputat olsun, komanda ruhunun saxlanması vacibdir.
– Sosial şəbəkədə də aktivsiniz. Bu aktivlik deputat olmazdan öncə mümkün deyildimi?
– Sosial şəbəkələrdə aktivliyim deputat fəaliyyətimlə əlaqəlidir. Hesab edirəm, istənilən deputat, məmur cəmiyyətə açıq olmalıdır.
– Sizə sosial şəbəkələrdə müraciətlər nə ilə bağlı olur?
– Müxtəlif məsələlərlə bağlı müraciətlər olur. Daha çox yardım edilməsi üçün müraciət edilir. Seçicilərim olan və olmayan insanlar rahat şəkildə “Facebook”da mənə müraciət edə bilirlər. İcbari tibbi sığortanın tam həyata keçməməsi müəyyən problemlər yaradır. Xaricdə müalicə, tibb əməliyyatlarının keçirilməsi, pensiya təyinatı, ünvanlı sosial yardımın, əlillik dərəcəsinin təyin edilməsi. Yeri gəlmişkən yaxşı olardı ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi neqativ halların qarşısını almaq üçün tibbi-sosial ekspert komissiyalarının regionlarda səyyar qəbullarının keçirilməsini təşkil etsin. Bundan əlavə, təhsil haqlarının ödənilməsinə köməklik, bağça, xəstəxana tikintisi, içməli su, elektrik enerjisinin limitinin artırılması, internetlə bağlı müraciətlər olur.
– 15 il icra başçısı işləmisiniz, müxalifətlə münasibətiniz necə idi?
– Balakəndə və Nəsimidə icra başçısı olan zaman elə bir ciddi müxalif qüvvə ilə rastlaşmamışam. 1990-cı illərin əvvəllərindən populist insanlar küçədən hakimiyyətə gəldilər, qısa zamanda vətəndaşları üz-üzə qoydular, anarxiya, xaos Respublikanı bürüdü. 1993-cü ildə Ulu öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, vətəndaş müharibəsinin qarşısını almaq mümkün olmazdı və tamamilə dövləti itirə bilərdik. Hesab edirəm, siyasi kimliyindən asılı olmayaraq, hər bir azərbaycanlı ilk növbədə ümummilli məsələləri, sabitliyi düşünməlidir.
– İddia edilir ki, növbəti parlament seçkilərində Milli Məclisin tərkibi daha çox gənclərdən ibarət olacaq. Hətta fikirlər səsləndirilir ki, deputatın yaşı 60-dan yuxarı olmamalıdır…
– Deputatın yaşlı və ya gənc olması bölgüsünün aparılmasının əleyhinəyəm. Dünya praktikasında tətbiq olunan normalar var. Əsasən icra və yaxud digər dövlət idarəetmə orqanlarında nəsillərin əvəzlənməsi təbii haldır. İstənilən halda yaşlı məmurla 35-40 yaşlı məmurun faydalı iş əmsalı eyni ola bilməz. Təbii ki, təcrübə önəm kəsb edir. Yeniliklərin qəbul olunması, proseslərə daha operativ reaksiya verilməsi baxımından gənclərə üstünlük verilməlidir. Çünki inkişaf etmək istəyiriksə, zamanla ayaqlaşmalıyıq. Növbəti parlament seçkilərində, yəqin ki, yeniləşmə olacaq. Belə də olmalıdır. Gənc, savadlı, eyni zamanda təcrübəli kadrlara ehtiyac var.
– Növbəti parlament seçkilərində iştirak etmək niyyətiniz varmı?
– Milli Məclisə Yeni Azərbaycan Partiyasından seçilmişəm. Bu barədə danışmaq hələ tezdir.
– Milli Məclisin plenar iclasında çıxışınız zamanı bildirdiniz ki, qəsdən adam öldürməyə, sağlamlığa xəsarət yetirməyə görə cəzalar sərtləşdirilsin. Sizcə, bununla problem həll ediləcəkmi?
– Belə halların qarşısının alınmasında bütövlükdə cəmiyyətin iştirakı vacibdir. Uşağa ilk növbədə düzgün tərbiyə verilməlidir. Hər birimiz cinayətkarlıqla mübarizədə dövlət orqanlarına kömək etməliyik. Təəssüflər ki, bəzi ailələrdə dəyərlərə diqqət yetirilmir. Uşaq aqressiv böyüdülməməlidir. Uşağı həmyaşıdlarına qarşı qoyan valideyn başa düşməlidir ki, bu, gec-tez onun əleyhinə işləyəcək. Hər şeyi dövlət qurumlarının üzərinə atmaq da düzgün deyil. Hər bir valideyn, məktəb, məktəbəqədər təhsil müəssisəsi tərbiyə məsələsinə xüsusi diqqət yetirməlidirlər. Qəsdən sağlamlığa ağır xəsarət yetirməyə, qəsdən adam öldürməyə görə cəzalar sərtləşdirilməlidir. Zaman bunu tələb edir. Savadlı, ağıllı gənclər hansısa savadsız, yaramazın qurbanı olur… Bir neçə dəfə belə halların şahidi olmuşam. Təxminən 8-9 il bundan əvvəl Gürcüstana getmişdik, gecə saatlarında xanımların tək-tənha gəzintidə olduğunun şahidi olduq. Bizə yaxın olan şəxslərdən biri dedi ki, əvvəllər kriminal hadisələr, zorlama həddindən artıq çox olurdu, qanunvericilikdə dəyişiklik edildi, indi tanımadığın xanıma söz atmağa görə belə ağır cəzalar verilir. Ona görə də Gürcüstanda zorlama hallarının baş vermə faizi çox aşağıdır. Bəzi şagirdlər belə ciblərində bıçaq saxlayır. Buna ciddi nəzarət olmalıdır. Xəbər saytlarının bəziləri kriminal aləmdə adı hallananları “qəhrəman” kimi qələmə verirlər. Gənclər izləyir, həmin şəxslərə oxşamaq istəyirlər. Oxumaq istəmir, savad yoxdur, amma özünü təsdiq etmək istəyir, həbsxanaya düşməyi “qəhrəmanlıq” hesab edirlər… Başa düşmürlər ki, kriminal aləmin milləti yoxdur. Rusiyada azərbaycalı tərəvəz satanlardan azərbaycanlı, gürcüstanlıdan gürcüstanlı kriminal aləmin üzvləri haqq tələb edirlər… Elə bilirlər ki, bu, qəhrəmanlıqdır, milləti müdafiə edirlər.
– Sizin övladlarınız hansı işlə məşğuldurlar?
– Xoşbəxtəm ki, övladlarım ən yüksək mədəni keyfiyyətlərə malikdirlər, hər üçü ali təhsillidir, zərərli vərdişlərdən uzaqdırlar. Böyük oğlum hərbi xidməti başa vurub, öz işini qurub, ailəlidir. Kiçik oğlum magistraturanın son pilləsində oxuyur. Qızım universiteti əla qiymətlərlə başa vurub, işləyir, magistratura təhsilini davam etdirəcək və gələcəkdə elmi işlə məşğul olmağı planlaşdırır.
Bunu Prezidenti İlham Əliyevin yanında keçirilmiş iqtisadi müşavirədə verilmiş tapşırıqların icrası ilə əlaqədar görüləcək işlərin müzakirəsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.
Nazir ölkəmizdə aparılan siyasətin mərkəzində vətəndaş amilinin dayandığını, Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramının əsas hədəfinin də məhz vətəndaş rifahının və dövlət sosial xidmətlərində vətəndaş məmnuniyyətinin təmin edilməsi olduğunu vurğulayıb. O bildirib ki, 2019-cu il həm əhalinin rifah halının yaxşılaşdırılması, həm də sosial sahədə xidmətlərin DOST layihəsi əsasında innovativ yenilikləri ehtiva edən yeni keyfiyyət mərhələsinə keçilməsi istiqamətində inqilabi addımların atılması ilə fərqlənən bir ildir.
Oktyabrın 15-də Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə dövlət başçısı Azərbaycanın sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkə olduğunu qeyd edərək, “Biz gələn il də ciddi sosial proqramlar icra edəcəyik, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün önəmli addımlar atılacaq” deyə bəyan etdi. Bu isə Azərbaycan Prezidentinin sosial sahə ilə bağlı islahatlar proqramının gələn il də əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində növbəti ciddi irəliləyişləri təmin edəcəyini göstərir.
S.Babayev vurğulayıb ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsi isə dövlət sosial xidmətlərinin – 132 xidmətin ölkəmiz üçün yeni brend ola bilən müasir və innovativ platformada təqdimatı təcrübəsinin formalaşmasını təmin edib. Cari il və gələn ilin ilk rübü Bakıda daha 4 DOST mərkəzi yaradılmaqla, eyni zamanda, artıq növbəti ildən DOST mərkəzləri şəbəkəsinin respublikanın regionları üzrə genişləndirilməsinə başlanacaq.
Nazir qeyd edib ki, DOST xidmətləri, eyni zamanda, vətəndaşların qəbulu və müraciətlərinə baxılmasında da bir nümunə formalaşdırıb. DOST mərkəzinə müraciət edən vətəndaşlara burada müraciətlərinə uyğun xidmətlərin operativliyi də artır – bu xidmətlərin vətəndaşa tam çatdırılma müddəti 15 dəqiqəyə enib. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda və Fondun Xüsusi Şərtlərlə Təyinat İdarəsində də müasir tələblərə uyğun Qəbul Mərkəzləri fəaliyyət göstərir. Nazirliyin qəbul otağında da vətəndaşların qəbulu prosesinin müasir tələblərə uyğun səviyyədə, vətəndaşların rahatlığına cavab verən tərzdə qurulması işləri aparılır və yaxın vaxtlarda bu işlər yekunlaşacaq.
Nazirliyin Aparat rəhbərinin müavini Bəxtiyar Əzizov vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində görülən işlər, müraciətlərdə əksini tapan məsələlərlə bağlı aparılmış təhlillərin nəticələri barədə məlumat verib. Xidmət sahələrində şəffaflığın təminatına, məmur-vətəndaş təmaslarının aradan qalxmasına yönələn işlərin, xidmətlərin e-texnologiyaların tətbiqi şəraitində proaktiv qurulması üçün atılan addımların, o cümlədən pensiya təyinatının avtomatlaşdırılmasının, artıq müavinətlər sistemində də analoji təcrübənin tətbiqinə başlanmasının və s. xüsusi önəmi və vətəndaşlar tərəfindən rəğbətlə qarşılandığı, vətəndaşların şikayət məzmunlu müraciətlərinin də əhəmiyyətli dərəcədə azaldığı qeyd edilib.
İclasda vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində görülən işlər, həmçinin vətəndaşların müraciətlərində əksini tapan məsələlərlə bağlı aparılan təhlillərin nəticələri də ətraflı müzakirə olunmaqla, aidiyyəti üzrə tapşırıqlar verilib.
Prezident Qurbanqulu Berdiməhəmmədovu Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın Baş Nazirinin müavini Şahin Mustafayev, Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev və digər rəsmi şəxslər qarşıladılar.