Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə çıxışı zamanı deyib.
Prezident Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi Xocalı soyqırımı və həmin soyqırım zamanı 613 nəfər dinc sakinin qətlə yetirildiyini vurğulayıb.
Dövlət başçısı deyib ki, BMT Təhlükəsizlik Şurasının işğal edilmiş Azərbaycan ərazilərindən Ermənistan silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasına dair qətnamələri 26 ildir kağız üzərində qalır. Amma bəzi dövlətlərlə bağlı qətnamələr var ki, bir neçə günün içində həyata keçirilib. Bu, ikili standartlar siyasətinə son qoyulmalıdır.
Prezident bir sıra beynəlxalq qurumların Azərbaycanın ərazi bütövlüyünün təminini tələb edən qətnamələr qəbul etdiklərini xatırladıb.
“Qoşulmama Hərəkatının sənədlərində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana verilən dəstəyə görə üzv dövlətlərə təşəkkür edirəm. İşğal edilmiş ərazilərimizdə bütün tarxii abidələrimiz, məzarlıqlar dağıdılıb. Ermənistan məqsədli şəkildə bütün toponimləri erməniləşdirir. Qeyri-qanuni məskunlaşdırma siyasəti aparır.
2016-cı ilin aprelində Ermənistanın hərbi təxribatı nəticəsində aralarında uşaq olmaqla 6 mülki şəxs öldürülüb, 26 nəfər yaralanıb. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və münaqişə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü çərçivəsində həll olunmaıdır”.