Yeddi ildir “AtaHolding”ə rəhbərlik edən  Adığözəl Ağayevi Rəşad Rəsullu əvəz edib; sabiq nazirin  sahibkarlardan topladığı qeyri-qanuni vəsaitlər ölkədən necə çıxarılıb?

Sabiq vergilər naziri Fazil Məmmədova aid “AtaHolding” ASC-nin istər maliyyə durumu, istərsə də idarəetməsi kritik həddə qədər pisləşib. Bununla bağlı mediada artıq bir müddətdir ki, xəbərlər yayılır.  Yada salaq ki, “AtaHolding”  2003-cü ilin sentyabr ayında fəaliyyətə başlayıb.

İlk öncə maliyyə sektorunda fəaliyyət göstərən holdinq qısa müddətdən sonra sənaye, turizm, İT və xidmət sahələrində şirkətlərini yaradaraq böyüməyə başlayıb. “AtaHolding” iqtisadiyyatın müxtəlif sahələrində investisiya qoyuluşunu, maliyyə vəsaitlərinin, habelə intellektual sərvətlərin idarə olunmasını və korporativ idarəetməni həyata keçirib.

“AtaHolding”in maliyyə sektorunda  “AtaSığorta” ASC, “AtaLizinq” ASC,  turizm sektorunda “AtaTurizm” MMC, “AtaTravel” MMC və 5 ulduzlu “Excelsior Hotel Baku” sənaye sektorunda “Şəmkir Quşçuluq” MMC və Informasiya Texnologiyaları sahəsində “AtaTexnologiya” MMC  şirkətləri fəaliyyət göstərib. Sabiq vergilər naziri Fazil Məmmədovun vəzifəsindən uzaqlaşması ilə onun himayəsində olan şirkətlər və obyektlərlə bağlı planlar da dəyişdi. “AtaHolding”in sabiq nazirin himayəsində qalsa da, bir sıra obyektlər, məsələn, Bakıdakı məşhur beşulduzlu “Excelsior Hotel & Spa”nın mülkiyyətçisi dəyişdi. “Excelsior Hotel & Spa” “AtaHoldinq”ə daxil idi.Hotel “PMD Hospitality” şirkətinin mülkiyyətinə keçdi. 2019-cu il fevralın 1-də bu hotelin aktivlərinin yeni sahibi “Excelsior Hotel” MMC təsis edilib.

“AtaHolding” ile ilgili görsel sonucu

“AtaHolding”lə bağlı əsas iddialar-sabiq nazirin sahibkarlardan topladığı qeyri-qanuni vəsaitlərin-hansı ki, söhbət milyardlardan gedir-xaricə çıxarılmasında əsas funksiyanı bu holdinqin oynadığı deyilirdi. Məsələn, mediada  Vergilər Nazirliyinin xətti ilə yığılan milyonların müxtəlif yollarla xaricə çıxarılmasında nazirliyin keçmiş əməkdaşı, Fazil Məmmədoun etibarlı kadrları olan Qafar Qurbanovun adı hallanırdı. Sabiq nazirin ən taxın adamlarından olan Qafar Qurbanov 2006-cı ilin noyabrından 2011-ci ilin aprelinədək “AtaHolding” ASC İdarə Heyətinin sədri vəzifəsində işləyib. Bir müddət sonra isə Fazil Məmmədovun digər ailə şirkətinə – “Synergy Group” ASC-yə transfer edilib. Ondan bir il sonra isə bu vəzifə Adığözəl Ağayevə həvalə edilib.

Adığözəl Ağayev ile ilgili görsel sonucu

Adığözəl Ağayev

A.Ağayev 1978-1983-cü illərdə D.Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun ümumiqtisad fakültəsində təhsil alaraq iqtisadçı mühəndis ixtisasına yiyələnib. 1983-cü ildə  Maliyyə Nazirliyinin Hesablaşma mərkəzində iqtisadçı vəzifəsinə, 1987-ci ilin dekabr ayından isə qrup rəhbəri vəzifəsinə təyin olunub. 1989 – ilin iyun ayından Respublika Aqrar Sənaye Bankında aparıcı, 1992-ci ildən baş iqtisadçı vəzifəsində işləyib. Milli Bankın dəvəti ilə 1993-cü ilin aprel ayından 2004-cü ilin sonunadək Mərkəzi Bankda baş müfəttiş, şöbə rəisi və direktor müavini vəzifələrində calışıb.

“AtaHolding” ASC-də əmək fəaliyyətinə 2005-ci ilin yanvarından başlayıb. Əvvəl  Maliyyə departamentinin direktoru, sonra  İdarə Heyətinin sədr müavini və Audit Komitəsinin üzvü təyin olunub. 15 oktyabr 2012-ci il tarixindən “AtaHolding”in baş direktoru olub.  Qeyd edək ki, 2018-ci ildə holdinqdə “İdarə Heyəti sədri” vəzifəsi dəyişdirilərək “Baş Direktor” vəzifəsi ilə əvəz olunub.

Oktyabrın 21-də isə mediada “AtaHolding” MMC-nin yeni baş direktoru vəzifəsinə 39 yaşlı Rəşad Rəsullunun təyin edilməsi xəbəri yayılıb.  Sonra internet resurslarından axtarışdan məlum olub ki,  əslində təyinat 14 oktyabrda olub. R.Rəsullu 2014-cü ildən «AtaHolding»in strukturlarında işləyir. O, həmçinin “Azmont İnvestments” MMC-nin Müşahidə Şurasının üzvüdür.

“Azmont İnvestments” ile ilgili görsel sonucu

Rəşad Rəsullu 11 aprel 1980-ci ildə anadan olub. 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər üzrə bakalavr dərəcəsi, 2002-ci ildə isə magistr dərəcəsi alıb. Əmək fəaliyyətinə Milli Bankda başlayıb və 2002-2004-cü illərdə İctimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi olub. Rəşad Rəsullu həmçinin, “AtaHolding” Şirkətlər Qrupuna daxil olan “AtaSığorta” ASC-nin Direktorlar Şurasının, “Bank VTB Azərbaycan” ASC-nin Müşahidə Şurasının üzvüdür.

Rəşad Rəsullu eyni zamanda 2007-2012-ci illərdə Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) baş katibi olub.

Son zamanlar “AtaBank” ASC barəsində də bir sıra iddialar var ki, bir neçə gün əvvəl bununla bağlı  bankdan açıqlama yayılıb. Aşıqlamada deyilir ki, bank stabil fəaliyyətini davam etdirir. “Həmçinin müştərilər nağdsız əməliyyatlar aparır və nağd vəsaitlərin çıxarılması kimi əməliyyatlar növbəli şəkildə təmin olunur. Bank sektorunun tənzimlənməsi üçün dövlət qurumları mövcuddur və bu səlahiyyət yalnız onlara məxsusdur. Həmin qurumlarla bank gündəlik işgüzar münasibətləri davam etdirir”-deyə, məlumatda bildirilir.


“Polislərin xidmətini xüsusi qeyd etmək istəyirəm. Onlara təşəkkür edirəm, minnətdaram ki, fəallıq göstərdilər”.

Minval.İnfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Hadi Rəcəbli Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində Baş nazirin müavini Əli Əhmədovun rəhbərliyi ilə Milli Şuranın 19 oktyabr qanunsuz aksiya keçirmək cəhdi ilə bağlı keçirilən toplantıda səsləndirib.

Deputat bildirib ki, bu mitinqlərin bir məqsədi var:

“Hadisələrin gedişi onu göstərdi ki, bu adamların heç bir sağlam fikirləri yoxdur. Onlar 6 iddia irəli sürdülər ki, biz bu iddaların tətbiqini Azərbaycan prezidentinin öz dilindən eşitmişik. Nəyin davası gedirdi? Lökbatan uzaqdır, orada mitinq keçirmək istəmirlər. Sonra da deyirlər ki, rayonlardan mitinqə gəlmək istəyənlərin qarşısını alıblar, onları avtobuslardan düşürüblər, geri qaytarıblar. Özləri özlərini ifşa edirlər. Rayonda mitinq etmirlər, amma rayonlardan mitinqə gələnlərin olduğunu deyirlər. Maraqlı paradoksdur”.

Hadi Rəcəbli bildirib ki, mitinqdə beş yüz nəfər iştirak edirdisə, mediadan min adam var idi:

“Yəni göstərildi ki, nəyi istəyirsiniz, çəkib göstərin. Əslində Milli Şuranın təşkili ilə mitinq keçirilmədi. Siyasi təşkilatçılıq yox idi. Məişət səviyyəsində narazılığı olan adamlar ordan-burdan gəlib danışırdılar. Polislərin xidmətini isə xüsusi qeyd etmək istəyirəm. Onları söyüb təhqir edirdilər. Məqsəd polisi cızığından çıxarmaq idi. Lakin polis göstərdi ki, onlar dövləti müdafiə edirlər, prezidentin yanındadılar. Belə süni mitinqlərlə bizi aldatmaq olmaz. Əli Kərimlinin tutulması zamanı ətrafdakı qışqırıqlar belə süni idi”. (Publika.az)


Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Oxu.Az xəbər verir ki, parlamentin bugünkü iclasının gündəliyinə 23 məsələ daxildir.

İclasda Hesablama Palatasına Hafiz İsmayılbəylinin Hesablama Palatasının auditoru təyin edilməsi məsələsi səsə qoyulacaq.

Prezident İlham Əliyev iqtidarda 70 yaşını keçənlərdən danışdı
“Siz bu gün mənə Baş Nazirin müavini vəzifəsindən azad olunmağınızla bağlı ərizə göndərmisiniz. Mən istərdim ki, sizə gördüyünüz işlərə görə öz təşəkkürümü bildirim”.

“Ölkə.Az” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev oktyabrın 21-də Azərbaycan Respublikası Baş Nazirinin müavini Hacıbala Abutalıbovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edərkən bildirib.

Prezident ona gələcək fəaliyyətində uğurlar arzulayıb və gördüyü işlərə görə təşəkkürünü bildirib:

“Uzun illərdir ki, siz müxtəlif vəzifələrdə çalışırsınız, həm Baş Nazirin müavini vəzifəsində, 17 il Bakı Şəhər İcra Hakimiyyətinin başçısı kimi və son il yarımda yenə də Baş Nazirin müavini işləyirsiniz. Bilirəm ki, siz həmişə ulu öndər Heydər Əliyevə sadiq olmusunuz. Heydər Əliyev üçün ən ağır dövrlərdə siz öz sözünüzü demisiniz.

Təsadüfi deyil ki, Ulu Öndər Sizə böyük vəzifələr təklif etmişdir, Baş Nazirin müavini vəzifəsinə təyin etdi, ondan sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, ondan əvvəl isə siz Suraxanı rayonunda icra başçısı işləmisiniz. Yadımdadır, sizin o vaxt fəaliyyətiniz də bəziləri üçün bir növ təəccüblü idi, çünki bildiyimə görə, qapılarınız açıq idi, kim istəyirdi gəlirdi. Vətəndaşların problemləri ilə maraqlanırdınız və bu, bir novatorluq idi. İndi bəziləri bunu yaddan çıxarır, amma mən yaddan çıxarmıram və bu gün sizi dəvət etmişəm ki, bunu sizə deyim və Azərbaycan vətəndaşları da bunu bilsinlər.

Ancaq həyat yerində durmur, qarşıya yeni vəzifələr qoyulur, yeni çağırışlar qarşımızda durur. Yaşınız da artıq 75-i keçibdir və əlbəttə ki, daha gənc nəslə yol vermək lazımdır. Ona görə sizin ərizə ilə mənə müraicətinizi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, pensiya yaşına çatmış, hər halda 70 yaşını keçən iqtidarda təmsil olunanlar da yəqin ki, sizin nümunənizi təkrar edəcəklər. Hər halda mən buna ümid edirəm. Siz Yeni Azərbaycan Partiyasında da fəal iş görürsünüz. Hesab edirəm ki, bundan sonra da partiya tərkibində siz öz fəaliyyətinizi davam etdirməlisiniz”.

Prezident onları təltif etdi — SƏRƏNCAM

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında energetika sahəsində çalışan şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasında energetika sahəsində uzunmüddətli səmərəli fəaliyyət göstərdiklərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli “Əmək” ordeni ilə

Bayramov Kazım Bayram oğlu
“Tərəqqi” medalı ilə

Abbasov Zakir Allahverdi oğlu

Orucov Nüsrət Oruc oğlu.
Müdafiə naziri Çində bir sıra görüşlər keçirdi
Çin Xalq Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Pekində keçirilən IX Syanşan Forumunda iştirak edib.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, səfər çərçivəsində Müdafiə naziri həmçinin Çinin müdafiə sənayesi kompleksinə daxil olan “Poly Technologies” və “CETC International” şirkətlərinin nümayəndələri ilə görüşüb.

Görüşlərdə Azərbaycan ilə Çin arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub.

Vitali Babayan

“1in.am”, Ermənistan, 18 oktyabr 2019-cu il

Artsaxın (Dağlıq Qarabağın adı mətndə belə gedib – tərc.) Təhlükəsizlik Şurasının sabiq katibi Vitali Balasanyan bu günlərdə baş tutmuş mətbuat konfransının gedişində Baş nazir Nikol Paşinyanın Qarabağ məsələsinin tənzimləməsilə bağlı siyasəti haqqında danışarkən, deyib ki, 2018-ci ilin dinc, məxməri, xalq inqilabınadək danışıqlar masasında olan təkliflər paketindən imtina edilməməlidir.

O demək istəyir ki, Serj Sarkisyanın əldə etdiyi nəticələri Paşinyan qəbul etməlidir və danışıqlar həmin məntiqlə davam etdirilməlidir.

Bu bəyanatdan sonra yaranan əsas sual budur: Serj Sarkisyan danışıqlar masası arxasında qeyd edilmiş hansı nəticələri əldə edib?

Aşağıda həmsədrlərin 18 yanvar 2018-ci ildə etdiyi son təklifləri təqdim edirik:

Həmsədrlərin təklifləri, Krakov, 18.01.18.

1-ci bənd

Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli tənzimlənməsinin bir-birinə bağlı olan son məqsədləri:

– Dağlıq Qarabağı Ermənistanla birləşdirən dəhlizin saxlanması şərtilə, yeddi rayonun – Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının Azərbaycana qaytarılması;

– tərəflər arasında razılaşdırılmış müddətdə BMT və ya ATƏT-in himayəsi altında Dağlıq Qarabağın bütün əhalisinin iradəsinin sərbəst ifadəsi olan, – beynəlxalq hüququn norma və prinsiplərinə uyğun və hüquqi planda məcburi olacaq, səsverməyə qoyulacaq sual və ya sualların məhdudlaşdırılmayacağını və statusla bağlı bütün variantları əhatə edə biləcəyini nəzərə alacaq, – ümumi səsvermənin keçirilməsi yolu ilə Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyən edilməsi;

– regionda siyasi, ticarət, iqtisadi və humanitar əlaqələrin tam tənzimlənməsi;

– mehriban qonşuluq əməkdaşlığının bərpa edilməsi;

– Cənubi Qafqaz regionunda sabitliyin tam təmin edilməsidir.

2-ci bənd

Beynəlxalq birliyin dəstəyilə təzə yerə köçürülənlər 1-ci abzasda göstərilən 5 rayonu tərk edəcəklər. Beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsindən və hazırda bu rayonlarda olan silahlı qüvvələrin çıxarılmasından sonra, Azərbaycanın mülki hakimiyyət orqanları göstərilən ərazilərə daxil olacaqlar.

Beynəlxalq sülhməramlı qüvvələr keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) inzibati sərhədləri boyunca, – Kəlbəcər və Laçın rayonlarının tərkibinə daxil olan hissələr istisna olmaqla, – yerləşdiriləcək. Kəlbəcər rayonu ATƏT-in keçid monitorinqi altında qalacaq.

3-cü bənd

Eyni zamanda, yuxarıda göstərilən tədbirlərin görülməsinə paralel olaraq, yekun statusun müəyyən edilməsinədək Dağlıq Qarabağa gündəlik həyatının təşkilinə zəmanət verən müvəqqəti status verilməlidir.

Qarabağın mövqeyi

Mətbuatda çıxan məlumatlara görə, Vitali Balasanyan öz mətbuat konfransını Serj Sarkisyan, Bako Saakyan, öncəki hakimiyyət nümayəndələrilə görüşdən, Serj Sarkisyan tərəfindən təyin olunmuş məsləhətçilərlə müzakirələrdən sonra keçirib.

Yaranan əsas sual budur: Qarabağ hakimiyyəti, şəxsən Bako Saakyan Serj Sarkisyanın miras qoyduğu bu təklifləri dəstəkləyirmi? Eyni zamanda, bütün DQR (Dağlıq Qarabağın adı mətndə belə gedib – tərc.) prezidentliyinə namizədlər, parlament seçkilərində iştirak edən bütün qüvvələr də bununla bağlı mövqe bildirməlidirlər.

Yeri gəlmişkən, bu, Artsaxın (Dağlıq Qarabağ-tərc.) danışıqlar prosesinə qaytarılması üçün ciddi bir siqnal ola bilər. Qoy onlar bəyan etsinlər ki, Paşinyandan fərqli olaraq, danışıqlar prosesini Serj Sarkisyanın qoyub getdiyi nöqtədən başlamağa hazırdırlar.

Hazırda Serj Sarkisyan, Robert Koçaryan və Bako Saakyanınn kollektiv sözçüsü rolunda çıxış edən Vitali Balasanyan RF XİN başçısı Sergey Lavrovun adını səsləndirir.

Qoy DQR hakimiyyəti açıq şəkildə bəyan etsin ki, 3-cü bənd istisna olmaqla, elə həmin təkliflərdən ibarət olan “Lavrov planı”nı dəstəkləyir. Yəni, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının, hətta aralıq status olmadan, Azərbaycana qaytarılması nəzərdə tutulur. Bəzi məlumatlara əsasən, “Lavrov planı” Artsaxın (Dağlıq Qarabağın-tərc.) statusuna heç cür təsir etmir.

Qoy Serj Sarkisyan, Robert Koçaryan və Bako Saakyan Vitali Balasanyanın dili ilə deyil, birbaşa bəyan etsin ki, bu planı dəstəkləyirlər.   /Strateq.az/

“Azərbaycanda bütün sənədsiz evlərə sənəd veriləcək”.

Bu barədə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Binəqədi rayonunun sakinlərilə görüşdə deyib.

Onun sözlərinə görə, uzun illərdir ev tikdirib, sənəd ala bilməyən vətəndaşların problemləri artıq aradan qaldırılacaq.

“30 ildir evi tikib, orada yaşayır, amma sənədləşdirə bilmir. Cənab Prezidentin tapşırığı ilə komissiya yaradılıb və bu məsələ yaxın günlərdə nəinki Bakı, ölkə üzrə öz həllini tapacaq”, – deyə Eldar Əzizov bildirib. (Azxeber.com)

İlham Əliyev bu şəxsləri təltif etdi — SİYAHI

Prezident İlham Əliyev Azərbaycan energetiklərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanda energetika sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:
3-cü dərəcəli "Əmək” ordeni ilə
Babayev Məmmədhəsən Cəbir oğlu
Cəfərov Tahir Dəmir oğlu
Quliyev Şirin İsmayıl oğlu
Yusifov Üzeyir Milan oğlu

"Tərəqqi” medalı ilə
Abzərov Mübariz Əli oğlu
Baxışov Qeysər Qəzənfər oğlu
Ələkbərov Rauf Həsən oğlu
Əliyev Həsənbala İskəndər oğlu
Gözəlov Eyyub Xamməmməd oğlu
Hatəmi Tomrid Fərzulla oğlu
Xəlilov Xeyrulla Musa oğlu
İsayev Abusalat Fərhad oğlu
Qədimov Valeh İsmayıl oğlu
Mitsuyuki Sato
Morimitsu Masao Yasuo
Musayev Rəşid Nurəddin oğlu
Ocaqov Sübhi Daşdəmir oğlu
Sadıqov Ağasəməd Mirzəhüseyn oğlu
Sadıqova Həvva Tahir qızı
Süleymanlı Araz Süleyman oğlu
Şəfiyev Hakim Xəlil oğlu
Tağıyev Vaqif Qoşunəli oğlu
Vəliyeva Şəfa Aslan qızı
 

 

 
Vilayət Eyvazovdan yeni — TƏYİNAT
Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.
Oxu.az məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polkovnik-leytenant Rəşid Piriyev Bakı Şəhər Dövlət Yol Polis İdarəsinə yeni rəis müavini təyin edilib.

Qeyd edək ki, o, bundan əvvəl Beyləqan Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb.