Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub. Oxu.az məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polkovnik-leytenant Rəşid Piriyev Bakı Şəhər Dövlət Yol Polis İdarəsinə yeni rəis müavini təyin edilib.
Qeyd edək ki, o, bundan əvvəl Beyləqan Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb.