MİLLİ MƏCLİSİN İKİNCİ RƏFAELİNİN DƏ HOQQALARI ÜZƏ ÇIXIB - QOHUMUN MALINA ƏL QOYUB
Son vaxtlar Milli Məclis üzvlərinin deputata maaşları ilə əldə etmələri inandırıcı görünməyən, ölçüyəgəlməz sərvətləri, malik olduqları nəhəng kapitalları üzə çıxır. Rəfael Cəbrayılovun 300 min manat borc qarşılığında deputat vəsiqəsini girov qoyması ilə bağlı xəbərlərinin yayılması və ardından deputat mandatından məhrum edilməsi isə əsl sensasiya oldu. Və deyəsən, bu sensasiyalar seriyası hələ çox davam edəcək. Sırada Milli Məclisin işçiləridir.

Sabiq deputat, hazırda Milli Məclisin Birləşmiş Həmkarlar İttifaqları Konfederasiyasının sədri işləyən Qafarov Rəfael İbrahim oğlunun keçmiş yeznəsi (bacısının keçmiş həyat yoldaşı) Quliyev Rafiq Qafar oğlu Azerinfo.az saytına müraciət edərək, Rəfael Qafarovun ona qarşı dələduzluq cinayəti törədərək külli miqdarda maddi ziyan vurmasından şikayətlənmiş, düçar olduğu problemin ictimailəşdirilməsini redaksiyadan xahiş etmişdir.

Rafiq Quliyev yazır: "Rəfael Qafarov mənim Rusiya Federasiyasında olmağımdan istifadə edərək onunla birgə şəriki olduğum yanacaqdoldurma məntəqəsinin büdcəsini, mayasını, qazancını, habelə, mənə məxsus "Kamaz" markalı benzindaşıyan yük maşınını sataraq pulunu mənimsəmişdir. Bundan başqa, əldə etdiyi gəlirləri vergidən gizlədərək, dövlətə də ziyan yetirmişdir. Bütün bunlar azmış kimi, Rəfael Qafarov Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti - 167 ünvandakı 18 nömrəli mənzilimi lombarda girov qoyaraq 56000 (əlli altı min) manat məbləğdə pul götürüb və həmin pulun 40000 (qırx min) manatını Səbail Rayon Polis İdarəsinin sabiq rəis müavini Füzuli Hümbətova oğlum Orxanın əli ilə verərək, ona olan borcunu qaytarıb. Oğluma bir həftə müddətində mənzili lombarddan çıxaracağına söz verib. Amma artıq 5 ildən çoxdur ki, ev lombarddadır..."

Şikayətçi bildirir ki, Vətənə qayıdandan sonra Rəfael Qafarovdan mənzili girovdan çıxarmasını və yanacaqdoldurma məntəqəsinin mühasibat sənədlərini tələb edib: "Ona xatırlatdım ki, müəssisənin həmtəsisçisi, şəriki, həm də mühasibiyəm. Lakin Rəfael Qafarov mənim tələbimi yerinə yetirmək əvəzinə məni döyməyi öz adamlarına sifariş etdi. Onlar - üç nəfər məni iş yerimdə ölümümə döydülər. Özümdən gedib asfaltın ortasında yıxılıb qaldım. Yoldan keçən şəxs oğlumun dostuna zəng edib və mənim nə vəziyyətdə olduğumu, təcili yanacaqdoldurma məntəqəsinə gəlməsinin vacibliyini deyib. Özümə gələndən sonra gördüm ki, dizimdən başıma qədər, qollarım da daxil olmaqla az ağır xəsarətlər almışam. Sağ qolum isə çiynimdən çıxıb. Rəfael Qafarov kimi əslən Qərbi Azərbaycandan olan, onunla uzun illər dostluq edən Sabirabad polisinin təhqiqatçısı Möhlət Bayramov döyülmə işini təhqiq edərkən, məni döymüş adamların sayını gizlətdi, üç nəfər əvəzinə bir nəfər qeyd etdi və həmin adam həbs olunmadı. Adı rüşvət qalmaqallarında hallanan Möhlət Bayramov cinayətləri ört-basdır etməklə əldə etdiyi fantastik gəlirlər hesabına rayon daxilində yeganə olan eksklüziv bahalı avtomobil sürür. Onun qol damarlarının kəsik-kəsik olması isə ya kriminal aləmin mənsubları ilə oturub-durması, ya da psixi durumunun yerində olmaması barədə düşünməyə əsas verir... Mənim çoxsaylı şikayətlərimdən sonra Baş prokurorun birinci müavini Bakı şəhər prokuroruna göstəriş verdi ki, R.Qafarovun dələduzluq əməlinə hüquqi qiymət verilsin. Buna baxmayaraq, onun barəsində cinayət işi açılmadı. Sanki bütün hüquq-mühafizə, cinayət təqibi orqanları, nazirliklər, komitələr R.Qafarovun qarşısında aciz qalıblar. Müraciət etdiyim qurumlar mənə yayındırıcı cavablar verirlər. Vergilər Nazirliyindən mənə cavab yazıblar ki, R.Qafarov guya əlavə dəyər vergisini və peniyaları ödəyib. Lakin yanacaqdoldurma məntəqəsinin 2013-2017-ci illərdəki fəaliyyətini əks etdirən mühasibat göstəricilərini, hansı məbləğdə vergi ödədiyini konfidensiallığı əsas göstərərək bildirmədilər. Halbuki, mənim rəsmi təsisçi kimi bu məlumatları bilməyə hüququm çatır. Daxili işlər orqanlarında çalışan oğlumu da məhz R.Qafarovun sifarişi ilə polisdəki işindən azad etmişlər..."

Rafiq Quliyev qeyd edir ki, Rəfael Qafarovu müdafiə edən yüksək vəzifəli məmurları və deputatları tanıyır və onlar Qafarova qahmar çıxmaqda davam etsələr, adlarını çəkəcək, korruptiv əlaqələrinin, işbirliklərinin ilginc məqamlarını rəsmi KİV-də, sosial mediada açıqlayacaq.

Yeri gəlmişkən, Rafiq Quliyev və onun Sabirabaddan olan zərərçəkmiş qohumlarından ibarət bir qrup şikayətçi 03 oktyabr 2019-cu il tarixdə günorta saatlarında parlament binasının qarşısında toplaşaraq, Milli Məclisin sədri Oqtay Əsədovla görüşmək istəmiş, Rəfael Qafarovdan şikayətlərini spikerə bildirməyə cəhd etmiş, lakin buna nail olmamışlar. Onlara şikayətnamələrini məktublar qutusuna salmaq tövsiyə olunmuş, spikerin qəbuluna düşmələri üçün müəyyən vaxt təyin olunacağını bildirmişlər.

Lakin, Rafiq Quliyev onun malına, mülkünə əl qoyması barədə şikayətini ən yüksək səviyyədə dinlənilməyincə, problem çözülməyincə cəhdlərini davam etdirməkdə israrlıdır.

İbrahim Hümbətov
21 Noyabr 2024 Zaxarovadan COP29-la bağlı açıqlama
20 Noyabr 2024 Hersoq Bakıya gələ bilmədi – Ərdoğan niyə bunu elan etdi?
20 Noyabr 2024 Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış
20 Noyabr 2024 Baydenin Rusiyanın vurulmasına razılıq verməsi... - Ərdoğan
20 Noyabr 2024 Rusiyaya xəbərdarlıq etmişdik... - Miller
08 Noyabr 2024 İsrail səfirliyi Azərbaycanı təbrik etdi
24 Oktyabr 2024 Kobaxidze Ərdoğana başsağlığı verdi
22 Oktyabr 2024 Keçmiş prezident rüşvətə görə 20 il həbs cəzası aldı
22 Oktyabr 2024 Zelenski Putinin həbsinə imkan verən qanunu imzaladı
09 Oktyabr 2024 İrəvan üçtərəfli bəyannamədən çəkilib? - Rusiya
07 Oktyabr 2024 Lukaşenko da Moskvaya getdi
02 Oktyabr 2024 Qərb İranı çökdürmək üçün SSRİ planını işə salır - Markov
16 Sentyabr 2024 Pezeşkiandan Azərbaycanla bağlı açıqlama
14 Sentyabr 2024 İki millət vəkili və 41 siyasətçi İYİ Partiyasından getdi
09 Sentyabr 2024 Biz Qərblə ünsiyyət qapısını bağlamırıq - Lavrov
09 Sentyabr 2024 İran düşünür ki, Zəngəzur dəhlizi açılarsa... - Türk general
31 Avqust 2024 Paşinyan Bakıya gələcəkmi? - Özü açıqladı
29 Avqust 2024 Siyasətçilər illər əvvəl... - Foto
27 Avqust 2024 Ukrayna ilk ballistik raketini yaratdı - Zelenski
26 Avqust 2024 Qafqaz İran üçün strateji baxımdan... – Arakçı
24 Avqust 2024 23 min Ukrayna hərbçisi bizim ölkədə təlim keçib - Duda
23 Avqust 2024 İsraili həmişə dəstəkləyəcəyəm - Harris
21 Avqust 2024 İsrailə cavab verilməsə, pislikləri davam edəcək – Rezayi
20 Avqust 2024 Müharibədən sonra ilk: Modi Kiyevə niyə gedir?
19 Avqust 2024 Bakı Moskva və Kiyev arasında danışıqlar üçün idealdır - Markov
16 Avqust 2024 Daha bir ölkə Kiyevə silahlarından istifadəyə icazə verdi
16 Avqust 2024 Pezeşkian kabineti müdafiə üçün parlamentə gedir
16 Avqust 2024 Tiflis Rusiyaya ittiham şansı verdi: Bu, xəyanətdir!
16 Avqust 2024 Qardaş ölkə Azərbaycan üçün viza rüsumunu ləğv etdi
15 Avqust 2024 Ölüm təhlükəsinə baxmayaraq, Qəzzaya gedəcəyəm!