Son xəbərlər

12 ukraynalı agenti ölkədən qovduq.

Axar.az xəbər verir ki, bu sözləri Belarus lideri Aleksandr Lukaşenko deyib.

O bildirib ki, onlar “diplomat adı altında” fəaliyyət göstərirdilər.

Qeyd edək ki, ötən gün Belarus Brestdəki Ukrayna konsulluğunu bağlayacağını, Ukrayna səfirliyində isə cəmi 5 əməkdaş qalacağını, digər diplomatların ölkədən çıxarılacağını açıqlamışdı.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Rusiyanın Ukraynaya hücumunun səhiyyə sisteminə ciddi ziyan vurduğunu açıqlayıb.

Axar.az xəbər verir ki, ÜST-ün açıqlamasında Rusiyanın hücumundan bu yana 64 sağlamlıq mərkəzinə hücum edildiyi, bu hücumlarda ən azı 15 nəfərin öldüyü, 37 nəfərin yaralandığını bildirilib.

Həmçinin səhiyyə xidmətlərinə edilən hücumların bir növ “müharibə taktikası” - insanları qorxutmaq olduğu iddia edilib.

Rusiyanın Ukraynaya hücumlarından sonra ABŞ BMT-nin Nyu Yorkdakı Daimi Nümayəndəliyində çalışan 12 rusiyalı diplomatı ölkədən çıxarıb.

Axar.az xəbər verir, buna cavab olaraq Rusiya da ABŞ-ın Moskvadakı səfirliyindən yüksək səviyyəli diplomatı arzulanmaz şəxs elan edib.

Rusiya XİN-ə dəvət edilən ABŞ diplomatına isə nota təqdim edilib.