Ukrayna ordusu işğal altındakı Berdyansk limanında Rusiya ordusuna məxsus desant gəmisini vurub.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri açıqlama yayıb.
“İşğalçıların Qara dəniz donanmasının “Orsk” adlı iri desant gəmisi işğal altındakı Berdyansk limanında məhv edilib”, - məlumatda bildirilir.
Berdyansk limanında gəminin yanması və partlayışların görüntüləri Ukrayna Hərbi Dəniz Qüvvələrinin Feysbuk hesabında da paylaşılıb.