"Anonymous" hakerlər qrupu Rusiya Mərkəzi Bankının sistemini "sındırıb".
Milli.Az xəbər verir ki, bu barədə haker qrupu öz Twitter hesabından bildiriş yayıb.
Bildirişdə deyilir:
"Anonymous" komandası Rusiya Mərkəzi Bankını "sındırdı". İçində gizli razılaşmalar olan 35 mindən çox fayl 48 saat ərzində ictimaiyyətə açıqlanacaq".