Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Rusiyanın Ukraynaya hücumunun səhiyyə sisteminə ciddi ziyan vurduğunu açıqlayıb.
Axar.az xəbər verir ki, ÜST-ün açıqlamasında Rusiyanın hücumundan bu yana 64 sağlamlıq mərkəzinə hücum edildiyi, bu hücumlarda ən azı 15 nəfərin öldüyü, 37 nəfərin yaralandığını bildirilib.
Həmçinin səhiyyə xidmətlərinə edilən hücumların bir növ “müharibə taktikası” - insanları qorxutmaq olduğu iddia edilib.