Son xəbərlər

Bu gün Brüsseldə NATO müttəfiqlərimiz, G7 üzvləri və Avropa Şurası ilə Rusiyanın Ukraynaya hücumunu müzakirə edirəm.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden Tvitter hesabında yazıb.

"Biz demokratiyanın müdafiəsində və Ukrayna xalqının yanındayıq", - Bayden bildirib.

Ermənistan Baş nazirinin müşaviri Artaşes Tumanyan İrana üçgünlük səfərə gedəcək.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin ofisindən məlumat yayılıb.

O, 27-30 martda Tehranda olacaq və iqtisadi əlaqələr, ikitərəfli münasibətlər və region müzakirə ediləcək.

Qeyd edək ki, Azərbaycan İranla Zəngəzur dəhlizinə alternativ yolun açılması barədə saziş imzaladıqdan sonra İrəvan panikaya düşüb.

Bu gün Rusiyanın mövcudluğu təhlükə altındadır.

Axar.az xəbər verir ki, bunu Rusiyanın Ukrayna ilə danışıqlardakı nümayəndəsi Vladimir Medinski deyib.

"Kollektiv Qərb Rusiyanı siyasi sistemin məhvinə və ölkənin parçalanmasına doğru sürükləyir", - Medinski bildirib.

Ukraynada işğalçı müharibə aparan Rusiya ordusunun əsgərləri arasında rabitə əlaqəsinin səs yazısı ələ keçirilib.

Axar.az xəbər verir ki, səs yazısını Ukrayna DİN rəhbərinin müşaviri Anton Geraşenko paylaşıb.

Telefon danışığında rus əsgərlər bir-birlərinə ehtiyatlı olmağı, xüsusilə ukraynalıların yemək təklifini qəbul etməməyi məsləhət görürlər.

Onlardan biri deyir ki, ukraynalı nənə rus əsgərlərini yeməyə qonaq edib və zəhərləyib – 6 əsgər ölüb, 3-ü xəstəxanadadır:

“Əgər perajki belə versələr, ehtiyatlı olun, allah bilsin içinə hansı ... qoyurlar”, - əsgərlərdən biri deyib.