Artıq 16 min rus əsgəri həlak olub. Niyə? Bu kimə nə verir?
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
"Söhbət ciddi olmalıdır. Ukraynanın suverenliyinə təminat verilməli, Ukraynanın ərazi bütövlüyü təmin edilməlidir. Yəni şərtlər ədalətli olmalıdır. Əks halda, Ukrayna xalqı bunu qətiyyən qəbul etməyəcək" - Zelenski bildirib.
Ukrayna Silahlı Qüvvələri rus ordusunun Ukraynadakı mövqelərinə hava zərbələri endirib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun Şimal Əməliyyat Komandanlığının rəsmi Feysbuk səhifəsində görüntü paylaşılıb.
Bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Doha Forumunda iştirak etmək üçün Qətərə səfər edəcək.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə XİN-i məlumat yayıb.
Bildirilib ki, nazir foruma qatılan digər dövlətlərin nümayəndələri ilə görüşlər keçirəcək.
ABŞ Avropa Birliyinə bu il əlavə olaraq 15 milyard kubmetr mayeləşdirilmiş təbii qaz (LNG) verəcək.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden açıqlama verib.
"ABŞ və AB Rusiyadan təbii qaz asılılığına son qoymaq üçün konkret addımlar atacaq. ABŞ beynəlxalq tərəfdaşları ilə birlikdə bu il Avropa üçün əlavə 15 milyard kubmetr LNG təmin etməyə çalışacaq. 2030-cu ilə qədər AB bazarına hər il 50 milyard kubmetr əlavə LNG təmin etmək üçün əməkdaşlıq edəcəyik", - Bayden bildirib.
Kosovanın Baş naziri Albin Kurti serblərə hücum etmək qərarına gəlib. O, bu hərəkəti ilə sülhü pozmaq istəyir.
Axar.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.
“O, Kosovoda sülh və əmin-amanlığa xələl gətirmək istəyir.
Serb əsilli məhkəmə sədri Lilyana Stefanoviç Kurtinin əmri ilə işdən çıxarılıb. Məndə olan məlumata görə, Serbiya Milli Təhlükəsizlik Şurasının iclasına gələn Kosova əsilli polis və hərbçilər də vəzifələrindən azad ediləcəklər. Kurti bu cəhdi ilə serblərə hücum etmək qərarına gəldiyini göstərdi. Brüssel razılaşması pozulub və artıq qüvvədən düşüb", - Vuçiç bildirib.
Bu ilin ortalarına qədər Rusiyadan Almaniyaya neft idxalı yarıbayarı azalacaq.
Axar.az xəbər verir ki, bu barədə Almaniya İqtisadiyyat Nazirliyi məlumat yayıb.
"İlin sonuna qədər demək olar ki, Rusiyadan neft alınmayacaq", - açıqlamada bildirilib.
NATO-nun mövcudluğu üçün yalnız bir səbəb var, o da müharibədir.
Axar.az xəbər verir ki, bu sözləri Çin Xarici İşlər Nazirliyinin sözçüsü deyib.
O bildirib ki, NATO heç vaxt dünyanın sülh və təhlükəsizliyinə töhfə verməyib:
“Çin hər zaman sülh tərəfdarıdır. NATO-nun yeni Soyuq müharibə əvəzinə Rusiya ilə dialoq qurmağı lazımdır".
Qeyd edək ki, NATO Brüsseldə keçirilən zirvə sammitindən sonra Pekini Rusiyaya dəstək verməməyə və sanksiyaları pozmamağa çağırmışdı.
Böyük Britaniya Rusiyanın 65 iş adamı, bank və şirkətinə sanksiya tətbiq edib.
Axar.az xəbər verir ki, Britaniya Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Sanksiya siyahısına Rusiyanın Ukraynanı işğal etməsinə kömək edənlər, müdafiə şirkətləri, Rusiya Dəmir Yolları, "Alfa Bank" və “Vaqner” qrupu daxil edilib.
Bildirilib ki, sanksiyaya məruz qalanlar arasında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ögey qızı olduğu iddia edilən Polina Kovaleva, milyarder Yevgeni Şvidler və "Sberbank"ın baş direktoru Herman Qref də var.
Rusiya hərbçilərinin əksəriyyəti döyüşmək istəmir.
Axar.az xəbər verir ki, bunu Nikolayev vilayət administrasiyasının rəhbəri Vitali Kim deyib.
O, müharibənin may ayına kimi başa çatacağına inandığını açıqlayıb:
“Belə proqnozlara inanıram. Əlbəttə, heç nə asan olmur. Vəziyyətə baxıram və bəli, buna inanmaq istəyirəm. Müharibəni pul, maddi-texniki təchizat, insanlar qazanır. Rusiya sanksiya altındadır, tezliklə heç nələri qalmayacaq. Bundan əlavə, rusların əksəriyyəti döyüşmək istəmir. Onlar başa düşürlər ki, uğur qazana bilməyəcəklər”, - Kim deyib.
O əlavə edib ki, bu gün vaxt Ukrayna üçün işləyir:
“Çünki Ukrayna Silahlı Qüvvələri güclənir, işğalçılar isə zəifləyir. Buna görə də inanıram ki, müharibənin tez başa çatması üçün perspektivlər mövcuddur”.