Ermənistan Baş nazirinin müşaviri Artaşes Tumanyan İrana üçgünlük səfərə gedəcək.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin ofisindən məlumat yayılıb.
O, 27-30 martda Tehranda olacaq və iqtisadi əlaqələr, ikitərəfli münasibətlər və region müzakirə ediləcək.
Qeyd edək ki, Azərbaycan İranla Zəngəzur dəhlizinə alternativ yolun açılması barədə saziş imzaladıqdan sonra İrəvan panikaya düşüb.