Son xəbərlər

Putin artıq barbarlıq xəttini keçib.

Axar.az xəbər verir ki, bu sözləri Britaniya Baş naziri Boris Conson nazirlərə müraciətində deyib.

O bildirib ki, Qərb sanksiyaları gücləndirmək və Ukraynaya müdafiə sahəsində əlavə hərbi yardım göstərməkdən çəkinməməlidir.

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın dövlət başçısı Cozef Bayden arasında görüş olacaq.

Axar.az xəbər verir ki, liderlər NATO-nun Belçikanın paytaxtı Brüsseldə keçiriləcək fövqəladə sammiti çərçivəsində bir araya gələcəklər.

R.T.Ərdoğanın həmçinin NATO Baş katibi Yens Stoltenberq, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Boris Conson, Almaniya kansleri Olaf Şoltsla da təkbətək görüş keçirəcəyi gözlənilir.

Qeyd edək ki, NATO liderlərinin bugünkü sammitində Rusiya-Ukrayna müharibəsi müzakirə olunacaq. R.T.Ərdoğan və C.Bayden toplantıda iştirak etmək üçün Brüsseldə səfərdədirlər.

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Pakistanın milli təhlükəsizlik müşaviri Moeed Yusiflə telefon əlaqəsi saxlayıb.

Axar.az xəbər verir ki, telefon danışığı zamanı ikitərəfli əlaqələr, eyni zamanda Ukrayna müharibəsinin qlobal təhlükəsizlik və iqtisadiyyata təsiri müzakirə edilib.

Türkiyənin Ukrayna ilə Rusiya arasında aparılan danışıqlarda vasitəçilik səyləri yüksək qiymətləndirilib.

Eyni zamanda Əfqanıstandakı siyasi və iqtisadi problemlərin bütün regionun təhlükəsizliyinə təsir edəcəyi, həmçinin burada sabitlik və etimad mühitinin yaradılmasının vacibliyi vurğulanıb.

ABŞ Prezidenti Co Bayden Belçikanın paytaxtı Brüsselə yola düşüb.

Axar.az xəbər verir ki, ABŞ lideri səfər çərçivəsində Ukraynadakı vəziyyətlə bağlı NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının fövqəladə sammitində iştirak edəcək.

Bayden eyni zamanda G-7 ölkələrinin liderləri ilə görüşəcək, Avropa Şurasının sessiyasında AB-yə üzv ölkələrin liderlərinə müraciət edəcək.

Ukraynanın aqrar siyasət naziri Roman Leşşenko istefa verib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı R.Leşşenko özü Ukraynanın "Ekonomiçeskaya pravda" nəşrinə təsdiq edib.

İstefanın səbəbləri ilə bağlı hələlik məlumat verilməyib.

Ali Radada istefanın qəbulundan sonra nazirin səlahiyyətləri onun birinci müavini Taras Vısotskiyə həvalə olunacaq.

Rusiyanın Kemerovo vilayətindəki "Osinnikovskaya" mədənində qəza olub.

Axar.az xəbər verir ki, mədəndə uçqun və qaz ayrılması baş verib.

Bir nəfərin axtarışları davam edir, onun dağıntılar altında olduğu ehtimal edilir.

ABŞ administrasiyası etibarlı sənədlər əsasında Rusiya qüvvələrinin Ukraynada müharibə cinayətləri törətdiyi qənaətinə gəlib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət katibi Entoni Blinken məlumat verib.

“Biz mülki şəxslərə qarşı müharibə cinayəti sayıla biləcək qəsdən hücumlara dair və bəzi silahların istifadəsi ilə bağlı çox etibarlı sənədlər görmüşük”, - Blinken deyib.