Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Pakistanın milli təhlükəsizlik müşaviri Moeed Yusiflə telefon əlaqəsi saxlayıb.
Axar.az xəbər verir ki, telefon danışığı zamanı ikitərəfli əlaqələr, eyni zamanda Ukrayna müharibəsinin qlobal təhlükəsizlik və iqtisadiyyata təsiri müzakirə edilib.
Türkiyənin Ukrayna ilə Rusiya arasında aparılan danışıqlarda vasitəçilik səyləri yüksək qiymətləndirilib.
Eyni zamanda Əfqanıstandakı siyasi və iqtisadi problemlərin bütün regionun təhlükəsizliyinə təsir edəcəyi, həmçinin burada sabitlik və etimad mühitinin yaradılmasının vacibliyi vurğulanıb.