Martın 16-da Rusiya qırıcılarının bombaladığı Mariupol Dram Teatrının binasında 300-ə yaxın insan həlak olub.
Türkiyədə qiymət artımı ilə gündəmdə olan qırmızı ətin ixracına məhdudiyyət qoyulub.
Rusiyanın “Lukoyl” şirkətinin neft treyderi olan İsveçrənin “Litasko” şirkəti sanksiyalardan sonra fəaliyyətini məhdudlaşdırır.
Axar.az xəbər verir ki, məlumatı “Röyters” agentliyi yayıb.
Bildirilir ki, Qərbin antirusiya sanksiyalarının ardından “Lukoyl” marjinal tələbləri təmin etmək məqsədilə kapital axınını azaltdıqdan sonra şirkətin İsveçrə ticarət qolu əməliyyatlarını məhdudlaşdırıb.
Treyderlərin sözlərinə görə, gündəlik 3,6 milyon barreldən çox neft emal edən “Litasko” indi əsas diqqətini “Lukoyl”un Avropadakı neft emalı zavodlarına neft göndərməyə və neft məhsulları satmağa yönəldib. “Litasko” nümayəndəsi açıqlamasında bildirib ki, kifayət qədər likvidlik hovuzu daxilində fəaliyyət göstərilməsini təmin etmək üçün korporativ fəaliyyətdə təbii müvəqqəti azalma baş verib.
Qeyd edək ki, “Litasko”nun ABŞ, Hollandiya, Qazaxıstan və digər ölkələrdə törəmə şirkətləri və filialları var.
Rusiya-Ukrayna müharibəsi başlayandan, yəni fevralın 24-dən bu günə qədər 135 uşaq həlak olub, 184-ü isə uşaq yaralanıb.
Bakupost.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
Bildirilir ki, ən çox itkilər Kiyev, Xarkov, Donetsk, Çerniqov, Nikolayev, Zaporojiye, Jitomir, Xerson və Sumdadır.
Hollandiyanın boya və üzlük istehsalçısı "Holland Colours" şirkəti Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya və Belarus layihələrinə investisiyalarını dayandırıb.
Son günlər Azərbaycanda koronavirusa yoluxanların sayının xeyli azalması, sağalanların isə artması karantin rejimi çərçivəsində tətbiq edilən bir sıra qaydaların aradan qaldırılmasını gündəmə gətirir.