Rusiya-Ukrayna müharibəsi bitəndə dünyada yeni təhlükəsizlik strukturuna və anlayışına ehtiyac yaranacaq.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib.
"Bu müharibəni bitirmək üçün vasitəçilik səyləri də yeni təhlükəsizlik strukturuna töhfə verəcək. Enerji, ərzaq və əmtəə qiymətləri artdı. Böhrana aparan səbəbləri yaxşı araşdırmalıyıq. Rusiyadan İrana, ABŞ-dan AB-yə, Türkiyədən tutmuş Körfəz ölkələrinə qədər hər kəs özünü təhlükəsiz hiss etməlidir", - Kalın bildirib.
Ukraynalı könüllülər “kadırovçular”dan rus əsgərlərinin Ukrayna ərazisində hərəkətləri haqqında məlumat alırlar.
Axar.az xəbər verir ki, bunu ukraynalı deputat Aleksey Qonçarenko deyib.
“İki-üç gün əvvəl Kiyev yaxınlığında düşmənin kəşfiyyat qrupu darmadağın edilib. Ukrayna əsgərləri səkkiz hərbçini öldürdülər - hamısı Rusiya Federasiyasının Avropa hissəsinin yerliləri idi”, - deputat bildirib.
Qonçarenkoya cəbhə bölgəsindən verilən məlumata görə, rus əsgərlərinin hərəkət koordinatları könüllülər tərəfindən verilib:
“Marşrut mükəmməl uyğunlaşdı. Könüllülər düşmənlərin hərəkəti ilə bağlı məlumatları “kadırovçu”lardan aldıqlarını gizlətmirlər. Bu, internetdəki vasitəçilər vasitəsilə həyata keçirilir. Bir işğalçı haqqında məlumatın qiyməti 400 dollardan azdır, vəsaitlər bitkoinlərlə köçürülür”.
ABŞ sanksiyalardan yayınmaq üçün Moskvaya yardım edən ölkələri cəzalandıracağını vəd edib. Söhbət Hindistan, Çin, Səudiyyə Ərəbistanı, BƏƏ və Ermənistandan gedir.
Axar.az xəbər verir ki, bu məlumatı “Faynənşl Tayms” yayıb.
Beynəlxalq ictimaiyyət Rusiyaya təzyiqlərini davam etdirməlidir.
Axar.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Beynəlxalq birlik olaraq, biz Rusiyaya təzyiqləri davam etdirməliyik. Ukraynanın suverenliyinə bu hücum qəbuledilməzdir", - M.Çavuşoğlu qeyd edib.
Tezliklə Rusiya Prezidenti Vladimir Putinlə danışacağam.
Axar.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron jurnalistlərə açıqlamasında deyib.
Makron bildirib ki, mülki vətəndaşların Mariupoldan təxliyəsi ilə bağlı xüsusi əməliyyat keçirmək niyyətindədirlər.
“Biz Mariupol meri və Ukrayna hökuməti ilə konkret danışıqlar apardıq. Daha sonra Rusiya tərəfi ilə danışıqlar aparacağıq. Mən yaxın 48 və yaxud 72 saat ərzində Vladimir Putinlə də danışacağam”, - Makron bildirib.
Qeyd edək ki, bundan öncə Makron Fransa, Yunanıstan və Türkiyənin Mariupol şəhərində qalan dinc sakinlərin təxliyəsi üçün əməliyyat keçirmək istəyini bildirmişdi.
Qarabağda baş verən hadisələr onu göstərir ki, Ermənistan və ölkəmizin ərazisində müvəqqəti yerləşdirilən rus sülhməramlıları öz öhdəliklərini yerinə yetirmir. Ona görə Azərbaycan Silahlı Qüvvələri hüquqi baxımdan ölkəmizin ərazisi olan sözügedən torpaqları nəzarətə götürməyə başlayıb.
Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
“Əgər Ermənistan tərəfi və rus sülhməramlıları 10 noyabr bəyanatında təsbit olunan müddəaları həyata keçirməsə, ərazimizdən silahlı separatçılar çıxarılmasa, o zaman onlar qarşılarında bunu ən qısa zamanda və keyfiyyətli şəkildə gerçəkləşdirəcək Azərbaycan Ordusunu görəcəklər. Yeganə çıxış yolu hər iki tərəfin bəyanatdakı bütün öhdəlikləri tam həcmdə və göstərilən müddətdə yerinə yetirməsidir. Hər hansı bir başqa variant artıq keçərli deyil. Bəyanatın imzalanmasından bu yana keçən son on altı ayda sülhməramlılar və Ermənistan öz vəzifəsini yerinə yetirmədiyi üçün Azərbaycan Silahlı Qüvvələri yumşaq güc tətbiq etmək yolu ilə beynəlxalq aləm tərəfindən tanınmış ərazimizdə suverenliyimizi bərpa etməlidir ki, silahlı separatçı tör-töküntüləri ərazimizdən çıxsın”, - ekspert deyib.
Avropada, o cümlədən Almaniya və Avstriyadakı rasional siyasətçilər başa düşürlər ki, Rusiya nefti və qazının alınmasına qoyulan qadağa öz ayağına güllə sıxmaqdır.
Axar.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.
Onun sözlərinə görə, ABŞ-dan gələn maye qazdan tutmuş Azərbaycandakı yataqlara qədər bütün mənbələr Avropanın artan ehtiyacları üçün kifayət deyil:
“Problem ondadır ki, kifayət qədər qaz yoxdur. Buna görə də almanlar və avstriyalılar deyirlər ki, biz özümüzü məhv edə bilmərik. Əgər Rusiyaya neft və qaz məsələsində sanksiya tətbiq etsək, özümüzü məhv edəcəyik”.